Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   34   35   36   37   38   39   40   41   ...   168
geofiziki kesfiyyat usullari

 
 Şəkil
25. 
Fiziki sahənin 

T qrafiki xəritəsi. 1dolerit daykası 2.çökmə 
süxurlar.
yatım bucağından, məsaməliliyindən və çatlara məruz qalma 
dərəcəsindən çox asılıdır. Müşahidə olunan geofiziki sahənin təhlili 
və yaxud bunun geoloji izahı yuxarıda qeyd edilən vacib müddəalar 
üzərində qurulur. 
 
§16. Fiziki sahələrin öyrənilmə üsullarının əsasları 
Geofiziki kəşfiyyat üsullarından istifadə edərək geofiziki 
sahələrin öyrənilməsi əksər hallarda duz xətt istiqamətində 
əvvəlcədən seçilmiş yol və yaxud kəsiliş uzrə aparılır və öyrənilir. 
Məlumdur ki, geofiziki sahə kəsilməzdir, yəni sahəni xarakterizə 
edən fiziki kəmiyyətlər bir müşahidə məntəqəsindən digər müşahidə 
məntəqəsinə fasiləsiz olaraq səlis keçir. Geoloji sahə isə süxurların 
inkişafı dövru müxtəlif tərkibli və müxtəlif şəraitlərdə əmələ gelən 
geoloji qurumların sərhədində mövcud olur. Bu, geofiziki sahənin 
geoloji sahədən əhəmiyyətli dərəcədə fərqli olduğunu göstərir. 
downloaded from KitabYurdu.org


78 
Demək olar ki, geofiziki sahəni geoloji sahədən əsaslı fərqləndirən 
müddəalar bunlardır. 
Əgər biz sahənin qiyməti və forması haqda tam məlumat almaq 
istəyiriksə, onda hökmən hər bir müşahidə məntəqəsində bu sahənin 
qiymətini ölçmək lazımdır. Bu fiziki sahələri ölçmək üçün müxtəlif 
cihazlardan istifadə edilir. Həmin cihazların bir hissəsi yol boyu 
hərəkət zamanı ölçülən sahənin qiymətini fasiləsiz olaraq yazır. Belə 
cihazlar təyyarələrə, peyklərə, vertolyotlara, avtomobilə və minik 
vasitələrinə yerləşdirilir. 
İkinci qrup cihazlar məkanda Yerini dəyişməyən qəbuledicilərdən 
(datçikdən) ibarətdir, bunlardan gələn siqnallar stasionar qəbuledici 
qurğularda qeyd olunur. Qeyd edicilər gələn siqnalları fiziki sahənin 
qiymətlərini lent üzərində yazır, yaxud fasiləsiz, qrafikini çəkir. Belə 
cihazlar quyularda və su hövzələrində də tədqiqat aparmaq üçün 
istifadə olunur. 
Üçünçü qrup cihazlar müşahidə məntəqəsində tərpənməz olaraq 
dayanmış halda fiziki sahənin qiymətini təyin edir. Bunlar böyük 
qrup təşkil edir və geniş istifadə olunur. Onlarla yer səthində istə-
nilən kəsilişdə və marşrutda istənilən miqyasda ölçmə işləri aparılır. 
Müşahidə məntəqələri bir-birindən marşrut boyunca bərabər məsafə-
lərdə yerləşdirilir. Geofiziki müşahidə vaxtı marşrutlar ərazidə 
layların uzanma istiqamətinə perpendikulyar istiqamətdə qoyulur
çox hallarda marşrutlar eyni məsafədə bir-birinə paralel olaraq
qoyulur. Marşrutlar (profillər) arasındakı məsafə tədqiqatın miqya-
sından asılıdır, tərəfdən bu məsafələr axtarılan geoloji obyektin 
ölçülərindən də asılıdır.
Təyyarə ilə aparılan geofiziki işdə marşurutlar axtarış aparılan 
ərazinin sahəsindən asılı olaraq seçilir. Tədqiqat marşrutlarda eyni 
yuksəklikdən aparılır. Belə halda düzgün istinad məntəqələrinin 
seçilməsi çox vacibdir (çay, yol, göl. və s.). Bu istinadlar havadan 
yaxşı görunməlidir və bu istinadlar eyni zamanda xəritəyə köçürülür. 
Axır vaxtlar radiogeodeziyadan marşrutların yerləşdyi ərazinin 
coğrafi koordinatlarının. təyinində geniş istifadə olunmağa 
downloaded from KitabYurdu.org


79 
başlanmışdır. Bu üsul fəzada təyyarənin koordinatlarının istənilən 
vaxt marşrutun istənilən nöqtəsində təyin edilməsinə imkan verir. 
Yer səthində kiçik miqyaslı geofiziki müşahidələr yol kənarı ilə, 
çayların sahili ilə və meşə içərisindən keçən cığırlar ətrafında 
aparılır. Belə halda qurulan şəbəkə qeyri bərabər olur. 
Müşahidə məntəqələri arasındakı məsafə addımla, əgər maşınla 
gedilirsə, maşının spidometri ilə təyin edilir. Belə halda tədqiqat 
aparılan ərazinin coğrafi koordinatları xəritədə vizual qeyd olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin