75
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
və yosunlar duzun belə miqdarında yaşaya
bilmirlər. Balıqlar dənizə düşərək, hətta onlar
ağrı hiss etməyə vaxt tapmadan bir anda
ölürlər və onların duzla örtülmüş bədənləri
ləpələrlə sahilə çıxarılır.
Ölü dəniz
Bəs bu dənizdə bu qədər belə qorxunc
güc hardandır? Daha sadə desək – onda
böyük miqdarda duz haradandır? Ölü dəniz
ona düşən bütün çay və çaylar üçün tələ
təşkil edir – çünki su heç vaxt çarhovuzun
hüdudlarını tərk edə bilmir. Tək çıxış yolu –
buxarladır. Ancaq duz buxarlana bilmə diyin -
dən, o dənizdə qalır. Beləliklə, bu yerdə əsr -
lər boyu duzun böyük miqdarı yığılıb qalıb.
Göründüyü kimi, hələ bir neçə yüz il əvvəl
insanlar bu çarhovuza tamamilə məntiqli ad
verdilər – Ölü dəniz. Həmçinin öz
böyüklüyünə görə bu gölə qədimdən səhvən
dəniz adı verilmişdir.
Duzlu dəniz və göl sularında yuyunmaq
və çimmək insan orqanizmi üçün olduqca
faydalıdır. İnsanlar hələ lap qədim zamanlar-
dan əsəb və oynaq xəstəliklərinin müalicəsi
üçün Türkmənistanda Molla-Qara gölünə
gələrdilər. Bu suyun duzluluğu Ölü dənizin
suyundan 1,5 dəfə çoxdur.
Yemək duzu istehsal və emalına görə
aşağıdakılara bölünür:
1. Xırda kristallı;
2. Müxtəlif növlü üyüdülmüş;
3. Üyüdülməmiş;
4. Yodlaşdırılmış.
Bir qayda olaraq, yemək duzunun tərkibi
CaCl
2
, MgCl
2
, Na
2
SO
4
, CaSO
4
və MgSO
4
ibarətdir. Yodlaşdırılmış duzun bütün növlə -
rində az miqdarda KJ var, lakin belə duzun
saxlanılması zamanı tərkibindəki KJ oksigenlə
oksidləşir və duzun tərkibindən çıxır. Son
vaxtlar KJO
3
əlavə olunur. Rusiyada daşdu -
zun istehsalı XII əsrdə yaranıb, Çar Aleksey
Mixayloviçin dövründə çoxlu duz mədənləri
işləyirdi. Ural, Nijniy Novqorod. I Pyotrun
dövründə xörək duzunun istehsalı xəzinə
tərəfindən monopoliyalaşdırılmışdır və bun-
dan böyük gəlir əldə olunurdu. 1711-ci ildə
bütün duz zavodlarını nəzərdən keçirmək və
təsvir etmək fərmanı verilmişdi. I Pyotrun
dövründə 6 duz zavodu işləyirdi. I Yekate -
rinanın dövründə “Duz istehsalı və ticarəti”
adlı fərman dərc olunmuşdu.
Yelizavetanın dövründə duzun hasilatı ilə
bağlı çoxlu fərmanlar verilmişdi. Duz bişirmə
çox böyük yanacaq tələb edirdi. Duz bişirilən
yerlərə yaxın olan meşələr amansızcasına
məhv edilirdi. 1753-cü ildə meşələrin saxla -
nıl ması üçün qədim rus duz bişirmə
məkanları bağlandı. II Yekaterinanın dövründə
Baxmut, Yenisey, İrkutsk, Nikolskiy, Balaxinskiy,
Sunskiy və s. duz hasilatı məkanları işləyirdi.
Qeyri-adi xörək duzunun tarixi məhz II
Yekaterinanın dövrüylə bağlıdır. Ölkənin
cənub vilayətlərindən çəhrayı rəngə çalan,
ətirli duz gətirilirdi. Bu duzun ətirli və rəngli
olması göldəki mikroorqanizmlər –
hallofillərlə əlaqədar idi.
Duzun istehsalında taxta boruları olan
mürəkkəb hidrotexniki qurğulardan istifadə
olunurdu.
Yeraltı hasilat isə rus üsulu adlanan
üsulla aparılırdı. İlk qazma XIII–XIV əsr
sənədlərində qeyd olunub. XVI–XVII əsrdə
quyuların dərinliyi 150–200 m-ə çatırdı.
Duz istehsalı məsələləri ilə çox dahi
alimlər məşğul olub, o cümlədən M.V.Lomo -
nosov. Hökumət mütəmadi olaraq ondan
xörək duzunun keyfiyyətiylə bağlı məslə
-
hətlər alırdı. 1764-cü ildə Staroruskiy yataq -
la rında tədqiqat aparmaq üçün alman
kim ya çısı və geoloqu İ.Q.Leman göndərildi.
Onun tədqiqatlarının nəticəsi həmin yataq -
larda işin təşkilinin yaxşılaşdırılması oldu.
1762-ci ildə Rusiyada işləmiş akademik
E.Q.Laksman xörək duzunun acı duzlardan
təmizlənməsini kəşf etdi. 1814-cü ildə
N.Y.Ozeretskovskiy duz emalının texniki
məsələləri haqqında məqalə dərc etmişdi.
1831-ci ildə Q.Qess İrkutsk quberni ya -
sında istehsal olunan xörək duzu haqqında
apardığı tədqiqatlarının nəticələrini dərc etdi.
Ən tanınmış daşduz yatağı Polşadakı
Veliçka şəhərindədir. O, dünya mədəniyyəti
və təbiəti xəzinəsi siyahısına daxil olub. Bu,
dünyada yeganə obyektdir ki, orta əsrlərdən
bu günə kimi fasiləsiz işləyir.
Ümumi uzunluğu 300 km, dərinliyi
327 m-dir.
İlk dövrlərdə duzu yerli duzlu
mənbələrdən alırdılar. XII əsrə
doğru yerüstü ehtiyatlar tükəndi və
duz hasilatçıları quyular qazmağa
məcbur oldular. Beləliklə, yeraltı
axtarışlar başlandı.
Yeraltı uçqunların qarşısını al-
maqdan ötrü işçilər kameralara
duz daşları qoydular. Sonrakı
dövrlərdə kameralar rəssamların
sənət əsərlərinin yaranmasına
şərait yaratdı. Belə ki, 300 il əvvəl
ilk yeraltı məqbərə – Müqəddəs Antoninin
məqbərəsi yarandı. Oranı duzdan kəsilmiş
Müqəddəs Məryəmin fiquru da bəzədi. Bu-
rada ilk ibadət 1963-cü ildə baş tutdu, bun-
dan əlavə, bu duz şaxtalarında bir neçə
müalicə sanato riya ları da mövcuddur. Bu-
rada bronxial asma, nəfəs yolları xəstəlikləri,
dəri xəstə
likləri müalicə olunur. Müalicə
şaxtaların spesifik iqliminə, yüksək
rütubətliliyinə (69–70%), NaCl-un yüksək
mövcudluğuna, eləcə də maqnezium, kalium
elementlərinin olmasına əsaslanır. İndi
duzun illik dünya üzrə istehsalı 175 milyon
ton təşkil edir. NaCl-un istifadə dairəsi çox
genişdir: həm yeyinti məhsulu, həm
konservləşdirici, həm də 1500 adda
materialın alınmasında istifadə olunan
xammaldır.
Almaz Tağıyeva,
kimya üzrə fəlsəfə doktoru,
dos., aparıcı elmi işçi
Sevda Rəfiyeva,
kimya üzrə fəlsəfə doktoru,
dos., aparıcı elmi işçi
Dostları ilə paylaş: