“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


 Albert Eynşteyn və işığın yayılma möcüzəsi



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə89/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   85   86   87   88   89   90   91   92   ...   125
2. Albert Eynşteyn və işığın yayılma möcüzəsi

Eynşteyn təsadüflərə inanmırdı və təbiətin

ciddi qanunlar ilə idarə olunduğunu düşünürdü.

Məhz məşhur sözü də bunu təsdiq edir: “ Tanrı

zər atmaz”.

77

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

XX əsrin

10

möhtəşəm


ixtirası

Edvin Habll

Albert Eynşteyn


Albert Eynşteyn bizə zaman və uzaqlığın

nisbi olduğunu göstərdi. Onun nisbilik nəzəriy -

yəsi iki əsasa istinad edir. 1– Hərəkət nisbidir,

2 – Kainatdakı ən yüksək sürət işığın sürətidir.

İşıq enerjinin bir növüdür. İşıq, eyni zamanda

ən yüksək sürətli foton cərəyanı olmaqla

birlikdə, elektromanietik dalğadır. Nəticə ola -

raq  heç bir cisim işıqdan daha sürətli hərəkət

edə bilməz. 

Eynşteyn çox sadə və insanlarla isti

münasibət yaradan biri idi. Harvard Universite-

tinin elm tarixi üzrə professoru İ.Kohen

Eynşteynlə bağlı maraqlı bir məqamı açıqlayır.

Belə ki, bir vaxtlar Amerikanın məşhur nəşr

evlərindən biri nisbilik nəzəriyyəsi haqqında

populyar kitab nəşr etmək istəyi barəsində

elan verdi. Məqsəd anlaşılan  bir şəkildə nis-

bilik nəzəriyyəsinin açıqlanması idi. Müsabi -

qəyə  göndərilən yazılar geniş oxucu kütləsinin

başa düşə biləcəyi tərzdə yazılmamışdı.

Ancaq bir yazı var idi ki, o müxtəsər və

anlaşılan şəkildə yazılmışdı. Burada fikirlərin

açıqlığı, mövzunun dərinliyi və arqumentlərin

dəqiq olması yazının mahiyyətini ortaya

qoyurdu. Təəccübedici o oldu ki, bu yazının

müəllifi Albert Eynşteyn idi və komissiya onun

yazısını ən yaxşı elmi-populyar yazı olaraq

qəbul etmişdi.  

Eynşteynin məşhur ifadələrindən biri də bu

idi – “Mütləq zaman olmadığı kimi mütləq

məkan da yoxdur”. 

Deyilənlərə  görə,  cavan  yaşlarından  eti -

barən Nils Bor öz həmyaşıdlarından hərtərəfli

şəkildə fərqlənirdi. Sakit, atletik bədənə sahib

və zarafatcıl biri idi. Sirli və qorxuducu ada

malik olan (kvant fizikası, atomdaxili hissələr)

kvant mexanikası nisbilik nəzəriyyəsindən

fərqli olaraq,  formaca çox sadə və istifadə

imkanları çox olan nəzəriyyədir. Ancaq bu

nəzəriyyənin təsvir etdiyi dünya qəribə

görsənir və hətta bəzən qorxuducudur. Kvant

nəzəriyyəsinin başlan ğıcı məşhur alim Maks

Plankın 1900-ci ildəki tədqiqatlarına əsaslanır.

O, kəşf etmişdi ki, işıq və digər işığabənzər for-

malar kvant adlandırılan enerji hissəciklərini

özündə cəmləşdirir. Borun ilk nəzəriyyəsi

İngiltərədə nəşr olunur, lakin çox tənqidə

məruz qalır. Eynşteyn kimi, digər elm adamları

da bunun ixtira olduğunu qəbul edirlər və

1922-ci ildə o, Nobel mükafatı alır. 

İlkin olaraq, qeyd edə bilərik ki, kvant

mexanikası İsaak Nyuton nəzəriyyəsini əsaslı

şəkildə qəbul etmir. Rezerford Kembric

Universitetində klassik atom nəzəriyyəsini

tənqid etdiyində  Nyuton nəzəriyyəsinin müda -

fiəçi ləri olan professorlar ona qarşı çıxırdılar.

Kembricdə bu professorları “köhnə öküzlər”–

old bulls adlandırırdılar. Nils Bor 2 il sonra

atoma dair Rezorford təli mindən sonra özünün

elmi hipotezini təqdim etdi. Ona görə elektron-

lar atomun daxilində  onlar üçün müəyyən

olun muş enerjiverici vəziyyətdə mövcuddurlar. 

Kvant fizikası  dünyanı iki hissəyə ayırır.

Makrokosm (daha böyük atomların obyekti) və

mikrokosm (atom daxili hissələr). Bu mənada

biz heç bir zaman dəqiq olaraq elektronların

hərəkət kordinatlarını müəyyən edə bilmərik.

Biz ancaq onun vəziyyətini və ölçülərini

müəyyən edə bilərik. Bor ilə Eynşteyn arasında

olan dialoq da bu kontekstdə çox maraqlıdır. 

Eynşteyn: – Kvant mexanikası çox böyük

nəzəriyyədir. Ancaq daxili səsim mənə deyir ki,

o son ixtira deyil. Bu nəzəriyyə çox şeyi əhatə

edir, ancaq biz yenə də əsas cavaba

yaxınlaşmırıq. Bütün hallarda mən inan mıram

ki, Tanrı zər atır. 

Bor:  – Bizim işimiz Tanrıya dünyanı necə

idarə edə biləcəyini göstərmək deyil.

Kvant mexanikası atomdaxili dünyaya

enərək oradakı həqiqətlərin bizdən asılı

olmadığını, kainatdakı hər şeyin bir-biriylə

bağlı olduğunu göstərdi. Beləliklə, Nyuton fizi -

kasından fərqli olaraq, yəni maddənin bilyard

topu kimi qatı, sərt, ölçülə bilən və bir-birindən

müstəqil obyektlər olduğu fikri də öz mahiyyətini

itirdi. Kvant mexanikası sonsuz ehtimallar

daxilində qeyri-müəyyənliyi müdafiə edir. 


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin