Yekun mülahizələr
Çağdaş dünyada mütəşəkkil diasporlar yaşadığı ölkənin
qanunlarını öyrənərək lobbiçilik işlərini yaxşı qurmaqla siyasi
proseslərə, beynəlxalq rəyə təsir göstərmək imkanındadır. Iri
dövlətlərin parlamentlərinə, Cümhurbaşqanlığına seçkilərdə cəm
şəkildə və fəal iştirak etməklə, ayrı-ayrı aktiv siyasətçilərə maliy-
yə və digər dəstəklər verməklə diasporlar ciddi uğurlar qazana
bilir.
ABŞ-da, eləcə də bir sıra Qərb dövlətlərində Türkiyəyə ne-
qativ münasibət zəminində erməni diasporu, yunan diasporu ilə
əlbir fəaliyyət göstərir. Bunun müqabilində Azərbaycan diasporu,
güclü yəhudi diasporu ilə isti münasibətlərdə olan Türkiyə
diasporuna daha möhkəm bağlanmalıdır.
284
Azərbaycan diasporunun imkanları, ümumi potensialı zəif
deyil. Məşhur amerikalı azərbaycanşünas alim Tadeuş Svyata-
çovskinin YUSIA-nın Nyu-Yorkdakı ofisində jurnalistlər ilə
görüşündə də elə həmin fikir səslənmişdir: “Əgər özünün bütün
potensialından istifadə etsə, ABŞ-dakı Azərbaycan lobbisi, erməni
lobbisindən qat-qat güclü ola bilər. Bunun üçün çoxlu qüvvə sərf
etmək lazım olacağı isə artıq başqa məsələdir” [22]. Doğrudan da
Xəzərin karbohidrogen ehtiyatları ABŞ-da, ümumilikdə isə Qərb
dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik üçün geniş
imkanlar açır. “Neft lobbiçiliyi” hazırda dünyada dominant
fəaliyyət sahələrindəndir.
Perspektivlə bağlı optimizm yaradan cəhətlərdən biri də Azər-
baycan diasporunun kəmiyyət baxımından dünyanın ən böyük
diasporlarından biri olmasıdır. Təəssüflər ki, mütəşəkkilik çatış-
mır, milli şüurun zəifliyi səbəbindən ortaq maraq və mənafelər
ətrafında səfərbərlik prosesi ləng gedir. Dünyadakı bütün
azərbaycanlılar üçün birləşdirici maraqlar daha çox, daha güclü,
daha əhəmiyyətlidir. Təbii ki, ayırıcı nəsnələr də yox deyil. Əsas
məsələ də məhz bu birləşdirici maraqları düzgün müəyyənləşdirib,
onların ətrafında səfərbər olmaqdır. Məsələn:
- bütün azərbaycanlılar yeganə bağımsız dövlət olan Azər-
baycanın güclənməsində, təhlükəsizliyində, onun ərazi bütöv-
lüyünün təmin olunmasında, Dağlıq Qarabağ məsələsinin milli
maraqlarımıza uyğun həllində maraqlıdır;
- yenə də bütün azərbaycanlılar Azərbaycan Cümhuriyyətinin,
Azərbaycan mədəniyyətinin tanıdılmasında, təbliğ edilməsində
maraqlıdır;
- hamı Cənubda milli haqların tanınmasında israrlıdır-elə bir
azərbaycanlı tapılmaz ki, İrandakı 30 milyonluq bir toplumun öz
ana dilində təhsil almaq haqqına qarşı çıxsın.
Dördüncü ortaq maraq varsa (heç şübhəsiz var) o da ortaya
qoyulmalıdır. Fəqət, faydalılığından və önəmindən asılı olma-
yaraq, hər hansı bir ideya dağıdıcı rol oynayacaqsa, ondan uzaq
dayanmaq tələb olunur.
285
Dünya azərbaycanlılarında milli şüurun formalaşması yeni
mərhələyə qədəm qoyub. Əgər 1997-ci ildə Dünya Azərbay-
canlıları Konqresinin Iran, yaxud Azərbaycan bayrağı altında ke-
çirilməsi dartışma mövzusu idisə, bu gün təbəssüm doğuran belə
məsələlər heç müzakirə edilmir. Londonda yaşayan Şahrux Məz-
hərinin (Ingiltərə-Azərbaycan Cəmiyyəti Mərkəzi Komitəsinin
üzvü) dedikləri də ümid doğurur: “DAK-ın sonuncu qurultayı
birincidən xeyli fərqləndi. Artıq həlledilməz problemimiz yoxdur.
“Güney-Quzey” yoxdur, var Azərbaycan. Biz heç bir fərq
qoymuruq, bütün tədbirlərimizi Azərbaycan bayrağı altında
keçiririk” [23]. Bu, diasporun formalaşması, dünya azərbayca-
nlıları arasında milli birliyin yaranması istiqamətində sürətli dina-
mikanın, evolyusiyanın olmasından, milli şüurun gəlişməsindən
xəbər verir. Birləşdirici məsələlər ətrafında bir araya gələnlər gec-
tez ayırıcı məsələlərin də çarəsini axtarıb tapırlar.
Avrasya Dosyası jurnalı (Ankara) 2001, N1.
Ədəbiyyat
1. Dünyada nə qədər Azərbaycanlı var? – “Avrasiya” qəzeti (Bakı)
30 dekabr, 1980.
2. Sarkisyan M. Politiçeskie Problemı Kavkaza i Armeniya.
Politika Armenii v reqione. Yerevan, 1995.
3. Ibrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı 1996, səh.
149-175.
4. Nəminli Y. Güney-Qüzey mühacirəti. “21 Azər” dərgisi (Bakı)
2001, N 10
5. Kolosov V. A., Qalkina T. A., Kuybışev M. V. “Qeoqrafiya
diaspor na territorii bıvşeqo SSSR”.Obşestvenníe Nauki
Sovremennosti. Moskva 1996-N5
6. Elçin. Azərbaycan mühacirəti haqqında. “Odlar Yurdu” qəzeti,
(Bakı), 10 noyabr 1991.
7. Arzumanlı V., Hüseynov A. Azərbaycan ünvanlı. Bakı 1994,
säh. 6.
286
8. Yenə orada, səh. 7.
9. Nəsibzadə N. Azərbaycan siyasi mühacirəti. “Ədəbiyyat və
incəsənət”. 07 fevral 1992.
10. “21 Azər” (Bakı) 2001, N -10.
11. “ Ayna”qəzeti, (Bakı), 6 aprel, 2001
12. Bizə diaspor lazımdır, yoxsa lobbi?. “Panorama”, 25 fevral
1997.
13. “Azərbaycan lobbisi: onu necə yaratmalı?”. “Azərbaycan” 26
iyun 1993.
14. Yenə orada.
15. Cəfərov F., “Almaniya Avropada Azərbaycan diasporunun
mərkəzi ola bilər”. “Xalq”qəzeti, 2 iyul 1996.
16. “Ayna” qəzeti, 6 aprel, 2001.
17. “Azərbaycan lobbisi: onu necə yaratmalı?”. “Azərbay-
can”qəzeti, 22 iyun 1993.
18. Qocayev A. “Bizə lobbi lazımdır, yoxsa diaspor?”. “Pano-
rama”qəzeti, 25 yanvar, 1997.
19. “Azərbaycan lobbisi: onu necə yaratmalı?”. “Azərbaycan
“qəzeti, 23 iyun 1993.
20. Corci Enn Geyer. “Immigrent Power in a Cultural Vacuum”,
“The Washington Times” 1995, 19 yanvar.
21. Nurani. “ABŞ: lobbi haqqında və... ”. “Ayna” qəzeti, 15 mart
1997.
22. Yenə orada.
23. “Ayna”qəzeti (Bakı), 20 aprel, 2001
287
“Qafqaz Evi” ideyası mühacirət ədəbiyyatında
“Qafqaz evi” ideyası yeni deyil, əsrin əvvəllərində meydana
gəlib, 1920 – ci ildə Qafqazdakı milli respublikaların devril-
məsindən sonra yaranmış siyasi mühacirət dövründə formalaş-
dırılmışdır.
Qafqaz xalqlarının birliyi ideyası Rusiya imperiyasının
bölgədə sistemli və ardıcıl şəkildə çar I Aleksandrın zamanından
başlayan istilaları ilə bağlıdır. XIX əsrin əvvəllərindən 70 - ci
illərə qədər uzanıb gedən permanent Rusiya – Qafqaz savaşları
göstərdi ki, eyni, həm də çox güclü təcavüzkara qarşı ancaq bir-
likdə vuruşmaq, onun zülmündən əlbir fəaliyyət nəticəsində
288
qurtulmaq mümkündür. Hələ ötən əsrin otuzuncu illərində “çər-
kəzlər öz milli qurultaylarını çağıraraq Qara dənizlə Xəzər dənizi
arasındakı bütün dörd milyonluq Dağlıların İstiqlalını dünyaya
elan etmiş, Çeçenistanda, Dağıstanda qanlı döyüşlərin getdiyi bir
vaxtda Qafqaz xalqlarının birliyi fikrini ortaya atmışlar” [1]. Bu
sonrakı mərhələlərdə nisbətən mükəmməl şəkil alan “Azad
Qafqaz” ideyasının ilkin dönəmləri, rüşeym, cücərti halı idi.
XX əsrin əvvəllərində “Azad Qafqaz” ideyası əsaslı şəkildə
siyasi praktikaya daxil oldu. 1915-ci ildə Şimal Qafqaz,
Azərbaycan, Gürcüstan mühacirləri Türkiyədə “Qafqaz Komi-
təsi” adlı bir təşkilat yaratdılar. Həmin ilin dekabrında Komitənin
İsa Paşa, Əziz Məkər və Fuad Paşa ( Şimal Qafqaz ), Səlim bəy
Behbudzadə (Azərbaycan ), Knyaz Maçabeli və Kamil bəy
Toqiridzedən (Gürcüstan ) ibarət bir heyəti Avropa dövlətlərinə
memorandum təqdim etmək üçün Berlin və Vyanaya getmişdi.
Bu sənəddə “Qafqazın xilas edilməsi və dörd dövlətdən –
Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqazdan ibarət
bir konfedarativ dövlət qurmaq üçün Qafqaz komitəsinə maddi və
mənəvi yardım göstərilməsi” [2] Avropa dövlətlərindən xahiş və
tələb edildi. Sədri Şimali Qafqaz mühaciri marşal Fuad Paşa olan
Qafqaz Komitəsi Qafqazın istiqlaliyyətinə çalışır və Rusiyadan
ayrıldıqdan sonra bölgədə konfederasiya tipli siyasi bir qurumun
formalaşacağının nəzəri əsaslarını hazırlayırdı. Avropa mühitində
ictimai rəy formalaşdırmaq üçün komitənin üzvləri güclü təbliğat
işi aparırdılar. Rəsmən komitənin üzvü olmasalar da Ə. Ağaoğlu
və Ə. Hüseynzadə də I Dünya Müharibəsi illərində neytral
İsveçrədə məskunlaşaraq Qafqazın rus pəncəsindən xilas olması
məsələsi ilə bağlı “Avropa dövlətlərinə muhtıralar ( dipnot-X. İ.
)” göndərib bölgə xalqlarının həqiqi vəziyyətini təsvirə
çalışırdılar” [3].
1918-ci ildə Qafqaz dövlətlərinin istiqlaliyyət qazanması ilə
bölgə dövlətləri və xalqlarının birliyi istiqamətində bir sıra vacib
işlər görüldü: 16 aprel 1919-cu ildə Azərbaycan və Gürcüstan
dövlətləri arasında hərbi müdafiə ittifaqı haqqında müqavilə
289
bağlandı və bu müqavilə Ermənistan üçün də açıq elan olundu;
“Müsavat” partiyasının 1919-cu il konqresində Qafqaz
Konfederasiyası haqqında qərar qəbul edildi; 1920-ci il Bakıda
keçirilən Ermənistan-Azərbaycan konfransında, az sonra 3 Cənubi
Qafqaz dövlətinin Tiflis konfransında Şimali Qafqazın müdafiəsi
məsələsi müzakirə olundu və dağlılara əsgəri, maddi yardım
göstərilməsi qərara alındı.
Tiflis konfransında Azərbaycan heyətinin (heyət rəisi, F. X.
Xoyski, M. Vəkilli, O. N. Nayman Kriçinski, H. Ağayev) təşəb-
büsü ilə Qafqaz Cümhuriyyətləri Şurası yaratmaq barədə
razılaşma da əldə olunmuşdu. Bu şuranın yaradılması haqqında
Azərbaycan Ədliyyə Nazirinin müavini O. Nayman Mirzə Kri-
çinski tərəfindən 24 maddədən ibarət bir layihə hazırlandısa da
aprelin 27-də Azərbaycanı XI Ordunun işğalı ilə məsələ özü -
özünə dayanmalı oldu [4].
1920-ci il Aprel işğalından sonra başlanan mühacirətin elə ilk
illərində Qafqaz birliyi məsələsi yenidən gündəmə çıxarıldı.
Azərbaycan nümayəndə heyəti faktiki itirilmiş müstəqilliyin
hüquqi mühafizəsi sahəsində beynəlxalq ələmdə gərgin iş aparır,
öz fəaliyyətlərini digər Qafqaz respublikalarının təmsilçilərinin
fəaliyyətləri ilə əlaqələndirməyə çalışırdılar.
Elə bu məqsədlə 1921-ci ilin mayın 8-də Azərbaycan
nümayəndə heyəti, ADR-in Parisdəki nümayəndəliyində yığışaraq
Qafqaz respublikalarının müstəqilliyi yolunda birgə fəaliyyətin
zəruriliyini nəzərə alıb Qafqaz Konfederasiyasının yaradılması
məsələsini müzakirə etdilər.
1921-ci il iyunun 10-da isə artıq üç Qafqaz Respublikasının
səlahiyyətli təmsilçiləri ilk yığıncaqlarını keçirib (Ə. M.
Topçubaşovun sədrliyi ilə), öz aralarında siyasi, iqtisadi ittifaq
yaratmaq qərarına gəldilər.
10 iyun qərarı barədə mühacirlər Fransa Nazirlər Sovetinin
sədri Brianı məlumatlandırdı. Brian isə öz növbəsində azad
olunmuş bölgələr üzrə nazir Lüşerə üç Qafqaz respublikasının
nümayəndələri ilə danışıqlar səlahiyyəti və göstərişi verdi.
290
1921-ci il, 7 iyulda Parisin Məhkəmə Palatasının iclas
zalında Qafqaz Respublikaları və Rusiya təmsilçilərinin ilk yığın-
cağı keçirildi. Yığıncaqda Azərbaycanı Ə. M. Topçubaşov,
Gürcüctanı Qeqeçkori və Sabaxtaraşvili (sabiq Xarici İşlər naziri),
Ermənistanı Avetis Aqoranyan, Rusiyanı Maklakov (Kerenski
hökümətində Fransa səfiri) və Mandelştam (cabiq Türkiyə səfiri),
Fransa tərəfini sabiq ali komissar Şevalye və Sarbon Universiteti
hüquq fakultəsinin rektoru, prof. Verno təmsil edirdi.
Vernonun sədrliyi ilə keçən bu yığıncaqda ilk çıxış edən Ə.
M. Topçubaşov oldu. O, əvvəllər də Qafqaz Konfederasiyasının
qatı tərəfdarlarından birinin Azərbaycan olduğunu göstərərək,
Türkiyənin də bu ideyaya müsbət münasibətini vurğuladı.
Çıxışının sonunda Ə. M. Topçubaşov müttəfiqləri (Türkiyəni
parçalamaq mövqeyinin tərəfdarı olan İngiltərə, Fransa, Yunanıs-
tan nəzərdə tutulur) Türkiyənin hüquqlarını tanımağa və Şərqdə
əmin-amanlığın qarantı olan bu dövlətə yardım etməyə çağıraraq,
yığıncaq iştirakçılarını inandırmağa çalışdı ki, Türk-bolşevik
razılaşması qısamüddətlidir, çünki bolşevik ideyaları İslam əxlaqı
və ənənələri ilə bir-birlərini inkar edir.
Ə. M. Topçubaşovun Türkiyəni müdafiə etməsi və müt-
təfiqlərə tutduğu iradlar Şevalyenin xoşuna gəlmədi. O, çıxışında
mədəniyyət baxımından Ermənistan və Gürcüstanın inkişafını
xüsusi qeyd edərək “müttəfiqlərin də qəddar düşməni” olan
Türkiyə kimi əjdahanın qonşuluğunda bu respublikaların hələ
mövcudluğuna təəccübləndiyini gizlətmədi. Şevalye Qeqeçkoriyə
də Topçubaşova cavab vermək təklif etdisə, Qeqeçkori bu
təklifdən boyun qaçırdı. Lakin A. Aqoranyan söz alıb 1918-ci
ildən müstəqilliklərinə çalışan Qafqaz respublikalarına Türki-
yənin, 1920-ci ildən isə Rusiyanın imperialist dövlət kimi ayaq
basdığını göstərdi. Rusiyanın imperiealizmdə və işğalçılıqda suç-
landırılmasından qəzəblənən Maklakov erməniləri tənbeh edərək,
onlara Rusiyanın “tarixi atalıq qayğısını” xatırlatdı. Çıxışının
sonunda isə hədələyici bir tonda “Rusiya sabah yenə ayağa qalxa-
caq!” deyərək yığıncaqda əsəbi ovqat yaratdı. Buna baxmayaraq
291
Qafqaz mühacirləri dağıdıcı Rusiya və Ermənistan mühacirlərinin
təmsil olunmadığı “Dörd heyətin nümayəndələrindən ibarət daimi
bir Qafqasya Konseyi vücuda gətirdilər” [5]. Şimali Qafqaz,
Azərbaycan, Gürcüstan nümayəndə heyətləri arasında müştərək
müraciətin imzalanması ilə əsası qoyulan mühacirətdəki bu ilk
Qafqaz birliyi, sonrakı mərhələdə daha mükəmməl təşkilatların
meydana gəlməsinə rəvac verdi. 1927-ci ildə Azərbaycan,
Gürcüstan və Şimali Qafqazı birləşdirən Qafqaz İstiqlal Komitəsi
meydana gəldi. Təşkilat 3+1 prinsipi əsasında qurulmuşdu: üç
Qafqaz respublikası üstəgəl Polşa dövləti. Polşa bu Qafqaz
respublikalarını təmsil edən təşkilatların fəaliyyətini əlaqələndirir,
onlara maliyyə və başqa yardımlar göstərirdi. Azərbaycanı QİK-
də M. Ə. Rəsulzadə, M. Y. Mehdiyev, Gürcüstanı N. Jordaniya,
A. Çxenkeli, A. Asatiani, S. Mdivani, Dağlıları isə M. Sunşev və
İ. Çumşov təmsil edirdi. Təşkilatda hərbi bölmə, mətbuat şöbəsi,
o cümlədən N. Mehdiyev, M. Sunşev və İ. Salamodadan ibarət
əməliyyat işlərini həyata keçirən üçlük mövcud idi [6].
