“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə80/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   76   77   78   79   80   81   82   83   ...   125
Həzrət Əlinin elmə

aid 10 kəlamı

On nəfər öz aralarında məsləhət edib qərara

gəldilər ki, ayrı-ayrılıqda Həzrət Əlinin (ə)

yanına gedib ona eyni sualı versinlər. Əgər Əli

(ə) hamının sualını eyni cür cavablandırsa,

deməli, onun elmi azdır və imamətə layiq deyil.

Yox, əgər hər kəsə o fərqli cavab versə, deməli,

Peyğəmbərin: “Mən elmin şəhəriyəm, qapısı isə

Əlidir” kəlamı doğrudur. Birinci adam Həzrət

Əlinin (ə) yanına gəlib soruşdu: “De görüm, elm

daha üstündür ya mal-dövlət?”. Həzrət Əli cavab

verdi: 


“Elm mal-dövlətdən üstündür. Çünki elm

peyğəmbərlərin mirasıdır. Mal-dövlət isə fironun,

Harunun və Şəddatın mirasıdır”.

İkinci adam da gəlib eyni sualı verdi. Əli (ə)

onun sualını belə cavablandırdı: “Elm maldan

üstündür. Çünki elm səni qoruyar, mal-dövləti isə

sən özün qorumalısan”.

Üçüncü adamın sualına imamın cavabı belə

oldu: “Elm mal-dövlətdən üstündür. Çünki al-

imin dostları çox olar, zənginin isə tüməni”.

Dördüncü adam da elmin, yoxsa sərvətin

üstün olduğunu soruşanda Əli (ə) buyurdu: “Elm

sərvətdən üstündür. Çünki elm xərcləndikcə

(başqalarına öyrədildikdə) çoxalar, sərvət isə

xərcləndikcə azalar”.

Beşinci adam eyni sualla müraciət edən də

imam belə cavab verdi; “Elm sərvətdən üstündür.

Çünki varlı adama paxıl və simic deyirlər. Amma

elmli adama ehtiram göstərirlər”.

Altıncı adamın sualının cavabı bu şəkildə

oldu: “Elm maldan üstündür. Çünki oğrular malı

apara bilərlər, elmi isə heç kim səndən oğurlaya

bilməz”.

Yeddinci adam öz sualının cavabında Əlidən

(ə) bunu eşitdi: “Elm maldan üstündür. Çünki

zaman keçdikcə mal köhnələr, çürü yər ya pasla-

nar, dəyərdən düşər. Amma elm üçün bu təhlükə

yoxdur”.


Səkkizinci adamın cavabı bu şəkildə verildi:

“Elm daha yaxşıdır. Çünki mal-dövlət yalnız bu

dünyada insanla birlikdə olar və ona xeyir verər.

Amma elm isə həm bu dünyada, həm də axirətdə

insana fayda gətirər”.

Doqquzuncu şəxsin cavabı da o birilərdən

fərqli oldu: “Elm mal-dövlətdən üstündür. Çünki

mal-dövlət insanın qəlbini daşlaşdırar, elm isə

yumşaldar”.

Nəhayət, onuncu adam elmin, yoxsa malın

üstün olduğunu soruşanda Həzrət Əli (ə)

buyurdu: “Əlbəttə, elm daha üstündür. Çünki

mal-dövlət öz sahibinə təkəbbür və mənəm-

mənəmlik gətirər, hətta bəzi zənginlər Allahlıq

iddiasına düşərlər. Amma elm adamı təvazökar

və başıaşağı olar”. Beləcə, Həzrət Əli ibn Əbu

Talib eyni sualın cavabını on fərqli şəkildə verdi.


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin