70
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
nəticəsində daş duzun göy və ona yaxın
rəng çalarları yaranır. Natrium atomları
kristallik qəfəsdə diametri 1–5 nm olan NaCl,
sarı-narıncı nahiyədə isə işığı udan kolloid
hissəciklərini yaradır. Duz yataqları qədim və
müasir olmaqla fərqlənir. Qədim duz yataq -
ları özündə intensiv buxarlanma nəticəsində
qədim göllərin, körfəzlərin çöküntülərini əks
etdirir. Belə daşduz gümbəz, təbəqə, çö kün -
tü süxurları şəklində olur. Belə süxurlar böyük
sahəni əhatə edir (10km
2
-lərlə). Müasir
yataqlar isə göllərin, körfəzlərin suyunun
buxarlanması nəticəsində yaranır. Böyük duz
yataqları Rusiyanın Solikam-Bereznya kov,
Orenburq, İrkutsk vilayətində, Yakutiya da dır.
Müasir yataqlara Qərbi Sibir və Xə zər yanı
ovalıqda yerləşən Baskunçak gölü aiddir.
Daşduz yataqları ABŞ, Almaniya, İngiltərə,
Ukraynada, o cümlədən Azərbay canda möv -
cuddur.
Azərbaycanın Naxçıvan ərazisi də duz
yataqları ilə zəngindir.
Duzdağ, Nehrəm və Şəkərabad-
Qoşadizə daş duz yataqları.
Naxçıvan Muxtar Respublikasının daş -
duz yataqları Babək rayonunun ərazi sində,
Naxçıvan şəhərinin yaxınlığında yerləşir.
Hazırda üç daşduz yatağı mövcuddur: Duz -
dağ, Nehrəm və Şəkərabad-Qoşadizə. Duz -
dağ yatağı iki sahəyə ayrılır: Naxçıvan
sa həsi (uzunluğu 2,2 km, eni 1,6 km, sahəsi
3,5 kv.km) və ondan 4,5 km şimal-qəbdə
yerləşən Sust sahəsi (uzunluğu 1,3 km, 0,9
km, sahəsi 1,2 kv. km).
Naxçıvan sahəsi. Naxçıvan şəhərindən
12 km şimal qərbdə yerləşir. Yataq 6 laydan
ibarətdir. Aşağıda I və II duz layları üzrə
kimyəvi analizin orta nəticələri verilir.
Sust sahəsi. Naxçıvan şəhərindən 20 km
şimal-şərqdə, Sust kəndindən isə 3 km
şərqdə yerləşir. Yatağın geoloji quruluşunda
Miosen, Dördüncü və Müasir dövrün kom-
pleks süxurları iştirak edir. Naxçıvan daşduz
sahəsi də həmin kompleksdə yerləşir. Sust
sahəsinin daşduzu mikroskopik cəhətdən
Naxçıvan sahəsinin daş duzundan heç nə ilə
fərqlənmir. Həll olmayan qalıqların miqda rın -
dan asılı olaraq daşduz, adətən, ağ, ağımtıl-
boz rəngdədir. Aşağıda Sust sahəsi üzrə duzun
kimyəvi tərkibi verilir.
Nehrəm daşduz yatağı. Yataq Babək
rayonunun Nehrəm kəndi ətrafında, Naxçı -
van şəhərindən 10 km cənub-şərqdə yerləşir.
Yataq mütləq hündürlüyü 800–850 m olan
alçaq təpəli-düzənlik ərazidədir.