Qafqazlılar 1920-ci illərdə get-gedə populyarlaşan “Avropa
Birliyi” ideyalarını örnək tutaraq Ermənistanı da komitəyə cəlb
etməyə çalışır, ermənilər isə rus mühacirləri ilə iş birliyinə
üstünlük verərək onların mətbuatından Azərbaycan və Gürcüs-
tana qarşı torpaq iddialarından əl çəkmirdilər. “Azəri türk” dər-
gisi erməni müəlliflərinin Praqada çıxan “Sosialistiçeski vestnik”
məcmuəsindən bəzi parçaları (“Qafqaz problemi” məqaləsi) dərc
edərək, qonşularımızın Bakı neftindən pay istədiyini, Qafqaz
ailəsinin birlik məfkurəsinə get-gedə daha çox bağlandığı halda,
onların hələ də xülyalarla yaşadığını göstərirdi [7].
14 iyul 1934-cü ildə QİK-in təşəbbüsü ilə Azərbaycan,
Gürcüstan, Şimali Qafqaz mühacirləri Brüsseldə toplaşaraq Qaf-
qaz Konfederasiyası Misaqı (andlaşma) adlanan bu sənəddə:
“ – Bir millətin tam inkişafının ancaq tam bir istiqlal
şərtilə mümkün ola biləcəyini;
292
- Təkmil Qafqaz qüvvələrinin tək və müştərək bir hüdud
daxilində birləşmədən bu məqsədə nail olmanın son dərəcə
müşkül olacağını;
- Qafqaz millətlərinin xarici siyasət və milli müha-
cirətlərinin müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini;
- Qafqaz Cümhuriyyətləri Konfederasiyası məmləkətin
siyasi və iqtisadi vəhdətindən irəli gələn siyasi bir şəkil ol-
duğunu“ [8] ifadə edərək, üç Qafqaz dövlətinin mühacirləri
Qafqaz Konfederasiyasının aşağıdakı əsaslarını elan etdilər:
1. Qafqaz konfederasiyası xaricdə tərkibinə aldığı cümhu-
riyyətlər adına hərəkət edəcək və müştərək siyasi gömrük hüdu-
duna malik olacaq.
2. Konfederasiyaya daxil olan cümhuriyyətlərin xarici si-
yasəti qurumun səlahiyyətli nümayəndələri tərəfindən idarə edi-
ləcək.
3. Konfederasiyanın hüdudları cümhuriyyətlərin ordularından
təşkil olunan və vahid komandanlıq altına alınan Konfederasiya
Ordusu tərəfindən müdafiə olunacaq.
4. Konfederasiya daxili mübahisəli məsələlər Yüksək Kon-
federasiya Məhkəməsinə veriləcək.
Paktı Azərbaycan adından M. Ə. Rəsulzadə, Ə. M. Topçu-
başi, Şimal Qafqaz adından M. Girey-Sunc, İbrahim Çulik, Tau-
sultan Şakman, Gürcüstan adından N. Jordaniya, A. Çxenkeli
imzaladı.
14 iyul Paktının məqsədləri ilə bağlı Qafqaz İstiqlal
Komitəsi yaydığı bəyannamədə “yaxında bir konfrans çağırıla-
cağını və QİK-in istefasını qəbul edəcək bu konfransın müştərək
bir Qafqaz orqanı yaradacağını” [9] bildirirdi.
Nəhayət, 1935-ci il fevralın 14-də (23- nə qədər davam
etmişdi ) nəzərdə tutulan həmin konfrans çağırıldı. Konfrans,
Qafqaz Konfederasiyası ideyasının gerçəkləşməsi və öz millət-
lərinin hürriyyəti uğrunda son nəfəsinə qədər mübarizə aparan
Ə. M. Topçubaşi, N. Ramişvili (1934- cü ildə Parisdə sui –
qəsdin qurbanı oldu ) və Əhməd bəy Solikattinin xatirəsini yad
293
etdikdən sonra, 8 illik mübarizənin yekunun kimi Qafqaz Kon-
federasiyası Şurasının (QŞK) yaradıldığını elan etdi. On bəndlik
“Qafqaz məsələsi və Rusiya” adlanan sənəddə İvan Qroznıdan
üzü bəri Rüsiya-Qafqaz münasibətlərinə tezislər şəklində
qiymət verən fevral konfransı, bolşevik istilası altında olan
Qafqazın gələcək taleyi ilə bağlı Şuranın qarşısında aşağıdakı
vəzifələrin dayandığını bəyan edirdi.
1. Qafqaz rus istila hökumətinin likvidə ( ləğv-X. İ.)
edilməsi üçün Qafqaziya Cümhuriyyətlərinin bərqərar olması
və bu cümhuriyyətlərin Konfederasiya halında birləşməsi yo-
lunda Qafqaziya millətlərinin hazırlanmasına çalışmaq.
2. Bu məqsədlə Sovetlər Birliyindəki başqa əsir millət-
lərin təşkilatları ilə siyasi və təşkilat əlaqəsinə girmək.
3. Müstəqillik yolunda Şuranın öz qüvvələrinə güvən-
mək [10].
QKŞ Azərbaycan, Gürcüstan və Şimali Qafqaz milli
təşkilatlarının nümayəndələrindən ibarət olub, paritet əsaslarla
qurulmuşdu. O, nizamnaməyə uyğun olaraq mütəmadi toplaşır,
Qafqaza aid bütün siyasi məsələlərlə məşğul olur və rəyasət
Divanının tətbiq edəcəyi siyasətin əsas xətlərini müəyyən-
ləşdirirdi. Azərbaycanı Şurada Milli Mərkəzin (AMM) sədri M.
Ə. Rəsulzadə təmsil edirdi.
Qafqaz Konfederasiyası Şurası Ermənistan mühacir təş-
kilatları üçün açıq elan olunsa da, uzun müddət onlar Şuraya
girməkdən çəkindilər. Yalnız 1940-ci ildə, M. Ə. Rəsulzadənin
yazdığı kimi “İkinci Dünya müharibəsi ərəfəsində ... erməni
mühacirətinin nümayəndələri də sözükeçən misaqa qoşuldular”
[11].
Ermənilərin Qafqaz Birliyinə qoşulması, ilk növbədə
yaranmış beynəlxalq vəziyyətlə bağlı idi. Belə ki, İkinci Dünya
müharibəsinin başlanması ilə SSRİ-nin gələcək taleyi sual
altına düşmüşdü və ermənilər Rusiyada yeni qaydalar bərqərar
olana qədər gözləmə mövqeyi tutmaq, qafqazlılara sığınmaq
taktikası seçmişdilər. Deyilənlər bir daha onunla təsdiqlənə bilər
294
ki, müharibə qurtardıqdan sonra ermənilər yenə də “böyük və
bölünməz Rusiya” şüarı ilə çıxış edən ağ rus mühacirlərinə
tərəf üz tutmuşdular.
Qafqaz mühacirlərindən bir qrupu Şimal Qafqazın ən
nüfuzlu mühacirlərindən olan Heydər Bammatın ətrafında top-
laşaraq, radikal millətçilik xətti tutmuşdular. Bu qrup rus və
erməni mühacirlərindən başqa SSRİ-dən olan bütün milli mü-
hacir təşkilatlarının təmsil olunduğu “Promotey” cəbhəsinə də
müxalifətdə dayanırdı. Onu da qeyd etmək lazımdır ki, Qafqaz
Konfederasiyası Şurasını yaradanların böyük əksəriyyəti məhz
prometeyçilər idi və H. Bammat qrupunun QKŞ- yə müxalifətdə
dayanması əsasən bu amillərlə bağlı olmuşdu. Doğrudur,
alman tədqiqatçısı P. Mühlen H. Bammat qrupunun QKŞ-yə
müxalifətdə dayanma səbəblərini Qafqaz Federasiyası
məsələsinə prinsipial baxış fərqlərində görürdü: “Bammat və
onun ətrafındakılar Qafqaz Federasiyasının Türkiyəyə bağlı
olmasını istəyirdilər” [12]. Lakin alman tədqiqatçısının bu
mülahizəsi nöqsanlı idi və heç şübhəsiz, Qərbdə pantürkizm
və panislamizm barədə yayılan dumanlı, qeyri - real
təsəvvürlərdən qaynaqlanırdı. H. Bammatın mövqeyinə gəldik-
də isə o, “Qafqazla Rusiya arasında Səddi Çin çəkəsi deyilik”
fikrini söyləməklə yanaşı, cənub qonşuları Türkiyə və İrana
münasibətin də çox bəsit və aydın olduğunu bildirirdi: “Qafqaz
millətlərinin məqsədi bir ağanı başqa ağayla dəyişmək deyildir”
[13]. H. Bammat hər birisində “Axilles dabanı” olan Qafqaz
millətlərinin birinin digəri üzərində hegemonluğunun qeyri-
mümkünlüyünü qeyd edir, eyni zamanda hamını kənardan
yardım istəməməyə çağırırdı. O, yaxın tarixi keçmişdən ibrət
dərsi götürməyin zəruriliyini vurğulayır, bir Qafqaz
Cümhuriyyətinin kənardan kömək istəməsinin başqa
cümhuriyyətin də analoji fikrə düşməsinə rəvac verdiyini bil-
dirirdi. Qafqaz və Türkiyənin birliyi isə ortaq mənafe birliyidir,
çünki Qafqazın müstəqilliyi Türkiyənin cənub sərhədlərindən
tam rahatlığı deməkdir.
295
P. Mühlenin mülahizələrinin doğru olduğnu təsdiq edən
fikirlərə H. Bammatın digər cəbhədaşlarının yaradıcılığında da
təsadüf olunmur.
Təbii ki, maraq doğuran məsələlərdən biri də Qafqaz
Konfederasiyası ideyası ətrafında meydana gələn fikir ayrılıqları
və qruplaşmalar idi. İstər N. Jordaniyaya müxalif gürcü mü-
hacirləri (Q. Kvinitadze, Z. Avalişvili, Ş. Karumidze və b.)
istərsə də, M. Ə. Rəsulzadəyə müxalif azərbaycanlılar (Ş.
Rüstəmbəyli, X. Xasməmmədov, F. Əmircan və b.) Qafqaz mil-
lətlərinin birliyinin zəruriliyini dönə-dönə qeyd edir, onun real-
laşmasına çalışırdılar. Bu məsələ ilə bağlı gürcü mühaciri Ş.
Amiracibi yazırdı: “Qafqazın bütün millətlərini içinə alan
Qafqaz Konfederasiyası qurulmalıdır” [14].
Prof. M. Sereteli isə qafqazlıları isveçrəlilər kimi bir-
birinin dilinə və milli hüquqlarına hörmətə vərdiş etməyə çağı-
rır, konfederasiyaya inandığını bildirirdi.
Birmənalı şəkildə qeyd etmək olar ki, tərəflərdən heç
biri Qafqaz Birliyinə, konfederasiya ideyasına qarşı çıxmamış-
lar. Bəs fikir ayrılıqlarına, qruplaşmalara rəvac verən nə idi?
Paktı imzalayanlar və Şuranı yaradanlar ən çox Qafqaz
Cümhuriyyətinin süqutuna qədər mövcud ideyaya əhəmiyyət
verməməkdə ittiham olunurdu. Müxalif tərəf, yəni H. Bammat
qrupu bildirirdi ki, vaxtında Qafqaz birliyi yaradılsaydı, indi
mühacirətdə bu barədə baş sındırmağa ehtiyac qalmazdı.
Azərbaycan mühacirlərindən Şərafəddin Erəl “Azərbaycan
politikaçılarının yanlışları ” əsərində Azərbaycanın Şimali
Qafqaza hərbi yardım etməməsini bağışlanılmaz səhv adlan-
dırıb yazırdı: “Azərbaycana yardımda şəhid olan bir çox
Şimali Qafqaz zabit və əsgərinə qarşı bir tək hərbçi belə
Azərbaycandan Şimala göndərilməmişdi” [15]. H. Bammat da
Azərbaycanla Şimali Qafqazın “Quba məsələsinə” görə bir-
birindən soyumasını çox yersiz və ziyanlı, həm də işğala
kömək edən faktlardan olduğunu göstərirdi.
