Sosial psixologiya Psixi həyatın sosial kökləri: interpsixika fenomeni


Moda kütləvi davranış, ünsiyyət forması kimi



Yüklə 93,9 Kb.
səhifə26/51
tarix22.12.2022
ölçüsü93,9 Kb.
#77440
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
Sosial psixologiya (1)

Moda kütləvi davranış, ünsiyyət forması kimi

Moda termini modus sözündən əmələ gəlmişdir. XVII-ci əsrdən etibarən fransız ve italyan ədəbiyyatında mode (fransızca) və ya moda, modo (italyanca) formasında həmin terminlə başlıca olaraq məişət, geyim, saçın düzəldilməsi və davranış sahəsində xüsusi sosial-psixoloji fenomeni ifadə etməyə başlamışlar. Azərbaycan dilində moda sözü nisbətən sonrakı dövrlərdə vətəndaşlıq hüququ qazanmışdır. Bizim dilimizdə uzun müddət onun qarşılığı kimi dəb sözü işlənmişdir.
Moda kütləvi davranışın spesifik və dinamik formasıdır. Moda sürətlə dəyişən zövq və əyləncə vasitələrinin təsiri ilə, əsasən kortəbii surətdə əmələ gəlir. Modanın yayılmasında kütləvi jurnallar, moda festivalları, o cümlədən məşhur aktyorlar, idmançılar və s. mühüm rol oynayır. Bu sahədə reklam vasitələrindən xüsusilə geniş istifadə olunur.
Moda kortəbii surətdə mənimsənilməsinin xüsusiyyətlərini yalnız şəxsiyyət psixologiyası baxımından təhlil etmek olar. Birinci növbədə, modanın zövqlə qarşılıqlı əlaqəsi diqqəti daha çox cəlb edir. Zövq nəinki şəxsiyyətin qarşılıqlı aləmə estetik, həm də etik münasibətini ifadə edir.
Moda ünsiyyətin spesifik formasıdır. Moda hər şeydən əvvəl, uşaqların sosializasiyası prosesinin təsirli vasitələrindən biridir: istər yeniyetməlik, istərsə də gənclik yaşı dövrlərindən oğlan və qızlar moda vasitəsilə müəyyən davranış nümunələrini, məsələn, kişi və qadın etalonlarını mənimsəyirlər. Modanın kommunikativ funksiyası onda ifadə olunur ki, o, insanlar arasında informasiya vasitəsinə çevrilir. İnsanlar bir-birinin davranışını təhlil edərkən onların modaya münasibətinə də diqqət yetirirlər. Bu baxımdan insanlar özlərinin fizioqnomik maskasını yaratmaq üçün modadan istifadə edirlər.
Müəyyən edilmişdir ki, modanın inkar olunduğu, kobud surətdə qadağan edildiyi ailələrdə böyümüş uşaqlarda, sonralar əlverişli şərait yarandıqda, modaya ifrat münasibət asanlıqla əmələ gəlir. Bundan başqa, moda ayrı-ayrı hallarda şəxsiyyətin kifayət qədər təmin edilməmiş tələbatlarını kompensasiya (əvəz) edir. Yetim uşaqların bəzək elementlərindən daha çox istifadə etməsi faktını xatırlasaq, fikrimiz aydın olar.
Beləliklə də, biz ünsiyyət prosesində psixoloji təsir vasitələrini nəzərdən keçirdik. Onlardan hər birinin özünəmexsus xüsusiyyətləri vardır. Lakin canlı ünsiyyət prosesində təhlil etdiyimiz psixoloji təsir vasitələri qarşılıqlı əlaqədə meydana çıxırlar.


  1. Yüklə 93,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin