– Yəni sərbəstlik və inamlılıq tələbələrdə elmə,
təhsilə daha çox motivasiyalar yaradır?
– Bəli, heç bir qadağa yoxdur. Hətta mən bir tələbə
olaraq universitetin dekanının yanına gedib söhbət
edə bilərəm. Hər həftənin iki günü dekan universitetin
girişində oturur və istənilən tələbə yaxınlaşıb ona
təkliflərini edə bilir. Onlar da bu təkliflər əsasında
yeniliklər və dəyişikliklər edirlər. Məsələn, dərslərin
saatında, müəllimlərdə və sairə.
– Aydın məsələdir ki, Amerika və Böyük Britaniya
universitetləri Boloniya prose sinə qoşul mayıb. Bu
məsələdə həmin universitet lərin tarixi, məktəb -
lərin rolu xüsusi önəm kəsb edir. Ancaq iqti-
sadiyyat üzrə nobelçi lərin 90 faizi ABŞ alimləridir.
Sizin nəzərdə tutduğunuz həmin 60 krediti Har-
vard, Çikaqo uni versi tetlərindən gətirməyə hüqu -
qunuz varmı?
– Bu, təhsil aldığımız universitet ilə həmin təhsil
ocaqları arasında bağlanılan ikili müqavilənin
şərtlərindən asılıdır. Kolumbiya Universitetinin Berkli
Universiteti ilə ikitərəfli müqaviləsi varsa, bir semestr
Berkli Univer si tetində təhsil ala bilərik və bu kreditlər
sayılır. Konkret olaraq, Kolumbiya Universitetinin
Honq-Konq, London Biznes Məktəbi ilə ikitərəfli
müqavilələri var.
Dostları ilə paylaş: |