X
әzәr sahilindә Qara-Boğaz-Qol körfәzi.
Xəzər dənizinin ən görkəmli yerlərindən biri
Qara-Boğaz-Qol körfəzidir. Qara-Boğaz-Qol
körfəzi Xəzər dənizinin şərq sahilində
yerləşən Türkmənistandadır. Dənizin səviy -
yə sindən asılı olaraq körfəzin sahəsi dövri
olaraq dəyişir. Körfəz dənizlə eni 110–300 m
arasında dəyişən və uzunluğu 8–10,5 km olan
dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-
Qol körfəzinin səviyyəsi Xəzər dənizinin
səviyyəsindən daimi aşağıdır. Səviyyələr
arasındakı fərq dəyişəndir, dənizin səviy
-
yəsindən asılıdır və 2–6 metr intervalındadır.
Boğaz vasitəsi ilə körfəzə daimi su axını
vardır və bu suyun hamısı körfəz səthindən
buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən
8–10 km3, yəni 20–300 m
3
/san su axır. Bu
su vasitəsilə dənizdən körfəzə 150 mln. ton
duz daşınır. 1980–1984-cü illərdə körfəz süni
damba vasitəsilə dənizdən ayrılmış, nəti
-
cədə Qara-Boğaz-Qol qurumuş və 18 min
km
2
ərazidə nəhəng duz vadisi yaranmışdır.
Dəniz tipli duzların çöküntüsünü verən
yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi
mirabilit, qalit, astraxanit və s. mineral du-
zlarla çox zəngindir. Hazırda körfəzdə na-
trium sulfat, qlauber duzu, tibbi dəniz duzu
və müalicəvi xlorlu maqnezium istehsal ol-
unur.
Qara-Boğaz-Qol ehtiyatlarının istifadə
perspektivləri böyükdür. Hal-hazırda Qara-
Boğaz-Qol böyük kimya sənayesinin güclü
bazasıdır.
Dostları ilə paylaş: |