Ekologiya, kənd təsərrüfatı və
nanotexnologiya
Qeyd edək ki, insana, heyvan və bitki
aləminə mənfi təsir baxımından birinci yerdə
mobil texnikanın qaz halında tullantıları durur.
Qlobal miqyasda dünyada avtotraktor parkı
ildə atmosferə 20–27 milyon ton karbon
monooksid, 2–2,5 milyon ton karbohidro
-
genlər, 6–9 milyon ton azot oksidləri, 200–230
milyon ton karbon dioksid, həmçinin 100 min
ton qurum atılır. Ən təhlükəli tullantılar qurum,
benzapiren, azot oksidləri, aldehidlər, karbon
monooksid və karbohidrogenlərdir.
Ümumi zəhərlik səviyyəsində birinci
yerlərdən birini qurum tutur, çünki birincisi,
onun atmosferə atılan miqdarı kifayət qədər
çoxdur və sərf olunan yanacağa görə 1%-dir.
İkincisi, o, çoxnüvəli aromatik karbohidrogen -
lərin toplayıcısı rolunda çıxış edir.
Qurumun hissəcikləri yüksək dispersliklidir
(diametri 50–180 nm, kütləsi 10–10 mq-dan
çox deyil). Odur ki qurum uzun müddət havada
qalır, nəfəs yollarına və insanın qida borusuna
daxil olur. Hesablamalar göstərir ki, ölçüləri
150 nm olan qurum hissəcikləri 8 sutka ərzində
havada asılqan vəziyyətdə qala bilər. Əgər
nisbətən iri qurum hissəcikləri (2–10 mkn
ölçülü) orqanizmlərdən asanlıqla kənarlaşırsa,
xırda (ölçüləri 50–200 nm olan) qurum
hissəcikləri ağciyərdə qalır və allergiyaya
səbəb olur.
Dostları ilə paylaş: |