“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


Davamı növbəti nömrəmizdə



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə90/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   86   87   88   89   90   91   92   93   ...   125
Davamı növbəti nömrəmizdə

78

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

 Nils Bor



Neftdən sonrakı

dünya 

Hələ yarım əsr əvvəl neft ehtiyatlarının

tükənməsi haqda xəbər meydana gəlmişdi.

Xammal çatışmazlığı səbəbindən hasilatın

azalması ötən əsrin 80-ci illərinə, daha sonra

XXI əsrin əvvəlinə şamil edilirdi. İndi isə bəzi

analitiklər güman edir ki, neft hasilatı 2020-ci ildə

aşağı düşəcək, on il sonra isə indiki illərlə

müqayisədə ikiqat  azalacaq. Səbəb isə ehtiyatın

tükənməsi olmayacaq, sadəcə ona görə ki, bu

qədər neftə ehtiyacımız olmayacaq. Hal-hazırda

əldə olunan bütün neftin yarısı yerüstü

nəqliyyatın (8%-i isə su və hava nəqliyyatının)

ehtiyaclarına sərf olunur. Lakin tezliklə avtomo -

billərin əksəriyyəti elektriklə işləyəcək, qalanları

isə benzinlə idarə olunaraq elə effektiv olacaqlar

ki, yanacağa az tələbat yaranacaq. Bu proqno-

zlar nə dərəcədə doğrudur?

Həqiqətən, bizim dövrdə bütün iri avtomobil

istehsalçıları müxtəlif elektrifikasiya dərəcəli

modellər istehsal edirlər, hibriddən tutmuş təmiz

elektrikəcən. Belə modellərin sayı dünyada 130-a

yaxındır. Düzdür, onlar çox da satılıb qurtar mırlar

(alınmırlar). 2012-ci il üçün ABŞ-da alın 

mış

avtomobillərin sayı ötən ilki illə müqa yisədə 10%,



hibridlərin və elektromo billərin satışı isə cəmi 2,3

% artmışdır. Səbəb müasir akku mul yatorların

baha olmasıdır. Orta elektromobil üçün onlara 12

min dollar tələb olunur. Lakin yanacağın qiyməti

xeyli aşağıdır. Belə ki, ABŞ-da benzinlə işləyən

avtomobilin sahibi bir kilometr yola səkkiz sentə

yaxın, elektromobilin sahibi isə iki sentdən az pul

xərcləyir. 

“Deutsche Bank”ın eksperti Den Qalvz

güman edir ki, Lİ-İon batareyalarının qiyməti

elektromobillərin kütləvi istehsalına keçid zamanı

kəskin şəkildə aşağı düşəcək və 2015-ci ildə

akkumulyatorların komplekti 7000 dollardan az

qiymətə olacaqdır. O, həmçinin hesab edir ki,

2020-ci ildə elektromobillər ABŞ-da bütün avto-

mobil satışlarının beşdə birini, Avropada isə

dörddə birini təşkil edəcəkdir.  

Bundan başqa, daxiliyanma mühərriklərinin ef-

fektivliyi artır. Amerika qanunvericiləri belə bir

məqsəd qoyublar: 2025-ci il üçün orta avtomobil

bir litr benzinlə 23 kilometr yol getməlidir (hal-

hazırda 11,5 km). Avropa İttifaqı benzinin

istehlakını deyil, zərərli yanma məhsullarının,

həmçinin karbondioksidin tullantılarını azaldır.

2020-ci ilə Avropada sürülən avtomobillər 2015-ci

ilin avtomobilləri ilə müqayisədə tullantıları 25%

azaltmalıdır.

Lakin inkişaf etməkdə olan ölkələrdə,

xüsusən Çində benzinə olan tələbat minimum on

il davam edəcəkdir.  Orada avtomobil parkla rının

sayı ABŞ-dakından beş dəfə azdır.  Lakin Çin

Xalq Respublikası hökumətinin elektromobil

istehsalını stimullaşdırması ilə əlaqədar olaraq,

orada da 2025-ci ildən etibarən benzinə olan

tələbat azalmağa başlayacaq. 

Mütəxəssislərin çoxu “Deutsche Bank”ın

proqnozları ilə razılaşmır. Beynəlxalq Energetika

Agentliyi bildirir ki, 2035-ci ilə dünya avtoparkı

80%, neftə olan tələbat isə günə – indiki 90 milyon

barreldən 107 milyon barreləcən artacaq. Agent -

liyin baş analitiki bildirir ki, 2020-ci ilə elektro -

mobillər dünya avtoparkının yalnız iki faizini

təşkil edəcək. Və köhnə daxili yanma mühərri -

kinin isə effektivliyin artması üçün hələ çox

ehtiyatı vardır. Lakin o narahatlıq da vardır ki,

gediş xərclərinin azalması səbəbindən insanlar

daha çox maşın sürəcəklər.

Bəs avtomobil istehsalı nümayəndələri nə

düşünür? Bu yaxınlarda dünya avtomobil fir ma -

larının 200 rəhbəri  arasında  “Daxiliyanma

mühərrikləri nə qədər müddətə elektromotordan

üstün olacaqdır?” sualı üzrə keçi rilən sorğu bu

nəticələri verdi:  70% 1 ildən 10 ilə qədər, 18%

isə 10–20 il müddətini ehtimal edir.  




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin