55
ELM DÜNYASI / Elmikütlәvi jurnal / 3 (03) 2013
Nanotexnologiyanın aviasiyada və
kosmonavtikada istifadə imkanları
Bəşəriyyət daima çalışır ki, daha sürətli və
daha rahat nəqliyyat vasitələri yaratsın. Bu
baxım
dan aviasiya və raket texnikasının
inkişafı daha maraqlıdır.
Aviasiya nəqliyyatının inkişafı, əsasən,
aşağı dakı faktorlardan asılıdır: mühərrik qayırma
sənayesinin inkişafı, aerodinamikada yeni
inkişaf konstruksiya materiallarının yaradıl -
ması. Nanotexnologiya məhz tamamilə yeni
konstruksiya materiallarının yaradılması və
hazırlanması texnologiyasının həyata keçiril -
məsində müstəsna rol oynayır. Məsələn, səsdən
iti sərnişin təyyarələri üçün mühərrik
lərin
yüksək termiki davamlığa malik (1000–1600
◦C-də işləyə bilən) kompozisiya tərkibli saxsı
materiallardan hazırlanması problemi həll
ediləcəkdir. Digər detallar üçün isə yeni, ter -
miki davamlı polimerlər və ya polimer kompo -
zisiyaları yaradılmalıdır ki, 200–400 ◦C-yə qədər
davamlı olsun.
Kosmik qurğularda istifadə olunacaq
materiallar 3000° C-yə yaxın temperaturlarda
da davamlı olmalıdırlar.
Yapon alimi N.Kobayasi nanotexno logi -
yanın aviasiyada və kosmonavtikada tətbiqi
perspektivlərini aşağıdakı kimi təsvir edir.
Daha sürətli, etibarlı və rahat aviasiya
nəqliyyat vasitələrinin yaradılması özündə
aşağıdakıları birləşdirir:
Adi kompozisiya materiallarında xarakte -
ris tikalar “cəmlənir”, amma müəyyən həddə
çatdıqda xarakteristikalar “vurulur”.
Vaqif Abbasov,
AMEA-nın müxbir üzvü,
k.e.d., professor
Dostları ilə paylaş: |