ÜÇÜNCÜ BÖLÜM
MÜHACİRƏT ΙΙ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
VƏ SONRAKI DÖVRLƏRDƏ
3.1. Azərbaycan legionlarının formalaşdırılması,
Alman rəsmi dairələri ilə aparılan danışıqlar
1941-ci ildə alman-sovet müharibəsinin başlaması, Azər-
baycan mühacirətinin fəaliyyət istiqamətlərini dəyişmə zəruriy-
yəti ilə üzləşdirdi.
Mühacirlərin müharibə dövründəki fəaliyyətini üç qismə
ayırmaq olar:
1. Əsir düşmüş azərbaycanlıların xilas edilməsi, ayrıca
döyüş legionlarının təşkili.
2. Almaniyanın Azərbaycanın müstəqilliyini tanıması
istiqamətində aparılan iş.
3. Müharibə bitdikdən sonra hərbi əsirlərə və əsgi
legionçulara yardım göstərmək.
Müharibənin elə ilk aylarından sovetlər tərəfindən alman-
lara xeyli adam əsir düşmüşdü. Alman tədqiqatçısı P. Mühlen
154
yazır: “1 noyabr 1941-ə qədər Alman kamplarında (əsir düşərgə-
lərində-X. İ.) iki milyondan artıq sabiq Qızıl Ordu mənsubu
toplanmışdı. Hətta Rozenberq (İşğal altındakı Doğu məntəqələri
Bakanlığı, “Şərq Nazirliyi”nin rəhbəri-X. İ.) onlarının sayının 3,6
milyon olduğunu göstərirdi [248, s.52].
Həmin əsirlərdən və ya könüllü almanlar tərəfə keçən-
lərdən nə qədərinin azərbaycanlı olması barədə isə F. Düdəninski
(Azərbaycan legionlarının təşkilatçılarından və rəhbərindən biri)
aşağıdakı məlumatı verir: “Almaniya tərəfə keçən azəri türklərinin
sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayi isə
milyona çatırdı” [169, 13-30.05. 1992; 12-30.06. 1992].
Avropanın müxtəlif ölkələrində yerləşən əsir düşərgələ-
rinin bu sakinləri ya yoluxucu xəstəliklərdən kütləvi şəkildə qırılır,
ya da ki, irqçi faşist rejiminin qurbanı olurdular. Təkcə
“Çenstoxav kampındakı 30 000 əsirdən, bir tif salqınından sonra,
sadəcə 2000 kişi həyatda qalmışdı” [284, s.57].
İkinci Dünya müharibəsinin təzadlarından biri də SSRİ-
dəki türk xalqlarının irqçi faşist ideologiyasına görə “aşağı dəyərli
asyalı” hesab edilməsi, onların həqarətlə “monqol” adlandırılması
idi. İrq ideologiyasının dəyər sıralanmasında SSRİ türkləri
slavyanlardan aşağıda göstərilirdi.
Hitler 1941-ci ilin noyabrında bir nəfər bolqar qonağına
rusların Ι Dünya müharibəsində öz məmləkətlərinə hakim olduq-
ları halda, indi tanınmaz şəklə düşdüklərini söyləyərək fikrini belə
davam etdirirdi: “Bolşevik rejimi şeytani bir metodla bu rusları
yox etmiş və ya Sibiriyaya sürmüş və rus xalqını irqən yox edib
asyalaşdırmaq üçün planlı olaraq monqolları Avropa Rusiyasına
yerləşdirmişdi” [284, s.40]. Hələ 30-cu illərdə isə “Fürer”, SSRİ-
ni Slavyan-Tatar gövdəli və Yahudi başlı bir məxluq adlandırırdı.
Bu cür ideologiya ilə başları dumanlanan alman hərbçi-
lərinin SSRİ türklərinə, başlıcası isə “şişman gözlü monqol-
tatarlara” (özbək, qazax, qırğız və b. nəzərdə tutulurdu) müna-
sibəti ağlasığmaz dərəcədə dözülməz idi. Digər tərəfdən əsir
müsəlmanlar təxminən 1942-ci ilə qədər “sünnət” məsələsi ilə
155
bağlı yəhudilərlə qarışıq salınıb kütləvi şəkildə məhv edilirdi.
Nəhayət “Şərq Bakanlığı, OKW (Alman Silahlı Qüvvələri Baş
Komandanlığı) və SD (Mülki Kəşfiyyat Təşkilatı-X. İ.) təmsilçilə-
rinin qatıldığı bir toplantıda SD təmsilçiləri sünnət adəti haqqında
tənqid edilmişlər və anlaşıldığına görə Sovet müsəlmanlarının
1941-ci ilin avqustundan sonra kütlə halında qətl edilməsi
azalmışdır” [284, s. 42]. Belə bir şəraitdə “Türk və tatarların və-
ziyyətlərini yaxşılaşdırmaq üçün əsir düşərgələrini dolaşan iki
nəfər tanınmış Türk generalı (çox güman ki, 1941-ci ildən başla-
yaraq tez-tez Almaniyaya gedən Nuru Paşa və onun həmkarların-
dan kimsə nəzərdə tutulur-X. İ.) 1941-ci ilin oktyabrında milli
legionlar yaratmaq fikrini ortaya atdı” [284, s.53].
1941-ci ilin noyabrında isə F. Düdənginski Hitlerə məktub
yazaraq, alman ordusunda Sovet İttifaqına və Böyük Britaniyaya
qarşı döyüşmək fikrində olduğunu bildirmiş, eyni zamanda Alma-
niya Xarici İşlər Nazirliyinə Azərbaycan legionlarının forma-
laşdırılması ilə bağlı müraciət etmişdi. 1941-ci ilin qışına qədər
müharibəni qurtarmaq fikrində olan Hitler, hələ ki, heç bir legion
yaratmağa hazırlaşmırdı.
Lakin, Xarici İşlər və Şərq nazirlikləri əsirlərin çoxluğunu,
onların xeyli hissəsinin doğrudan-doğruya bolşevizmə qarşı
döyüşmək fikrində olduğunu əsas tutaraq Hitleri milli legionlar
formalaşdırılmasının vacibliyinə inandırmağa çalışırdı. Elə bu
səbəbdəndir ki, 1941-ci ilin avqustundan etibarən Sovet əsirlərini
milliyyətlərinə görə ayrılıb düşərgələrdə yerləşdirmək işinə
başlanmışdı. Otuza qədər komissiya əsir düşərgələrini dolaşaraq,
adamları milli mənsubiyyətinə görə qruplaşdırmaqda idi. Əslində
bu addımla legionların əsası qoyulurdu.
Artıq dekabrda Rozenberqin özü də milli legionların for-
malaşdırılması haqqında qəti qərara gəlmiş və Hitlerə bununla
bağlı rəsmi müraciət və bir plan təqdim etmişdi. “Plan Hitlerin
onayına (razılığına-X. İ.) nail olmuş və 22 Aralık (Dekabr-X. İ.)
1941-ci ildə OKW rəsmən birər Türküstanlı, Erməni, Gürcü və
Müsülman Qafqasiyalı legionun təşkili əmrini vermişdi. Bu
156
sonuncusu sonra Azərbaycanlı və Quzey Qafqasiyalı legionu
olmaq üzrə ikiyə ayrılmış və 1942-ci ilin son baharında Volqa
tatarlarının da legionu təşkil olunmuşdur” [284, s.54].
Milli legionların yaradılması kommunizmə qarşı savaşa
beynəlmiləl rəng vermək baxımından da az əhəmiyyətli görün-
mürdü.
Azərbaycan mühacirlərindən əski legionçu Süleyman Tə-
kinər yazırdı: “Rus məhkumu millətlərin Almanlar səfindəki bu
mücadiləsinə millətlərarası bir mahiyyət verərək dünya əfkakı diq-
qət nəzərinin də bu işə təvəccühünü sağlamaq (cəlb etmək-X. İ.)
zərurəti vardı” [37, N-9, 1952].
İlk legionlar işğal altında olan Polşada yaradıldı. Onlar
qismən alman silahları, qismən də döyüşlərdə ələ keçən hərbi
qənimətlərlə təchiz olunurdular. Hər bir legiona rəhbərlik edən
hərbi heyətin təxminən 20-25%-ni alman zabitləri təşkil edirdi.
Əski legionçulardan Məhəmməd Kəngərli və Kərrar
Ələsgərlinin bildirdiyinə görə “Boz qurd”, “Cavad xan”, “Aslan”,
“Berqman” (Dağlı) və b. taburlarda qruplaşdırılan Azərbaycan
legionçularının ümumi sayı 70 mindən çox idi.
Hər bir milli legion almanlar tərəfindən maliyyələşdirilən
qəzet çıxarırdı. Azərbaycan legionçuları Məcid Musazadənin
(Qarsalani) redaktorluq etdiyi “Azərbaycan” və o qədər də geniş
yayılmayan “Hücum” qəzetlərini və “Milli Birlik” dərgisini (Cəlil
İskəndər) yayımlayırdı. 1944-45-ci illərə qədər dərc olunan bu
mətbuat orqanlarında əsasən legionçuları “bolşeviklərə qarşı
mübarizəyə” ruhlandıran məqalələr, Ə. Cavad, M. Müşfiq, A.
İldırım kimi şairlərin şerləri və b. yazılar dərc edilirdi.
Alman rəsmi dairələri legionçuları heç bir siyasi məqsəd-
ləri hədəf tutmayan pullu əsgər-muzdlu hesab etsə də, legionçular
özlərini vətənin azadlığı uğrunda döyüşən mücahid-könüllü
sayırdı.
Ə. F. Düdənginski general L. Biçeraxova açıq məktubunda
yazırdı: “Stalin Hitlerlə Polşanı bölən, Baltik ölkələrinin
müstəqilliyini əlindən alan, Finlandiyanı darmadağın edən vaxt
157
biz nəfəsimizi içimizə çəkib İngiltərə, Fransa, Skandinaviya və b.
Avropa ölkələri tərəfindən SSRİ-yə qarşı müharibə başlanacağını
gözləyirdik. Biz o vaxt həm Stalinə, həm də Hitlerə qarşı onlarla
təbii müttəfiq ola bilərdik. Lakin... məsələ başqa cür oldu. Qərb
ölkələrinin vətənpərvərlik borcu onları SSRİ (işğal edilmiş Av-
ropa ölkələrinin azadlıq uğrunda mübarizəsinə işarə edilir-X. İ.)
bizi isə Almaniya ilə bağladı.
Bizim xatirimizə Qərb dövlətləri Kremllə ittifaqdan imtina
etmədikləri kimi, biz də onların xatirinə atalarımızın ənənələrini
tapdalayıb xalqımızı kölə halına salmış Böyük Rusiya və Sovet
İttifaqı uğrunda vuruşa bilməzdik” [169, 13-30.05.1992; 12-
30.06.1992].
Daha sonra müəllif, bolşevizmin kölə etdiyi xalqlarla
yanaşı, azərbaycanlıların da sovet cəbhəsini tərk edib almanların
tərəfinə keçərək onlarla birlikdə öz vətənlərinin azadlığı və
müstəqilliyi uğrunda mübarizəyə qoşulduğunu göstərirdi.
Qeyd edək ki, Almaniya tərəfindən SSRİ-yə qarşı vuruşan
azərbaycanlıların əksəriyyətinə bu siyasi əhvali-ruhiyyə hakim idi.
Hələ müharibənin ilk aylarında Sovet Ordusunun dalbadal
məğlubiyyətləri, alman təbliğat maşınının müharibənin 1941-ci
ilin qışına qədər qurtaracağı istiqamətində apardığı təbliğat da,
qeyri-rus əsgərlərin almanların tərəfinə keçməsinə və onlarda
Sovet İttifaqının sonunun çatması barədə təsəvvürlərin yaranma-
sına az təsir etməmişdi.
1942-ci ilin əvvəllərindən formalaşmağa başlayan Azər-
baycan legionları döyüşlərdə bir sıra ciddi uğurlar qazanmış, alay-
lardan bəziləri Kubana, Şimali Qafqaza qədər gedib çıxa bilmişdi.
K. Ələsgərli yazır: “Gün kimi yadımdadır. Şimali Qafqazda
ağsaqqal çeçenlər və qaraçaylılar bizi ata-baba qaydalarınca
qarşılamağa çıxmışdılar. Mümkün qədər tezliklə Azərbaycana
çatmaq və ölkəmizi bolşeviklərdən azad etməyə can atırdıq.
Bizlərdən çoxuna bolşevizmi məhv etmək, nifrət doğuran sovet
sistemindən, repressiya illərində öldürülən qohum-qardaşlarımıza
158
görə Stalindən intiqam almaq hissi hakim kəsilmişdi” [13,22.06.
1996].
Legionçuların çoxu bu döyüşlərdə göstərdikləri rəşadətə
görə orden və medallarla, əsasən azərbaycanlılardan ibarət olan
804-cü alayın komandiri Qloger isə Qızıl Alman Xaçı ilə təltif
edilmişdi.
Buna baxmayaraq almanların legionçulara münasibəti “ali
irq” prinsipindən qaynaqlanırdı.
Sözsüz ki, nə mühacirlərimiz, nə də ki, siyasi cəhətdən
yetkin legionçular göstərdikləri xidmətin müqabilində əndazəni
aşan yuxarıdan-aşağı belə baxışla, təhqiredici rəftarla barışa bil-
məzdi. F. Düdənsginski cəbhədə olarkən general Kestrinqə mək-
tub yazaraq göstərirdi ki, azəri türkləri fədakarlıqla döyüşür, bu-
nun müqabilində onların “805-806 saylı batalyonları alman per-
sonalı tərəfindən ümidsizlik dərəcəsinə çatdırılmış, döyülüb dəstə-
dəstə hərbi düşərgələrə göndərilmişdi. Min nəfərlik batalyonların
hər birində 300 nəfər qalmışdı. Deyilənlər onu təsdiq edir ki,
məsələ heç də azəri türklərində deyil, almanların rəhbərliyindədir”
[169,13-30. 1992; 12-30.05.1992].
Başqa milli legionlara da belə münasibətin get-gedə artan
narazılığa gətirib çıxardığını görən alman rəhbərliyi, 1942-ci ilin
ortalarından legionçularla ehtiyatlı davranmaq haqqında fikirləş-
məyə başlayır. İndi, əksinə legionçuların döyüş əhvali-ruhiyyəsini
qaldırmaq yolu tutulur, bu məqsədlə legionçuların dərc etdiyi
qəzetlərdə təbliğata xüsusi önəm verilirdi. Lakin almanlar
legionçulardan “Müstəqillik” sözünü eşitməyə həvəsli deyildilər.
M. Kəngərlinin yazdığı kimi: “Nasist Almaniyası millətlərdən
bəhs edərkən... “freihat” (hürriyyət) istilahından uzağa getmirdi”.
[37, N9, 1952]. Təbii ki, belə “azadlıq” məfhumu altında milli
azadlıqlardan daha çox bəşəriyyətin kommunizm köləliyi təhlü-
kəsindən azad olması nəzərdə tutulurdu. Mövcud yasaqlara,
təhlükəyə, məhrumiyyətlərə baxmayaraq legionçuların həftəlik
“Azərbaycan” qəzeti “Taburlarımızın başı üzərində üç rəngli milli
bayrağımızın dalğalanmasından”, “23 illik əsərlikdən sonra
159
istiqlalçı azərbaycanlıların...arzularını əldə silah gerçəkləşdirmək
üçün legionçuların qarşısında duran şərəfli vəzifədən” bəhs edir
[219, N-9, 1952], mühacirlərimiz isə məhdud şəraitdə rəsmi
Almaniyanın Azərbaycanın müstəqilliyini tanımasına çalışırdılar.
Milli müstəqilliklərin tanınması üçün alman rəsmi dairələri
ilk növbədə 1918-1920-ci illərdə mühacirət etməyə məcbur olan
milli cümhuriyyət liderlərinin (əski Rusiya imperiyası
ərazisindən) yaratdığı təmsilçi təşkilatlarla danışıqlar aparmalı idi.
Lakin 1941-ci ildə formalaşan Şərq Bakanlığının rəhbəri
Rozenberq belə danışıqlardan yayınır, eyni zamanda Milli
təmsilçilərlə əlaqəyə az-çox meyli olan Xarici İşlər Nazirlyinin
SSRİ-ilə bağlı məsələlərdə səlahiyyətlərini məhdudlaşdırmağa
çalışırdı. Xarici İşlər Nazirliyi də öz növbəsində Şərq mütəxəssisi
və əski Moskva səfiri Şulenburq (sonralar Hitlerə sui-qəsd
məsələsində suçlandırılıb güllələndi) vasitəsilə fəal iş aparırdı.
SSRI daxili milli məsələlərə yaxından bələd olan Şulenburq sür-
gündə və mühacirətdəki siyasətçilərin köməyi ilə Şərq siyasətinə
təsir etməyin mümkünlüyü qənaətinə idi. Bu məqsədlə o sonralar
qurulacaq milli hökumətin özəyini təşkil edəcək mühacir komitə-
lərinin yaradılmasına və yaxud mövcud olan komitələrlə əlaqəyə
girməyə çalışırdı.
1942-ci ilin aprelində Şulenburq Fransa, İtaliya, Türkiyə,
İsveşrə və Balkanlarda məskunlaşan tanınmış mühacirlərə
Berlində görüşmək üçün dəvətnamə göndərdi. (“Azərbaycan” dər-
gisinin 9-cu sayında (Ankara, 1954) bu tarix texniki səhv üzündən
1943-cü il kimi getmişdir). May ayında dəvət edilənlərin
əksəriyyəti gəlib Berlinin məşhur “Adlon” otelində yerləşdi. Elə
bu səbəbdən mühacirlərlə Şulenburqun tarixi Berlin görüşü
“Adloniada” adlandırıldı.
Gələn mühacirlər arasında “bir neçə çox məşhur kişi var
idi: “Qafqaz”ın Quzey Qafqasiyalı iki naşiri Heydər Bammat və
Əli xan Qandəmir, “Prometey”çilərdən azərbaycanlı Rəsulzadə və
sabiq bakanlardan Quzey Qafqasiyalı Səid Şamil (avar);
gürcülərdən milli-demokratların lideri Spiridon Kedia, “Tetri
160
Georgi” (Ağ Georqi-X. İ.) hərəkatının qurucularından Leo Kere-
selidze, aristokratlardan Prins Datxo Vaçnadze, Prins İrakli
Baqration (taxt-tac iddiaçsı), “Qafqaz” qrupunun üzvü Zurab Ava-
lişvili və b. [284, s.68].
Mühacirlərin bu cür seçimi əsasən Şulenburqla şəxsi dost-
luğu olan Nuru Killikil Paşanın tövsiyəsi üzrə idi. Göründüyü kimi
Nuru Paşa da öz növbəsində bir-biri ilə ziddiyyətdə olan “Qafqaz”
və “Prometey” qruplarının üzvlərinə münasibətdə ayrı-seçkiliyə
yol verməmişdi. Onu da qeyd edək ki, Azərbaycan
təmsilçilərindən M. Ə. Rəsulzadədən başqa ona sərt müxalifətdə
dayanan “Qafqaz”çılardan sabiq Daxili İşlər Naziri Xəlil Xas-
məmmədov və Fuad Əmircan da Nuru Paşa tərəfindən “Adlon”
görüşünə dəvət edilmişdi.
“Adloniada” Xarici İşlər və Şərq Nazirliyi arasında
mövcud gizli çarpışmaları üzə çıxardı.
Şulenburqun türküstanlı Vəli xan Qəyyumu daha çox
mühacir toplamaq üçün Parisə göndərməsindən və “Adlo-
niada”dan bərk qəzəblənən Rozenberq Xarici İşlər Nazirliyinin
səlahiyyətlərini aşması ilə bağlı Hitlerə şikayət etdi. “Fürer” də
“övkələnərək Xariciyyə Bakanlığının işğal altındakı Sovetlər
Birliyinin məsələləriylə hər türlü ilgilənməsini “ən sərt bir ton”la
yasaqlayan bir təlimat verdi.
Hitlerin qərarı şübhəsiz Rozenberqin qələbəsi demək idi”
[284,s.68].
Digər tərəfdən Xarici İşlər Nazirliyinin başqa bir əməkdaşı,
Türkiyə ilə münasibətlərin həmişə istiləşməsinə və SSRİ-dən olan
mühacirlərlə əlaqələrin yaxşılaşmasına tərəfdar olan sabiq
Türkiyə səfiri fon Papen də Hitlerin qəzəbinə tuş gəlmişdi. O,
pantürkizmi təşviq etməklə Türkiyə üzərindən SSRİ-nin içəri-
lərində yeraltı fəaliyyəti gücləndirməyin, eyni zamanda “Krım
müxtariyyəti”nin (Hitler Krımın almanlaşdırılması ilə bağlı gizli
plan hazırlamışdı. Stalinin Krım tatarlarını deportasiya etməsinin
də əsas səbəblərindən biri bu olmuşdu) tərəfdarı idi.
161
1942-ci ilin iyulunda “Hitler Fon Papenin də fəaliyyətinə
qızğın bir şəkildə təpki göstərdi və hərb siyasətində Türkiyənin
xarici siyasətdə nəzəri-etibara almanın yanlış olduğunu bəyan etdi”
[284,s.70). Bundan sonra Pantürkizm tərəfdarı olan fon Papenin
türk-tatar boylarının gələcəyi ilə bağlı müzakirələrdə iştirakı
qadağan olundu. Mühacirlərlə və onların rəsmi Almaniya ilə mü-
nasibətlərinin normallaşmasına çalışan, Türkiyə ilə əlaqələri güc-
ləndirməyin tərəfdarı olan iki nəfər səlahiyyətli Xarici İşlər Na-
zirliyi əməkdaşının fəaliyyəti üzərinə qoyulan bu məhdudiyyət,
paralel vaxtda “Adloniada” iştirakçılarına antipatiyası olan
Rozenberqə üstün səlahiyyətlər verilməsi danışıqlarda müəyyən
çətinliklər yaradırdı.
Rozenberq milli təmsilçilərlə iş aparmaq səlahiyyətini
Xarici İşlər Nazirliyindən “qopardıqdan” sonra mühacirlərin
Almaniyanın milli müstəqillikləri tanıması məsələsi ilə bağlı
müraciətlərinə məhəl qoymur, danışıqları aylarla uzadaraq bezik-
dirici mühit yaradırdı.
Lakin bu əngəllərə baxmayaraq formalaşdırılması əvvəl-
cədən planlaşdırılmayan legionların meydana gəlməsi kimi “Ad-
lon” görüşləri də sonrakı milli təmsilçiliklərin yolunu hazırlayırdı”
[284, s.71].
SSRİ ilə aparılan müharibəyə beynəlmiləl rəng vermək
üçün “Adloniada” iştirakçılarının incik düşmələrinin məqsədə
müvafiq olmadığını yaxşı başa düşən Rozenberq ortaq bir variant
təklif etdi: milli müstəqilliklərin tanınmasını tələb edən milli ko-
mitələrə ehtiyac yoxdur. Sadəcə olaraq legionlarla Alman Ordu
Qərargahı arasında əlaqəçi heyətlə kifayətlənmək mümkündür.
Şulenburqun və Papenin, eyni zamanda Şərq Nazirliyinin
mühacirlərlə əlaqələri yaxşılaşdırmağın tərəfdarı kimi tanınan və
bu məqsədlə Xarici İşlər Nazirliyinin maraqlı təmsilçiləri ilə
qeyri-rəsmi danışıqlar aparan Şərq nazirliyinin əməkdaşı profes-
sor fon Mendenin də (əski Ankara səfiri) milli komitələrin tanın-
ması sahəsində göstərdiyi cəhdlərə baxmayaraq, Hitler Rozen-
berqin təklifini bəyəndi.
162
Bu dövrdə M. Ə. Rəsulzadənin rəhbərliyi altında fəaliyyət
göstərən Milli Azərbaycan Komitəsi “Nazi Alman məqamlarına
məram anlatamadı. Hitler “heine Komite ”(heç bir komitə
istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı
arasında rabitə vəzifəsini görən məhdud və müəyyən işlərə kgrəvli
“Rabitə Heyətləri” (Verhindunqstav) qurulmasını əmr etmişdi ”
[32, N-9, 1954].
Vəziyyət bu şəkil aldıqda “Adlona” yığışan milli təm-
silçilər Berlində qalmağa və Alman rəsmi dairələri ilə danışıqların
davam etdirilməsinə lüzum görmədi. Lakin M. Ə. Rəsulzadə
Almaniyada yaşayan və dövlət nümayəndələri ilə yaxşı əlaqələri
olan Hilal Münşinin təkidi ilə hələ ki, Berlini tərk etmirdi. Eyni
zamanda “Fon Mende də Rəsulzadəni güclüklə Berlində qalmağa
ikna edə (razı sala-X. İ.) bilmişdi ” [284, s.109].
7 oktyabr 1942-ci ildə M. Ə. Rəsulzadə Krım tatar mühaciri
Krımalla birgə Alman Ordusu rəhbərliyi, Xarici İşlər Nazirliyi,
Şərq Nazirliyi ilə yenə uzun-uzadı danışıqlara başladı. Bu
danışıqlarda dəyişməyən şərt Almaniya tərəfindən Azərbaycan
müstəqilliyinin tanınması idi. Lakin bir müsbət nəticə hasil
olmadığını görən M. Ə. Rəsulzadə 1942-ci ilin sonlarında Alma-
niyanı tərk etdi. (P. Mühlen səhv olaraq M. Ə. Rəsulzadənin
Türkiyəyə getdiyini göstərir. Lakin o Buxarestə qetmişdi). “İki il
sonra SD Mərkəz Dairəsi onu xatırladı və 1942-də ən tanınmış
Azərbaycanlının getməsinə müsaidə edənləri sərt bir şəkildə
tənqid etdi” [284, s.109]. Almanlar onu Drezdendəki ilahiyyat
məktəbinə dosent dəvət etdilərsə, məqsədlərinə çata bilmədilər.
Beləliklə, Rozenberqin istəyinə rəğmən milli legionlarla iş
aparmaq üçün “İrtibat Heyətləri” formalaşıb fəaliyyətə başladı.
Bəzi “İrtibat Heyətləri” kimi Azərbaycan heyəti də öz tərkibinə
görə yeni idi, yəni əski mühacirlərin yaratdığı təşkilat deyildi. Üç
nəfərdən təşkil olunan Azərbaycan “İrtibat Heyəti”nə-Leninqrad
Hərbi Akademiyasının əski məzunu, mayor Ə. Fətəlibəyli-Düdən-
ginski, (Naxçıvanın Düdəngə kəndində doğulmuşdu), “Pro-
metey”ə müxalif “Qafqaz” qrupunun fəallarından Fuad Əmircan
163
(Daryal) və 1920-ci ildə Azərbaycan Parlamenti tərəfindən
nisbətən sonra Paris Sülh Konfransına göndərilən (Məmməd
Məhərrəmovun yerinə) Abbas bəy Ataməlibəyov daxil edilmişdi.
Üçlükdə, F. Düdənqinski Alman Ordusundakı legionçuların, A.
Atəməlibəyov SD birliklərindəki legionçuların, F. Əmircan isə
Şərq Nazirliyindəki Azərbaycan idarələri: radio, təbliğat, nəşriy-
yatda çalışan azərbaycanlıların irəli sürdüyü nümayəndə kimi
təmsil olunurdu.
Legion mətbuatının yaradıcılarından olan Fuad Əmircan da,
A. Atəməlibəyov da hələ müharibədən əvvəl M. Ə. Rəsulzadəyə
qarşı müxalifət mövqeyində dayanırdılar. Qeyd edək ki,
almanların başqa “İrtibat Heyətlərinə” daxil etdikləri nümayəndə-
lər də əsas milli mühacirət təşkilatlarına müxalifət mövqeyində
dayananlar idi. Təbii ki, belə vəziyyət ilk növbədə milli müstəqil-
liklərin tanınmamasından sonra əsas mühacir təşkilatlarının
rəhbərliyinin Almaniyanı tərk etməsi ilə izah oluna bilər.
F. Əmircan və A. Ataməlibəyovdan fərqli olaraq F. Dü-
dənginskinin M. Ə. Rəsulzadəyə xüsusi rəğbəti var idi. O, 1942-
ci ildə cəbhədən Fon Mende vasitəsilə M. Ə. Rəsulzadəyə
göndərdiyi məktubunda yazırdı: “Əziz yurdumuz Azərbaycanın
yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgər-
lərimiz adına salamlaram.
Biz irəlidə də millətimizin hürriyyəti...uğrunda döyüşə-
cəyiz” [32, N-9, 1954]. Daha sonra müəllif 1942-ci ilin əvvəllə-
rində M. Ə. Rəsulzadənin rəhbərliyi ilə yaranan Milli Azərbaycan
Komitəsinin fəaliyyətini alqışlayır, bu təşkilatda Azərbaycan
legionunun qurucularından biri Beytulla Babayevi də görmək
istədiyini bildirirdi.
M. Ə. Rəsulzadə xatırlayırdı ki, B. Babayev legionçulardan
onu ilk dəfə görməyə gələnlərdən biri idi. Sonralar o, ikinci dəfə
F. Düdənginski ilə gəldi. M. Ə. Rəsulzadə Almaniyadan
getməmişdən əvvəl F. Düdənginskiyə uğurlar diləyərək, fəaliyyət
səhnəsindən çəkildiyini bildirmiş və “milli əsaslara sadiq qaldığı
164
müddətdə ona mənəvi dəstək olacağını vəd etmişdi” [32, N-9,
1954].
F. Düdənginski isə öz növbəsində “İrtibat Heyəti”ndə hansı
düşüncələrin təsiri altında çalışdığını belə açıqlayırdı: “Bizim
müstəqilliyimizin tanınıb-tanınmamasından asılı olmayaraq bu
ağır vaxtda həmvətənlərimizi milli rəhbərlikdən məhrum etməyə
bizim mənəvi haqqımız yoxdur. Bu vətən qarşısında cinayət
demək olardı” [169,13-30.05.92; 12-30.06.92]. Doğrudan da milli
legionlar artıq yaradılıb, döyüşlərə başlamışdı. Onların taleyi
barədə narahat olmaq, hüquqları uğrunda mübarizə aparmaq
dövrün başlıca tələblərindən idi. O da unudulmamalıdır ki, bütün
milli legionlarla alman rəsmi dairələrinin arasında rabitə heyəti
yaradılmamışdı.
Örnək cəhətlərdən biri də odur ki, müharibənin sonuna
qədər F. Düdənginski get-gedə artan həvəs və enerji ilə yurddaş-
larımızın hüquqlarının müdafiəsinə çalışmış, almanlarla iş birli-
yinin elə də asan olmadığı şəraitdə bir an da olsun müstəqillik
ideyasından üz döndərmişdir. Bu ideyanın legionçuların şüurunda
daha da möhkəmlənməsi üçün onun təşəbbüsü ilə Berlində ümumi
Azərbaycan qurultayı çağırmaq qərara alınmışdı. Qurultayın
çağırılmasına Şərq Nazirliyi və Vermaxtın təbliğat idarəsi mane
olmağa çalışırdı. Onlar tələb edirdilər ki, bu qurultayda İngiltərə,
ABŞ Azərbaycanın düşmənləri elan edilsin. Lakin bütün
maneələrə baxmayaraq 300 nəfərin iştirak etdiyi bu qurultay
1943-cü ilin 6-9 noyabrında Berlinin “Kaiserhof” otelində öz işinə
başladı. Rozenberq və Qüds müftisi Əl-Hüseyn də onun açılışına
gəlmişdilər. Geniş məruzə ilə çıxış edən F. Düdənginski, eləcə də
başqa nümayəndələr hələ Azərbaycanın müstəqilliyini tanımayan
Almaniyanın siyasətini tənqid etməkdən belə çəkinmirdilər. Baş
alıb gedən tənqidlərə ara vermək və ortaya düşən soyuqluğu
dağıtmaq üçün Rozenberqin müşaviri Alfred Meyer söz alıb yadda
qalan, həm də incikliyə səbəb olan bir çıxış etdi. Onun,
“azərbaycanlıları ən gözəl qızların və rakının vətəni öz doğulduğu
əyalətə-Vestfalenə dəvət etməsi” [284, s.114] müsəlmanların
165
qarşısında alkoqolu tərifləmək kimi başa düşülərək, yaxşı
təəssürat doğurmamışdı.
Lakin bu “ali irq” nümayəndəsinin azərbaycanlılara al-
mansayağı “sayğısı” və yaxud da “mükafat” kimi ifadə olunmuş
fikri idi.
F. Düdənginskinin məruzəsini və onun ətrafındakı çıxışları
dinlədikdən sonra qurultay aşağıdakı yekun sənədi qəbul etdi:
“1. 1918-ci il 28 maydan 1920-ci il 27 aprelə qədər davam
etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən par-
laq səhifəsini təşkil edir.
2. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu
23 il içərisində millətimizin istər vətən daxilində, istərsə də yad
ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası
üçün olmuşdur.
3. Qurultay bu ağır şərait daxilində aparılan mübarizədə
canlarını vətənin azadlığı uğrunda fəda edən şəhidlərin xatirəsini
hörmət və ehtiramla yad edir.
4. Dünyanı sarsıdan bu İkinci Cahan müharibəsi nəticə-
sində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına
sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi
düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli məna-
feyimiz bizi bu gün bolşevizmə qarşı döyüş aparan və tarix boyu
Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdı.
5. Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan
xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan,
İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə
edir və onlarla iş birliyini zəruri sayır” [32, N9, 1954].
Göründüyü kimi bu müddəalar 1920-ci ildən bəri müha-
cirlərin apardığı milli azadlıq mübarizəsinin əsas prinsipləri ilə
səsləşir.
Müharibənin xarakteri dəyişdikcə “İrtibat Heyət”lərinin
tərkibi və legionların əhvali-ruhiyyəsi də dəyişirdi. Stalinqrad
məğlubiyyətindən sonra almanlar geri çəkilməyə başlamış, dəyi-
şən bu vəziyyətin müqabilində erməni və gürcü legionçularının
166
əksəriyyəti də cəbhələrini dəyişərək Ukrayna partizanlarına qoşul-
muşdu. Erməni və gürcü legionlarının qalan taburları da tez-tez
üsyan etdiklərindən “Hitler sadəcə olaraq müsəlmanlara güvənə
biləcəyini söyləmişdi” [284, s.61]. Almanların müşahidələrinə
görə fərarilikdə birinci və ikinci yerləri erməni, gürcü legionçuları,
axırıncı yeri isə azərbaycanlılar tuturdu.
Avropa ölkələrində də analoji proses gedirdi. Qərb cəb-
həsində döyüşən legionçular dəstə-dəstə Amerikan-İngilis hərbi
birləşmələrinin tərəfinə keçir, İtaliyada, Yuqoslaviyada get-gedə
güclənən partizan hərəkatına qoşulurdular.
1944-cü ildə Türkiyə Almaniya ilə diplomatik münasibət-
ləri kəsdikdən sonra Azərbaycan legionçuları arasında da əks
cəbhəyə keçmək halları müşahidə olunmağa başladı. Lakin
müharibənin sonuna qədər bu fərarilik kütləviləşmədi. Alman
ordusundakı legionçuların get-gedə artan fərariliyinə rəğmən
Vermaxtın 1943-cü ilin payızında legionları dağıtmaq fikri ortaya
çıxanda SS generalı Berker Himmlerdən 450-ci türk taburunu
Vaffen SS-in tabeliyinə keçirməyə icazə istədi və buna nail oldu.
Az sonra bu taburun bazası əsasında Ənvər Paşanın (1922-ci ildə
Türküstanda sovetlərə qarşı başlanan milli azadlıq hərəkatının
lideri idi və həmin il döyüşlərin birində şəhid oldu) əsgi silahdaşı,
indi isə SS Ştandartenfüreri (mayorların SS rütbəsidir) Harun əl
Rəşid bəyin komandanlığı altında “Doğu Türk Silahlı Gücü” adlı
bir hərbi birlik formalaşdırıldı. “Doğu Türk Silahlı Gücü” Sovetlər
Birliyini içdən bölmək qayəsiylə bütün türk əsilli antibolşevik
güclərin siyasi və əsgəri baxımdan toplanması üçün Pantürkizmə
dayanırdı” [284, s.153].
Müəyyən uğurlar qazanan bu hərbi birliyin Qafqaz xalq-
larının timsalında da analoji variantını yaratmaq fikrinə düşən SS,
məqsədini reallaşdırmaq üçün bir layihə hazırladı. 1944-cü ilin
dekabrında isə Himmler artıq Şimali Qafqaz, Azərbaycan, Gür-
cüstan və Ermənistan hərbi qruplaşmalarının “Qafqaz Silahlı
Gücü” adı altında yaradılan bir hərbi qurumda birləşmələri haq-
qında əmr verdi.
167
Ermənilərlə bir yerdə vuruşmaqdan imtina edən azərbay-
canlılar Harun əl Rəşidə “Doğu Türk Silahlı Gücü”nə keçmək
istədikləri barədə müraciətnamə göndərdilər. SS Mərkəzi Dairəsi
yaranmış mübahisəli vəziyyəti həll etmək üçün orta yol seçməyə
məcbur oldu: Azərbaycan legionçuları Doğu türküstanlılarla deyil,
ayrıca Şimali qafqazlılara birləşdirildi. 1944-cü ilin dekabrı, 1945-
ci ilin yanvarında rus hərbi əsirləri və “Şərq işçiləri”ndən ibarət
yeni bir hərbi qurum da yaradıldı. Bu, 1942-ci ildə almanlara əsir
düşən general Vlasovun komandanlıq etdiyi Rus Qrtuluş Ordusu
idi.
Hələ 1944-cü ilin noyabrında Vlasov SS-in dəstəyi ilə
Praqada “Rusiya Xalqlarının Qurtuluş Komitəsi” adlı bir siyasi
qurumun yaradıldığını bəyan etmişdi. “Vlasov RXQK-ni sovet
hökumətinin alternativi, özünü isə SSRİ-nin rus əsilli olmayan
millətlərinin də adından danışmaq iddiasında olan “Stalin timsallı”
şəxsiyyət görürdü” [284, s.161].
O, sadəcə olaraq kommunistlərsiz, lakin sərhədləri dəyiş-
məyən yeni məzmunlu Sovetlər Birliyi istəyirdi, milli təşkilatlar
üçünsə dövlətin ictimai düzəni ikinci yerdə dayanırdı. Birinci
yerdə təbii ki, dəyişməyən tələb, əsas məqsəd milli müstəqillik idi.
SS öz növbəsində SSRİ-dən olan bütün milli təşkilatların
Vlasov komitəsində birləşdirilməsinə çalışırdı. Elə bu məqsədlə
1944-cü ilin oktyabrında Gürcüstandan Mixail Kedia, Azərbay-
candan A. Atəməlibəyov, Ermənistandan Armen Camalyan,
Şimali Qafqazdan isə Əli xan Qandəmirin yaratdığı “Qafqaz
Şurası”na müraciət olunmuşdu. Bu müraciətin müqabilində
qafqazlılar SS Mərkəzi Dairəsi qarşısında siyasi tələblər qoydu:
Almaniya Qafqaz ölkələrini müttəfiq, eyni zamanda müstəqil
dövlətlər olaraq tanınmalı, Qafqaz hərbi birliklərini “Qurtuluş
Ordusu” elan etməli, nəhayət Qafqaz Şurasına daxil olan hər bir
təşkilatı ayrılıqda milli komitə adlandırmalıdır. Bu tələblər qəbul
edilmədiyindən, danışıqlar baş tutmamışdı.
P. Mühlen göstərir ki, A. Atəməlibəyovla münasibətləri
pozulan F. Düdənginski, gürcü M. Kedia ilə birlikdə Vlasovla iş
168
birliyinə razılıq vermişdi. F. Düdənginski isə yazırdı: “Rus anti-
bolşevikləri ilə əməkdaşlıq üçün birinci və sonuncu şərt olaraq
qeyri-rus xalqların tam müstəqilliyi bəyannaməsini qəbul etməyi
qarşıya qoymuşam” [169, 13-30.05.1992; 12-30.06.1992]. Daha
sonra müəllif azərbaycanlılardan Vlasova qoşulan yeganə adamın
162-ci türk diviziyasından fərar edən İslam Məmmədov olduğunu
göstərir.
Qeyd edək ki, müharibənin sonuna doğru yaradılan hərbi
təşkilatların əksəriyyəti siyasi məqsədləri hədəf götürmüşdü. Bu
Almaniyanın get-gedə ağırlaşan vəziyyətilə az bağlı deyildi.
Yaradılandan bir neçə ay sonra RXQK də, Rus Qurtuluş Ordusu
da dağıldı.
1945-ci il fevralın 22-də isə Türkiyənin Almaniyaya
müharibə elan etməsi ilə, əsasında pantürkizm ideyaları dayanan
“Doğu Türk Silahlı Gücü”, az sonra isə qafqazlıların hərbi birliyi
dağıldı. Harun əl Rəşid türküstanlıların birliyindəki alman hərbi-
çilərini güllələyərək 500 nəfərlə meşələrə çəkildi. Azərbaycanlılar
isə müharibənin qurtarması ilə Avropanın müxtəlif bölgələrinə
səpələndi.
Müttəfiq qoşunları Berlini hər tərəfdən mühasirəyə aldığı
bir vaxtda martın 17-də Almaniya bolşevik istilası ilə müstəqillik-
lərini itirən SSRİ millətlərinin müstəqilliklərini tanıdığını bəyan
etdi. Bu gecikmiş aksiya olduğundan, demək olar ki, heç bir məna
kəsb etmirdi. Hətta SSRİ dövlətlərinin tanınmaq mərasimi hava
bombardmanı ucbatından tez-tez yarımçıq kəsilərək komik şəkil
almışdı.
1944-cü ilin sonlarında, “Şərq Nazirliyi tərəfindən qurulan
və müharibə qurtaranadək almanların tanıdığı yeganə təmsilçilik
olaraq qalan Azərbaycan “İrtibat Heyəti”nin də [38, N8, 1952]
rəhbər üçlüyü dağıldı. “İrtibat Heyəti”ndəki fəaliyyətlə yanaşı,
eyni zamanda Türkiyənin ən nüfuzlu qəzetlərindən sayılan
“Təsviri Əfkar”ın müdir müavini və “Türk Xəbərlər Ajansı”nın
nəşriyyat müdiri vəzifələrində çalışan Fuad Əmircan 1944-cü ildə
169
Berlini tərk edərək Parisə getdi (Türkiyə Almaniya ilə diplomatik
münasibətləri kəsdikdən sonra o Almaniyada qala bilməmişdi).
F. Düdənginski isə 1943-cü ildə yaratdığı “Milli Birlik
Məclisi”nin (P. Mühlen 1943-cü il Kayzerhov qurultayında yara-
nan bu təşkilatın, səhvən 1944-cü ildə meydana çıxan bir partiya
olduğunu göstərir) fəaliyyətinə daha çox önəm verdiyindən “İr-
tibat heyətində bir lider kimi müharibənin sonuna yaxın A. Ata-
məlibəyova uduzurdu. F. Düdənginskinin arxa plana keçməsi
onun təmsil etdiyi Almaniya ordusundakı Azərbaycan legion-
çularının dağıdılaraq tədricən A. Ataməlibəyovun təmsilçisi
olduğu SD Mərkəzi Dairəsində cəmləşməsi ilə də bağlı idi.
Müharibənin qurtarmasına hələ bir ay qalmış bütün milli
təmsilçilərin sözçüsü kimi M. Kedia bir qrup gürcü ilə beynəlmiləl
təşkilatlar və Qırmızı Xaç cəmiyyətinin araçılığı sayəsində hərbi
əsirlərin vətənə dönmələri məsələsiylə bağlı danışıqlar aparmaq
üçün Cenevrəyə getmişdi. Lakin bu danışıqlar heç bir nəticə
vermədi.
Almanlar məğlubiyyət aktını imzaladıqdan sonra milli
legionların qalan taburları tərksilah edilərək ayrı-ayrı ölkələrdəki
əsir düşərgələrinə yerləşdirildi. Legionçular Sovet hökumətinə
təslim edilmək üçün milliyyətlərinə görə qruplaşdırılırdı. Lakin
onlar gələcək talelərindən narahatlıq keçirdiklərindən, vətənə dön-
mək istəmirdilər. Stalinin Krım tatarlarını, Ahsıka türklərini,
çeçen-inquşları, qaraçayları kütləvi deportasiya etməsi xəbərləri
də ciddi təşviş yaratmışdı.
Elə bu səbəbdən də əsirlər imkan düşən kimi hərbi düşər-
gələrdən, bir sıra hallarda isə vətənə yola salınarkən qatarlardan
atılıb qaçırdılar. 162 saylı Türk taburu Sovetlərə təhvil veriləndə
təkcə bir qatardan 80 nəfər əsir düşüb qaçmış, iki nəfər molla isə
özünü yerə atıb öldürmüşdü. Belə bir vaxtda İnqilis-Amerikan
qüvvələri heç nəyə məhəl qoymadan sürətlə Avropanı Sovet hərbi
əsirlərindən “təmizləməkdə” idilər. Fon Mende göstərir ki,
Almaniyadan Qızıl Orduya təslim edilən qafqazlıların sayı yüz
min idi. F. Əmircan isə müharibədən sonra 1000 nəfərə yaxın
170
azərbaycanlı əsir mühacirin Avropanın müxtəlif ölkələrində
məskunlaşdığını bildirir.
Lakin bu rəqəmlər çox yuvarlaqlaşdırılmışdır. Müha-
ribənin qurtardığı ərəfədə Münxendə gizli şəraitdə yaşayan M. Ə.
Rəsulzadənin rəhbərliyi ilə yeni yaradılan Azərbaycan Demokrat
Birliyi əsirlərin məskunlaşması ilə məşğul olurdu. Birliyin fəal-
larından olan M. Kəngərli göstərir ki, təkcə bu “birlik 3 mindən
çox azərbaycanlının əsirlikdən xilas olub Türkiyədə yaşamasına
kömək etdi. 500 nəfər isə Misir Kralının himayəsinə göndərildi”
[11.9.05.1996].
Müharibədən sonra lideri F. Düdənginski olan yeni müha-
cirət dalğası yarandı ki, bunların bir hissəsi siyasətlə maraqlanan-
lar idi.
Müharibədən sonra Fuad Əmircan M. Ə. Rəsulzadə başda
olmaqla müsavatçıların ideoloji-siyasi xəttini müdafiə etməyə
başlayır. 1930-cu illərdə “Qafqaz” qrupunda H. Bammat, Əli xan
Qandəmir, X. Xasməmmədov və b. ilə “Prometey”çilərə, o cüm-
lədən Müsavata qarşı kəskin müxalifət cəbhəsində dayanan F.
Əmircan tutduğu mövqeyini belə əsaslandırırdı: “Avropa
kitabxanalarını dolaşıb Azərbaycana aid hər əsərin mühacirətdə
yalnız onlardan çıxdığını gözlərimlə gördükdən, başqalarınn an-
caq fürsət zühur etdikcə və ya işlərinə gəldikcə milli fəaliyyətlə
məşğul olduqları halda, onların nizamlı, davamlı və fəal sürətdə
kəndilərini tamamilə bu işə verdiklərini müşahidə etdikdən, milli
yolda sapasağlam durduqlarını, heç kimi partiyalarına girməyə
məcbur etmədiklərini gördükdən sonra...milli yoldakı pozisyon-
ları uzun təcrübələrlə sınanan bu qrupla təşriki məsai edəcəyim (iş
birliyi-X. İ.) aşikardır” [37, N-8, 1952].
F. Əmircanın əksinə olaraq F. Düdənginski 1943-cü ilə qə-
dərki mövqeyini dəyişərək M. Ə. Rəsulzadə və Müsavata müxa-
lifət cəbhəsinə keçdi. 1940-cı illərin sonlarında onun ətrafında
əskidən müsavatçılarla münasibətləri soyuq olan C. Hacıbəyli, Ə.
Şeyxülislam və b. görünməyə başlayır. 50-ci illərin əvvəllərinə
yaxın nisbətən böyüyüb fəallaşan bu qrup Visbaden konfransı
171
ətrafında (Bax: “Visbaden konfransı məsələsi) gedən mübahisə-
lərdə özünü AMM-ə və Müsavat partiyasına qarşı kəskin müxa-
lifət kimi göstərdi.
Xoşagəlməz hallardan biri də müharibədən sonra yeni
yaranan mühacirət dalğasını cəlb etmək üçün onları süni sürətdə
“əski” və “yeni” mühacirlər adı ilə bölmək təşəbbüsləri idi. F.
Əmircan yazırdı: “Azərbaycanlıların “əskisi”, “yenisi” deyə bir
şey yoxdur. Azərbaycanlı azərbaycanlıdır və onları şərabmış kimi
kateqoriyalara ayırıb şəxsi ehtiraslara oyuncaq yapmaq
təşəbbüsləri boş bir qeyrətdən ibarətdir” [37, N-6, 1952].
Əslində “əski” və “yeni” mühacirlər termini havadan da
yaranmamışdı. Doğrudan da müharibənin Avropaya səpələdiyi
yeni-sovet Azərbaycanının vətəndaşları dünyagörüşləri, düşüncə
və davranış tərzləri ilə əski mühacirlərdən nəzərə çarpacaq də-
rəcədə fərqlənirdi. Bəzi hallarda onlar 1918-1920-ci illərdəki
fəaliyyətlərinə görə əski mühacirləri tənqid, hətta “vətəni bol-
şeviklərə satmaqda” ittiham etməkdən belə çəkinmirdilər.
P. Mühlen yazır: “Rəsulzadənin hərb əsiri həmşəhərliləri
ilə yapdığı görüşlərdə iki ayrı dünya qarşılaşırdı. Legionerlər
tərəfindən etimadsızlıqla qarşılanıb Azərbaycanda xanların və
böyük torpaq sahiblərinin hakimiyyətini yenidən təsis etmək
istəməklə ittiham olunurdu” [284, s.110].
F. Düdənginski də 1943-cü ildən sonra N. Nərimanovu
ideallaşdıraraq bildirirdi ki, Azərbaycanda qurulacaq yeni milli
rejim rusları məmləkətdən xaric etməklə kifayətlənəcək. Təbii ki,
legionçular arasında yayılan belə fikirlər əski mühacirlərə o qədər
də xoşagəlməyən münasibətin formalaşmasına təsir etməyə
bilməzdi. Lakin süni şəkildə gücləndirilən belə əhvali-ruhiyyə
narahatlıq doğuracaq səviyyədə kütləviləşməmişdi. Hələ mühari-
bənin ilk illərində M. Ə. Rəsulzadə Azərbaycanın sovetləşdiyi
iyirmi il ərzində azərbaycanlılarda ana dilinə, vətənə sevgini, milli
mədəniyyəti qiymətləndirmək bacarığını müşahidə edərək
sonralar yazdığı “Çağdaş Azərbaycan tarixi” əsərində belə
vəziyyətdən çox məmnun qaldığını bildirirdi.
172
M. Ə. Rəsulzadə dərin təəssüf hissi ilə müəyyən sahələr-
dəki tənəzzüldən də bəhs edərək yazırdı: “Azərbaycanlı əsirlərin
din məsələləriylə təmasında tamamilə biliksiz olduqları nəzərə
çarpır. Nə Ramazan, nə Qurban bayramları sovet gənclərinə mə-
lum deyildir. Bahar xalq Bayramı “Novruz” da modadan
düşmüşdür” [164, s.21].
Hərbi əsirlər kəlmeyi-şəhadətlərini bilmir, dəfn mərasimi-
nin İslam qaydaları üzrə keçirilməsində çox çətinlik çəkirdilər.
Əksər hallarda ölüləri dini adətləri gözləmədən dəfn edirdilər.
Bəzən isə “dəfn mərasimi “Arşın malalan” operettasının nəğmə-
ləri altında icra olunurdu” [164,s.21].
Bu baxımından doğrudan da mühacirətdə əskilik və yenilik
olduğu özünü biruzə verirdi. Lakin bu fərqlərə, ara-sıra eşidilən
ittihamlara baxmayaraq M. Ə. Rəsulzadənin Azərbaycanın
gələcəyinə baxışı çox nikbin idi. O, F. Düdənginskinin də qiymətli
vətənpərvər olduğundan qürurlanaraq yazırdı: “O, hərtərəfli bir
vətənsevər və atılqan bir mücahitti. Cəbhədə adı duyulmayan bir
əsgər ikən açığa vurduğu hissiyyat onun səmimi bir vətənsevər
olduğunu göstərirdi” [32, N-9, 1954].
Müharibə illərinin ən ziddiyyətli məsələlərindən biri olan
hərbi əsirlərin, legionçuların taleyi, onların tutduqları yol tarixşü-
naslıqda müxtəlif səpkilərdə araşdırılmış, müxtəlif cür işıqlan-
dırılmışdır.
Sovet ədəbiyyatında əsasən vətən xainləri kimi təqdim
olunan legionçuların birmənalı şəkildə ittiham edilməsi səhv və
əsassızdır. 1920-ci il bolşevik istilası ilə öz milli müstəqilliyini
itirdikdən sonra 20 il kütləvi terrora məruz qalan azərbaycanlıların,
(eləcə də digər millətlərin) müharibədə tutduğu antibolşevik
mövqe tarixi proseslərin məntiqi yekunu idi.
Əslində taleyi öz əllərində olmadıqlarından ayrı-ayrı cəb-
hələrdə (alman və sovet) bir-birlərinə güllə atmaq məcburiyyə-
tində qalan hər iki tərəfin vəziyyətini başa düşmək çətin də deyil.
Millət müstəqil olmayanda, öz taleyinə özü sahiblik edə bil-
məyəndə təbii ki, o başqalarının əlində alət olur.
|