MƏQALƏLƏR
Azərbaycan diasporu: mövcud durum
və perspektiv barədə bəzi mülahizələr
Giriş əvəzi
Azərbaycan Cümhuriyyəti 1991-ci ildə öz bağımsızlığına
qovuşdu. Gənc və təcrübəsiz dövlətin çoxsaylı problemləri var. Bu
problemlərin həllində daxili güc, enerji yetərli deyil. Lakin
Azərbaycana kənardan yardım imkanları böyükdür. Çox spesifik
bir tale yaşayan dünya azərbaycanlılarının cəmi beşdə biri, yəni
50 milyondan 8 milyonu [1999-cu il statistikasına əsasən-1]
bağımsız Azərbaycan Cümhuriyyətində yaşayır. Buna görə də
Azərbaycan Cümhuriyyətinin xarici siyasətində üstün istiqamət-
270
lərdən biri, böyük əksəriyyəti kənarda, dünyanın müxtəlif ölkə-
lərində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onların diaspor
halında formalaşmalarına və fəaliyyətlərinə yardım etməkdir.
Yaxın keçmişin təcrübəsi göstərir ki, pərakəndə və təş-
kilatlanmamış Azərbaycan icmaları bağımsız Cümhuriyyətin
problemlərinin həllində yaxından iştirak edə bilmirlər. Lakin
Azərbaycanla düşmənçilik edən və bu niyyətindən əl götürmək
istəməyən Ermənistanda durum fərqlidir. Ermənistan da oxşar tale
yaşayır, yəni dünya ermənilərinin yarıdan çoxu Ermənistandan
kənardadır. O da hamıya bəllidir ki, kənarda yaşayan ermənilər
Ermənistan dövlətinin bütün problemlərinin həllinə çox aktiv
dəstək verir. Erməni strateqlərinin fikrincə neçə onilliklərdir ki,
erməni milli maraqlarının formalaşmasında üç amil, üç tərəf
iştirak edir:
1. Ermənistan Respublikası
2. Erməni diasporu
3. Dağlıq Qarabağ [2].
Erməni və Azərbaycan milli maraqlarındakı durum və
keyfiyyət fərqlərindəndir ki, Dağlıq Qarabağ 1990-cı illərdə
ermənilər üçün konsolidasiya amili olduğu halda, Azərbaycanda
siyasi prosesləri məcrasından çıxaran, toplumda destabilizasiya
yaradan katalizator rolunu oynadı.
Bütün məsələləri bir kənara qoysaq belə, təkcə Ermənistanla
Azərbaycanın qonşuluq faktı, son yüz ilin ortada olan sərt və
amansız münasibətləri-ermənilər tərəfindən törədilən kütləvi
insan qətlləri, terror hadisələri, qarətlər, torpaq işğalları Azərbay-
can milli maraqlar sisteminin formalaşmasını, bütün dünya
azərbaycanlılarının mütəşəkkilliyini tələb edir, ardıcıl və sistemli
fəaliyyət göstərən diasporun olmasını zərurətə çevirir.
Mühacirət tarixi barədə qısa xülasə
Azərbaycan diasporunun mövcud durumunu düzgün dəyər-
ləndirmək üçün XX yüzildə ölkənin quzeyində və güneyində
yaranan mühacirətləri, bu mühacirəti doğuran səbəbləri öyrənmək
271
tələb olunur. Şimali Azərbaycanda ən böyük mühacirət dalğası
1920-ci ilin aprelində milli Cümhuriyyətin bolşevik istilası ilə
devrilməsi nəticəsində yarandı; on minlərlə insan Irana,
Türkiyəyə, Qərbi Avropanın müxtəlif ölkələrinə səpələndilər
(Istiqlalçı Azərbaycan mühacirətinin tarixi kökləri X1X əsrin
əvvəllərinə, yəni Rusiyanın istilaları ilə Azərbaycanın iki yerə
parçalandığı dövrə təsadüf edir... Lakin araşdırmamızın məqsədi
bu mövzu olmadığından əhatəli şərhə lüzum görmədik).
Mühacirətin ikinci dalğası II Cahan savaşı ilə yarandı. Yenə
də on minlərlə azərbaycanlı savaş bitdikdən sonra Stalin rejiminin
qorxusundan Vətənə dönə bilmədi. Istər aprel istilasının, istərsə də
II Cahan savaşının doğurduğu mühacirət vahid məram –
Azərbaycanın itirilmiş müstəqilliyinin bərpası uğrunda mübarizə
aparırdı. Bu mühacirət hələ əsrin əvvəllərində çar Rusiyası
repressiyalarının
yaratdığı
mühacirətin
təcrübəsindən
bəhrələnərək çoxsaylı dərgi və qəzetlər, dərnəklər, birliklər, cə-
miyyətlər yaratmışdı. 1920-ci ildən və II Cahan savaşından son-
rakı mühacirət sistemli fəaliyyət göstərən, nə istədiyini yaxşı bilən
mütəşəkkil bir qüvvə hesab olunur.
Azərbaycan mühacirəti vahid məram uğrunda üç istiqamətdə
çalışırdı: birinci, mühacirət ideoloqları xaricdəki bütün azərbay-
canlıları təşkilatlanmağa, bir araya gətirməyə çalışırdı və buna
əsasən nail olunmuşdu; ikinci hədəf, sovetlərə qarşı əlbir fəaliyyət
göstərmək üçün bütün Qafqaz mühacirlərini vahid təşkilat
ətrafında cəmləşdirmək idi və bu istiqamətdə ciddi nailiyyətlər
əldə edilmişdi; üçüncü hədəf, sovetlərə qarşı bütün milli
mühacirlərin birliyinin yaradılmasına nail olmaq idi. “Prometey”
birliyinin timsalında bu məram da gerçəkləşmişdi [3]. Mühacirətin
ikinci böyük dalğasını II Cahan savaşı yaratdı. Müharibə
qurtardıqdan sonra on minlərlə azərbaycanlı vətənə qayıtmaqdan
imtina edərək dünyanın müxtəlif ölkələrində məskunlaşdılar.
Azərbaycan mühacirlərinin apardığı mübarizə müxtəlif
qalxma və enmələrlə 1991-ci ilə – yəni bağımsızlığın bərpasına
qədər davam etdi.
272
Güney Azərbaycanda isə XX yüzilin ən böyük mühacirəti
1946-cí ilə, yəni S. C. Pişəvərinin başçılıq etdiyi milli hökumətin
devrilməsindən sonrakı dövrə təsadüf edir.
Növbəti mühacirət dalğasını 1979-cu ildə İran İslam İnqilabı
yaratdı. Bu inqilab nəticəsində on minlərlə azərbaycanlı “SSRİ
respublikalarından Özbəkistana, Azərbaycana, Türkmənistana,
Qazaxıstana və dünyanın müxtəlif ölkələrinə pənah apardı ” [4].
Cənub mühacirətinin növbəti mərhələsi 1990-cí illərdə baş-
ladı. SSRİ-nin çökməsindən və Azərbaycanın bağımsızlığını
qazanmasından sonra İranda da analoji proseslərin başlayacağın-
dan qorxan Tehran hakimiyyəti ölkə daxilindəki rejimi daha da
sərtləşdirdi. Yeni təqiblər, kütləvi həbslər nəticəsində güneylilər
Qərbi Avropa ölkələrinə, başlıcası isə Quzey Azərbaycana
mühacirət etməyə məcbur oldular.
Bütün bu mühacirətlər nəticəsində Azərbaycanın güneyindən
və quzeyindən yüz minlərlə soydaşımız dünyanın müxtəlif ölkə-
lərinə səpələnmişlər. Hazırda Azərbaycan mühacirlərinin ikinci,
üçüncü nəsilləri mütəşəkkil fəaliyyət göstərmək və öz aralarında
sıx bağlar yaratmaq gücündədir. Ən azı bir əsrlik mübarizə və
təşkilatlanma ənənəsi olan bu nəsillərin dəyişən zaman, şərait və
şərtlər altında bir araya gəlmələri, mütəşəkkil diaspor kimi
formalaşmaları üçün tarixi təcrübə yetərlidir.
Zaman-zaman yeniləşən mühacirətin məramında köklü dəyiş-
mə baş verib. Yəni əvvəllər Azərbaycanın milli müstəqilliyinin
bərpası uğrunda mübarizə aparılırdısa, indi bağımsız Azərbay-
canın güclənməsi, onun problemlərinin həllində yaxından iştirak
etmək başlıca hədəfdir. 1991-ci ildən sonra xaricdəki Azərbaycan
icmaları, bir qayda olaraq “mühacirət” deyil “diaspor” adlandırılır.
Rusiya tədqiqatçıları V. A. Kolosov, T. A. Qalkina və M. V.
Kuybışev də rus mühacirəti ilə bağlı analoji mənzərəni təsvir
edərək yazırlar: “Mühacirət çoxlu əlamətlərinə görə diaspora
bənzəyir. Tarixin müəyyən dönəmlərində, yeni-yeni mühacirət
axınları yaranan zaman mühacirət diaspora çevrilir. Bu termin
dəyişməsinə siyasi şərtlərin və başqa amillərin dəyişməsi də təsir
273
göstərir. Son illər Rus mühaicəritini də tez-tez diaspor
adlandırırlar” [5].
Lakin “Azərbaycan mühacirəti”nin “Azərbaycan diasporu”na
çevrilməsi mexaniki bir proses kimi başa düşülməməlidir. Hələ
1980-ci illərin sonlarında SSRİ-nin çökməsi get-gedə dünyanın
bir saylı hadisəsinə çevrilir, milli respublikaların müstəqilliyi
məsələsi gündəmə gəlirdi. Təbii ki, bu nəhəng hadisə xaricdə
yaşayan azərbaycanlıları maraqlandırmaya bilməzdi. Azərbay-
canın milli müstəqilliyi məsələsinin aktuallaşması ilə yanaşı,
ermənilərin Dağlıq Qarabağda separatçı meyllərinin baş qaldır-
ması dünya azərbaycanlılarında həyəcan və qəzəb doğururdu. Elə
bu baxımdan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərini güney
və quzey mühacirləri arasında vahid məram ətrafında yaxınlaşma,
birləşmə mərhələsi hesab etmək olar. Məhz bu dövrdə
güneylilərlə, quzeylilərin müştərək təşkilatları meydana gəldi və
Azərbaycanla əlaqələrə girmək istəkləri nəzərə çarpacaq dərəcədə
artdı. Azərbaycanın özündə də xaricdə yaşayan soydaşlarımıza
qızğın bir maraq gündəmə çıxdı. Yazıçı Elçinin başçılıq etdiyi
"Vətən" cəmiyyəti sözügedən sahədə faydalı işlər görür,
Azərbaycan icmaları ilə, Azərbaycan Cümhuriyyəti arasında ilk
körpülər qururdu [6].
1990-cı ildə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür
Dərnəyinin yardımı ilə İstanbulda Azərbaycan cəmiyyətlərinin
birinci beynəlxalq qurultayı oldu. Həmin qurultayda bütün
dünyada fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin
və cəmiyyətlərin vahid ittifaqda birləşdirilməsi barədə qərar qəbul
edilmiş, əlaqələndirmə şurasının yaradılması təklif edilmişdi [7].
Bu önəmli bir hadisə idi.
1991-ci ilin yanvar ayında Azərbaycan Cümhuriyyətinin
Nazirlər Kabineti “Ayrı-ayrı dövlətlərdə yaşayan azərbaycanlılar-
la əlaqələri möhkəmləndirmək, milli mədəniyyətin, dilin və adət-
ənənələrin inkişafında onlara kömək göstərmək tədbirləri
haqqında” qərar qəbul etdi [8]. Mövcud qərardan irəli gələn
tələbləri həyata keçirmək üçün həmin il martın 28-30-da Bakı
274
şəhərində Mədəniyyət Nazirliyinin xətti ilə xaricdəki Azərbaycan
cəmiyyətləri başçılarının qatıldığı seminar keçirildi.
1991-ci ilin aprelində isə Azərbaycan Elmlər Akademiya-
sında “Azərbaycan mühacirət ədəbiyyatı – XX əsr” mövzusunda
beynəlxalq elmi simpozium keçirilmiş, müxtəlif ölkələrdən tanın-
mış azərbaycanlı mütəxəssislər dəvət edilmişdi [9].
1992-ci ildə irəliyə daha bir addım atıldı: aprel ayında
Azərbaycan cəmiyyətlərinin əlaqələndirmə mərkəzi yaradıldı;
avqust ayında isə xaricdə fəaliyyət göstərən təşkilatların Bakı
konfransı keçirildi və dünya azərbaycanlılarının birinci qurul-
tayının keçirilməsinə qərar verildi.
Azərbaycan diasporunun formalaşması prosesinin intensiv-
ləşdiyi bir məqamda Bakıda siyasi hakimiyyət dəyişməsi baş verdi
və Azərbaycan torpaqlarının işğalı fonunda ortaya çıxan bu
dəyişmə xaricdəki soydaşlarımızda pərişanlıq duyğusu yaratdı.
1980-ci illərin sonlarından canlanan təşkilatlanma və Azərbay-
canla əlaqələrin qurulması yönündəki coşqu, həvəs azalmağa,
səngiməyə başladı. Xaricdəki soydaşlarımız sükutla, bir sıra
hallarda əsəbi şəkildə Bakıda nə baş verdiyini anlamağa çalışırdı.
1994-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin xarici
ölkələrə intensiv səfərləri başlayır. Prezident əksər səfərlərində
Azərbaycan diasporu ilə maraqlanır, icmanın tanınmış nüma-
yəndələri ilə görüşlər keçirirdi. Prezident Heydər Əliyevin xaricə
səfərləri zamanı keçirdiyi görüşlər Azərbaycan icmaları arasında
yeni bir canlanma yarada bilmişdi. Digər tərəfdən, 1994-cü il
mayın 12-də Azərbaycan – Ermənistan arasında “atəşkəs” elan
olunduqdan sonra Dağlıq Qarabağ uğrunda aparılan diplomatik,
təbliğat-informasiya sahəsindəki çalışmalarda, lobbiçilik fəaliyyə-
tində erməni diasporunun daha da aktivləşməsi Azərbaycan
diasporunun da yenidən aktivləşməsini zərurətə çevirirdi. Həmin
aktivliyin nəticəsi idi ki, 1997-ci ildə Dünya azərbaycanlılarının
Konqresi yaradıldı və bu qurum 1997-ci ilin 27-28 iyununda
birinci (Los-Anceles), 1998-ci ilin mayında ikinci (Vaşinqton),
275
1999-cu ilin 2-3 oktyabrında üçüncü (Köln), 2000-ci ilin 21-22
oktyabrında isə dördüncü (Strasburq) qurultaylarını keçirdi [10].
Dünya azərbaycanlılarının haqlarının müdafiəsini, Azərbay-
can Respublikasının ərazi bütövlüyünün təmin edilməsini və
ölkədə demokratiyanın inkişafını, Güney Azərbaycanda milli
haqların tanınmasını, xaricdə yaşayan azərbaycanlıların mütə-
şəkkil diaspor halına gətirilməsini və onun gücünün Azərbaycan
Respublikasının problemlərinin həllinə yönəldilməsini əsas
məqsəd və vəzifə hesab edən DAK-ın beşinci qurultayı isə 2001-
ci il avqustda Isveçin Malmö şəhərində keçirildi. Bu qurultayda da
əvvəlki qurultaylarda olduğu kimi dünyanın müxtəlif ölkələrin-
dəki Azərbaycan icmalarını və Azərbaycanın güneyi ilə quzeyini
təmsil edən yeni tərkibli idarə heyətinin formalaşması, diaspor və
lobbiçilik fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə
olundu, yeni əsasnamə qəbul edildi [11].
Azərbaycan diasporunun inkişafına təsir edən mühüm amil
aidiyyatı təşkilatların işinin vahid bir mərkəzdən - Xarici Ölkə-
lərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərə-
findən əlaqələndirilməsi olub. Azərbaycan Prezidenti Heydər
Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradıl-
ması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün
ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı.
İlham Əliyev prezident seçiləndən sonra Azərbaycan və Türkiyə
diasporlarının birgə fəaliyyət göstərməsi üçün daha mükəmməl
tədbirlər gerçəkləşdirildi. 2007-ci ildə Antalyada Azərbaycan
Prezidenti Ilham Əliyev Türkiyə və Azərbaycan diasporlarını öz
güclərini birləşdirməyə çağırdı. Mahiyyət etibariylə bu diasporun
təkmilləşməsi prosesində yeni, həm də əhəmiyyətli bir addım idi.
Bundan sonra Bakıda Azərbaycan və türk diaspor təşkilatları
rəhbərlərinin I Forumu keçirildi, dünyanın bütün ölkələrindəki
Azərbaycan və türk diasporlarının aparıcı simaları müstəqil
Azərbaycanın paytaxtına toplaşdı. Bu tədbirlər milyonlarla
276
soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq”
ideologiyası ətrafında sıx birləşdirməkdədir.
Diaspor və lobbiçilik fəaliyyəti
Diaspor (yunanca diaspora – yayılma deməkdir) xalqın və ya
etnik qrupun öz tarixi vətənindən kənarda yaşayan müəyyən
hissəsidir. Diaspor zorla köçürülmə, soyqırım təhlükələri, siyasi,
dini, ideoloji, iqtisadi, bəzən də coğrafi və təbii amillərin təsiri
nəticəsində yaranır [12]. Lakin vətəndən kənarda yaşamağa
məcbur olan istənilən toplumu diaspor hesab etmək düzgün deyil.
Diasporlar uzun illər ərzində formalaşma tələb edən prosesdir və
bu anlayış daha çox, icmaların, konkret məram və məqsəd
ətrafında birləşərək, mütəşəkkil fəaliyyət göstərmələrini ehtiva
edir. Məsələ nisbətən sistemli ifadə olunarsa:
- Diasporlar etnik və milli əlamətlərə görə özlərini mənsub
olduqları etnosun üzvləri hesab edirlər-hətta ana dillərini itirsələr
belə.
- Diasporlar konkret milli, ideyalar maraq və mənafelər
əsasında formalaşır.
- Diasporlar məskun olduğu ölkələrdə, bir qayda olaraq cəm
şəkildə yaşayırlar və hansısa formada muxtariyyətə malik
olmurlar.
- Mühacirətlərdən fərqli olaraq diasporlar daha stabil,
uzunömürlü, bəzən bir neçə yüz il, hətta min ildən artıq tarixə
malik olurlar.
- Diasporlar təhlükəsizlik, şəbəkələr, bağlar qurulmasının
asanlaşdırılması mülahizələrini əsas götürərək, adətən, şəhərlərdə
məskunlaşırlar. Həm də şəhərlər daha tolerant və liberaldır. Bir
sıra mütəxəssislərin fikrinə görə, ayrı-ayrı ölkələrdə torpaq
haqqında qanunların mürəkkəb və spesifik xüsusiyyətlərə malik
olması da gəlmələri kəndlərdən uzaq salır.
Söylənilən mülahizələrin fonunda Azərbaycandan kənarda
yaşayan azərbaycanlılar diaspor hesab oluna bilərmi?
277
Suala bir qədər də aydınlıq gətirmək üçün erməni diasporunun
durumu ilə bağlı müqayisəli təhlil aparmaq yerinə düşərdi.
Erməni diasporu dövlətə xas strukturları olan sistemli bir
təşkilat kimi fəaliyyət göstərir. Daşnaksütun və Ramkavar kimi
yaşı yüz ili keçən siyasi partiyalara üzvlük, yaşadığı ölkədən asılı
olmayaraq bütün ermənilər üçün mümkündür. Bu partiyaların
dünyanın çoxsaylı ölkələrində şöbələri fəaliyyət göstərir. Ermə-
nilərin ictimai qurum kimi qeydiyyatdan keçirdikləri təşkilatlar da
əslində siyasi-ideoloji işlə məşğul olurlar. Bu baxımdan Ameri-
kanın Erməni Assambleyası, Erməni Ümummilli Xeyriyyə İtti-
faqı, Erməni-Amerika İqtisadi Şurası, Erməni Milli Komitəsi
xüsusilə fərqlənir.
Diasporun siyasi fəaliyyətinin maliyyə təminatı ilə Erməni
Ümummilli Xeyriyyə İttifaqı məşğul olur. “1906-cı ildə yaradıl-
mış İttifaqın hazırda 22 min üzvü var ki, onların da böyük əksə-
riyyəti "donor”lardır. Yalnız iki il ərzində, 1990-1991-ci illərdə
İttifaqın xəzinəsinə təxminən 14 milyon dollar ianə daxil olmuş-
dur” [13].
Erməni diasporunun ictimai münasibətlər sahəsindəki fəaliy-
yətini Amerikanın Erməni Assambleyası və Erməni-Amerika
İqtisadi Şurası əlaqələndirir.
ABŞ kütləvi informasiya vasitələri ilə iş aparan təşkilat isə
Erməni Milli Komitəsidir. Komitənin nəzdində dünya miqyasında
əlaqələr quran xüsusi şöbə fəaliyyət göstərir. Komitənin 1991-ci
ildən etibarən sutkada 24 saat, həftədə yeddi gün çalışan “qaynar
telefon xətti” işləyir. Bu xətlə Amerikada yaşayan bütün ermənilər
və onlarla həmrəy olan istənilən şəxs telefon açıb verilişlər
yayımlanan zaman Şimali Amerikanın televiziyalarına bağlana,
hər hansı məsələyə öz münasibətini bildirə bilir, erməni
maraqlarına uyğun gəlməyən mülahizələrlə bağlı mübahisələr
edir, təkziblər verirlər. “Qaynar telefon xətti” pulsuzdur. Komi-
tənin media ilə işləyən əməkdaşları özlərinə lazım olan mate-
rialların audio, video yazılarını, eləcə də qəzet, jurnal səhifələrin-
dəki materialları toplayaraq istənilən media nümunəsinə təzyiq
278
göstərə, bir sıra hallarda isə müəyyən təkziblərə nail ola bilirlər.
“Ey-Bi-Si” televiziyası ilə bağlı bir olay maraqlı nümunədir. “Bu
televiziyanın şərhçisi Piter Cenniqs Dağlıq Qarabağ hadisələ-
rindən danışarkən, bölgəyə ermənilərin XIX əsrin axırlarında XX
əsrin əvvəllərində gəldiyini söyləmişdi. Dərhal “Qaynar xətlə ”
hər yerdən telefonlar açılmağa başlayır və nəticədə P. Cenniqs
faktsız və dəlilsiz danışdığına, guya “səhv” etdiyinə görə üzr
istəməyə məcbur olur” [14].
ABŞ-dakı Erməni Xeyriyyə İttifaqı, Erməni Yardım Cəmiy-
yəti, Amerika Erməni Kilsəsi Yeparxiyası kimi üç böyük və
nüfuzlu erməni ictimai təşkilatı qeyri-hökumət təşkilatları statu-
suna malik olsalar da, BMT-nin ictimai informasiya departamenti
ilə assosiativ əlaqələr yaratmışdır. Bundan əlavə ermənilərin
BMT-də akkreditə olan mediaları və informasiya agentlikləri də
mövcuddur. Maraqlı faktlardan biri də odur ki, BMT katibliyində,
məsul vəzifələrdə erməni mənşəli xeyli işçi çalışır.
Erməni diasporunun üstün cəhətlərindən biri də odur ki,
dünyanın böyük dövlətlərində erməni dilli məktəblər, kolleclər
fəaliyyət göstərir, çoxsaylı qəzetlər, jurnallar, kitablar nəşr olunur,
televiziya verilişləri yayımlanır. Bir sözlə dünyanın harasında
yaşamasından asılı olmayaraq istənilən erməni Ermənistan üçün
çalışır, onun üçün nə isə edir.
Heç şübhəsiz, Azərbaycan diasporu erməni diasporu kimi
mütəşəkkil deyil. Bunun bir sıra səbəbləri var. Azərbaycan
diasporunun nisbi zəifliyi ilk növbədə zamanla bağlıdır, yəni o,
çoxəsrlik tarixi olan yəhudi, yunan, erməni diasporlarına nisbətən
cavandır. Digər bir məsələ güneydən və quzeydən olan Azərbay-
can mühacirətinin uzun illər bir-birindən ayrı fəaliyyət göstər-
məsidir. Əksəriyyətini güneylilərin təşkil etdiyi Azərbaycan
mühacirlərində milli şüurla ilgili ciddi problemlər olub, indinin
özündə də bu sahədə durum ürəkaçan deyil. 1980-ci illərin sonu,
1990-cı illərin əvvəllərində güney və quzey mühacirləri arasında
ilk təmaslar qurulanda sanki iki fərqli dünya qarşılaşırdı.
Azərbaycanın müstəqilliyi faktı milli şüurda əsaslı keyfiyyət
279
dəyişməsi etsə də, Güney Azərbaycanın taleyi ilə bağlı məsələdə
fərqli və ziddiyyətli baxışlar, fikir ayrılıqları hələ də qalır. Bütün
bu deyilənlər ortaq maraqlar, ümummilli mənafelər ətrafında
mütəşəkkil Azərbaycan diasporunun formalaşması prosesini
ləngidir.
Azərbaycan diasporunun coğrafiyası yaxşı öyrənilməyib,
kəmiyyəti isə dəqiqləşdirilməyib. İlkin araşdırmalar göstərir ki,
azərbaycanlılar ən çox ABŞ-da və Qərb ölkələrindən Almaniyada,
İsveçdə, Belçikada, Avstriyada, Hollandiyada məskunlaşmış və
öz təşkilatlarını qurmuşlar. Son illər bu təşkilatların sayı nəzərə
çarpacaq dərəcədə artmışdır. (Onu da qeyd edək ki, hazırda
müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların say dəqiqləşdiril-
məsi prosesi gedir).
Zəruri şərtlərdən biri bu təşkilatların ümummilli maraqlar
ətrafında bir araya gəlmələri, sonra isə Vətən Azərbaycan üçün
çalışmağı hədəf seçən dünyanın digər təşkilatları ilə bağlar yarat-
malarıdır. Bu baxımdan, Almaniyadakı Azərbaycan Cəmiyyətləri
Federasiyasının qurulması və fəaliyyəti örnək sayıla bilər. Bu
federasiya Almaniyadakı azərbaycanlıların qurduğu təşkilatların
fəaliyyətini əlaqələndirir və onlar başqa ölkələrdəki azərbaycan-
lılara nisbətən mütəşəkkil diaspor kimi vahid mövqedən çıxış edə
bilirlər [15].
Hər hansı bir ölkədə yaşayan azərbaycanlıların, təhsil,
mədəniyyət, media ilə iş sahəsində, Azərbaycanın problemlərinin
həllinə yönəlik fəaliyyətdə, təbliğat məsələlərində uğurları, vahid
məram ətrafında bir araya gəlmələrindən çox asılıdır. Dünya Azər-
baycanlılarının Konqresində təmsilçilik də daha çox mərkəz-
ləşdirilmiş qaydada olmalıdır ki, bu məsələnin həlli də özlüyündə
diasporun mövcud olduğu bütün ölkələrdə cəmiyyətlərin
fəaliyyətini koordinasiya edən federasiyaların yaradılmasına
bağlıdır.
Çatışmayan cəhətlərdən biri də dünya azərbaycanlılarının
maliyyə imkanlarının səfərbər edilməməsidir. Get-gedə aydın hiss
olunur ki, Dünya Azərbaycanlıları Konqresinin nəzdində
280
Xeyriyyə Fondunun yaradılmasına ciddi ehtiyac var. Belə bir fon-
dun yaradılmayacağı təqdirdə, diasporun mütəşəkkil və effektli
fəaliyyətindən danışmaq da çətindir.
Aparılan müşahidələr göstərir ki, xaricdə doğulan və yaşayan
Azərbaycan gənclərinin bir qismi artıq öz ana dillərində yazıb
oxuya bilmirlər. Bu adamları Vətən üçün itirilmiş adamlar saymaq
olar. Belə “itgilərin” qarşısını almaq üçün, ilk növbədə ana dilində
məktəblər
açılmalı, qəzetlər, dərgilər, TV proqramları
yayımlanmalıdır. Lakin bu da yetərli deyil. Kənarda yaşayan azər-
baycanlılar, başlıcası isə uşaqlar və gənclər ildə ən azı bir dəfə
Vətən Azərbaycana gəlib, onun problemləri, təbiəti, həyatı ilə
tanış olmalı, öz soydaşları ilə bağlar yaratmalıdırlar. Azərbaycanı
tanımayan, görməyən, onun problemlərini bilməyənlər milli
maraqların, dövlət mənafelərinin müdafiəçiləri, nəhayət patriot
ola bilməzlər.
Qanunvericilik sahəsində də ciddi çatışmazlıqlar mövcuddur.
“Azərbaycan Milli Məclisində diaspor haqqında qanunun qəbul
edilməsi” [16] əhəmiyyətli bir addım olardı.
Diasporun mütəşəkkilliyi yaxud pərakəndəliyi, güclü və zəif
olması lobbiçilik fəaliyyətində də özünü aydın büruzə verir.
Lobbiçilik, (ingiliscə lobbi – dəhliz, kuluar deməkdir) leqal qay-
dada, qanun çərçivəsində müəyyən dövlət, hökumət qərarlarının
qəbul olunmasına təsir göstərmək məqsədilə aparılan məqsəd-
yönlü fəaliyyətdir. Lobbiçiliyin dünyada ən geniş yayıldığı ABŞ-
da bu fəaliyyət sahəsi “pablik releyşenz”, yəni “ictimaiyyətlə
əlaqələr” adlanır. ABŞ-da lobbiçiliklə məşğul olan xüsusi şirkətlər
mövcuddur və orada çalışanların böyük əksəriyyəti yüksək
ixtisaslı hüquqşünaslardır. Bu ölkədə “minlərlə hüquq şirkətləri
“pablik releyşenz” müqavilələri bağlayır” [17]. Lobbiçi şirkətlər
həm xarici dövlətlərin, həm də öz ölkələrinin vətəndaşlarının
mənafelərinin müdafiəsi ilə məşğul ola bilərlər. “Pablik Reley-
şenz” xətti ilə bağlanan bütün müqavilələr ABŞ Ədliyyə Nazir-
liyində qeydiyyatdan keçməlidir. Xarici hökumətlərin maraqlarını
müdafiə edən ABŞ lobbiçi şirkətlərinin işini tənzimləyən əsas
281
qanunvericilik aktı 1938-ci ildə qüvvəyə minmiş və 1942-ci ildə
“Əcnəbi agentlərin qeydiyyatı haqqında akt” kimi yenidən
nəzərdən keçirilib, xeyli təkmilləşdirilmişdir. Bu “qanun o zaman
ölkədə faşist və kommunist təbliğatının qarşısını almaq məqsədilə
qəbul edilsə də” [18] sonrakı dövrlərdə lobbiçilik fəaliyyətinin
hüquqi cəhətdən tənzimlənməsində əsas sənədə çevrilmişdir.
Mövcud aktların qəbul edilməsində başlıca məqsəd ABŞ milli
maraqlarının müdafiəsi və xarici dövlətlərin ölkə ərazisindəki
fəaliyyətinin aşkarlanması idi. ABŞ qanunlarının lobbiçi şirkətlər
qarşısında qoyduğu əsas tələblərdən biri – onların fəaliyyətinin
Amerikanın dövlət maraqları ilə ziddiyyət təşkil etməməsidir.
ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyən dövlətlər bir
qayda olaraq çalışırlar ki, öz maraq və mənafelərinin müdafiəsi
üçün lobbiçi şirkətlərlə əməkdaşlıq etsin. Hazırda ABŞ-da onlarla
lobbiçi şirkətlər əski Sovetlər Birliyindən olan dövlətlərin
maraqlarının müdafiəsi ilə məşğuldur. Azərbaycanın lobbiçi şir-
kəti uzun illər Türkiyənin mənafelərini müdafiə edən "Kapi-
talayn"dır. "Ermənistanın maraqlarını isə güclü və nüfuzlu
“Amerika Erməni Milli Komitəsi”, “Devid Kin ənd Assoşieyts”
şirkəti təmsil edir” [19].
Birinci şirkət, adından da məlum olduğu kimi ermənilərin öz
şirkətidir və həm diaspor, həm də lobbiçilik fəaliyyətini özündə
cəmləşdirir. İkinci şirkətlə isə Ermənistan hələ sovetlər dönə-
mindən müqavilə bağlamışdır.
Ayrı-ayrı ölkələr və böyük kompaniyalarla yanaşı, şəhərlər də
ABŞ-dakı lobbiçi şirkətlərlə müqavilə bağlaya bilərlər.
Lobbiçilik sistemində medianın xüsusi yeri var. Media təkcə
ölkə ictimai rəyinə, beynəlxalq rəyə deyil, BMT kimi böyük
təşkilatların fəaliyyətinə də təsir göstərir.
