69
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Daşduz (yəni xörək duzu) insanlığa
qədim zamanlardan məlumdur. Bunu
müxtəlif dillərdə onun adının oxşarlığı
göstərir. (lat. sal, fransızca sel, almanca
salz.) Şəhərlərin adlarında da bu ad özünü
göstərir: Salzdetfurth, Salzgitter, Salzbrunn,
Salzuflen və Salzburq.
Qədim zamanlarda insanlar duzdan
ədviyyat kimi, eləcə də qurban gətirilmədə
istifadə edirdilər, bu qurbana mistik məna
verirdi. Qədim yəhudilərdə duz Allah Yəhva
ilə xalq arasında sarsılmaz əlaqə rəmzi
sayılırdı. İslam dinində çörək “Allah sovqatı”
sayıldığından onun duza batırılıb yeyilməsi
çörəyin qorunması, bu isə Tanrı və onun
təbəələri arasında birliyin olması demək idi.
Katolik kilsəsi duzdan uşaqları xaç suyuna
çəkmə zamanı istifadə edirdi. Marko Polo-
nun dediklərinə görə, Çində XIII əsrdə,
Efiopiyada XIX əsrdə daş duzundan ödəniş
vasitəsi kimi istifadə olunurdu, ondan
sikkələr hazırlanırdı. Rusiyada möhtərəm
qonaqları duz-çörəklə qarşılayırdılar. Duzun
dağılmağı isə pis əlamət sayılırdı. Daşduzun
kimyəvi tərkibi NaCl – natrium xloriddir. Bu
rəngsiz, hiqrosqopik, suda həll olan
kristallardır. 75 kq çəkisi olan insanın orqa -
nizmində 0,5 kq-a qədər duz mövcuddur və
bu onun bütün sistemlərinin həyat fəaliy
-
yətində mühüm rol oynayır. Duzun tamamilə
rasiondan çıxarılması
həyat fəaliyyətinin
pozulmasına gətirib çıxarır. Uzunmüddətli
duz aclığı orqanizmin məh vi nə gətirir. İnsa -
nın duza sutkalıq tələbatı 10–15 qr, isti iqlimli
ölkələrdə isə 25–30 qr təşkil edir. Bu onunla
izah olunur ki, NaCl bədəndən intensiv
şəkildə tərlə xaric olunur və itirilən duz böyük
dozada bərpa olun
malıdır. Hipertoniya,
piylənmə və şişkinlik lərdən əziyyət çəkən -
lərə həkimlər sutkalıq dozanı azalt
mağı
məsləhət görürlər. Orqa nizmdə duz çoxluğu
kəskin zəhərlənmə və sinir sisteminin iflicinə
gətirib çıxara bilər. İsti iqlim şəraitli işlərdə
həkimlər duzlu su içməyi məsləhət görürlər
(0,3–0,5%-li məh
lul), çünki duz suyun
orqanizmdə qalmağını təmin edir. Bir çox
yeyinti məhsullarının tərkibində duz var (inək
südü 0,06%, keçi südü 0,065%). Bəzi xalqlar
duz haqqında anlayışları olmadan yaşa yıb -
lar. Məsələn: Polinizeylər əti qoz qabığında
hazır saxladıqları dəniz suyuna batırırdılar.
NaCl-un bizim planeti mizdəki əsas mənbəyi
dünya okeanlarıdır. Təqribi hesablamalara
görə 4•1015 t ərimiş NaCl mövcuddur.
Okean sularının tərkibində demək olar ki,
daimi 2,8% NaCl mövcuddur. Daxili dəniz -
lərin tərkibində NaCl yüksəkdir. Məsə
lən:
Aralıq dənizində 3,1%, Ölü dənizdə 7,9%.
Təbiətdə daşduz qalit mine
ralı şəklində
əmələ gəlir. Nə vaxtlarsa mövcud olan dəniz
körfəz lərinin, göllərin məhv olmasından
əmələ gələn çöküntülər qalit mineralı adlanır.
Qalit rəngsiz, ağ, bozumtul (gil hissə ciklə -
rinin hesabına), çəhrayı və qırmızı (dəmir
(III) oksidin hesabına), yaşıl, mavi və göy
olur. Yer qabığının radioaktiv şüalanması
Dostları ilə paylaş: