54
ELM DÜNYASI / Elmikütlәvi jurnal / 3 (03) 2013
Dioksin xlorlu tullantıları və plastikləri
(polivinilxlorid, uretan tipində və s.) zibil
yandırıcı qurğularda yandırarkən əmələ gəlir.
Əmələ gələn dioksin asanlıqla atmosferə,
torpağa və ya su hövzəsinə daxil olur və
mühitin aktiv kimyəvi çirkləndirici mənbəyi
olur. Dioksin canlı orqanizmlərin piy toxuma -
la
rında toplana bilir və bu səbəbdən də o,
asanlıqla əksər qida məhsullarında toplana
bilir. Bunlarla yanaşı dioksin olduqca davamlı
maddədir və bu səbəbdən də orqanizmdə pis
emal olunur (indi dioksini, hətta ana südündə
müşahidə etmək olar).
Bütün qeyd olunanlar göstərir ki, dioksin
ekoloji baxımdan ən təhlükəli maddələrdən
biridir. Hələlik dioksin ilə mübarizənin vahid
üsulu tullantıların yandırılması üçün daha
yüksək temperaturlu sobaların yaradılmasıdır
ki, bu da problemi tam həll etmir.
Əksər ölkələr üçün (xüsusən də Yaponiya
üçün) ən ciddi ekoloji problem turşu yağışla -
rıdır.Turşu yağışları ilə mübarizədə daha
radikal vasitə neft, kömür və s. kimi enerji mən -
bələr istifadə olunmadan yeni enerji mənbə -
lərindən istifadəyə keçiddir.
Dostları ilə paylaş: