problemlərin yeni həlli yolları
Nanotexnologiya təkcə ətraf mühit və
energetikanın problemləri ilə sıx bağlı deyil,
həm də mümkündür ki, bu, olduqca mürəkkəb
məsələlərin yeni həllinə gətirib çıxaracaq.
Ciddi ekoloji problemlərdən biri bizim pla -
netin orta temperaturunun uzun müddətli art -
ma sıdır.
1960–2000-ci illər dövründə bu kəmiyyət
0,5 ◦C artmışdır, həm də bu artım keçən əsrin
80-ci illərindən davamlı xarakter almışdır.
Alimlər dəqiq inanırlar ki, belə artımın əsas
səbəbi yandırılan yanacağın (daş kömür, neft
və s.) miqdarının daima artmasıdır. Məhz
yanma məhsulları (CO2, metan və s.) və
onların günəş şüaları ilə qarşılıqlı təsiri
atmosfer temperaturunun əsas artma faktorudur
(“istilikxana effekti”).
Odur ki artıq çoxdan yanar faydalı qazıntı -
ların istifadəsinin azaldılması ekologiyanın
əsas probleminə çevrilmişdir. Bu səbəbdən də
alternativ enerji mənbələrinin axtarılması və
enerjinin saxlanması və ötürülməsinin səmərəli
üsullarının işlənib hazırlanması əhəmiyyətli
elmi-texniki məsələ kimi qarşıda durur.
Ən yaxın vaxtlarda aydınlaşmışdır ki,
karbon nanotrubkaların istifadəsi günəş enerji -
sini çeviricilərin faydalı iş əmsalını artırmağa
imkan verir. Bundan başqa aşkar olunmuşdur
ki, karbon nanotrubkalar böyük miqdarda
hidrogeni səmərəli olaraq adsorbsiya edə bilir
və bu məlumat müxtəlif yanacaq elementləri,
batareyalar və s. yaradılması sahəsində işləri
sürətləndirdi.
Digər ekoloji problem odur ki, təxminən 20
km yüksəkdə yerləşən atmosferin ozon
təbəqəsi məişətdə və sənayedə istifadə olunan
bir çox kimyəvi reagentlərin təsiri ilə dağılır.
Ozon təbəqəsinin dağılması prosesində əsas
rolu “təbii olmayan” və müxtəlif məqsədlərlə
(aerozollar, soyuducu agentlər, süni iqlim
qurğuları və s.) sənayedə istehsal olunan
freonlar oynayır.
Ozon təbəqəsinin cəmi 1 % azalması dəri
xərçəngi xəstəliklərinə tutulma tezliyini 3–6 %
və leykemiyaya tutulmaları 1 % artırır.
On ildən çoxdur ki, ozon təbəqəsinin
kifayət qədər dağılması müşahidə olunur ki,
bunu alimlər atmosferə müxtəlif freon birləş -
mə lərinin atılmasının artımı ilə əlaqələndirirlər.
Bu problemin ən optimal yolu o ola bilər ki,
freonların istifadəsi tam qadağan olunsun, lakin
bu, real görünmür.
Hazırda müxtəlif tətbiqlərdə freonları əvəz
edəcək maddələrin axtarışı davam edir.
Daha bir olduqca ciddi ekoloji problem
dioksinin istifadəsidir. Dioksin də freonlar kimi
təbiətdə mövcud olmamışdır və sənaye istehsa -
latları yaranması nəticəsində meydana gəlmişdir.
Dostları ilə paylaş: |