etdiyindən, biz ancaq onun ümumi xarakterini və əsas qayəsini
müəyyənləşdirməklə kifayətlənəcəyik. Bunun üçün irsin forma-
laşmasında dominantlıq edən əsas maraq və həvəsi, elmi, siyasi,
mənəvi-psixoloji motivləri, nəhayət ictimai-siyasi şəraiti və
tələbatı öyrənmək lazım gəlir.
Qeyd edək ki, mühacirlərimizin yaradıcılığında ideoloji-
siyasi ruhla, kulturaloji, tarixi məzmun qovuşduğundan irsin
“ideoloji-siyasi və “ədəbi-tarixi” sahələr üzrə qruplaşdırılması
şərti xarakter daşıyır və tədqiqatımızın xarakterinə uyğun təhlil
aparmaq üçün bir metod kimi seçilmişdir.
Bununla yanaşı belə qruplaşma ideoloji-siyasi yaradıcılıq
prosesinin daha çox müxtəlif təşkilatlar, dərnəklər, mətbuat orqan-
larının yaranması, beynəlxalq aləmdə Azərbaycanın müstəqilliyi
uğrunda aparılan mübarizə-bir sözlə praktiki fəaliyyətlə
çulğaşması kimi özəl xüsusiyyətlə; ədəbi-tarixi sahənin isə daha
çox vəhdətdə, ümumi kulturoloji planda, həm də konkret istiqa-
mətlər üzrə (tarix, ədəbiyyat, musiqi, arxitektura və s.) araş-
dırılması ilə bağlıdır.
Mühacirətin ədəbi-tarixi yaradıcılığı spesifik tədqiqat
məzmunundan, eyni zamanda əhəmiyyətindən başqa, təbliğat sa-
həsi kimi ideoloji-siyasi prosesə təkanverici rolunu da oynayırdı:
ədəbiyyatımızın, tariximizin, mədəniyyətimizin öyrənilməsi və
öyrədilməsi həm də Azərbaycanın müstəqil bir dövlət, millətimi-
zin isə müstəqil bir millət olmağa layiqliyini sübuta yönəlmişdi.
Ümumiyyətlə, Azərbaycanın milli ideologiyası, tarixi,
ədəbiyyatı, mədəniyyəti, mövcud durumu ilə bağlı ayrı-ayrı mü-
hacirlərimizin yazdığı əsərlər, apardığı təhlillər bütövlükdə bir-
birini tamamlayan, boşluğa yer qoymayan, nəticədə vətənimiz
haqqında dolğun təəssürat yaratmağa qadir olan mükəmməl sistem
kimi görünür. Mühacirət irsinə xas olan xüsusiyyətlər, onun
202
ardıcıllığı, sistemliliyi və sanki yaradıcılıq prosesinin bir mər-
kəzdən idarəsi, tənzimləməsidir. Çeşidli yaradıcılıqdan doğan belə
ahəng, ilk növbədə mühacirlərin taleyində, fəaliyyətində, strateji
maraqlarında ümumi, ortaq və oxşar cəhətlərin çoxluğu ilə bağlı
idi.
Əslində başqa cür düşünmək çətindir, çünki musiqi təd-
qiqatçısından tutmuş tarixçiyə qədər bütün mühacirlərimizin yara-
dıcılığında bel sütunu Azərbaycanın istiqlaliyyatı məsələsidir;
müstəqil olmağa layiq milli ədəbiyyat, milli sənət, tarix və s.,
nəhayət onların yaradıcısı və sahibi millət.
Mühacirlər ədəbiyyat və siyasət münasibətləri məsələsində
öhdəsinə düşən vəzifələrin nədən ibarət olmasını da çox gözəl
dərk edir, elmin, mədəniyyətin sovetlərdə olduğu kimi siyasətə
tabe edilməsi əleyhinə çıxırdılar. Sovetlərdə mədəniyyəti, elmi
inhisarına alan siyasətin “Elm və siyasət” məqaləsinə tənqidini
verən M. Ə. Rəsulzadə yazırdı: “Mədəniyyətin qayəsi siyasəti
elmə tabe etdirməkdir” [168, s. 97].
Bu baxımdan mühacir ədəbiyyatı siyasətə tabe etdirilmiş
ədəbiyyat deyil, konkret ideologiya (Azərbaycanın müstəqilliyi)
uğrunda döyüşən ədəbiyyatdır.
Problemə belə baxış mühacir yaradıcılığında başlıca stra-
teji hədəfləri və məqsədləri müəyyənləşdirməyə imkan verir ki,
onları aşağıdakı şəkildə ümumiləşdirmək mümkündür:
- müstəqilliyini itirmiş millətin öz elmini, mədəniyyətini,
ideologiyasını hərtərəfli inkişaf etdirmək imkanından məhrum
olmasını nəzərə alaraq, bu sahədə zaman boşluğunun, fasilənin
yaranmaması üçün sistemli araşdırmalar aparmaq;
- Azərbaycan (eləcə də SSRİ millətlərinin) elmini qüsurlu
tədqiq, təbliğ və tədris edən, ümumiyyətlə daxildə mədəniyyətləri,
elmin milli sahələrini istər məzmun, istərsə də şəkilcə eybəcər hala
salan bolşevik siyasətinin iç üzünü açaraq, əvəzində
konyukturadan uzaq, kommunist ideologiyasının nəfəsi dəyməmiş
tədqiqat əsərləri ortaya qoymaq;
203
- şərəfli tarixi keçmişi, dövlətçilik ənənəsi, zəngin mədə-
niyyəti, özünüidarəyə əsas verən iqtisadiyyatı olan Azərbaycanın
müstəqil yaşamağa hazır və layiq olduğunu beynəlxalq ictimaiy-
yətin diqqətinə çatdırmaq üçün aparılan araşdırmaların effektli
təbligatını qurmaq;
- Azərbaycanın müstəqilliyi ideyası ilə bağlı meydana
gələn bir sıra praktik və ideoloji-siyasi əngəlləri dəf etmək, ADR-
in süqutu, Azərbaycanın işğalında beynəlxalq ictimaiyyət üçün
qaranlıq olan mətləblərə aydınlıq gətirmək;
- Nəhayət, Azərbaycanın müstəqilliyi ideyasını şüurlardan
silməyə çalışan bolşevik niyyətinə qarşı dayana biləcək milli əzm
və iradə, başlıcası isə yeni nəsil tərbiyə etmək. Bu xüsusda M. Ə.
Rəsulzadə yazırdı: “Bir millətin yeni nəsli, əskisinə nəzərən daha
az kültürlü və daha az təcrübəli olursa, o millətin varlığı və
istiqbalı təhlükəyə məruz qala bilir” [310].
Bununla yanaşı, öz genotipinə görə ümumi mühacirət
yaradıcılığı kontekstindən kənara çıxan bir sıra əsərlər də möv-
cuddur: “Azərbaycan və inqilabı” (Məmməd Şərif Əfəndizadə-
İstanbul, 1921), “Azərbaycan politikaçılarının yanlışları” (Şəra-
fəddin Erəl-İstanbul, 1968), “Azərbaycan faciəsi” (Ə. Əskərov),
eyni zamanda əvvəlki fəsillərdə şərhi verilən “Biz və onlar” (Nağı
Şeyxzamanlı)” “Yıxılan bütlər”, “M. Ə. Rəsulzadənin fəci süqutu”
(Şəfi Rüstəmbəyli), “Şəfibəyçilik” (M. Ə. Rəsulzadə) və bir sıra
dövrü mətbuat məqalələri.
Beləliklə, bütövlükdə problem baxımından araşdırılacaq
mühacirət irsinin ədəbi-tarixi sahəsini nisbətən sonraya saxlayıb,
praktiki fəaliyyəti gücləndirən, həm də ondan bəhrələnən ideoloji-
siyasi sahənin təhlilinə keçək. Qeyd edək ki, bu sahədəki fikir
axtarışlarını da öz növbəsində xarakterinə və konkret isti-
qamətlərinə görə bir neçə yerə bölmək olar:
1. Beynəlxalq siyasətin əsas məsələlərinin təhlili (Azər-
baycanın müstəqilliyi problemi baxımından).
2. SSRİ daxili ümumi vəziyyətin və bolşeviklərin daxili
siyasətinin təhlili.
204
3. Ümumi Qafqaz bölgəsinin və konkret olaraq Azərbay-
canın mövcud siyasi, geosiyasi durumunun araşdırılması, müs-
təqillik problemi-“istiqlal məfkurəsi”.
4. “Pantürkizm” və “Panturanizm”ə modern baxış.
5. Müsavatçılığın fikir cərəyanı və ideologiya kimi daha da
təkmilləşdirilməsi.
6. Azərbaycanda fikir hərəkatlarının formalaşması və siyasi
şüurun təşəkkülünə aid aparılan tədqiqatlar.
7. Mühacirətin ideoloji-siyasi irsinə mühacirlərin öz
münasibəti.
Azərbaycanın müstəqilliyi de fakto itirilsə də mühacir-
lərimiz diplomatiya və beynəlxalq hüququn mövcud prinsiplərinə
dayanaraq milli müstəqilliyin de yure mühafizəsinə çalışır, dünya
dövlətlərinin yeni bolşevik rejimini tanımaması uğrunda mübarizə
aparırdılar. Lakin 1920-1930-cu illərdə Avropa dövlətləri öz
aralarındakı iqtisadi rəqabət üzündən SSRİ-yə yönəlik siyasətdə
bir sıra nöqsanlara yol verirdi. Belə nöqsanlardan biri də
Azərbaycanın istilası ilə tam mənada sovetlərin inhisarına keçən
Bakı nefti uğrunda İngiltərə, Fransa və ABŞ-ın apardığı xəlvəti və
açıq mübarizə idi. Bolşeviklər də öz növbəsində tamahkar im-
perialist dairələrini şirnikləndirərək tədricən Avropanın içərilərinə
nüfuz etməyə çalışırdı.
Bütün bu məsələlər Miryaqub Mehdizadənin “Beynəlmiləl
siyasətdə petrol” əsərində ətraflı təhlil edilmişdir. (Əsər 1928-ci
ildə İstanbulda nəşr edikdən sonra Fransızcaya, 1931-ci ildə isə
“N. Mahundao tərəfindən çin dilinə tərcümə edildi”) [13a,
29.11.1931].
Müləllifin də qeyd etdiyi kimi əsərdə təsvir olunan Cenevrə
konfransının (1922-ci il 10 aprel) əslində pərdə arxası məqsədi
“son dərəcə gizli tutulan Bakı nefti imtiyazı idi” [146]. Rəsmi
məqsədi isə “Dünya müharibəsindən çıxmış Avropa iqtisa-
diyyatının islah və tənzimi” olan Cenevrə konfransında Azər-
baycanı həm sovetlər, (N. Nərimanov), həm də ADR-in 1919-cu
ildə Parisə göndərdiyi səlahiyyətli heyətin 1920-ci ilin aprelindən
205
sonra vətənə dönməyən nümayəndələri təmsil edirdi (əsərin
müəllifi M. Mehdizadə, Məmməd Məhərrəmov). Sovet nüma-
yəndə heyətinin başçısı Çiçerin Bakı neftindən gələcək gəlirin
hesabına ac Rusiyanın bir sıra problemlərini həll etmək niyyətini
gizlətmirdi. Dünya şöhrətli neft kompaniyaları olan “Standard-
Oyl” (ABŞ) və “Royal-Doyç” da (İngiltərə-Hollandiya) öz növ-
bəsində Sovet hökuməti ilə danışıqlara meylli idi. Lakin konfrans-
da mühacirətdəki Azərbaycan nümayəndələrinin kəskin etiraz
notaları (Azərbaycan neftini heç kimin hərraca qoymağa
səlahiyyətli olmadığı məzmununda) ilə çıxış etmələri danışıqların
pozulmasına az təsir etmədi.
Az sonra Cenevrə konfransının iştirakçıları növbəti Lahi
konfransına (1922, 15 iyun) toplaşdılar. Bu dəfə SSRİ Xarici İşlər
Komissarı M. Litvinov məsələni daha kəskin qoyaraq Rusiyanın
pula ehtiyacı olduğunu bildirib, “borc surətilə müəyyən bir məbləğ
təyin edilməyincə sovetlərin heç bir müzakirəyə girişməyəcəyini,
hətta köhnə sahiblərlə heç bir təzminat haqqında danışıq belə
aparmayacağını elan etdi [146,s.35].
Düzdür Lahi konfransında da aparılan danışıqlar bir nəticə
vermədi, lakin “1924-25-ci illərdə İngiltərə, Fransa, İtaliya artıq
bolşeviklərin müştəriləri olmuşdu. Bu illərdə Fransa 812, İngiltərə
34, İtaliya isə onlardan 14 milyon pud neft aldı” [146, s.52]. 1927-
ci ildə isə “Standart-Oyl of Nyu York” Sovet höküməti ilə beş il
müddətinə bir müqavilə imzaladı ki, onun şərtlərinə görə
“bolşeviklər hər sənə İstanbul, Port-Səid və Kolumbiya liman-
larında “Standart-Oyl”a yüz min ton neft verməyi təəhhüd edir-
dilər” [146, s.53].
“Standart-Oyl”la bağlanan bu müqavilə təbii ki, onun ən
böyük rəqibi “Royal Doyç” kompaniyasını da danışıqlara sövq
edir, sovetlər isə öz növbəsində yaranmış belə əlverişli beynəlxalq
rəqabət şəraitindən faydalanırdı.
M. Mehdizadə “Beynəlmiləl siyasətdə petrol” əsərində
Bakı nefti uğrunda gedən mübarizənin böyük dövlətlərin siyasə-
206
tinə, eyni zamanda SSRİ daxili millətlərin istiqlaliyyəti məsələ-
sində təsirini çox ustalıqla açıqlaya bilmişdi. Əsərdən aydın olur
ki, uzun illər Azərbaycan, eləcə də digər ölkələrin mühacirləri
tərəfindən kəskin tənqid edilən ABŞ-ın müdafiə etdiyi “böyük və
vahid Rusiya” fikrinin mayasında dayanan amillərdən biri də Bakı
nefti məsələsi olmuşdu. Lord Kerzonun kiçik dövlətlərin
istiqlaliyyətlərinin müdafiəsi mövqeyində dayanacağını ehtimal
edən V. Vilson, müəllifi olduğu 14 bəndlik humanist bəyanna-
mənin müddəalarına məhəl qoymadan” ...əski Rusiya dövlətinin
ufaq (xırda-X. İ.) və müstəqil dövlətlərə ayrılmasından əndişə-
lənir”[146, s.18], Rusiyanın parçalanması fikrinə qarşı çıxırdı.
ΙΙ Dünya müharibəsi başlayana qədər mühacirlərin yara-
dıcılığında Almaniya, Yaponiya və İtaliyaya rəğbət açıq-aydın
hiss olunurdu. Fikrimizi aydınlaşdırmaq üçün M. Ə. Rəsulzadənin
“Kommunizmə qarşı millətlərarası mücadilə” (Milli Təsanüd)
məqaləsindən bir nümunəyə diqqət yetirmək: “Kommunizmlə
mücadilə bizim üçün çalınmış istiqlalımızı geri almaq yolunda
yapılan bir mücadilədir. Öncə qeyd etdiyimiz Alman-Yapon
anlaşmasında da bu motiv mövcuddur. Anlaşma milli möv-
cudiyyətlər və mövcud dövlətlər üçün Komintern fəaliyyətini
təhlükəli görür və bununla mücadiləyə, təhlükəyə məruz bütün
dövlətləri çağırıyor” [310, s.94].
Fransa və ABŞ SSRİ-ni himayə etdiyinə, Çiçerinin “Qul-
durlar şirkəti” adlandırdığı Millətlər Cəmiyyətinə bu dövlətin
daxil olunmasında müsbət mövqe tutduğuna qörə isə İngiltərə
kəskin tənqidlərə məruz qalmışdı.
1932-ci il İspaniyada başlayan vətəndaş müharibəsi bey-
nəlxalq vəziyyəti daha da mürəkkəbləşdirdi. Artıq “Madrid
hökumətinin Kominternin 7-ci konqresinin qərarı ilə vücuda gələn
Xalq Cəbhəsi tərəfindən qurulmuş bir sovet hökuməti olduğuna
şübhə qalmamışdı” [39, N-24,1936]. Moskvanın İspaniyaya
müdaxiləsi o qədər açıq və qorxulu şəkil almışdı ki, İtaliya və
Almaniya Madridə silah daşıyan sovet gəmilərini batıracaqlarını
bəyan etmişdilər.
207
Avropada qütbləşmə gün-gündən sürətlənirdi: SSRİ “dün-
ya kommunizmi”ni yaymağa və bu yolda öz qarşısında əsas maneə
hesab etdiyi nasist Almaniyasına qarşı Avropa dövlətlərinin və
ABŞ-ın dəstəyinə can atırdı. Almaniya isə (İtaliya və Yaponiya ilə
birgə) “dünya kommunizni”nin qarşısına sədd çəkməyə çalışırdı.
İkinci blokda cəmləşən dövlətlərin də iştahı, niyyətləri nə qədər
antihumanist təsir bağışlasa da qeyd etdiyimiz kimi mühacirlər öz
milli müstəqillikləri naminə (Almaniya Polşanı işğal edənə qədər)
onların mövqeyini-beynəlmiləlçiliyə qarşı millətçiliyi müdafiə
edirdilər. ABŞ, Fransa, qismən də İngiltərənin SSRİ-yə
münasibəti isə milli müstəqillik uğrunda aparılan mübarizəni
çətinləşdirir, əlavə problemlər yaradırdı.
“Dünya kommunizmi” ideyasının reallaşması üçün dünya
müharibəsinə bir vasitə kimi baxan Stalin” [310, s.33] təkcə Qərbə
deyil, Şərqə tərəf də irəliləməyi unutmur, milli hərəkatları
dəstəkləmək adı altında yerli kommunist firqələrinin köməyi ilə
İran, Türkiyə, Çin, Hindistan, Misir və b. dövlətlərin içərilərinə
girməyə can atırdı. M. Ə. Rəsulzadənin qeyd etdiyi kimi: “Canın-
dakı bu ikilikdəndir ki, o (yəni SSRİ-X. İ.) Şərqdəki milli
hərəkatları təşviq və ilk sırada onlara yardım etdiyi halda,
direktivini Moskvadan almaq surətiylə hərəkət edən yerli
kommunist firqəsinin təşkilini dəxi unutmaz” [162, s.80-81].
“Bolşeviklərin Şərq siyasəti” əsərində (1928-ci ildə İstan-
bulda “Milliyyət və bolşevizm” kitabının tərkibində, 1994-cü ildə
isə Bakıda ayrıca kitabça şəklində dərc edilib) M. Ə. Rəsulzadə,
Şərqdə sosializm düşərgəsini böyütmək, imperialist dairələrini
bölgədən çıxarmaq üçün (məsələn, İngiltərəni Hindistandan,
Misirdən) kommunistlərin, Çindəki qanlı hadisələrin (Sun Yat
Senin başçılıq etdiyi Qo Min Dan firqəsinin Kantondakı mil-
lətçilərlə toqquşmaları), Misirdə, Hindistanda çevriliş cəhdlərinin
əsas müəllifləri olduğunu hərtərəfli açıqlaya bilmişdi.
Daxili ehtiyaclarının kəskinliyinə baxmayaraq gənc sovet
hökuməti belə məsələlərdə tələbxarclıq etməkdən çəkinmirdi. M.
208
Ə. Rəsulzadə Şərq məmləkətləri ilə bağlı sovetlərin bu comərd-
liyini, əliaçıqlığını “Tökülmüş bəhməzi bağışlayırlar” məsəli ilə
səciyyələndirərək yazırdı: “Rus Lefonten”i məşhur Krılovun
“İstifadə edə bilmədiyimizi hədiyyə edirik” deyə bir misrası var.
Bolşeviklər də...əlləri çatmadıqlarını hədiyyə verirlər” [162, s.74].
Mühacirət irsində 1920-30-cu illərin beynəlxalq vəziyyətin
təhlilinə həsr edilən iki əsər də mövcuddur. Bunlardan biri M. Ə.
Rəsulzadənin 1928-ci ildə İstanbulda (əski əlifba ilə) nəşr etdirdiyi
“İxtilalcı sosializmin iflası və demokratiyanın gələcəyi”, digəri isə
M. Mehdizadənin 1934-cü ildə Parisdə rusca nəşr olunan
“Beynəlmiləl vəziyyət və sovetlərdə milliyyət məsələsi” əsəridir.
Hər iki əsərdə ΙΙ Dünya müharibəsi yaxınlaşdıqca mürəkkəbləşən
beynəlxalq münasibətlər, SSRİ-nin millətləri həzm etməyə
yönələn kosmopolit siyasətinin mahiyyəti və milli azadlıqları
qeyb edən bu siyasətin gec-tez iflasa uğrayacağı təhlil edilmişdir.
Mühacirlərin beynəlxalq vəziyyətlə bağlı dövrü mətbuatda
da kifayət qədər məqalələri dərc olunub. Almaniya-Azərbaycan
mədəniyyətləri, ictimai-siyasi mühitləri arasında körpü rolunu
oynayan, alman dilini gözəl bilən Hilal Münşinin redaktorluq
etdiyi “Qurtuluş” dərgisinin demək olar ki, hər sayında belə mə-
qalələrə təsadüf edilir.
İkinci Dünya müharibəsindən sonra çoxsaylı mühacir
imzalarının sırasında beynəlxalq münasibətlər və siyasətlə bağlı
maraqlı çıxışlar edən yeni imza görünməyə başladı. Bu, “SSRİ-yə
qarşı psixoloji müharibə” [406, N-2, 1952] məqaləsində beynəl-
xalq münasibətlər sisteminin müharibədən sonra daha çox psixo-
logiyalaşdığını, SSRİ-yə qarşı tətbiq edilməkdə olan psixoloji
müharibənin açıq və qanlı hərbi toqquşmalara nisbətən daha çox
uğur gətirəcəyini inandırıcı dəlillərlə açıqlayan mayor F. Düdən-
ginski idi.
Millətlərin həzm edilməsi ilə bağlı kommunist siyasətinin
bir sıra cəhətləri yuxarıda adı çəkilən əsərlərdə şərh olunsa da,
mühacirət irsində konkret olaraq SSRİ-nin ümumi vəziyyətinə,
bolşeviklərin daxili siyasətinə həsr edilən araşdırmalar da az deyil.
209
Bunlardan: M. Ə. Rəsulzadənin “Rusiyada siyasi vəziyyət” [162],
“Bolşeviklərin rus koloni siyasəti” [310], “Şəkilcə də, mühtəvaca
da ruslaşdırma” (310); M.B. Məmmədzadənin “Azərbaycanda
sovet kolonizasyon siyasəti” [32, N-282, 1991] əsərlərini və
müxtəlif müəlliflərin çoxsaylı qəzet və jurnal məqalələrini
göstərmək olar.
Mahiyyət etibarilə bir-birinə bənzəyən bu əsərlərin əsas
qayəsini rəsmi Moskvanın milli bölgələrdə yürütdüyü siyasət və
onun müqabilində öz azadlığı uğrunda mübarizə aparan millətlərin
qarşısında dayanan vəzifələrin müəyyənləşməsi təşkil edir. Milli
bölgələrdə yürüdülən siyasətin əsas istiqamətlərini (respublikalara
xammal resursları kimi baxmaq, Ukraynaya-daş kömür,
Türküstana-pambıq, Qafqaza-neft mənbəyi kimi, milli dillərin və
mədəniyyətlərin küncə sıxışdırılması, ictimai-siyasi həyatın əksər
sahələrində, mədəniyyətdə ruslaşdırma) təhlil edən müəlliflərin
gəldiyi qənaət bu idi ki, öz daxilində də rıskulovçuluq, qəliyevçilik,
xanbudaqovçuluq kimi müxalifətin meydana gəldiyi Kommunist
Partiyasının yeganə istinadgah nöqtəsi hərbi gücüdür və onun
yoxluğu ilə rejimin çökməsi labüdür.
“Rusiyada siyasi vəziyyət” əsərində M. Ə. Rəsulzadə
SSRİ-nin dövlət strukturunun və onun təşkili prinsiplərinin for-
mallığı məsələsinə də toxunaraq yazırdı: “Kommunist hüquq-
çularından Dranitsın... bu hüququn (İttifaqı təşkil edən üzvlərdən
hansının istərsə onu tərk etməyə haqlı olduğunu göstərən “SSRİ
təşkilat əsası qanununun” 4-cü bəndi nəzərdə tutulur-X. İ.)
deklarativ (bəyani) mahiyyətdə olub, qanuni heç bir əhəmiyyətə
malik olmadığını açıqcasına söylər və inqilabi kommunizm nöq-
teyi-nəzərdən ittifaqdan çıxmanın milliyyətçilik və inqilab əleyh-
darlığından doğulma bir hərəkət olduğunu iddia edir” [162,s.54].
Əsərdə SSRİ-nin təşkilat prinsiplərinin sözdə federalizmə, həqi-
qətdə isə inzibati-mərkəzçiliyə əsaslanması da bu qurumun saxta-
lığını və formallığını təsdiq edən dəlillərdən biri kimi göstəril-
mişdir. Sovet müstəmləkəçiliyi siyasətinin əsas xətlərindən biri də
ruslaşdırma idi ki, birinci fəsildə onun ümumi istiqamətləri barədə
210
yığcam məlumat verilmişdi. Problem kifayət qədər mürəkkəb və
çox şaxəli olduğundan, Azərbaycan mühacirlərinin əksəriyyəti bu
məsələyə öz yaradıcılığında yer ayırmışdı. Lakin, belə “yaradıcılıq
bolluğunda” təkrarçılığa, qeyri-sistemliliyə yer verilmədiyi örnək
haldır.
Məsələn, əgər M. Ə. Rəsulzadə “Rus koloni siyasəti”ndə
XΙX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda tətbiq edilən
müstəmləkəçilik üsul-idarəsinin tarixini, ruslaşdırma siyasətinin
mahiyyət və istiqamətlərini tədqiq edirsə, onun məntiqi və xrono-
loji davamına M. B. Məmmədzadənin mahiyyəti qalıb şəkli dəyi-
şən “Azərbaycanda sovet kolonizasyon siyasəti”ndə təsadüf olu-
nur. Və yaxud M. Ə. Rəsulzadə Sovet Azərbaycanında ruslaşdır-
ma siyasətindən yazanda yenə M. B. Məmmədzadəni təkrarlamır,
ümumi çərçivədə boş qalan yerləri tamamlayır.
Mühacirətdə ruslaşdırmanın bütün aspektləri araşdırılıb
(rus müəlliflərinin, sovet mətbuatının özünə daha çox istinad
etməklə); milli mədəniyyət və dillərin bu siyasətin təcavüzünə mə-
ruz qalmasına isə xüsusi diqqət yetirilib. “Yeni sosializm kültürü
rus dilidir” şüarı ilə hərəkət edən kommunistlərin niyyətini
M.B.Məmmədzadə “Milli Dil və Milli Kültür” məqaləsində belə
açıqlayırdı: “Bolşeviklər...fikirlərini heç gizlətmirlər, deyirlər ki,
islamiyyətlə bərabər ərəb mədəniyyəti alınarkən ərəb sözləri də
alınmışdır, indi isə sosializm mədəniyyəti alınmaqla bu
mədəniyyətin dili rusca da təbii alınacaqdır” [39, N-3, 1935].
Doğrudur, hansısa mədəniyyət alınanda istər-istəməz onun
dilindən bəzi sözlər də alınır, lakin yuxarıdakı nümunədən gö-
ründüyü kimi kommunistlər ərəb sözlərinin alınmasından danı-
şırsa, sosializm mədəniyyəti ilə bərabər bütöv ruscadan dəm vu-
rurlar. Digər tərəfdən “islam mədəniyyəti” məlumdur, bəs ona
qarşı qoyulan “sosializm mədəniyyəti” hansı mədəniyyət idi?
Bəşəriyyətə məlum olmayan bu mədəniyyətin mahiyyəti, söykən-
diyi dəyərlər uzun illər “mədəniyyət müəlliflərinin” özlərinə də
qaranlıq qaldı.
211
Milli dil milli mədəniyyətin (bütövlükdə mentalitetin) ifadə
vasitəsi olduğundan dilin sıxışdırılması, qeyri-işlək şəklə salın-
ması ilə mədəniyyət də təftişə, senzuraya məruz qalaraq tədricən
atrofiyaya (cılızlaşma) uğrayırdı.
“Bolşeviklər pantürkizm qoxuyur” deyərək ədəbi türkcəni
yasaq etdikdən sonra, yerli şivələri himayə edir” [39, N-3, 1935],
əlifbaları olmayan etnik azlıqlara süni əlifba düzəldərək parçalan-
maya rəvac verirdilər. 1939-cu ildə isə M. Ə. Rəsulzadənin
“Şəkilcə də, mühtavaca da (mahiyyətcə-X. İ.) ruslaşdırma” məqa-
ləsində göstərdiyi kimi “bütün türk cümhuriyyətlərində latın
hərfləri ilə yazılmağa başlanmış bulunan yazılar rus hərfləri ilə
yazdırılmağa icbar edildi” [310, s.31-33].
Maraqlı məsələlərdən biri də sovetlərin dinlə bağlı yürüt-
düyü siyasət və onun müqabilində yarana biləcək mənəvi böhranın
qismən də olsa qarşısını almaq məqsədilə mühacirlərimizin
apardığı tədqiqatlardır. Azərbaycanda uçurulub dağıdılan məscid-
lərin, tarixi abidələrin, mühacirlərimiz tərəfindən kağız üzərində
“bərpasını” görürük. Nümunə kimi göstərmək olar ki, Bibi-
Heybət məscidi uçurulduqdan sonra “Azərbaycan Yurt Bilgisi”
dərgisində (Ə. Cəfəroğlu) onun tarixi, arxitekturası, müəllifləri və
tikildiyi (həm də uçurulduğu) yer barədə maraqlı məqalə və məs-
cidin fotosu dərc edildi [310, s.31-33].
Rusiyanın daxilində yaranmış acınacaqlı vəziyyətin, yürü-
dülən antimilli, anti humanist siyasətin müqabilində mühacirlərin
qarşısında dayanan vəzifələr barədə M. Ə. Rəsulzadə yazırdı:
“İstiqlal mücadiləsinin müxtəlif səhifələri və çox müxtəlif vasi-
tələri vardır. Bunlardan biri də dünya ziyalılarında bu müqəddəs
mücadilənin keçirdiyi səhifələrlə, olduğu vəziyyətlər haqqında
aydınlıq yaratmaqdır” [162, s.43].
Daha sonra müəllif, konkret olaraq azərbaycanlıların əsas
vəzifələrindən biri kimi başda Türkiyə olmaq üzrə bütün türk və
İslam dünyasında Rusiyanın düşdüyü bu günkü vəziyyət ilə bağlı
aydın təsəvvür yaratmaq məsələsini ortaya qoyurdu. Göründüyü
kimi mühacirlərin apardığı tədqiqatlar, konkret hədəfləri gözaltı
212
edən, konkret vəzifələrin icrasına ünvanlanan mübarizə proqramı
idi.
Azərbaycan mühacirlərinin yaradıcılığında Qafqaz bölgə-
sinin və təbii ki, konkret olaraq Azərbaycanın ümumi ictimai-
siyasi və geosiyasi durumunun təhlili də xüsusi yer tutur. Prob-
lemlə bağlı yazılan əsərlərdə:
- Qafqazda rus müstəmləkəçilik siyasətinin mahiyyəti;
- Şimali Qafqaz Cümhuriyyətinin elan olunması və süqutu:
obyektiv və subyektiv amillər;
- Qafqaz Birliyi ideyası, onun reallaşması sahəsində
buraxılan səhvlər (1918-20);
- Azərbaycanın ümumi Qafqaz evində yeri və rolu. Azər-
baycanın mövcud durumu, əsas problemi;
- nəhayət, mühacirətdə Qafqazın siyasi birliyi məsələsi əsas
tədqiqat obyektinə çevrilmişdi.
Bundan başqa yuxarıda sadalanan məsələlərə fərqli baxışı
ifadə edən bir sıra araşdırmalar da yox deyil. Ümumqafqaz mə-
sələləri M. Ə. Rəsulzadənin “Panturanizm və Qafqaz problemi”
(“Panturanizm haqqında”, Varşava. 1930, rusca), M. Mehdizadə-
nin-“Qafqaz məsələləri” (Paris, 1933, fransızca), C. Hacıbəylinin
“Şimali Qafqaz və Azərbaycan”. “Mənəvi pakt” (“Qafqaz” alma-
naxı-İstanbul, 1936) əsərlərində, konkret olaraq Azərbaycan prob-
lemi isə M. Ə. Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti:
keyfiyyəti təşəkkülü və indiki vəziyyəti” (İstanbul 1923, əski əlif-
ba ilə, Bakı-1990), “Əsrimizin Səyavuşu” (İstanbul, 1923, əski
əlifba ilə, Ankara 1989, latın əlifbası), “Azərbaycan respublikası
haqqında bəzi qeydlər” (Berlin 1933, almanca), “Azərbaycan
problemi” (Berlin-1939, almanca, Ankara 1996-cı il türkcə),
“Azərbaycan hürriyyət savaşı” (Varşava, 1939, polyakca), Hilal
Münşinin “Azərbaycan Cumhuriyyəti” (Berlin, 1930, almanca)
əsərlərində və b. müəlliflərin dövri mətbuatda dərc olunan
məqalələrində hərtərəfli təhlil edilmişdir.
Tanışlıq və təbliğat məqsədi ilə adı çəkilən əsərlərin əksə-
riyyətində vətənimizin coğrafiyası, tarixi, mədəniyyəti haqqında
213
ilkin, həm də zəruri bilgilər verilsə də, əsas məqsəd Azərbaycanın
istiqlaliyyatı probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb
etmək idi.
Qafqaz probleminə mühacirlərin münasibəti mürəkkəb və
ziddiyyətli olub. Azərbaycan, Gürcüstan, Şimali Qafqaz mühacir-
ləri öz aralarında iki qrupa bölünsələr də, eyni məqsəd-Qafqaz
birliyi uğrunda mübarizə aparır, erməni və ruslar isə əsasən vahid
düşərgədə birləşərək Qafqaz birliyinin tərafdarlarını “separatçılar”
adlandırıb, onlara qarşı müxalifət mövqeyində dayanırdılar. Öz
qonşularından ayrı düşüb ruslarla birləşən ermənilər Qafqaz
birliyinə “panturanizmin gizli niyyətləri” kimi baxır, beynəlxalq
aləmdə Türkiyənin bu bölgə ilə bağlı ekspansiv məqsədləri barədə
əsassız fikir formalaşdırmağa çalışır, hay-küy salırdılar.
Gürcüstan, Azərbaycan, Şimali Qafqaz mühacirləri isə bir-
birlərini ən çox 1918-20-ci illərdə bölgə cümhuriyyətlərinin
bolşeviklərə qarşı vahid cəbhə yaratmamaqda suçlayırdılar. C.
Hacıbəyli yazırdı: “Şimali Qafqaziyalılar Rusiyaya qarşı mücadilə
və vətənlərini kəndi həyatları bahasıyla müdafiə edərkən,
Azərbaycan və digər Qafqaz millətləri onlara dost bir yardım əli
uzatmadılar” [228, s.11-13]. Daha sonra müəllif, Azərbaycanın
müstəqilliyinin rus imperializminin yolunu kəsən Şimali Qafqaz
xalqlarından çox asılı olduğunu, “Qafqaz Hürriyyətinin müdafiəsi
üçün sağlam və yıxılmaz bir cəbhənin yaradılması” zəruriliyini
göstərirdi.
Ümumiyyətlə, Qafqaz birliyinin zəruriliyi ilə bağlı Azər-
baycan mühacirləri arasında fikir ayrılığı olmasa da, başqa müəl-
liflərdən fərqli olaraq M. Ə. Rəsulzadə Cümhuriyyət dövründə bir
sıra real addımların atıldığı qənaətində idi: Müsavatın ΙΙ qurul-
tayının “Qafqaz respublikalarının Qafqaz Konfederasiyasının
azad ittifaqında birləşməsi” qərarı, “1920-ci ildə Gürcüstan və
Azərbaycan arasında bağlanan hərbi müdafiə ittifaqı” [165, N-6,
1991]. M. Ə. Rəsulzadə göstərirdi ki, yalnız hakim Müsavat parti-
yasının nümayəndələri deyil, “Azərbaycan siyasi fikrindəki
cərəyanların və Azərbaycanın siyasi xadimlərinin demək olar ki,
214
hamısı Azərbaycan respublikasının yarandığı ilk gündən bütün
Qafqaz xalqlarının bir konfederativ dövlətdə birləşməsinin
tərəfdarı idilər”.
Mühacirlik həyatının ilk illərində qarşıda dayanan vəzifə-
lərdən biri də Azərbaycan barədə Türkiyə ictimaiyyətində yara-
dılmış aldadıcı təəssüratın dağıdılması, əvəzində gerçəkliyi əks
etdirən obyektiv rəy formalaşdırılması idi. 1923-cü ildə Kitab
bayramında Atatürk mükafatına layiq görülən “Azərbaycan cüm-
huriyyəti: keyfiyyəti təşəkkülü və indiki vəziyyəti” əsərinin giriş
hissəsində M. Ə. Rəsulzadə yazırdı: “Türkiyədə... milli Azər-
baycanla indiki Azərbaycan arasında fərqi bir çoxları idrak etmir-
dilər. Azərbaycanın müstəqil ikən get-gedə bütün hüququnun
Rusiyaya nədən tərk etdiyini soranlara rast gəldik. Bolşeviklərin
Azərbaycana millət tərəfindən çağırıldığına inananlar var” [161,
s.10]. Aradan on ildən artıq bir vaxt keçməsinə baxmayaraq M. Ə.
Rəsulzadə 1937-ci ildə “Qurtuluş” dərgisində dərc etdirdiyi
“Mühittin Birgənə görə Azərbaycan-Türkiyə münasibətləri”
məqaləsində də bir sıra tarixi və çağdaş anlaşılmazlıqların
qaldığını yazırdı. O, Türkiyənin qulağının “Azərbaycanın ingilisçi
Müsavat partiyasının hakimiyyəti barədə yalanlarla dol-
durulduğunun” [39, N-36, 1937] bu iki qardaş ölkə arasında mü-
nasibətlərin soyulmasına təsir etdiyini göstərirdi. (Bu fikri Azər-
baycanda kommunistlər də müntəzəm olaraq dövrü mətbuatda
dərc edərək ara vururdular).
Azərbaycan-Türkiyə münasibətlərində mübahisəli məqam-
lardan biri də, Əli Əmiri kimi türkiyəli siyasətçilərin yaydığı
“Azərbaycanın Türkiyəyə bağlı deyil, müstəqil qaldığı üçün
yıxılması” fikri idi. Bunun müqabilində “Azərbaycan Türkiyəyə
deyil, Qafqaz cümhuriyyətlərinə bağlı olmadığından yıxıldı”
tezisini ortaya atan Azərbaycan mühacirləri Əli Əmiri kimi azlıq-
da olan siyasətçiləri düşmən dəyirmanına su tökməkdə ittiham
edirdilər. Belə ki, rus və erməni mühacirləri, Azərbaycanın Qafqaz
Konfederasiyası uğrunda apardığı mübarizəni gözdən salmaq
üçün bu fikrin arxasında, sonra Azərbaycanın bütün Qafqazı
215
sürükləyərək Türkiyəyə birləşdirmək məqsədinin dayandığı barə-
də geniş təbliğat kampaniyası aparırdı. Lakin Mühittin Birgən
kimi yeni Türkiyənin imperialist olmadığını və Azərbaycanın,
bütövlükdə Qafqazın müstəqilliyinin Türkiyə üçün təhlükəsiz
Cənub buferinin yaranması demək olduğu fikrini müdafiə edənlər
də var idi və belələri çoxluq təşkil edirdi.
Azərbaycan mühacirləri arasında M. Ə. Rəsulzadəni “ək-
məgini yediyi Türkiyəyə xor baxmaqda” suçlayanlar da yox de-
yildi (Belə ittihamlar əsasən M. Ə. Rəsulzadə 1931-ci ildə Türki-
yəni tərk edəndən sonra meydana gəlmişdi). Məsələyə tam aydın-
lıq gətirmək üçün “Əsrimizin Səyavuşu” əsərində Səyavuş obrazı
ilə Azərbaycanın 27 aprel faciəsi arasında rəmzi əlaqəyə diqqət
yetirmək gərəkdir. Şərafəddin Erəl yazır: “M. Ə. Rəsulzadə
Səyavuş olaraq Azərbaycan hökumətinə qəsd etməkdədir...
(nəzərdə tutmaqdadır-X. İ.) Əfsanədəki Səyavuş nasıl ki, Türk
hökmdarı tərəfindən öldürülmüşsə, bu günkü Səyavuş (yəni Azər-
baycan Cümhuriyyəti) da türklər tərəfindən düşmənlərinin əlinə
tərk edilmişdir” [223,s.45]. İran və türk meyvəsinin bəhrəsi olan
Səyavuşun türk babası Əfrasiyab tərəfindən qətlə yetirilməsini
doğrudan da 27 aprel faciəsi ilə bağlayan M. Ə. Rəsulzadə isə
məsələnin başqa cəhətini də açıqlayırdı: “Azərbaycan kəndi hami-
lərindən və xilaskarlarından olan türklərin, kommunist olsalar da
kəndi əleyhinə sui-qəsd bəsləməyəcəklərini ümid eyləmişdi...”
[301,s.59]. Hər iki nümunədə məntiq Səyavuşun türklər tərəfindən
qətlə yetirildiyini deyir, lakin ikinci nümunədə qatilin məhz türk
kommunistləri olduğu açıq göstərilmişdir. M. Ə. Rəsulzadə 1937-
ci ildə də həmin fikrə qayıdaraq kommunistləri “Gənc Azərbaycan
faciəsinə səbəb verən... macəracılar” adlandırırdı. [39, N-36,
1937]. Elə həmin məqalədə (Mühittin Birgənə görə Azərbaycan-
Türkiyə münasibətləri) müəllif, Türkiyəyə münasibətə daha da
aydınlıq gətirmişdi: “Biz heç zaman esefli (üzüntülü-X. İ.)
hadisənin (27 aprel faciəsinin-X. İ.) məsuliyyətini ümuma təşmil
(aid-X.İ.)
etmədik; Bakı şəhidliyində yatan Anadolu
mehmetçiklərinin əziz xatirəsi haqqında bəslədiyimiz müqəddəs
216
minnətdarlıq hissi buna hər zaman mane olmuşdur!” [39, N-36,
1937].
Ilk baxışdan “Azərbaycan Cümhuriyyəti” kimi daha çox
tarixi aspektdən yazılması təəssüratı yaradan “Əsrimizin Səya-
vuşu”nda da əslində, Azərbaycanın müstəqilliyi ilə bağlı dərin
ideoloji-siyasi məsələlərə toxunulur. Azərbaycanın müstəqil-
liyinin özü qədər də Türkiyəyə və İrana lazım olduğu fikrini irəli
sürən müəllif, etnik, qan baxımından Türkiyəyə, mədəniyyət baxı-
mından İrana qohum olan Azərbaycanın bu iki ölkə arasında
birləşdirici güc, körpü rolunu oynayacağı qənaətinə gəlir.
(Hazırda mədəniyyət baxımından İranla qohumluq nisbə-
tən vaxtı keçmiş görünür).
Avropa “Əfkari-ümumiyyəsinə” təqdim olunan əsərlərdən
Hilal Münşinin “Azərbaycan Cümhuriyyəti” və M. Ə. Rəsulza-
dənin “Azərbaycan problemi” yığcamlığı, eyni zamanda əhəmiy-
yəti baxımından diqqəti cəlb edir. Hər iki əsər Azərbaycan və onun
problemi barədə dolğun təəssürat yaratmağa qadirdir.
H. Münşinin “Azərbaycan cümhuriyyəti”, adı türk əsli isə
yəhudi olan Əsəd bəy adlı bir müəllifin yazdığı əsərlə Avropada
Azərbaycan haqqında formalaşdırılan mənfi rəyə kəskin zərbə
burdu. Azərbaycan mədəniyyəti ilə bağlı aldadıcı təəssüratın
müqabilində H. Münşi, mədəniyyətimiz, tariximiz, həm də Azər-
baycanda siyasi fikir tarixi barədə Avropa mühitinə mükəmməl bir
tədqiqat məhsulu təqdim edə bilmişdi. Əhməd Cəfəroğlu əsərin
əhəmiyyəti barədə yazırdı: “Bu əsər populyar bir mahiyyətdə
olmaqla bərabər, həm elm və həm də alman mühitini Azərbaycan
həyatilə tanış edə biləcək bir mahiyyətdə olduğundan şübhəsiz,
faydalı xidməti ifa eyləmişdi” [34, N-6-7, 1932].
M. Ə. Rəsulzadənin “Azərbaycan problemi” (Berlində
Humboldt klubda eyni adlı məruzəsi 1938-ci ildə kitabça şəklində,
“Qurtuluş” mətbəəsində dərc edildi) əsəri də mahiyyət və məqsəd
baxımından H. Münşinin “Azərbaycan Cümhuriyyəti” əsərinə çox
yaxındır.
217
Azərbaycan siyasətçilərinin istər praktiki, istərsə nəzəri
fəaliyyətində yol verdiyi nöqsanları araşdıran Şərafəddin Erəlin
mühacirlərin yaradıcılığına münasibəti tərtiş xarakteri daşıyır. Bir
sıra məqalələrin obyektiv təhlilinə baxmayaraq müəllif,
“Azərbaycan politikaçılarının yanlışları” əsərində əksər hallarda
faktları dolaşdırır və ifrata vararaq gerçək tarixi hadisələrlə bağlı
ziddiyyətli fikirlər irəli sürür. “Azərbaycan” adının qondarma ol-
ması barədə onun mülahizəsinə diqqət yetirək: “Qafqazda qurulan
bir türk hökumətinə bu yabançı adın taxılması bu ölkə xalqına
uğur gətirmədiyi, əksinə bu isimdən faydalanaraq Qafqaz Tür-
kilərini məmləkətlərindən ayırmaq istəyən bəzi kimsələrə də firsət
təmin etdiyi inkaredilməz bir həqiqət olmuşdur” (223, s.12). Ş.
Erəlin fikrincə M. Ə. Rəsulzadə, F. Xoyski, N. Yusifbəyli, və
başqa dövlət xadimləri Cümhuriyyəti rəsmən Azərbaycan
adlandırmaqla özlərini digər Qafqaz türklərindən ayırıb səhvlərə
yol vermişlər.
M. Ş. Əfəndizadə də “Azərbaycan və inqilabı” əsərində
rəngləri çox tündləşdirir. O, ADR-in süqutunda rusları günahlan-
dırsa da, bu faciənin əsas səbəbkarı kimi Azərbaycan siyasətçi-
lərini, onların idarəçilikdə, kadr siyasətində yol verdiyi səhvləri,
yerliciliyi, rüşvətxorluğu və s. amilləri göstərməyə çalışır. Müəllif
yerliçiliyi kəskin tənqid edərək yazır: “Gəncə bəylərinin hökuməti
ələ almaq istəklərinin səbəbi, ancaq məmələkəti yemək üçün idi”
[223, s.87]. Fikrimizcə şərhə ehtiyac yoxdur. Bir çox hallarda
ifratçılığa varılsa da, hər iki əsər Azərbaycanın yaxın tarixi
keçmişi barədə (1918-20) bəzi mətləblərə aydınlıq da gətirir.
Mühacirlərimizin ideoloji-siyasi yaradıcılığında ana xətlər-
dən biri də pantürkizm və panturanizmə modern baxışdır.
1930-cu ildə Parisdə N. Jordaniyanın giriş sözü ilə çap edi-
lən (rusca) “Pantürkizm haqqında” əsəri ilə M. Ə. Rəsulzadə Azər-
baycan-Türkiyə münasibətləri və Qafqaz birliyi məsələsi haq-
qında mətbuat orqanlarında dərc olunan yazıları tənqidi şəkildə
araşdıraraq, türkçülük, turançılıq, islamçılıq ideyalarına yeni
baxışın mahiyyətini açıqladı.
218
Bir az əvvəl isə rus mühacirət hökumətinin başçısı Kerens-
kinin rəhbərlik etdiyi “Dni”(N59) məcmuəsində Xondkaryan
imzası ilə bir erməni “Türkiyənin xidmətində” adlı məqalə dərc
etdirərək Qafqaz Federasiyası yaratmaq istəyənləri separatçılıqda,
panturançılıqda suçlayırdı.
Türkiyəyə qarşı qeyri-ixtiyari düşmənçilik hissinə qapılan
Kerenski, Xondkaryan və Zarevendı M. Ə. Rəsulzadə kəskinliklə
tənqid edərək, Z. Göyalpın təftiş olunan ideyalarının yeni interpre-
tasiyasını verdi, cəsarətlə demək olar ki, türkçülük və turançılıq
barədə modern baxışın təkmilləşməsində əhəmiyyətli iş gördü. O,
problemə klassik baxışı müdafiə edərək pantürkizm və pan-
turanizmə müasir yanaşmanın SSRİ daxili türklərin vəziyyəti ilə
də bağlı olduğunu açıqladı. Müəllif “Panturanizmin deyil, heç biri
müstəqil olmayan türk cümhuriyyətlərinə qarşı daxildə “pan-
turanizm” kimi təqdim olunan türk ellərinin öz milli azadlıqları
üçün yaratdıqları iş birliyinin (əsasən mühacirlərin fəaliyyəti
nəzərdə tutulur) türkçülük olduğunu gizlətmirdi.
(Daxildə kommunistlər də “panturanizm” adı altında “əks-
inqilabçıları” kütləvi terror, həbs və sürgünlərə məhkum etmişdi.
Bu məqamda ağ və qırmızı ruslar eyni platformadan çıxış edir-
dilər).
Mühacirətdə müsavatçılar partiyanı ideoloji-siyasi cəhət-
dən təkmilləşdirən qiymətli əsərlər ortaya qoydular (M. Ə. Rəsul-
zadənin “Milli Təsanüd”, M. B. Məmmədzadənin “Milli
Azərbaycan hərəkatı”, “Milli birlik baxımından əski və yeni proq-
ramlarımız, “K.Odərin “Müsavat ideolojisində solidarizm”, Ə.
Azətəkinin “Müsavatlıq fikir və hərəkatının dünəni, bu günü və
yarını”, M. Kəngərlinin “Müsavatın çöhrəsi” və s.).
Partiyanın yaradılan zəngin irsinə və Yeni Proqram əsas-
larına görə məramını indi daha aydın ifadə edən müsavatçılıq
aşağıdakı prinsiplərə dayanırdı:
1. İstiqlalçılıq. Azərbaycan milli azadlıq hərəkatı:
a) milli-mədəni muxtariyyət (1905-1917); b)milli-inzibati
muxtariyyət (1917-1918);
219
b) tam milli istiqlaliyyət (1918-1920) mərhələlərini keç-
mişdir. Müsavat, istiqlalçılığa sadiq bir partiya kimi milli müs-
təqillik itirildikdən sonra da silahı yerə qoymamış, əsas məqsədinə
(milli istiqlaliyyətə) çatmaq üçün mühacirətdə belə öz gücünü
səfərbər edərək mübarizəyə girmişdir. Mühacirətdə milli istiq-
laliyyətin yenidən bərpasının taktikası müəyyənləşdirilmişdir.
Əgər birinci proqramda (1917) “Milli istiqlal və ya mux-
tariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz
etməz” deyilirdisə, ikinci proqramda (1936) bu fikir “Müstəqil
Azərbaycan Xalq Cümhuriyyəti rus istilasından qurtulacaq,
qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır” şəklində
qəti, konkret ifadə olunmuşdur.
2. Millərçilik. Millət və millətçilik Müsavatın Azərbaycan
ictimai fikrinə verdiyi əsas töhfələrdəndir. Müsavat liderlərinə
görə millətçilik, heç kimi təhdid etməyən öz istiqlaliyyatı uğrunda
döyüşən Azərbaycan vətənsevərliyi kimi qəbul edilmişdir.
Müsavat millətçiliyi özünümüdafiə-kənar təzyiq, müstəmləkəçilik
siyasəti, şovinizm müqabilində zəruri özünüqorumadır.
M. B. Məmmədzadə yazırdı: “Müsavatçılıq milli bir ideo-
logiyadır... O, artıq firqənin ideologiyası şəklindən çıxmış, bir
millətin milli imanı, milli dini şəklini almışdır [145, s.9]. Buna
görə 1936-cı il konfransı Müsavatı “Milli Azərbaycan Müsavat
Xalq Partiyası” elan etdi.
3. Dövlətçilik (Cümhuriyyətçilik). Bu əvvəlki iki təməl
prinsipini tamamlayır, yəni dövləti olmayan millət öz istiqlalını da
mühafizə edə bilməz.
“Müsavat görə fərd dövlətə deyil millətə bağlıdır. Bunun
üçün ən təbii olan dövlət milli olan dövlətdir” [45, s.238].
Birinci proqramda Rusiya daxilində Federativ dövlət quru-
luşundan danışılırsa, ikinci proqramda artıq demokratik prinsip-
lərə dayanan müstəqil Azərbaycan dövlətindən söhbət gedir. Milli
dövləti kültür yaradıcılığının ən yüksək şəkli hesab edən M. B.
Məmmədzadə, milli dövlət xaricində milli tərəqqiyə imkan
olmadığını bildirirdi.
220
4. Hürriyyətçilik. Müsavatçılıqda bu prinsip çox dina-
mikdir, o zaman keçdikcə təkmilləşmişdir. “İnsanlara hürriyyət,
millətlərə istiqlal!” Müsavatın dəyişməyən şüarlarındandır.
İkinci proqramda deyilir: “Müsavat fərdi hürriyyət və şəxsi
mülkiyyət əsasını siyasət və iqtisad prinsipi olaraq alır” [40, N-1,
1936].
5. Türkçülük. Müsavatçılıq böyük türk mədəniyyətinə
bağlı bir ideologiyadır. Öz növbəsində türkçülük müsavatçılıqda
istiqlaliyyətın əldə olunmasının əsas şərti kimi milli özünüdərk və
digər türk elləri ilə mədəni bağlılıqdır.
Ikinci proqramda deyilir: “Böyük türklüyə mənsub bir
məmləkət olması hesabilə, Azərbaycan digər türk elləri ilə kültürəl
sürətdə bağlıdır. Bu bağlılığın əvvəl olduğu kimi bundan sonra da
qorunmasını müsavatçılıq ciddiyyətlə müdafiə edər” [40, N-
1,1936].
6. Azərbaycançılıq (vətənçilik). Azərbaycanın istiqlal
davası mühacirətdə bütün dünyaya bəyan edilən beynəlxalq bir
məsələ olub.
Yeni proqram əsaslarında türkçülüklə Azərbaycançılıq
ideal bir sürətdə birləşdirildi: “Müsavatçılıq böyük türk kültürünə
bağlı, milli mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət,
cümhuriyyət, və istiqlal idealına sadiq Azərbaycan vətənsevər-
liyidir” [40, N-1, 1936].
Azərbaycançılığın tarixi missiyası olduğunu göstərərək M.
B. Məmmədzadə yazırdı: “Azərbaycan qədim zamanlardan bəri
tarixən müxtəlif dövrlərdə özünəməxsus siyasi varlıq göstərərək
müstəqil dövlət halında yaşamışdır. Bu ideala tərcüman olan Milli
Azərbaycan Müsavat Xalq Firqəsi 1918-ci ildə milli Azərbaycan
cümhuriyyəti istiqlalının elanındakı təşəbbüsü, bu təşəbbüsün
fikirdən işə
keçirilməsi yolundakı fəaliyyəti ilə...bütün
azərbaycanlıların siyasi təşəkkülüdür” [145, s.211].
7. Milli Təsanüd. Fərdlə ümumun mənafelərinin uzlaşdırıl-
ması, hər cür sinif və zümrə hakimiyyətinin rədd edilməsi
221
haqqında nəzəriyyədir. Milli Təsanüd-Milli Birlik, Millət, Vətən,
İstiqlal, Hürriyyət kimi ideallar ətrafında yaranır.
Milli Təsanüd Millət, Vətən məfhumlarına yad olan kos-
mopolit nəzəriyyələrə yaddır.
Müsavatın birinci proqramında Milli Təsanüd yox idi və
burada “Millət siniflərdən ibarətdir” deyilirdisə [41, N-2(6),
1994], ikinci proqramda Müsavat bütün millətin partiyası elan
olundu: “Müsavatçılıq Milli Birlik və Milli Təsanüdü əsas olaraq
alır, hər cür sinif və zümrə hakimiyyətini rədd edir” [32, N-282,
1991].
Mövcud mülahizələri, təhlilləri ümumiləşdirərək belə bir
qənaətə gəlmək olar ki, mühacirətdə təkmilləşdirilib dolğun bir
hala gətirilən Müsavatçılıq-böyük türk kültürünə bağlı, milli-
mədəni və bəşəri dəyərləri mənimsəyən, milli təsanüdü əsas tutan
istiqlalçılıq, millətçilik, dövlətçilik, hürriyyətçilik, türkçülük və
Azərbaycan vətənsevərliyi deməkdir [25, 24-27.06, 1996].
Müsavatın xaricdəki fəaliyyətinin daha effektli və mütə-
şəkkil hala gətirilməsi ilə yanaşı, onun keçdiyi yol, ümumiyyətlə,
Azərbaycanda siyasi fikir hərəkatının və cərəyanların meydana
gəlməsi, təşəkkülü haqqında da qiymətli araşdırmalar aparılmış-
dır. (M. B. Məmmədzadə “Milli Azərbaycan hərəkatı”. Berlin,
1938, Bakı-1992, H. Baykara “Azərbaycan istiqlal mübarizəsi
tarixi”, Bakı 1992, M. Ə. Rəsulzadə “Milli Azərbaycan Hərəka-
tının xarakteri” Azərbaycan Yurt Bilgisi, 1934, İstanbul, N-29,
s.163-166).
M. Ə. Rəsulzadə Milli Azərbaycan hərəkatını belə xarak-
terizə edir: “İdeoloji mənşəyi etibarilə Milli Azərbaycan Hərəkatı,
Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və
demokratiya cərəyanlarını kəndi növündə birləşdirmiş bir hərə-
katdır” [229, N-29, 1934].
Azərbaycanda siyasi fikir hərəkatı 1905-ci ildə iki
partiyanın meydana gəlməsi ilə (Difai, İttifaqı Müsəlman) daha
mütəşəkkil şəkil aldı. Hər iki partiyanın, o cümlədən 1911-ci ildə
222
yaranan Müsavatın əsas qayəsi Rusiya müsəlmanlarının birliyi və
imperiya daxilində milli muxtariyyətə nail olmaq idi.
Şəkilcə ümmətçilik kimi görünən hərəkat mahiyyəti etiba-
rilə millətçiliyə daha çox bənzəyirdi. Hələ 1905-ci ildə Əhməd bəy
Ağayev Kaspi qəzetində yazırdı: “Müsəlman birliyi daxilində
əslində, türk birliyi düşünülür. Bütün bu toplum yalnız dini bir
toplum olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bütün
Rusiya müsəlmanları pək az bir istisna ilə böyük türk-tatar irqinə
mənsubdurlar, “eyni dildə danışır, eyni dinə sitayiş edirlər” [190,
N-271, 1991]. Mövcud fikrin analoji variantına 1917-ci ilə qədər
ümmətçi kimi tanınan M. Ə. Rəsulzadənin 1915-ci ildə yazdığı
“Tutduğumuz yol” adlı məqaləsində də təsadüf olunur: “Dilcə bir
türkük, türklük milliyətimizdir” [190, N-271, 1991]. Əgər milliy-
yətimiz türk kimi qəbul olunurdusa, 1905-ci ildə Rusiyanın ya-
ponlara məğlubiyyəti ilə ölkə daxilində başlanan milli hərəkatlar
ümmətçilikdən daha çox türkçülük mahiyyəti kəsb edirdi.
Fikrimizə daha da aydınlıq gətirmək üçün M. Ə. Rəsul-
zadənin 1917-ci il Moskvada keçirilən ümumrusiya müsəlman-
ların qurultayındakı çıxışına müraciət edək: “Bir xristian milləti
olmadığı kimi, bir müsəlman milləti də yoxdur. Böyük müsəlman
evində türklər, ərəblər, iranlılar üçün ayrı bölmələr olmalıdır”
[359, s.51-52].
Deyilənlərdən belə qənaətdə gəlmək olar ki, 1917-çi ildə
ilk dəfə rəsmən Müsavatın proqramına gətirilən türkçülük, daha
çox şəklən ümmətçilik olan əvvəlki mərhələdə də milli hərəkatın
aparıcı tərəfi kimi çıxış edirdi.
Tətqiqatçı N. Cəfərov da M. Ə. Rəsulzadənin türkçülüyü
ümmətçilikdən öndə tutması qənaətinə gələrək yazır: “O, dini bir
növ milliliyə uyğunlaşdırmağa çalışırdı. Dini hər şeydən əvvəl
milliliyə xidmət etməli, milliliyi uca tutmalı idi. Milli inkişafın
qabağına sədd çəkən, milli dili və milli adət-ənənələri boğan islah
olunmalı və vahid milli amala uyğunlaşdırılmalı idi” [178, s.60].
223
Mühacirlərimizin ideoloji-siyasi sahədəki zəngin yara-
dıcılığında Avropada mövcud olan klassik və çağdaş siyasi cərə-
yanların, dövlət quruculuğunun mütərəqqi modeli probleminin,
“millət”, “milliyyətçilik” kimi anlayışların da təhlilləri verilmiş-
dir.
Beləliklə, ancaq ümumi istiqamətlərinə toxunduğumuz
ideoloji-siyasi sahədəki yaradıcılıq barədə mülahizələri yekunlaş-
dıraraq, öncədən qeyd edək ki, ədəbi-tarixi sahənin təhlilinə də
problem baxımından yanaşmaq qənaətindəyik.
Mühacirlərimizin tarix üzrə apardığı araşdırmaları xarak-
terinə görə iki yerə bölmək olar: birincisi, yuxarıda qeyd etdiyimiz
kimi, Azərbaycanın çağdaş (yəni XX əsrin birinci yarısı) siyasi
problemlərinə həsr olunan əsərlərdə (məsələn “Azərbaycan
problemi”, “Azərbaycan cümhuriyyəti” və s.) tariximizlə utilitar
tanışlıq xarakterli qısa xülasə; ikincisi, ayrı-ayrı dövrlərə və
problemlərə həsr olunmuş konkret tədqiqat əsərləri. Bunlar
aşağıdakılardır: “Çağdaş Azərbaycan tarixi”, Ankara 1951, “İran
Türkləri”, İstanbul, 1993 (M. Ə. Rəsulzadə), “Müxtəsər Azərbay-
can tarixi”, İstanbul, 1924 (Cahangir Zeynaloğlu), “Azərbaycan
tarixində türk Albaniya”, Ankara, 1951, “Ermənilər və İran”,
İstanbul, 1926 (M. B. Məmmədzadə), “İran turkləri”, “Türkün
altun kitabı”, İstanbul, 1942 (Məmməd Sadrıq Aran) “Azərbay-
canın yaxın tarixinə qısa bir baxış”, Ankara, 1982 (Əhməd Qa-
raca), “Türk və islam aləmində Azərbaycanın yeri”, Ankara 1987
(Cəmil Ünal), “Azərbaycan Yurt Bilgisi”ndə dərc olunan mə-
qalələr – “Azərbaycan tarixinə ümumi bir baxış” (1932, N-1, s.5-
16), “Avropa səyyahlarına görə XVII əsr Azərbaycanı” (Əhməd
Cəfəroğlu, 1933, N-18, səh.254-263), “Övliyya Cələbiyə görə
Azərbaycan şəhərləri” (Məhəmməd Xalid, 1933, N-17, səh.206-
211), “Dövlətlərarası münasibətlərə dair vəsiqələrdə Azərbaycan”
(M. Məhəmmədzadə,1934, N29, səh.191-196 və b.).
Bunlardan əlavə, məşhur başqırd mühaciri, prof. Əhməd
Zəki Vəlidinin “Azərbaycan Yurt Bilgisi” dərgisində “Azərbay-
canın tarixi coğrafiyası” [1932, N-1,2,3,4,5] və “Azərbaycan türk
224
etnoqrafiyası” [1933, N-12,13,14,15,18] adlı iki çox qiymətli
tətqiqat əsəri də hissə-hissə dərc edilmişdi. Dövrü mətbuatda isə
mühacirlərimiz, əsasən 28 May Milli İstiqlaliyyat günü, 27 Aprel
faciəsi, eyni zamanda sovet hakimiyyətinə qarşı baş verən silahlı
üsyanlar, kütləvi çıxışlarla bağlı müxtəlif həcmli məqalələrlə çıxış
etmişlər.
Tarixi araşdırmaların əsas qayəsini C. Zeynaloğlunun
“Müxtəsər Azərbaycan tarixi” kitabına giriş hissəsində yazdığı
kimi: “Özümüzü tanımalı, başqalarına da tanıtdırmalıyıq” [138,
s.5] prinsipi təşkil edirdi.
V. Nuhoğlu imzasiyla çıxış edən mühacirlərimizdən biri isə
“Tariximiz yazılarkən” məqaləsində məsələni belə qoyurdu:
“Azərbaycan tarixi yazılmalidır. Buna şübhə yoxdur. Fəqət, belə
bir milli tarixi kim yazacaqdır?... Bolşeviklər, hüsnü niyyətlə
hərəkət etsələr belə, yaza bilərlərmi? Xeyr, əsla!”[39, N-9, 1935].
Daha sonra müəllif , “millət” və “milli dövlət” anlayışlarını qəbul
etməyən bolşeviklərin, milli tarixi yazarkən sinfilikdən, kos-
mopolitizmdən yaxa qurtara bilməyəcəkləri qənaətinə gələrək
yazırdı: “Öz milli tariximizi, bolşeviklər, ruslar deyil, biz özümüz
yazacağız” [39, N-8, 1935]. Əslində bu fikri tədqiqatçı müha-
cirlərimizin yardıcılıq devizi kimi qəbul etmək olar.
Sovet tarixşünaslığından fərqli olaraq mühacirət irsində
başlıca tədqiqat prinsipləri müstəqillik, türkçülük və islamçılıqdır.
Fikrimizi əsaslandırmaq üçün tarixə aid əsərlərin dövrləşməsindən
və başlıqlara verilən adlardan bir neçə nümunəyə müraciət edək:
1. C. Zeynaloğlunun “Müxtəsər Azərbaycan tarixi”
əsərindəki başlıqlar-“İstiqlalın elan olunmasından əvvəlki
zaman”, “Mütəqil Ağqoyunlu, Qaraqoyunlu dövləti”, “Müstəqil
xanlıqlar dövrü”, “Müstəqil cümhuriyyət dövrü” və s.;
2. M. Ə. Rəsulzadənin “Qafkaziya türkləri” əsərindəki
başlıqlar-“Türk ünsürünün Qafkaziyada yerləşməsi”, “Azər-
baycan və Türk Qafkaziyanın siyasi müqqəddəratı”, “Qafkaziyada
Türk və İslam cumhuriyyətləri”, “Dağıstanda türk qövmləri” və s.
225
“İran Türkləri”, “Azərbaycan tarixində türk Albaniya” kimi
əsərlərdə isə məsələ yenə adından bəllı olur .Göründüyü kimi,
mühacirlərimiz dövrləşmədə A. Bakıxanovun “Gülüstani-İrəm”
əsərindəki müstəqillik həm də millilik prinsipi ilə bölgünü əsas
götürərək, B. Sısoyevin istila və əsarətə görə bölgü prinsipinə
(Azərbaycan sasani, ərəb, səlcuq, monqol və b.-ların əsarəti
dövründə) istinad etməmişlər.
İstila və əsarətə görə bölgü imperialist məfkurənin təzahürü
idi ki, M. Ə. Rəsulzadənin “Çağdaş Azərbaycan tarixi” əsərində
qeyd etdiyi kimi bu prinsip təkcə tarixə deyil, ədəbiyyata,
bütövlükdə isə mədəniyyətə də tətbiq olunmuşdur. Sovet
tarixşünaslığında ayrı-ayrı tarixi şəxsiyyətlərə münasibət də belə
ölçülərlə müəyyənləşdirilirdi. Belə ki, A. Nevski, D. Donskoy,
Minin və Pojarski, Suvorov, Kutuzov və b. yüksək qiymət-
ləndirildiyi halda, Şeyx Şamil, Cavad xan kimi milli qəhrəmanlar,
istilaya qarşı müqavimət hərəkatının başçıları unutdurulur və
yaxud Babəkin azadlıq mübarizəsinə antixəlifət deyil, antiislam
məzmunu verərək, ateizmin Azərbaycanda tarixi köklərə malik
olduğu əsaslandırılırdı.
Mühacirətdə Azərbaycan tarixi bütöv türk tarixinin tərkib
hissəsi kimi tədqiq edilir ki, bu xüsusiyyət özünü M. Ə. Rəsulza-
dənin yaradıcılığında daha aydın büruzə verir. Onun “Çağdaş
Azərbaycan tarixi”, “Qafqasya Türkləri”, “İran Türkləri” əsər-
lərini Qafqaz və İranda yaşayan türklərin tarixinə həsr olunan
trilogiya kimi qəbul etmək olar.
“Qafqasya Türkləri”ndə müəllif, Şimali Qafqazda (Qazı
Qumıq, Noqay, Türkmən, Balkar, Qaraçay və s.) Borçalıda,
Ahsıxa və Axırkələkdə, Gümrü və Zəngəzur bölgələrində məs-
kunlaşan türklərin həm də qeyri- türk müsəlmanların tarixi, tarixi
coğrafiyası, etnoqrafiyası, mədəniyyəti, məişəti, mövcud ictimai-
siyasi durumu barədə ətraflı məlumat verir, Qafqazda ümumi
türklərin bölgə əhalisini 34%-ni, müsəlman qeyri-türklərin isə
26%-ni təşkil etdiyini bildirir.
226
Gürcüstan türklərinin ümumi saylarını 200 000-dən artıq
olduğunu göstərən M. Ə. Rəsulzadə, Ermənistanda bu miqdarın
iki dəfə artıq olduğunu yazır: “Bunların miqdarı 450 000 bul-
maqdadır ki, Ermənistan Cümhuriyyətinin 28%_ni təşkil edirlər”
[312, s.94]. Bu bilgilər Qafqaz türklərinin deportasiyalara qədərki
etnodemoqrafik vəziyyətlərinin öyrənilməsi baxımından da çox
qiymətlidir.
Əsərin “Rus istilasında yüz sənə” adlı bölməsində əksə-
riyyəti (60%-i) türk və müsəlman qeyri-türklərdən ibarət olan
Qafqaz əhalisinin bir əsrlik əsarətdən sonra yenidən hürriyyətə
qovuşmaq istəyi və bu istəyin gerçəkləşməsinin əsas şərti sayılan
türkçülük və islamçılığın bölgədə hakim rolu açıqlanır.
“Qafqasya Türkləri” ümumqafqaz türkləri və müsəlman
qeyri - türklərinin tarixi, mədəniyyəti barədə Azərbaycan tarix-
şünaslığında ilk tədqiqat əsəridir.
M. Ə. Rəsulzadənin maraq doğuran əsərlərindən biri də
Cənubi Azərbaycan mədəniyyətinə, tarixinə, mövcud durumuna,
eyni zamanda bütöv Azərbaycan məsələsinin bir sıra məqamlarına
aydınlıq gətirən “İran Türkləri”dir. 1908-1911-ci illərdə İranda
aparılan müşahidələrin və araşdırmaların yekunu kimi ərsəyə
gələn bu əsər, 1912-ci ildə “Türk Yurdu” dərgisində, 1993-ci ildə
isə Əli Yavuz Akpınar tərəfindən dərc edilmişdi. İran dövlətinin
gəlişməsində türklərin tarixi rolundan bəhs edən M. Ə. Rəsulzadə,
həm də XIX əsrin II yarısından başlayaraq ortaya çıxan
problemləri araşdıraraq belə qənaətə gəlir: “İranda Türklər nə
Rusiyada olduğu kimi məhkum, nə də Türkiyədə olduğu kimi
hakim bir millət deyildilər. İran Türklərini əsl iranlı olan farslarla
hüquqda müsavi vətəndaş halında bulunurdular: eyni haqlara, eyni
imtiyazlara sahibdilər” [331, s. 17,18]. Lakin əsrin əvvəllərində
mövcud olan bu “müsavilik” (bərabərlik), fars-türk tarazlığı
tədricən farsların xeyrinə dəyişməyə başladı. Bu dəyişmənin
səbəbləri və prosesin dinamikası M. Ə. Rəsulzadənin aşağıdakı
mülahizəsindən aydın görünür: “Farslar türk hökmdarlarını İran
padşahları kimi, türklər də fars mədəniyyətini və lisanını milli bir
227
lisani-ərəbi kimi qəbul etmişlər. Bu sürətlə beş yüz sənədən bəri
şahlıq taxtında bir türk xanı otururdusa da gərək bu xanlar, görərsə
də türk əhalisi iranlaşmış, yəni frslar tərəfindən təmsil olunmuşdur”
[311,s.17,18].
Daha sonra müəllif iranlaşmanın da səbəblərinə toxunaraq
fikrini belə açıqlayır: “Şiəlik İran türklərini o qədər farslaş-
dırmışdır ki, indi onlar kəndlərini türkləşmiş fars, yəni əsasən
iranlı hesab edirlər” [311,s.18].
Əslində məsələ göründüyü qədər də sadə deyil. M. Ə.
Rəsulzadənin də qeyd etdiyi kimi “türklərin farslara mənəvi məğ-
lubiyyətlərinin” kökü [331,s.18] “ 500 illik” türk hakimiyyəti za-
manında qoyulmuşdur. Bu vaxt ərzində İranda siyasi hakimiyyət
türklərin olsa da, mədəni və lisani-ədəbi hakimiyyət farslara
məxsus idi. Və türklər zaman-zaman mənən məğlub olur, farsla-
rının siyasi hakimiyyətə də sahib olmalarına zəmin yaranırdı.
Hazırkı dövrə İran türklərinin dünyada hüquqları tapda-
lanan ən böyük çoxluqlardan biri olması məhz bu cür tarixi prose-
sin, yürüdülən məqsədyönlü siyasətin məntiqi yekunudur.
“İran Türklərin”ndə M. Ə. Rəsulzadə İran və Qafqaz,
bütövlükdə isə bütün türklərin tarix, mədəniyyət və ictimai həyat-
larında mövcud olan oxşar, ümumi xüsusiyyətləri təhlil etməklə
yanaşı, Şimali və Cənubi azərbaycanlıların arasında bir sıra
psixoloji və mədəni fərqlərin olduğunu da unutmamışdı.
Əsər “Türk Yurdu”nda dərc edildikcə geniş oxucu kütlə-
sinin marağına səbəb olurdu. Ə. Y. Akpınar yazır: “M. Ə. Rəsul-
zadənin bu yazıları Türkiyədə İran türklərinə qarşı artmış bu-
lunan ilginin ehtiyac duyduğu bilgini oxuculara ulaşdırır, Iranın
gerçək üzüylə tanımasını sağlıyırdı” [311, s.2].
Türkiyə ictimaiyyətini maraqlandıran məsələlərdən biri də
əsərdə imperializmə qarşı İran və Türkiyə arasında iş birliyinin
zəruriliyi ideyasının irəli sürülməsi idi.
(Azərbaycan mühacirlərindən Məmməd Sadıx Aran da
Cənubi Azərbaycanın ictimai-siyasi vəziyyəti, tarixi, görkəmli
228
şəxsiyyətləri barədə “İran türkləri” adlı maraqlı əsər dərc etdir-
mişdi).
“Çağdaş Azərbaycan tarixi” əsəri məzmun və qarşıya qo-
yulan problem baxımından “Azərbaycan Cümhuriyyəti” həm də
“Qafqasya Türkləri”ndə ən böyük bölmə olan eyni adlı bölmə
(Azərbaycan Cümhuriyyəti) ilə eyniyyət təşkil edir. Hər üç əsərdə
Azərbaycan Demokratik Cümhuriyyətinin meydana gəldiyi
ictimai-siyasi, tarixi şərait, XX əsrin əvvəllərində yaranmış
beynəlxalq şəraitin Azərbaycan daxili proseslərə təsiri, nəhayət
ADR-in yaranması, iki illik fəaliyyəti, məğlubiyyəti və bu
məğlubiyyətin obyektiv-subyektiv səbəbləri araşdırılmışdır.
M. Ə. Rəsulzadənin XIX əsrin sonu, XX əsrin əvvəllərini
əhatə edən Azərbaycan tarixinə bir neçə dəfə qayıdışı hər şeydən
əvvəl, Azərbaycan probleminə beynəlxalq ictimaiyyətin diqqətini
cəlb etmək, yaxın tarixi keçmişdə bölgədə baş verən hadisələr
barədə obyektiv rəy yaratmaq istəyindən irəli gəlirdi.
Lakin əsərlərin yazılmasında məqsəd oxşar olsa da,
hədəflər fərqli idi. Belə ki, 1923-cü ildə nəşr olunan “Azərbaycan
Cümhuryyəti”nin əsas ünvanı Türkiyə ictimaiyyəti idisə, 1951-ci
ildə Avropada çapdan çıxan “Çağdaş Azərbaycan tarixi” Qərb
ictimaiyyətini hədəf götürmüşdü. 1928-ci ildə Yusif Akçuranın
rəhbərlik etdiyi “Türk yurdu”nda hissə-hissə dərc edilən “Qaf-
qasya türkləri” isə Türkiyə ictimaiyyətini ümumi Qafqaz türk-
lərinin tarixi və çağdaş problemləri ilə tanış etmək məqsədi ilə
yanaşı, bu ölkədə məskunlaşan Qafqaz mühacirləri arasında iş
birliyi, Müştərək təşkilatlar yaratmaq üçün həmin mühacirət
kontingentinə də ünvanlanmışdı.
Məqsədlərin nə qədər maraqlı və əhəmiyyətli, hədəflərin
çeşidli olmasına baxmayaraq, tədqiq olunan Azərbaycan tarixi idi
ki, son nəticədə elm daha çox qazanırdı.
Qeyd edək ki, mühacirlərimizin araşdırdığı problemlərin
əksəriyyəti 80-ci illərin sonlarından başlayaraq formalaşmaqda
olan yeni baxışdan aktual və əhəmiyyətli görünür. Nümunə kimi,
son illər albanşünaslıqda türklərin tarixi yeri barədə meydana
229
gələn mülahizələrin (II əsrdən başlayaraq Cənubi Qafqaza axıb
gələn türk tayfalarının Albaniyada məskunlaşaraq ərəb istilasına
qədər hakim etnosa çevrilməsi), M. B. Məmmədzadənin “Azər-
baycan tarixində türk Albanya” əsərində irəli sürdüyü ideyalarla
səsləşməsini göstərmək olar.
Əsərin məntiqindən aydın olur ki, Albaniyada türk etnosu
hakim olmasaydı, qonşu xristian məmləkətləri kimi albanlar da
islamı qəbul etməzdilər. Əslində Azərbaycanın cənubunda islam
qəbul edildiyindən şimaldakı türklər də bu dinin yayılmasına
nəinki müqavimət, əksinə yardım göstərirdilər.
“Ermənilər və İran”da təsvir olunan İran ermənilərinin və-
ziyyəti, fars-erməni münasibətləri isə bu günün özündə də məz-
mun baxımından dəyişmədiyindən, əsrin əvvəllərində aparılan
təhlillər öz aktuallığını saxlayır.
Azərbaycan tarixi ilə bağlı araşdırmalar sırasında başqırd
mühaciri, prof. Ə. Zəki Vəlidinin iki tədqiqatı da xüsusi yer tutur.
Bunlar, uyğun sahələr üzrə Azərbaycan tarixşünaslığında ilk
sistemli araşdırma sayılan, “Azərbaycanın tarixi coğrafiyası” və
“Azərbaycan türk etnoqrafisinə dair” əsərləridir. Müəllif. “Azər-
baycan tarixi coğrafiyası” əsərinin giriş hissəsində qarşısına qoy-
duğu məqsəd barədə yazır: “Azərbaycanın tarixi coğrafiyasına aid
məxəzlərdə mövcud bütün quyudatı (rəsmi qeydləri-X. İ.) bir
araya toplamaq... tarixi əsərlərdə keçən coğrafi isimlərin yerini
mümkün olduğu qədər doğru təyinə çalışmaq” [192, N-1, 1932].
Doğrudan da Ə. Zəki Vəlidi qədim ərəb, fars, yunan, roma
müəlliflərinin, eyni zamanda müasir tədqiqatçıların Azərbaycanla
bağlı araşdırmalarını saf-çürük edərək vətənimizin çayları, karvan
yolları, şəhərləri barədə hərtərəfli və dəqiq məlumat verə bilmişdı .
“Azərbaycanın tarixi coğrafiyası”nda Dərbənd, Bərdə, Abxaz-
Quba, Şabran, Şamaxı, Bərzənk, Bakı, Ərəş, Şəki, Zaqatala və b.
şəhərlərin tarixi haqqında çox qiymətli bilgilər var.
“Azərbaycan Etnoqrafisinə dair” əsərində isə müəllif,
Azərbaycana türk tayfalarının gəlməsinin aşağıdakı xronologi-
yasını verir:
230
1) Ağ hunlar-451-ci il; 2) “Atilla” dövrü- 466-cı il; 3) “Savir”
və yaxud “Suvar” tayfaları- 552-ci il; 4) VI-IX əsrlərdə fasilələrlə
Xəzərlər; 5) 1033-1048-ci ildə indiki dilimizin əsas sahibləri oln
oğuzlar; 6)1145-1158-ci illərdə qıpçaqlar; 7) XIII əsrdən moqol
və tatarlar.
Qeyd edək ki, bu bölgu Dyakonov, Q. Qeybullayev, L. Qu-
milyov və b. Müəlliflərin bölgüsü ilə üst-üstə düşür. Q. Qey-
bullayev yazır: “568-ci ildə suvarlar Şimali Qafqazda avarlar tərə-
findən məğlub edildikdən sonra, Azərbaycana axışaraq burada
məskunlaşırlar”[383,s.128].
Ə. Z. Vəlidi sovet albanşünasları kimi udinlərin qafqazdilli
olmaları məsələsinə də birmənalı yanaşmır: “Udinlərin əvvəlcə
türk, yaxud turani olub sonradan Arran və Qafqaz lisanlarından
birini qəbul etmiş olması ehtimalı yenə açıq qalır” [383, s.52].
1980-ci illərdə mühacirlər Azərbaycan tarixinin müxtəlif
dövrlərini əhatə edən iki əsr də dərc etdirirlər. Müəllifi Əhməd Qa-
raca olan “Azərbaycanın yaxın tarixinə qısa bir baxış” əsərində
Şimali Azərbaycanda XX əsrin I yarısında cərəyan edən hadisə-
lərlə yanaşı, Güney Azərbaycandakı milli hərəkat da araş-
dırılmışdı.
Cəmil Ünalın “Türk və islam aləmində Azərbaycanın yeri”
əsəri isə Azərbaycanın iki minlik tarixini ehtiva edən yığcam
xülasədir.
Mühacirlərimizin son tədqiqatlarından sayılan bu əsərlərdə
Şimal və Cənub Azərbaycanın tarixi, mədəniyyəti ayrı-ayrılıqda
deyil, vahid, həm də bütöv bir millətin, məmləkətin tarixi və
mədəniyyəti kimi araşdırılıb.
Qeyd edək ki, M. Ə. Rəsulzadə də kultoroloji planda
ümumtürk və islam mədəniyyətinin tərkib hissəsi olan Azərbay-
can mədəniyyətini vahid mədəniyyət kimi ayrıca araşdırmışdır
[307, s.10]. Mövcud fikri əsaslandırmaq üçün Azərbaycan
coğrafiyasının təsviri ilə bağlı əsərdən bir parçaya diqqət yetirək:
“Azərbaycan, tutduğu mövqe etibarilə Yaxın Doğunun pək önəmli
bir sahəsidir. Bir tərəfdən, Kaspi dənizinə, o biri tərəfdən də
231
Böyük və Kiçik Qafqaziya dağları ilə Savalan ətəklərinə dayanan
bu sahə Kür, Araz və Qızıl Üzən kimi böyük nəhrlərin bərəkətli
hövzələrini təmsil edən ovaları içinə alır” [307, s.10].
Əsərdə “kültür” “mədəniyyətə” nisbətən geniş anlayış kimi
işlənir və onun formalaşmasında üç əski amilin həlledici yolu
göstərilir: “Coğrafi amil-vətən, etnoqrafik amil-millət və mənəvi
amil-mədəniyyət” [307, s.9].
Bu bölgüyə əsasən M. Ə. Rəsulzadə, Azərbaycan adlı
vətənin ümumi türk ailəsinə və daha geniş kontingenti əhatə edən,
öz ağuşuna daha çox milləti alan islam mədəniyyətinə daxil ol-
duğu qənaətinə gəlir. O, XIV əsr ərəb tarixci İbn Xəldunun belə
bir fikrini də təqdir edir ki, “... islam mədəniyyəti yalnız ərəblərin
yaratdığı bir abidə deyil, islam dinini qəbul edən xalqların bərabər
tikdiyi binadır” [303, s.6].
Digər tərəfdən “Qafqasya türkləri” və “İran Türkləri”ndə
M. Ə. Rəsulzadə eyni bir millətin coğrafi amillərin təsiri altında
müxtəlıf mədəniyyətlərə yaxınlığı məsələsinə də toxunur. Belə ki,
Şimali Azərbaycan zaman-zaman ümumi Qafqaz, Rusiya, Qərb
mədəniyyəti ilə, Cənubi Azərbaycan isə fars mədəniyyəti ilə,
çulğalaşdığından, “Əsrimizin Səyavuşu”nda deyildiyi kimi “İki
mədəniyyətdən bir mədəniyyət” yarana bilmişdi (Müştərək fars-
türk mədəniyyəti nəzərdə tutulur).
Lakin “Azərbaycan Kültür gələnəkləri”ndə M. Ə. Rəsul-
zadə ayrı-ayrı qonşuların mədəniyyəti ilə qohumlaşan Şimali və
Cənubi Azərbaycanı birləşdirən başlıca amili-türkçülüyü ön plana
çəkərək, onun yeni çalarlarını aşkarlayır. “Qafqasya Türklərin”də
Şimali Azərbaycan ayrı, “İran Türkləri”ndə isə Cənubi
Azərbaycan İranın tərkibində ayrı tədqiq edilsə də, “Azərbaycan
Kültür gələnəkləri” əsərində problem təkcə mədəni aspektdən
deyil, siyasi aspektdən də bütöv şəkildə araşdırılır. Çünki əsərin
giriş hissəsində müəllif “kültür” anlayışının təkcə mədəniyyəti
deyil, iqtisadiyyatı, sosial sahəni, eyni zamanda siyasəti də əhatə
etdiyini açıq göstərərək, bütöv Azərbaycan məsələsinə siyasi bir
məsələ kimi yanaşmışdı. Odur ki, M. Ə. Rəsulzadənin kultoroloji
232
konsepsiyasının mahiyyətini “İran Türkləri” və “Qafqasya türk-
ləri”ni təhlil etmədən başa düşmək çox çətindir.
Mühacirətin tarixi irsinin təhlilini yekunlaşdırmamışdan
öncə onu da qeyd edək ki, maraqlı tarixi tədqiqatlardan biri də prof.
Ə. Cəfəroğlunun “Tarixdə Azərbaycan-Rus münasibəti”dir.
Müəllif Rusların Azərbaycana IX əsrdən başlanan ilk hərbi
yürüşlərini Məsudi, Zahirəddin, Klaprot, Frohen, Sarmoy kimi nü-
fuzlu mütəxəssislərin mülahizələri əsaında təhlildən keçirmiş,
problemə müəyyən aydınlıq gətirə bilmişdı. [207, N-9.1929, N-
10,11,12.1930].
Mühacirlərimizin zəngin və çoxşaxəli yarıdıcılığında
ətraflı araşdırma tələb edən sahələrdən biri də ədəbi-bədii sahədir.
Xarakterinə və məzmununa görə bu sahəni əhatə edən əsərləri
aşağıdaki şəkildə qruplaşdırmaq olar:
1. Klassik irsin tədqiqi: M. Ə. Rəsulzadənin “Azərbaycan
şairi Nizami” (Ankara 1951), “Şirvanlı Xaqani” (Azərbaycan Yurt
bilgisi. 1954. N-37, s.2-10), “Azərbaycan kültür gələnəkləri”
(Ankara, 1945), Ə. V. Yurdsevərin “Azərbaycan Dram Ədəbiyyatı”
(Ankara, 1951), “Mirzə Fətəlı Axundzadənin həyatı və fəaliyyəti”
(Ankara, 1950), “Azərbaycan şairlərindən Vaqif və Vidadinin
yaradıcıllığı” (Ankara, 1952), Əhməd Cəfəroğlunun “Azərbaycan
Dil və Ədəbiyyatının dönüm nöqtələri” (Ankara, 1953) və s.
2. Çağdaş Azərbaycan ədəbiyyatının təhlili: M. Ə. Rəsul-
zadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” (Ankara, 1950), “Ədəbi
bir
hadisə”
(“Azərbaycan” Ankara, 1955, N-4,5,6,7),
Ə.Cəfəroğlunun “Modern Azərbaycan ədəbiyyatına toplu bir
baxış” (Azərbaycan Yurt Bilgisi. 1954, N-37, s.40-48), Səlim
Rafiqin “Son devir Azəri ədəbiyyatı” (“Azərbaycan Yurt Bilgisi.
1932, N-1, s.27-34), Ə. V. Yurdsevərin “Azərbaycan dram ədib-
lərindən Cəfər Cabbarlı” (Azərbaycan, Ankara, 1952, N-1), M. B.
Məmmədzadənin “Mirzə Ələkbər Sabir” (“Qurtuluş”. 1936. N-
23), “Cəfər Cabbarlı” (“Qurtuluş”. 1935, N-4) və s.
3. Azərbaycan ədəbiyyatşünaslığının problemləri. Tənqid
və təhlillər, nəzəri axtarışlar: M. Ə. Rəsulzadənin “Azərbaycan
233
Kültür Gələnkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı” (Ankara,
1949-1951), Ə. Cəfəroğlunun “Azəri ədəbiyyatında istiqlal müca-
diləsi” (İstanbul, 1932), M. B. Məmmədzadənin “Cəfər Cabbarlı”
(“Qurtuluş”, 1938, N39), “Babək və Afşin” (“Qurtuluş”, 1936, N-
19) və s.
4. Bədıı yaradıcılıq: “Qurtuluş yollarında” (Şerlər məc-
muəsi, İstanbul, 1928), “Ərgənəkon yolları” (İstanbul, 1952, Şer-
lər məcmüəsi) “Almaz Yıldırımının seçilmiş şerləri” (Ankara,
1953), K. Yayçılı, “Hacı Tağı” (hekayə “Azərbaycan” 1953, N6
(18), Həlim Narlıdərəli, “Qorxu” (hekayə, “Azərbaycan”, 1953,
N-6 (18), Məmməd Sadıq Aran, “Qara Köynək”, “Gənclərə nəsi-
hət”, “Millətlərin haqqı və məhkum türklərin davası”, “Qaçaq
Nəbi”, “Top səsləri” pyesləri, Ümm El Bənin- “Paris günləri”
(roman, Paris 1990).
5. Folklor axtarışları: M. Şakir- “Aşıq Qurbaninin üç
mənzuməsi” (Azərbaycan Yurt Bilgisi, 1932, N-4-5, s.167-169),
Sadiq Sənan – “Azərbaycan saz şairləri” (Azərbayca Yurt Bilgisi,
1932, N-2, s.55-59), Səlim Rafik- “Azəri xalq ədəbiyyatında “Dəli
Alı dastanı”, “Nigaristanlı aşıq Sadiqin bir Şeri (Azərbaycan Yurt
Bilgisi, 1933, N-23, s.415-419), Ə. Cəfəroğlu-“Azəri Xalq
ədəbiyyatında “Aşıq Qərib dastanı”, “”Azəri xalq ədəbiyyatında
sayacı sözləri” (Azərbaycan Yurt Bilgisi, 1934, s.531-532,35-36),
M. Fəxrəddin- “Azəri aşıqlarından Sarı Aşıq (Azərbaycan Yurt
Bilgisi, 1934, N-29, s.176-178), Zahir Sidqi – “Dədə Qorqud”
kitabına dair” (Azərbaycan Yurt Bilgisi, 1934, N-35-36,s.374-
375) və s.
6. İncəsənətin tədqiqi: Zeynal A. Saray-“Azərbaycanın
gözəl sənətləri haqqında” (Azərbaycan Yurt Bilqisi, 1934, N35-
36, s.388-389), M. B. Məmmədzadə-“Azərbaycan musiqisinin
əsasları” (“Qurtuluş”, 1935, say 9), K. Mahmud Raqib-“Azərbay-
canda son musiqi hərəkətləri”, “Azərbaycan müsiqisi” (Azər-
baycan Yurt Bilqisi, 1932, say 3, s.8-9), Babazadə Sadig-“Azər-
baycan sənət həyatı” (Azərbaycan Yurt Bilqisi, 1932,say 5), M. Ə.
Rəsulzadə-“Azərbaycan memarı anıtları” (Azərbaycan, Ankara,
234
1954, say 8(32)), “Azərbaycan Kültür Qələnəkləri” (Ankara,
1949) və s.
7. Azərbaycan dili ilə bağlı araşdırmalar: Ə. Cəfəroğlu:
“Azəri ləhcəsində bəzi moğol ünsürləri”, “Şərqdə və Qərbdə Azəri
ləhcəsi tədqiqləri”, “Türk Dili” (Azərbaycan Yurt Bilgisi”, 1934,
say 25, M. B. Məmmədzadə: “Azərbaycan dilinin orfografiyası”
(“Qurtuluş”, 1937, say 5), “Dilimizdə sovetizm” (“Qurtuluş”,
1937, say 27) və s.
Təbii ki, çoxsaylı əsərlər içərisində adı çəkilənlər mü-
hacirlərin ədəbi-bədii yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən-
lərdir. Bu əsərləri istər yuxarıdakı qruplaşmalar üzrə, istərsə də
janr prinsiplərinə görə təhlil etmək ayrıca araşdırma tələb
etdiyindən, biz ancaq onların özəl xüsusiyyətlərini, əhatə etdiyi
problemlərin ümumi tərəflərini müəyyənləşdirməklə kifayətlənə-
cəyik.
Mühacir yaradıcılığında diqqəti cəlb edən başlıca xüsusiy-
yətlərdən biri, sovet təftişçiliyi və senzurasının nəticəsi kimi
Azərbaycan ədəbiyyatında meydana gələn naqislikləri aradan
qaldırmaq, ədəbi-bədii yaradıcılığın ictimaiyyətdən gizlədilmiş
tərəflərini olduğu şəkildə xalqa çatdırmaq cəhdidir. Bu ruhla apa-
rılan araşdırmalarda sovet təftişçiliyinin izləri, qoyduğu yasaqlar,
eyni zamanda “zərərçəkmiş” hər bir əsərdə müəllifin əsas məqsədi,
niyyəti açılıb göstərilmişdir. Nizamidən Hüseyn Cavidə qədər
(təxminən) Azərbaycan ədəbiyyatında təhrif olunan, qəsdən
dolaşdırılıb baş-ayaq salınan nə vardısa hamısının mühacir
yaradıcılığında yerbəyer edildiyini görürük.
Bu sahədə örnək əsərlərdən biri, heç şübhəsiz M. Ə.
Rəsulzadənin 1941-ci ildə Nizaminin 800 illik yubileyi münasibə-
tilə yazdığı, lakin müharibənin araya saldığı çətinliklər üzündən
10 il-1951-ci ilə qədər nəşri ləngiyən “Azərbaycan şairi Nizami”
monoqrafiyasıdır. Əsərin qiyməti təbii ki, Nizami yaradıcı-
lığındakı milli və bəşəri dəyərlərin, ideoloji-siyasi, fəlsəfi-
bütövlükdə elmi mahiyyətin dərin təhlilində-“Nizami ölçüsüz-
lüyünün” (Y. Bertels” və təkrarsızlığının ifadəsindədir. Lakin,
235
əsərdə Nizaminin “kasıb güzəran sürməsi”, “Şahları mədh et-
məsi”, “utopik cəmiyyət dedikdə az qala sovet hökumətini nəzər-
də tutması” barədə sovetologiya təhriflərinin, şairin fars olduğunu
iddia edən paniranistlərin irəli sürdüyü mülahizələrin saf-çürük
edilməsi və tənqidi də az əhəmiyyət kəsb etmir.
Fars dilində yazdığına görə Nizamini fars hesab edənlərə
qarşı çıxan M. Ə. Rəsulzadə, dilin forma əlaməti olduğundan,
onun milli mənsubiyyəti müəyyənləşdirən amil rolunu oynaya
bilməməsini qeyd edir: “Ədəbi bir əsəri...milliləşdirən amil
formadan çox məzmun, başqa sözlə desək, dildən çox məna və
məzmundur” [303, s.28]. “Azərbaycan Kültür Gələnəkləri” əsə-
rində də o, Nizaminin “Firdovsi tipində bir fars milliyyətçiliyinə
yabançı,...konuları və təfəkkürü etibarilə bir türk” olduğunu
göstərir [307, s.19].
Maraqlı məqamlardan biri də şairin idealizə etdiyi İsgən-
dəri “yaxın Doğunu rus kötülüyündən” təmizləməyə çağırmasıdır.
M. Ə. Rəsulzadə Nizaminin “yaxın Doğunu qorxudan şimallılara
münasibətini aşağıdakı nümunə ilə ifadə edir:
Dostları ilə paylaş: |