“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə69/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   ...   65   66   67   68   69   70   71   72   ...   125
A.Tağıyeva

58

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Elm və təhsil ruprikası



59

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

İnformasiya və biliklərin əldə edilməsi,

işlənməsi və məqsədyönlü istifadəsində insanın

zehni qabiliyyətinin məhsulu olan intellektin

ümumi qəbul olunmuş tərifi hələ ki yoxdur. İnsan

intellektinin öyrənilməsinin erkən tarixindən

başlayaraq günümüzə qədər bu xüsusi qabiliyyət

növü müxtəlif mənbələrdə və tədqiqatlarda fərqli

şəkildə təsvir və izah edilir. Ənənəvi olaraq Şərq

düşüncə tərzində hissin, Qərb düşüncə tərzində

isə intellektin aparıcı rol oynadığı ön plana

çəkilir. Əslində isə ağıl və hiss bir-birini

tamamlamasa, məqsədə çatmaq mümkün deyil.

Cübran Xəlil Cübranın Peyğəmbərin dili ilə

dediyi kimi, hiss və ağıl həyat gəmisinin yelkəni

və sükanı kimidir. Biri hərəkətə gətirir, digəri isə

– istiqamətləndirir.

Adi danışıq dilində intellekt “ağıl” anlayışına

uyğun gəlir. Bu anlayış elmi istilah kimi qəbul

edilmədiyindən onun dəqiq əhatə dairəsi

müəyyənləşdirilməmişdir və yerindən asılı olaraq

fərqli mənalarda işlədilir.

Fəlsəfi ədəbiyyatda “intellekt“ anlayışı

müxtəlif dövrlərdə müxtəlif mənalar daşımışdır.

Qədim yunan fəlsəfəsində (Platon və Aristotel)

intellekt insanı bütün digər varlıqlardan fərqlən -

dirən əsas xüsusiyyət, ilahi başlanğıcın əlaməti

kimi qiymətləndirilir. Əgər duyğu, qavrayış bir

sıra digər canlı orqanizmlər üçün də səciy yə vi -

dirsə, intellekt yalnız insana məxsusdur. Həm də

intellekt adi düşüncədən, elementar abstrak siya

qabiliyyətindən yüksəkdə durur. Platona görə,

insan nəsnələrin əsasında dayanan anlayışları

dərk etməklə ideyalar aləminə yaxın laşa bilər ki,

bu da intellektual qabiliyyət adlanır. Yəni intellekt

nəsnələrin hissi qavrayışından asılı olmadan –

fövqəlhissi surətdə dərk olunmasıdır.

Kant və Hegel isə intellekt anlayışını adi

mühakimə qabiliyyəti, abstrakt-analitik düşüncə

tərzi mənasında işlətmiş, onu zəka ilə müqa -

yisədə təfəkkürün nisbətən aşağı pilləsi kimi başa

düşmüşlər. Buraya əsasən formal məntiq prinsip -

ləri, 2+2=4 qətiyyəti aid edilir.

“Oxford Dictionary of Psychology Intelli -

gence”  lüğətində intellekt anlayışı koqnitiv qabiliy -

yət kimi açıqlanır. Amerika psixoloqu R.Sternberq

intellekti real mühitə uyğunlaşmaq, bu mühitdə

seçim etmək, onu formalaşdırmaqdan ibarət mental

fəaliyyət hesab edir. Ümumilikdə isə intellekt fəal

və mürəkkəb idrak əməliyyatı sistemi olub, yalnız

həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil,

insan fəaliyyətinin istiqaməti, motiva 

siya 


ların

xarakteri ilə müəyyən olunur. 

İntellekt səviyyəsinin öyrənilməsi və ölçül -

mə  sinin metodlarına dair müxtəlif nəzəriyyələr

mövcuddur. Bu sahədə ilk təşəbbüs və tədqiqat

görkəmli fransız psixoloqu Alfred Bineyə məx -

sus dur. Binenin təklif etdiyi şkalada intellektin

göstəricisi kimi test tapşırıqlarının uğurlu şəkildə

yerinə yetirilməsi ilə təyin olunan əqli yaş həddi


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin