71
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Daşduz laylarının qalınlığı cənub-şərq -
dən şimal-qərbə doğru 46,4 m-dən 90 m-dək
artır. Daşduz layı ətraf süxurlarla birlikdə
uyğun yatım təşkil edir. Yatım istiqamətindən
lay 3 km, uzanma istiqamətindən isə 400–
800 m izlənilmişdir. Yatağın ümumi sahəsi
1,54 kv.km-dir.
Nehrəm yatağının duzu kristallik olub, ağ,
metalı-boz və tünd-boz rəngdədir. Bir sıra
quyularda yasəmən rəngli dəmir mikaları
saxlayan şəffaf duz laylarına rast gəlinir. Duz
qatı massiv kütlə təşkil etməyib, qalınlığı
2–10 sm olan gil və gilli qumdaşı laycıqları
ilə ayrı-ayrı laylara ayrılır.
Daşduzun mineraloji tərkibi mürəkkəb
olmayıb, şlifdə bütün sahəni kubşəkilli halit
mineralı tutur. Halitin fonunda sistemsiz
şəkildə anhidritlə sementləşmiş xırda-xırda
gilli-qumlu materiallara rast gəlinir. Nehrəm
yatağında daşduz kimyəvi tərkibinin sabitliyi
ilə seçilir.
Aşağıdakı cədvəldə buruq quyuları üzrə
duzun kimyəvi tərkibi verilir.
Nehrəm yatağının hazırkı öyrənilmə
dərəcəsi onun kimya sənayesi üçün əsasən,
soda istehsalı üçün maraq kəsb etdiyini
söyləməyə əsas verir. Əldə olunmuş geoloji
nəticələr Nehrəm yatağının ehtiyat artımının
çox perspektivli olduğunu göstərir.
|