“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə86/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   82   83   84   85   86   87   88   89   ...   125
Masazır gölü

Azərbaycan Respublikasının Abşeron

rayonu ərazisində, paytaxt Bakıdan 21 km

şimal-qərbdə Masazır gölü yerləşir. Bu

göldən 1813-cü ildən başlayaraq mütəmadi

şəkildə duz hasil olunur. Masazır gölünün

uzunluğu 4,7 km, ortalama eni 2,1 km,

ümumi sahəsi 10 km

2

-dir. Gölün dərinliyi 0,2



metrdən 3 metrə qədərdir. Masazır duz

gölündə duz iki vəziyyətdə mövcuddur:

gölün dibində olan duz layı şəklində və gölün

suyunun tərkibində məhlul şəklində. Göl

suyunda NaCl-un miqdarı 270 gr/litrdir, göl

suyunun ümumi mineralizasiyası 330 gr/litrdir.

Masazır gölünün   duz ehtiyatı 1.735.000

tondur. 


NaCl-un əsas istehsal mənbəyinə

daşduz layları, okean və dəniz suyu, göl şor

suyu, vulkan kraterlərindəki sublimasiya

prosesinə uğrayan sular aiddir. Hasiletmə

metodlarına aşağıdakı əsas qruplar aiddir.

Daşduzun hasilatı;



Duzlu göllərdən hasilat;

Hovuz üsullu göl və dəniz sularından



hasilat

Təbii və süni duz məhlullarının



buxarlanması yolu ilə.

Yeraltı hasilat 500 m dərinlikdə aparılır.

Hasil olunan duzun yarısından çoxunu şoran

göl duzu təşkil edir. Onun tərkibində NaCl-dan

başqa, KCl, MgCl

2

, eləcə də sulfatlar var. 



İsrailin və İordaniyanın sərhədləri bo yun ca

uzanan Ölü dəniz dünyada ən maraqlı

yerlərdən biridir. Onun uzun olmayan qumlu

sahilləri bütün dünyadan turistlərin böyük

miqdarını özünə cəlb edir. Bir çox insanların

marağına səbəb olan təbiətin bu gözəl yerini

görmək üçün onlar uzaqlardan bura gəlirlər.

Bir çoxlarının böyük marağına səbəb olan-

lardan biri də onun adıdır. Ölü dəniz, məlum

olduğu kimi, bizim planetimizdə ən duzlu

dənizdir. Məhz bu mineral maddənin

sayəsində siz sakitcə su üzərində uzana və

boğulmağa ehtiyat etmədən öz sevimli

jurnalınızı oxuya bilərsiniz. Ölü dənizdə

duzun qatılığı çox yüksəkdir, belə ki – bir litr

suda 270 qramdan çox duz var. Nəzərə

alsaq ki, qalan bütün duzlu çarhovuzlarda bu

rəqəm nadir hallarda 35 qramla qiymətlənir,

onda bu miqdar, həqiqətən də, çox

böyükdür.

Natrium-xloridin belə böyük miqdarı

suyun sıxlığını əhəmiyyətli dərəcədə yük -

səldir və işə fizika qanunları daxil olur –

insan sudan çaxır probkası kimi itələnir.

Bu mineral da dənizin dəhşətli adının

yaranmasına səbəb olur. Təəccüblü deyil ki,

belə duzlu suda mikroorqanizmlərin yalnız

nadir növləri sağ qalır. Balıqlar, molyusklar




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin