“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə88/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   84   85   86   87   88   89   90   91   ...   125
76

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




XX əsrdə elmi ixtiralar nəticəsində məlum

oldu ki, davamlı hərəkət-dəyişiklik bütün kainat

sisteminə aiddir. Bu mənada fasiləsiz dəyişiklik

və sabitsizlik sistemin mahiyyətini təşkil edir.

Dünyada sabit bir şey yoxdur. Digər tərəfdən,

mütəmadi olaraq bədənimiz, düşüncələrimiz

və vərdişlərimizdə də dəyişikliklər baş verir. XX

əsrdə ortaya çıxan bu ixtiralar göstərir ki, təbiətin

əsas qanununu dəyişiklik prosesi təşkil edir.

1. Edvin Habll və genişlənən dünya

Edvin Habll digər korifey alimlər kimi öz

ideyalarının dəqiqliyinə inanırdı. Habll  kainatın

genişləndiyini sabitsizlik qanunları əsasında

müşahidə etmişdir. Spektroqrammaya dair

kəşfləri ilə Habll göstərdi ki, ulduzlu səma sabit

deyildir. Onun nəzəriyyəsinə görə,  qalaktikalar

güclü sürətlə hərəkət edir və kainatı təşkil edən

hissələr müxtəlif tərəflərə səpələnmişdir. Məşhur

Habll teleskopu alimin şərəfinə adlandırılıb. 

Habll 1953-cü ildə vəfat etmişdir. Üç il sonra

Hyunson və onun qrupu Habll qanunu olaraq

bilinən nəzəriyyənin əsasında 10–12 milyard il

bundan əvvəl sirli şəkildə baş vermiş

dünyanın yaradılışı ilə bağlı Böyük Partlayış

və ya Biq Bənq adlandırılan nəzəriyyənin

əsaslarını qoydular. Genişlənən kainatda  yeni

kosmik fəlakətlər və kataklizmlər baş verir. Biz

kainatda  məhv olan və yenidən əmələ gələn

ulduzlar sistemini mütəmadi olaraq müşahidə

edirik. Nəticədə Habll kainatda qalaktikaların

hərəkət etdiyini sübut etdi. Habllın bu ixtiraları

hal-hazırda da öz yeniliyini və funksionallığını

mühafizə edir. 




Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin