“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


İntellektə dair müasir nəzəriyyələr



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə72/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   68   69   70   71   72   73   74   75   ...   125
İntellektə dair müasir nəzəriyyələr

Müasir intellekt nəzəriyyəçilərindən biri olan

Amerika psixoloqu Raymond  Spiarman apardığı

elmi tədqiqatlar vasitəsilə insan intellektini

öyrənməyə başladı. O, 1960-cı ildə mental

testləri yerinə yetirmiş uşaqların nəticələri

üzərində apardığı müşahidələrə əsaslanaraq belə

bir nəticəyə gəldi ki, ümumi intellekt 2 faktordan

ibarətdir. Bu faktorları “maye” (fluid) və

“kristallaşmış” (crystallized) intellekt adlandırdı.

Spiarmana görə, obyektlər arasında əlaqənin kəşf

edilməsi, baş verən hadisələrdə qanunauyğun -

luğun aşkarlanması, məsələlərin yeni həll yolla -

rının tapılması maye intellekt, əldə edilmiş

bilik lərin tətbiqi isə kristallaşmış intellekt ilə bağ -

lıdır. Qeyd edək ki, “maye” intellekt erkən gənc -

liyə qədər inkişaf edir və sonra onun səviyyəsi

tədricən enməyə başlayır. Bu dövr insan həyatı -

nın daha məhsuldar dövrü kimi səciyyələnir.

“Kristallaşmış” intellekt isə orta yaşlara qədər

artır, bir müddət sabit qalır və zaman keçdikcə

azalmağa başlayır. 

Çoxtərəfli intellekt (multiple intelligence)

Amerika psixoloqu Hovard Qardner

tərəfindən 1983-cü ildə təklif edilən nəzəriyyəyə

görə, bütün insanlar eyni tip intellektə malik

olmurlar. Hər bir fərd fərqli sahələrdə başqala -

rından daha üstün intellektə malik ola bilər.

Hovard Qardner 7 belə sahə müəyyənləşdirdi və

onları aşağıdakı kimi təyin etdi: 

Bədən-kinestetik intellekt (bodily-kinesthetic) –

bədənin və onun hissələrinin çevikliyi və

qıvraqlığını, ətraflar vasitəsilə müxtəlif işləri

keyfiyyətlə yerinə yetirmək və yaradıcılıq üçün

istifadə etmək qabiliyyətini əhatə edir. 

Vizual-fəza intellekt (spatial) – fəzada obyekt -

lərin bir-birinə nəzərən keyfiyyətlərini, yerləş -

məsini müəyyən etmək və yerdəyişmə zamanı

yarana biləcək dəyişikliyi təyin etmək qabiliyyə -

tindən, obrazları və şəkilləri aydın təsəvvür etmə

bacarığından ibarət intellektdir.

Musiqi intellekti (musical) – səsin yüksək -

liyini, tonunu, ritmini ayırd etmək, müxtəlif

səslər 


dən kompozisiya yaratmaq, melodiyanı

səsləndirmək qabiliyyətidir.

Verbal-linqvistik intellekt (verbal-linguistic) –

dilləri öyrənmək, fikri şifahi və yazılı şəkildə

dəqiq ifadə etmək bacarığıdır.

Məntiqi-riyazi intellekt (logical-mathe mati -

cal) – problemləri məntiqi analiz etmək, elmi

tədqi 


qat aparmaq qabiliyyətlərindən, riyazi

əməliyyatları aparma bacarığından ibarətdir.

İnterpersonal intellekt (interpersonal) – başqa

insanları anlamaq, onların niyyətlərini, hislərini

başa düşməkdir. 

İntrapersonal intellekt (intrapersonal) – insa -

nın özünü anlaması, öz hislərini, istəklərini,

ehtiyaclarını müəyyən edə bilməsi bacarığından

ibarətdir.

H.Gardner daha 3 intellekt növünü də bu

siya hıya əlavə etdi:

naturalist intellekt (naturalistic) – ətraf aləmi,

təbiəti başa düşmək, onun qanunauyğunluqlarını

anlamaq;


spiritual/ekzistensial intellekt (spiritual/exis -

tensial) – həyatın mənasını anlamaq, həyat və

dinə aid suallara cavab tapmaq qabilliyyəti;

moral intellekt (moral) – başqa insanların

maraqlarını nəzərə alaraq qərar qəbul etmək,

gördüyü işlərə görə məsuliyyət daşıdığını anla -

maq bacarığı ilə əlaqədardır. 

Onun fikrincə, son 2 tip intellekti daha çox

araşdırılmağa ehtiyac duyur. 

Üçtipli intellekt (triarchic theory of intelligence)

Bu tip intellekt Amerika psixoloqu Robert


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin