adı arasında bir paradoksallıq vardır. Belə ki,
“qeyri-şüuri” əslində insanın iç dünyasının ən ali
təzahürü, ən yüksək pilləsidir.
“Qeyri-şüuri” idrak fəaliyyəti olduqca böyük
miqyaslı, mürəkkəb bir psixi-fizioloji prosesin
nəticəsidir ki, onun ideal konstruksiyasını, mode -
lini qurmaq, onun gedişini izləyə bilmək müasir
imkanlar daxilində deyil. Biz yalnız bu fəaliyyət
sayəsində alınan informasiya ilə yeni məlumatla
tanış oluruq, bütün naməlum idraki əməliyyat isə
“qeyri-şüuri”, “sövq-təbii” anlayışlar ilə ifadə
olunur. Beyinin sövq-təbii “intellektual” fəaliyyə -
tinin nəticəsi artıq intellekt yox, yeni keyfiyyətli
hadisə kimi təzahür edir ki, bunu da xarakte rin -
dən asılı olaraq emosiya, hiss, fəhm adlandırırlar.
Duyğunun, hissin ikinci, yüksək mənası adi
danışıq dilində və ədəbiyyatda da geniş yayıl -
mışdır. Məsələn, S.Vurğun “dünən bir duyğusuz
soruşdu məndən”, – deyərkən “duyğu” anlayışı
bilavasitə inikas anı kimi deyil, yüksək
“intellektual” (əgər belə demək mümkündürsə)
duyğu mənasında işlədilir. Yaxud hissin ikiməna -
lılığına uyğun olaraq həssaslıq sözü də iki mənada
işlədilir. Həssaslıq – duyğu üzvlərinin yaxşı inki -
şafı; iti görmə, yaxşı eşitmə, iybilmə qabiliyyəti
və s. kimi və həssaslıq – situasiyanı qeyri-şüuri
olaraq düzgün qiymətləndirmək, sövq-təbii
olaraq ən optimal çıxış yolu tapmaq və s. kimi.
“Qeyri-şüuri” anlayışı həm estetik, emosional
hadisələri, həm də elmi idrakın bir məqamı olan
intuisiyanı əhatə edir. Azərbaycanca adi danışıq
dilində emosiya və intuisiya terminlərinə hiss
(“intellektual hiss” mənasında) və fəhm sözləri
uyğun gəlir. Bunlar idrakın keyfiyyətcə fərqli
sahələri olsa da, təbiətləri etibarilə bizə bəlli
olmadıqlarından hər ikisi “qeyri-şüuri” adı altında
ümumiləşdirilir.
Belə bir fakt da maraqlıdır ki, ayıq vəziyyətdə
(ağlın, intellektin istiqamətlənmiş fəaliyyəti) həll
oluna bilməyən bir sıra problemlər yarıyuxulu
vəziyyətdə asanlıqla həll olunur; bu vəziyyətdə
gözlənilməz kəşflərin sayı daha çoxdur.
Tədqiqat göstərir ki, insan yatarkən beyinin
fəaliyyəti nəinki dayanmır, əksinə, onun ən
intensiv fəaliyyət dövrü bu vaxta düşür. İnsan
kənardan heç bir informasiya almadığı və
məntiqi təfəkkürün fəaliyyəti dayandığı bir
vaxtda beyində müstəqil, sərbəst fəaliyyət üçün
imkan yaranır; gündüz alınmış informasiya bir
növ yerbəyer edilir. Bu zaman bütün passiv
hafizə tutumu işə düşür (yuxu hadisəsi də
bununla izah olunur), yeni məlumatlar nə vaxtsa
görülmüş, eşidilmiş və öyrənilmiş olan, lakin
sonralar unudulmuş olan (tam unutma mümkün
deyil – məlumat passiv hala keçməklə beyində
həmişə qalır) məlumatlar, biliklər küllüsü içəri -
sində yerləşdirilir. “Birdən-birə yada düşmək”,
“ağlına gəlmək” və s. məhz belə passiv yerləş -
dirmə prosesində olur; nə vaxtsa axtarılarkən
hələ çatışmayan bir detalın əlavə olunması
sayəsində tam konstruksiya yaranır, o vaxt
yarımçıq qalmış model tamamlanır və s. Yaxud
da gördüyün yeni bir mənzərə, duyduğun yeni
ahəng, struktur və s. axtarılan məsələ ilə qeyri-
şüuri surətdə analogiya yaradılmasına (assosi -
asiya) gətirir ki, bu da yeni “mənzərə”nin daha
mükəmməl olan strukturunun başqa bir modeldə
istifadə edilməsinə imkan yaradır...
Hiss, emosiya qabiliyyətinə malik olmamaq
maşının idrak qabiliyyətinin insan idrakı ilə
Dostları ilə paylaş: