– Dünyanın aparıcı bir ölkəsinə magistratura
təhsili almağa gedəndə İqtisad Universite tin dəki
qazandığınız biliklər, ixtisaslaşma nə dərəcədə Sizə
kömək etdi? Yəni yerli univer
sitetlərimizdə dil
probleminin olması bir gerçək likdir, bu problemi
necə aradan qaldırdınız?
– Aydındır ki, bizim universitetlərdə təhsil, əsasən, öz
dilimizdə olduğundan həmin prob
lemlər yarana
bilərdi. Amma mən universi tetdə “Xüsusi istedadlar
qrupu”ndan dərs almışam və maliyyə fənnini ingilis
dilində öyrənmişəm. Ona görə də elə bir problemim
yaranmadı, yəni dil baryerini aşa bildim. Dil
imtahanını uğurla verdikdən sonra isə təhsil üçün elə
bir problemim qalmadı.
Dostları ilə paylaş: |