– Təhsil aldığınız ixtisas üzrə tələbə kontingenti
necədir? Xüsusən azərbay can lılar neçə nəfərdir?
Və belə bir tendensiya var ki, çinlilər, yaponlar və
başqaları çoxluq təşkil edir. Bu mənada həmin ix-
tisasda azərbay canlı kimi təksinizmi?
– Təhsil aldığım universitetə hər il təxminən 600
nəfər tələbə qəbul olunur. Mən daxil olan ildə yeganə
azərbaycanlı tələbə oldum. Oxuduğum qrupda 50 faiz
amerikanlı, qalanı isə müxtəlif ölkələrdəndir. Ümumi -
likdə isə universitetin 50 faizi xarici ölkələrdəndir. Bu
nüfuzlu ali məktəbdə Azərbaycandan yalnız mən təhsil
alıram. Əsas təmsil olunan ölkələr Çin, Hindistan,
Braziliya və inkişaf etməkdə olan ölkələrin gənclə ridir.
Keçmiş SSRİ respublikalarından mənim oxuduğum
qrupda Rusiyadan 3, Gürcüstandan 1 nəfər var.
Dostları ilə paylaş: |