“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə73/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   69   70   71   72   73   74   75   76   ...   125
61

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




J.Stern 

berq tərəfindən irəli sürülmüşdür. Bu

nəzəriyyəyə  əsasən  intellekt 3 istiqamətdə

inkişaf edir:

analitik – insanın aldığı informasiyanı analiz

və müqayisə etməsi, qiymətləndirmə bacarığı;

kreativ –  insanın yeni ideyalar irəli sürməsi,

problemlərin yeni həllini tapması, fərz etməsi,

kəşf etməyi bacarması;

praktik – insanın nəzəriyyələri tətbiq etməsi,

öyrəndiklərindən praktik olaraq istifadə edə

bilməsi.


Emosional intellekt (emotional intelligence)

Emosional intellekt anlayışı psixologiyaya

H.Qardnerin, P.Saloveyin və J.Mayerin 1980-ci

illərdə apardıqları tədqiqatlarla daxil oldu.

Emosional intellekt insanın başqalarını və özünü

başa düşmək qabiliyyəti kimi səciyyələnir.

Emosional intellekt də öz növbəsində

özünüdərketmə və özünüidarəetmə olmaqla 2

hissəyə bölünür: 

1. Öz emosiyalarını dərketmə, qiymətləndirmə; 

2. Uyğunlaşma və optimizm;

Bundan başqa, sosial həssaslıq – empatiya,

təşkilat daxilində başqalarına qarşı diqqətlilik,

münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəh -

bər lik, təsir etmə, başqalarının inkişafına səbəb

olma, konfliktləri idarə etmə, kollektivçilik də bu

qəbildəndir.  

Bütün fəlsəfə tarixi boyu rasional fikirlə hiss

arasında, intellektlə emosiya arasında, məntiqi

təfəkkürlə intuisiya arasındakı münasibət

məsələsi diqqət mərkəzində olmuş, böyük dis -

kus siyalar doğurmuşdur. Əməli fəaliyyətin, hissi

təcrübənin rolunu əsas tutan cərəyan fəlsəfə tari -

xində sensualizm (başlıca nümayən 

dələri

F.Bekon, Lokk, Berkli, Yum, Didro və s.), ağlın,



rasi onal idrakın rolunu üstün tutan cərəyan isə

rasionalizm (Platon, Aristotel, Dekart, Spinoza,

Leybnits, Kant və s.) kimi məlumdur. Hər iki

cərəyan məsələyə birtərəfli yanaşdığı üçün idra -

kın həqiqi elmi mənzərəsini yarada bilmə mişdir.

Məsələnin düzgün həlli hissi olanla rasional

olanın vəhdətdə götürülməsini tələb edir.

Elə məsələlər var ki, onu sövq-təbii surətdə,

vərdiş və ya fəhm hesabına həll etmək mümkün

deyil; burada məntiqi mühakimə – intellekt tələb

olunur; riyaziyyat məsələləri, abstrakt elmi

konstruk siyalar və s. bu qəbildəndir.

Elə məsələlər də var ki, onları ağılla,

intellekt lə dərk etmək olmaz. Bunlar iki qrupa

bölünür:

1. Emosional hadisələr (gözəllik, məhəbbət,

hörmət, şöhrət və s.); onları yalnız duymaq müm -

kündür. Bu sahədə hər cür əqli mühakimə isə

mütləq təhrifə gətirib çıxarır. Onlar haqqında

ümumiləşmiş fikir də ağıl yox, yalnız zəka

vasitəsi ilə mümkündür.

2.  Mürəkkəb (işlədilən intellektual aparat -

dan daha mürəkkəb hadisələr nəzərdə tutulur)

hadisələr; məsələn konkret həyat hadisələri.

Onlar dəyişkən və təkrarlanmaz olduqlarından

xüsusi tədqiqata nə elmi tələbat, nə də imkan var.

Belə məsələləri fəhmlə və ya hissin hökmü ilə

həll etmək lazım gəlir. Ağıl nə qədər güclü olsa

da burada acizdir. “Ağıllı düşünənə qədər dəli

vurub payını götürür” müdrikliyi də buradan

yaranıb. 

İnsanda fəhm qabiliyyəti əsasən irsiyyətlə

bağlı olsa da, onun formalaşmasında praktikanın,

həyat təcrübəsinin çox böyük rolu var. 

Həm abstrakt-məntiqi, həm konkret-həyati,

həm də emosional-estetik xarakterli informasi ya -

la rın ümumiləşdirilməsi, gerçəkliyin ən ümumi

mənzərəsinin yaradılması üçün idrak pillələ rin -

dən bu və ya digəri ayrılıqda kifayət deyildir. Bunun

üçün primitiv duyğu və intellekt pillələrindən

başqa, fəhm, estetik qiymətləndirmə və s. idrak

məqamlarından da istifadə edilməsi zəruridir.

Dialektik idrak metodunun əsasında məhz

abstraktla konkretin vəhdəti şərti durur. Abstrakt

konstruksiyalar intellekt vasitəsilə yaradıldığı

kimi təkcə intellekt vasitəsilə də dərk edilə bilir.

Abstrakt olan intellektsiz, konkret olan isə

fəhmsiz, emosiyasız dərk edilə bilməz. 

Zəka – hiss və ağlın, fəhm və intellektin

vəhdətidir. Hər hansı bir məsələnin öyrənilmə -

sində abstrakt təfəkkür, formal məntiq qaydaları

ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm

(fəlsəfi dildə desək “qeyri-şüuri” idrak ) də iştirak

edir. 


“Qeyri-şüuri” anlayışı heç də hərfi mənada

başa düşülməməlidir. Bu anlayışın məzmunu ilə




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin