“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə76/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   72   73   74   75   76   77   78   79   ...   125
Zeynəb Hüseynli,

NKPİ-nin əməkdaşı

64

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Dövrünün böyük astronomu, riyaziyyat çısı,

etnoqrafı, tarixçisi və filosofu Əbu Reyhan

Biruni 973-cü ildə Xarəzmdə anadan olmuşdur.

Onun əsərləri bu gün də Qərb elm dünyasında

mənbə kimi istifadə edilir. UNESCO-nun 25

dildə çap etdirdiyi “Cornier” jurnalı 1974-cü il

iyun sayının üz qabığında “1000 il əvvəl Orta

Asiyada yaşayan beynəlxalq düha Biruni: as-

tronom, tarixçi, botanik, əczaçılıq mütəxəssisi,

geoloq, şair, mütəfəkkir, riyaziyyatçı, coğrafiya -

şünas və humanist” ifadələrinə yer vermişdir.

Yaşadığı əsrə “Biruni əsri” deyilməsinə səbəb

olan və yaşadığı dövrdən əsrlər sonra da

əsərlərindən fayda götürülən Biruni yalnız İslam

aləmində deyil, bütün dünyada dərin iz

qoymuşdur. Əslən türk olan (bəzi mənbə lərdə

fars mənşəli olduğu bildirilir) Biruni türklərin

İslamı qəbul etməsi nəticəsində bu mədəniyyətin

çox geniş ərazilərə yayılması ilə bəşəriyyətin,

xüsusilə elm sahəsində böyük qazanclar əldə et-

diyini bildirmişdir. Biruni elmlə din arasında

körpü salmaqla elmi fəaliyyətində yeni bir cığır

açmışdır. Qurani-Kərimə olan sevgisini hər

vasitə ilə dilə gətirən Biruni dini qaynaqlara

əsaslan maqla elmi təcrübə ilə isbatetmə şərtini

irəli sürmüş,  “Müqayisəli Dinlər Tarixi” elminin

əsasını qoymuşdur.

Ümumdünya cazibə qanununun ingilis alimi

Nyuton tərəfindən kəşf edilməsi qəbul olunsa da,

bu istiqamətdə ilk tədqiqatlar Biruniyə məxsus -

dur. Bundan başqa indi də geniş müzakirə edilən

quru hissələrinin şimala doğru sürüşməsi fikrini

9 əsr əvvəl Biruni elmi dövriyyəyə gətirmişdir.

Yaşadığı dövrdə “Ümid burnu”nun varlığından

ilk dəfə danışan Biruni Şimali Asiya və Şimali

Avropa haqqında da hərtərəfli məlumatlar

vermiş, əsərlərində Xristofor Kolumbdan beş əsr

əvvəl Amerika qitəsindən və Yaponiyadan bəhs

etmişdir.

Biruni Buxara kitabxanasında görkəmli

filosof, təbib İbn Sina ilə tanış olmuşdur. Dövrün

iki böyük dühası bir-birinin biliklə 

rindən

faydalanmışlar. Ümumiyyətlə, Buxara alimləri



sağlam bilik mübadiləsi ənənəsinə sadiq olan və

biliklərini bölüşən alimlər olmuşlar. Onlar

bildiklərini digərlərindən gizlət 

məz, elmdə

diskussiyanı üstün tutmaqla yanaşı, həm də

tənqidi qəbul edərdilər. Bu onu göstərir ki, elmdə

diskussiya mədəniy yəti Şərqdə mövcud olmuş və

bu günümüzə süzülüb gəlmişdir. Biruni bir




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin