Xəbər bülleteni №23


Dollar düşüb, avro bahalaşıb



Yüklə 464,64 Kb.
səhifə16/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

Dollar düşüb, avro bahalaşıb


17.02.2016

valyuta 1Fevralın 17-də ABŞ dolları bir qədər ucuzlaşıb. Mərkəzi Bankın rəsmi kursu ilə 1 dollar 1,5675 manata satılır. Ötən gün rəsmi məzənnə 1,5679 manat idi.

Transparency.az xəbər verir ki, avro bahalaşıb. Fevralın 16-da 1 avro 1,7488 manat olub, bu gün isə rəsmi kurs 1,7506 manatdır.

100 Rusiya rublunun rəsmi məzənnəsi 2 manat 1 qəpikdir, 1 gürcü larisi isə 0,627 manata təklif olunur.

Neft ucuzlaşdı


17.02.2016

neft 1Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,62 dollar ucuzlaşaraq 29,12 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,53 dollar azalaraq 32,27 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 1,54 dollar ucuzlaşaraq 32,54 dollara satılır.

Xəbəri AZƏRTAC yayıb.

Prezidentin köməkçisi Qubad İbadoğlunun təkliflərinə rəsmi cavab verib


17.02.2016

natiq emirov 1Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Demokratiya və Rifah Hərəkatının təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi”nə baxılması barədə müraciətə cavab verib. Transparency.az bildirir ki, hərəkatın rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bu haqda məlumat yayıb.

Ekspertin yazdığına görə, cavab məktubunda deyilir: “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi” layihəsinə baxmışıq. Layihədə məqsədəuyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı əsas tutularaq aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaq. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının təqdim etdiyi tədbirlər paketində 3 il ərzində bu istiqamətdə islahatlar aparmaq təklifləri yer alır:

- Hədəfi çevik və açıq hökumət olan idarəetmədə struktur islahatları;

- Hədəfi iqtisadi münasibətləri tənzimləmək olan institutsional islahatlar;

- Hədəfi aşağı inflyasiya və dayanıqlı milli valyuta olan pul-kredit və bank islahatları;

- Hədəfi tarazlı və səmərəli büdcə sistemi olan vergi-tarif və fiskal islahatlar;

- Hədəfi yeni iş yerlərinin yaradılması olan sərbəst qiymətqoyma, açıq ticarət və ədalətli rəqabət üzərində qurulan sahibkarlıq islahatları;

- Hədəfi regionların tarazlı inkişafı və milli iqtisadiyyatın modernləşdirilməsi olan aqrar və sənaye-struktur islahatları;

- Hədəfi firavan və təminatlı cəmiyyət olan sosial reabilitasiya və inkişaf islahatları;

- Hədəfi Azərbaycanın dünyada və regionda maraqlarına toxunan prosesləri aktiv və səmərəli sürətdə tənzimləyən milli iqtisadi təhlükəsizlik islahatları.

Nazir illik hesabatla çıxış edib


17.02.2016

edliyye nazirliyi
Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, nazir Fikrət Məmmədov hesabatla çıxış edərək deyib ki, 2015-ci ildə nazirlik 780 qanunvericilik aktının layihəsini hazırlayıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2670 belə aktı hüquqi ekspertizadan keçirib, milli qanunvericiliyin elektron bazasına 2330 sənəd daxil edilib və il ərzində həmin bazaya 180 mindən çox başçəkmə olub.

Nazirin sözlərinə görə, 42 mindən çox vətəndaş müraciətinə baxılıb, 9800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb: “Notariat orqanlarında aparılan əməliyyatların sayı 3,3 milyonu ötüb, 344 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 37 milyon manatadək dövlət rüsumu və haqq ödənilib. “ASAN xidmət” mərkəzləri çərçivəsində 1,7 milyon əməliyyatı ədliyyə orqanları həyata keçirib. Vətəndaşlar nazirlikdə göstərilən 20 elektron xidmətdən yararlanıblar”.

Fikrət Məmmədov deyib ki, ötən il dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4100-ü ötüb, KİV-lərin sayı isə 5100-ə çatmaq üzrədir.

Nazir bildirib ki, 2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb: “Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 2750 şəxs inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs barəsində cinayət işi başlanıb. Hesabat dövründə 6238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb”.

Kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə barədə məlumat verilib. Bildirilib ki, 2015-ci ildə bələdiyyələrin qanunsuz ayırdığı 1400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb, 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib, həmçinin qanunvericiliyin tələblərini pozmuş 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü olur


17.02.2016

ziyafet esgerov 1Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb. APA-nın məlumatına görə, parlamentin bu barədə qərar layihəsi fevralın 23-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl Məhkəmə-Hüquq Şurası üzvlüyündən çıxdığı üçün həmin yer boş qalıb.

Transparency.az bildirir ki, Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi, professordur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci ildən Milli Məclisinin deputatıdır. 2000-ci ildə parlament sədrinin müavini seçilib. 2005-ci ildən Milli Məclis sədrinin birinci müavinidir, hazırda həm də müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir.

Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, amma hazırda qurumun 13 üzvü var: Fikrət Məmmədov, ədliyyə naziri (sədr); Ramiz Rzayev, Ali Məhkəmənin sədri; Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri; Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi; Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi; Şahin Yusifov, Ali Məhkəmənin hakimi; Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi; Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri; Azər Cəfərov, ədliyyə nazirinin müavini; Namiq Əsgərov, baş prokurorun müavini; Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri; İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi; Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin