– Azərbaycanda bir sıra təhsil ocaqları, məsələn,
Neft Akademiyası, Bakı Dövlət Universiteti, Odlar
Yurdu kimi universitetlərin ixtisaslarında müəy -
yən oxşarlıq var. ABŞ-da necə, belə bir müqayisə
aparmısınızmı?
– Müqayisə aparmamışam, amma təxmin edə bilərəm
ki, Azərbaycanın da ali məktəb
lərində maliyyə,
mühasi batlıq, dil və s. dərsləri keçirilir. Orada da biz
həmin dərsləri keçirik. Məncə, fərq ondadır ki,
Azərbay canda həmin MB proqramı yenidir. 5-10 il
sonra xaricdən müəllim dəvət olunsa, həmin proq -
ram ların keyfiyyəti daha da artacaq. Amma Kolum -
biya Universitetində bu proqram ötən əsrin
əvvəllə rindən keçilir. Yəni 100 yaşı olan ixtisaslar hər
dəfə təkmilləşdirilirsə, bu, inkişafa xidmət edir. Bu
mənada böyük keyfiyyət fərqləri üzə çıxır.
Dostları ilə paylaş: |