ABŞ qanunvericiliyinə görə media rəsmən xarici dövlətlərin
mənafeyini müdafiə edə bilməz. Eyni zamanda qanun, ABŞ
informasiya vasitələrində hər hansı bir dövlətin mənafeyini təmsil
etmək üçün lobbiçi firmalarla müqavilə bağlamağı da qadağan
etmir. “Nyu-York Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens
282
Monitor” kimi qəzetlərə, “Vaşinqton Tayms”, “Taym”, “Nyus
Uik” kimi jurnallara ölkənin siyasi elitasının etibar etdiyini nəzərə
aldıqda, media ilə işin əhəmiyyəti daha qabarıq nəzərə çarpır. Bu
nəşrlərdə çap olunan materiallar hökumət mövqeyini ifadə etməsə
də ABŞ-ın daxili, xarici siyasətinin formalaşmasına təsir göstərən
siyasi, iqtisadi dairələrin baxışlarını əks etdirir. Hətta, ABŞ-ın
xarici siyasətində baş verəcək dəyişmələrin müəyyən konturlarını
“Uoll-Strit Cournal”da çap olunan analizlərdən bilmək olur.
Azərbaycana qarşı erməni diasporunun apardığı iş, ilk
növbədə özünü mətbuatda büruzə verir. ABŞ-ın bir sıra nüfuzlu
KIV-lərində erməni əsilli xeyli jurnalist çalışır. Lakin onu da qeyd
edək ki, Azərbaycan diasporunun da media ilə işləməsinə
maneələr yoxdur.
Son illər Qərbdə Azərbaycanın maraqlarını müdafiə edən
nəşrlərin sayının artması, yeni-yeni internet səhifələrinin yaradıl-
ması perspektivdə durumun daha da yaxşılaşacağı barədə optimist
ovqat yaradır.
Azərbaycan diasporunun mütəşəkkil hala gəlməsində Türkiyə
təcrübəsinin öyrənilməsi də örnəkdir. 1956-cı ildə ABŞ-da
fəaliyyət göstərən Türkiyə icmalarını birləşdirən Amerika Türk
Assosiasiyaları Federasiyası yaradıldı. Bu qurumun təşkilat işini
federasiya fondlarından sabit maaş alan üç daimi əməkdaş aparır.
1992-ci ildə isə mənzil qərargahı Nyu-Yorkda yerləşən
“Ümumdünya Türk Konqresi” yaradıldı.
“Dünya Azərbaycanlılarının Konqresi” ideyasının ortaya
çıxmasına və bu qurumun yaradılmasına, “Ümumdünya Türk
Konqresi”nin təsiri az deyil. Lakin hər iki konqresin qarşılıqlı
əlaqələrinin yüksək səviyyədə olduğundan danışmaq da hələ
tezdir. Orası da sirr deyil ki, Azərbaycan və Türkiyə icmalarından
kəmiyyət etibarilə dəfələrlə kiçik olan erməni icması daha mobil
görünür. Erməni diasporu iri dünya dövlətlərində beynəlxalq
ictimaiyyətdə, Azərbaycanın əhalisi, iqtisadiyyatı, Xəzərin
karbohidrogen ehtiyatları haqında neqativ rəy yaratmağa can atır.
Amerika politoloqu Corci Enn Geyer yazır ki, “Amerikanın
283
Erməni Assambleyası – Xəzər dənizindəki zəngin yataqlarda
neftçıxarma səylərini ləngitmək üçün konqresdə uğurla lobbiçilik
edir” [20]. ABŞ analitiklərinin fikrincə erməni diasporunun
fəaliyyəti bəzi məqamlarda Vaşinqtonun siyasi maraqları ilə
ziddiyyət təşkil edir. Belə ki, ABŞ-ın mənafelərinə daha çox
Qafqazda balanslaşdırılmış siyasət yürütmək uyğun gəldiyi halda,
bir sıra konqresmenlər ermənilərin lobbiçiliyi ilə Azərbaycanın
əleyhinə qərarlar qəbul etməyə nail olur və nəticədə ABŞ-ın
timsalında bölgədə Ermənistanın himayəçisi təəssüratı yaranır.
Xəzərin karbohidrogen ehtiyatlarının Bakı – Tbilisi – Ceyhan boru
kəməri ilə nəqlinə qarşı çıxan ermənilər “axına qarşı” üzməkdən,
yəni ABŞ-ın dövlət maraqlarının əksinə getməkdən belə
çəkinmirlər [21]. Neçə illərdir ki, erməni diasporu, 1915-ci ildə-
Osmanlı zamanında “erməni soyqırımı” törədildiyini iddia edib,
dünya dövlətlərinin bu uydurma olayı tanımasına çalışır. Məsələ
bəzən o qədər qəlizləşir ki, yüksək rəsmi məqamlar işə qarışaraq
öz dövlət maraqlarını müdafiə etməyə, erməni diasporunun
niyyətlərini cilovlamağa məcbur olurlar.
Dostları ilə paylaş: |