V.Ə. Qasımov


Terrabayt – (Tb kimi işarə olunur) aşağıdakı qiymətə malikdir:  1 Tb = 2 10  Gb = 2 40  b.  Bod



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   44
Gasimov-informatika-darslik (1)

Terrabayt
– (Tb kimi işarə olunur) aşağıdakı qiymətə malikdir: 
1 Tb = 2
10 
Gb = 2
40 
b. 
Bod 
– Rabitə xətti vasitəsilə ötürülən zaman informasiya bodlarla 
ölçülür və 1 saniyədə ötürülən bitlərin miqdarını göstərir: 
1 bod = 1 bit/san.
1.5.
 
Müasir kompüterlərdə informasiyanın kodlarla 
təsvir edilməsi 
Qeyd olunduğu kimi, 1 bit vasitəsilə yalnız iki qiymət – 1 və 
ya 0 qiymətləri kodlaşdırıla bilər. 2 bitlə dörd (0-dan 3-ə qədər - 
00, 01, 10, 11), 3 bitlə səkkiz müxtəlif qiymət (0-dan 7-yə kimi) 
kodlaşdırılır. Aydındır ki, kodlaşdırma üçün istifadə olunan 
bitlərin sayı artdıqca, daha böyük həcmdə informasiyanın 
kodlaşdırılması mümkün olur. 
Ümumiyyətlə, müasir kompüterlərdə 256 simvol istifadə 
edilir. Yuxarıda qeyd olunduğu kimi, bu 256 simvolun təsvir 
olunması üçün maksimum 8 bit kifayət edir (əlavə 1). Onlardan 
128 simvol standart, 128 simvol isə dəyişən olur. Standart hissəyə 
idarəedici simvollar, rəqəmlər, hesab əməlləri, böyük və kiçik 
ingilis hərfləri, durğu işarələri daxildir. Dəyişən hissədə isə milli 
şriftlər (milli standartlar), mətnlərdə istifadə olunan müxtəlif 
işarələr, psevdoqrafika və s. əksini tapır. 
Bu simvollar toplusunu (cədvəlini) ASCII standartı 
adlandırırlar. ASCII standartı kompüterlər üçün "əlifba" hesab 


17 
olunur. Burada kompüterdə istifadə olunan simvollar, onların 
şəkilləri, kodları (nömrələri) müəyyən edilir. Qeyd olunmalıdır ki, 
bu standart kompüterlərdə istifadə olunan standart deyil (bax: 
növbəti paraqraf).
Əslində ASCII standartına daxil olan ilk 32 simvol (onların 
kodu 0-dan 31-ə kimidir) istifadəçilər tərəfindən istifadə olunmur. 
Onlar 
idarəedici 
simvollar 
olduğundan 
proqram-texniki 
təminatının istehsalçıları tərəfindən kompüterlərin idarə edilməsi 
üçün tətbiq edilir. 
ASCII standartında istifadəçilər tərəfindən istifadə oluna 
biləcək simvollar siyahısında ilk simvol – probeldir. Onun kodu 
32-dir.
Cədvəldən görünür ki, növbəti 15 simvol (33dən 47-yə kimi 
kodlara malik olan simvollar) xüsusi simvollar və durğu 
işarələridir. 48-57 kodlara 0-9 rəqəmlərinə, 58-64 kodları riyazi 
simvol və durğu işarələrinə, 91-96 və 123-127 kodları isə xüsusi 
simvollara uygundur. 65-90 kodlarında A-dan Z-ə qədər ingilis 
əlifbasının baş hərfləri, 97-122 kodlarında kiçik hərfləri göstərilir.
ASCII standartının ikinci hissəsinə 128-ci koddan 
başlayaraq milli standartlar (milli əlifbanın böyük və kiçik 
hərfləri, milli valyuta və digər işarələr) daxil edilir. Bundan əlavə, 
sənədlərin hazırlanması zamanı istifadə olunan və proqramlarda 
tətbiq edilən müxtəlif xüsusi simvollar da cədvəlin bu hissəsində 
nəzərdə tutulur.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin