İstifadə qaydası və dozası
Eqlonil kapsulları qida qəbulundan asılı olmayaraq su ilə daxilə qəbul edilir.
Hər bir halda preparatın minimal effektiv dozaları istifadə edilməlidir.
Pasiyentin klinik vəziyyətindən asılı olaraq müalicə aşağı dozalardan başlanılmalıdır.
Böyüklər
Həyəcan vəziyyətlərinin adi müalicə üsulları qeyri-effektiv olduğu halda qısamüddətli
simptomatik müalicə.
Gündəlik doza 50-150 mq təşkil edir, 4 həftədən artıq olmayan müddətdə.
6 yaşdan yuxarı uşaqlar
Ağır davranış pozulmaları (təlaş, ), xüsusilə də autizm sindromu ilə. Gündəlik doza 5-10 mq/kq
bədən çəkisinə təşkil edir.
Ahıl yaşlı pasiyentlər üçün dozalar
Sulpiridin başlanğıc dozası böyüklər üçün nəzərdə tutulan dozanın ¼-1/2 hissəsini təşkil
etməlidir.
Böyrək funksiyası pozulması ilə pasiyentlərdə dozalama
Sulpirid orqanizmdən əsasən böyrəklər vasitəsi ilə xaric edilir, bu səbəbdən kreatinin klirensinin
göstəricilərindən asılı olaraq sulpiridin dozasının azaldılması və/və ya preparatın qəbulu arasında
olan müddətin uzadılması tövsiyə edilir: kreatinin klirensi 30-60 ml/dəq olduğu halda sulpiridin
dozası 30% azaldılır, preparatın qəbulu arasındakı müddət isə 1,5 dəfə uzadılır; kreatinin klirensi
10-30 ml/dəq olduğu halda sulpiridin dozası 2 dəfə azaldılır, preparatın qəbulu arasındakı
müddət isə 2 dəfə uzadılır; kreatinin klirensi 10 ml/dəq-dən aşağı olduğu halda sulpiridin dozası
70% azaldılır, preparatın qəbulu arasındakı müddət isə 3 dəfə uzadılır.
Dostları ilə paylaş: |