72
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Şəkərabad-Qoşadizə yatağı sənaye ehti -
yatları təsdiq edilmiş Nehrəm duz yata
-
ğından 1,0–1,5 km şimal-qərbdə yerləşir.
Yataqda kəşf edilmiş duz layları Nehrəm duz
yatağındakı layların davamı olduğundan bir
sıra hallarda yatağın geoloji, fiziki-mexaniki,
texnoloji və digər parametrləri Nehrəm duz
yatağına uyğundur.
Kəşfiyyat işlərinin əsas məqsədi Karaqan
horizotunun duz çöküntülərində yeraltı qaz
anbarlarının yaradılması mümkünlüyünün
təyin edilməsindən ibarət olmuşdur. Buruq
quyuları vasitəsilə Orta Miosen çöküntü lə -
rində daş duz laylarının mövcudluğu təsdiq
edilmiş, duzun maksimal qalınlığı 39 m, mini-
mal qalınlığı isə 14 m olmuşdur. Duzun
yayılma sahəsini dəqiqləşdirmək üçün əlavə
5 buruq quyusu qazılmışdır. Buruq quyuları
vasitəsilə 9 kv.km sahə əhatə olunmuş, 5 kv.km
sahə yeraltı qaz anbarlarının yaradılması
üçün perspektivli hesab edilmişdir.
Aşağıdakı cədvəldə Şəkərabad-Qoşa
-
dizə yatağı üzrə daşduzun kimyəvi tərkibi
verilir.
Tədqiqatlarla müəyyən edilmişdir ki, kal-
sium, maqnezium və kaliumun miqdarına
görə duz xlor istehsalı üçün nəzərdə tutulan
tələbləri ödəyir.
Naxçıvan sahəsi: Naxçıvan şəhərindən
12 km şimal-qərbdə yerləşir. Yataq 6 laydan
ibarətdir. Aşağıda I və II duz layları üzrə kim -
yəvi analizin orta nəticələri verilir. Duzdağ
Naxçıvan şəhərinin 10 kilometrliyində yer lə -
şir. Ta qədimlərdə İpək yolu bu ərazidən
keçirdi.
Xəstələr şaxtada olduqda temperatur 0–
50C, nisbi rütubət isə 5–10% arta bilər.
Müalicə başa çatdıqdan sonra böyüklərdə
65–70%, uşaqlarda isə 80–85% yaxşılaşma
qeyd olunur.
Naxçıvan Respublika Fizioterapiya xəstə -
xa nasının müalicəvi təsiri digər duz şaxta -
ların dan üstünlüyü ondadır ki, şaxta hori zon tal
yerləşdiyindən xəstələr yeraltı şöbəyə adap-
tasiya olaraq girirlər. Xəstə
xanada yeraltı
şöbə nin işlənmiş şahmatvari ştrixlərində ven-
tilyasiya təbiidir, yəni havanın axın sürəti
0,1m/san-yə yaxındır. Şaxtada təbii yüksək
dispersli Na+, CI+ ionları sabitdir. Mikrob
cisimləri şaxtada çox azdır. Xəstəxananın
yerləşdiyi sahə ekoloji cəhət
dən yüksək
təmizliyə malikdir. Buna görə şaxtada zəhərli
qazlar (metan qazı), ümumiy yətlə, yoxdur. Bu
xəstəxanada predastma, bronxial astma I
mərhələ, infeksion-allergik və atopik formalı
yüngül, orta ağır dərəcəli, tənəffüs
çatışmazlığı l–ll mər hələ, ürək çatışmazlığı I
mərhələ, yanaşı xro
niki qeyri-obstruktiv
bronxit və xroniki pnevmoniya l–ll mərhələ (re-
missiya fazası), allergik rinosinusopatiyalar,
pollinozlar müalicə olunur.
Duzlu göllərə Avstraliyada (Viktoriya),
ABŞ-da (Böyük duzlu göl), İranda (Urmiya),
Azərbaycanda (Xəzər) rast gəlinir.
Urmiya gölü
Urmiya gölü Cənubi Azərbaycanın ən
məşhur gölüdür. Onun sahəsi təxminən
6 min kvadrat kilometrdir. Köçəri quşlar bu
göldən miqrasiya zamanı fasilə məntəqəsi
kimi istifadə edirlər. Fasiləsiz quraqlıq
səbəbindən Urmiya gölü tədricən dayazlaşır,
sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil,
həm də heyvanlara mənfi təsir göstərir.
Bu gün Urmiya gölünün suyunun duzu
litrdə 280–300 qrama çatır.
Dostları ilə paylaş: |