296
C. Hacıbəylinin də məsələ ilə bağlı aşağıdakı mülahizəsi
diqqəti cəlb edir: “Vaxtilə Azərbaycan və Şimali Qafqazın
birləşməsinə acınacaq bir cəhalət mane oldu və bu vəziyyətdən
istifadə etmiş olanlar şübhəsiz kəndi istiqlaliyyətlərinin
düşmənləridir. Ümumi Qafqazın Şimali Qafqazlılara qarşı
tarixi bir borcları vardır” [16].
Bammatçılr, N. Jordaniya və M. Ə. Rəsulzadəni təkcə
Qafqaz Konfederasiyası ideyasına vaxtilə məhəl qoymamaqda
ittiham etməklə kifayətlənmir, ilk dəfə özlərinə məxsus olan
bu ideyanın Qafqaz paktını imzalayanlar tərəfindən marksizmə
uyğun interpretasiya olunduğunu da iddia edirdilər. H. Bam-
matdan gətirilən aşağıdakı sitat məsələyə nisbi aydınlıq gətirir:
“Marksizm propoqandası bəzən praktik qeydlərlə, bizdən
çalınmış (oğurlanmış - X. İ.) ideolojilər və keçici formullarla
qüvvətləndirilməkdədir. Bunun misalı Qafqaz Konfederasyonu
Paktıdır” [17].
QKŞ-yə alternativ bir birlik də bammatçılar tərəfindən
yaradılmışdı. Birliyin əvvəlcə sədri X. Xasməmmədov, Baş
katibi Səid Şamil, xəzinədarı Ş. Rüstəmbəyli idi. Sonralar H.
Bammatın lider olduğu bu qurum N. Jordaniyaya müxalif olan
gürcülərin cəlb edilməsi ilə nisbətən böyüdü. Bütün Qafqaz
cümhuriyyətlərinin birlikdə təmsil olunmasına can atan H.
Bammat ermənilərdən Zərgəryan qardaşlarını da cəlb etdikdən
sonra Həqiqi Qafqaz Federasiyasının yarandığını bəyan etdi.
Birliyin “Qafqaz” adlı çox məşhur bir dərgisi dərc olunurdu və
bu dərgi 1939-cu il Hitler-Stalin paktının şərtlərinə görə
Hitlerin göstərişi əsasında bağlanana qədər işıq üzü gördü.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, Qafqaz Bir-
liyi uğrunda mübarizə aparan hər iki tərəf uzun-uzadı fikir
dartışmaları və diskussiyalar nəticəsində mövcud ideyanı xeyli
təkmilləşdirib dolğun hala gətirdilər.
Təəssüf ki, belə diskussiyalar zamanı bəzən səhv itti-
hamlar, “kənara çıxmalar” da olurdu ki, bu M. Ə. Rəsulzadə
və N. Jordaniyaya hücumların subyektivliyində özünü daha çox
297
büruzə verirdi. Mühacirət tarixində maraq doğuran məsələ-
lərdən biri də Qafqaz Birliyinin pozulması istiqamətində
ermənilərin bir sıra radikal millətçi gürcü mühacirləri ilə
apardıqları işdir.
1936-cı il mayın 24-də “Erməni-gürcü İttifaqı ”nın ya-
ranması ilə bağlı erməni və gürcü millətlərinə ünvanlanmış
bir bəyannamə yayıldı. Parisdəki erməni kilsəsində oxunan
bu sənədin müəllifləri gürcü prinsi Vaçnadze və sabiq Er-
mənistan Xarici İşlər Naziri Arşak Camalyan idi. Bəyannamədə
deyilirdi: “Əskidən bəri müştərək kültür və siyasi müqəddəratla
bir-birlərinə bağlı olan erməni və gürcülərin milli varlıqlarını
əlbirliyi ilə müdafiə etdiyi tarixidə qeyd edilmişdir...
Əski, nəcib və hürriyyətpərvər Qafqaz millətləri bundan
sonra əcnəbi imperialistlərin ehtiraslarına qurban olmayacaq”
[18]. Əcnəbi imperialistlər deyildikdə, Rusiyanın, əsasən də
“geniş erməni və gürcü torpaqlarını ələ keçirən Türkiyənin ”
adı çəkilirdi.
Qafqaz millətlərinin birliyi yolunda “Erməni-gürcü itti-
faqı”nı separatçılıq kimi qarşılayan Qafqaz mühacirləri, ələl-
xüsus da Bammat qrupu bu ittifaqa qarşı sərt çıxışlar etdi. Ş.
Amiracibi erməni-gürcü ittifaqçılarına aşağıdakı sualla mü-
raciət edirdi: “Azərbaycan və Şimali Qafqazın iştirak etmədiyi
bir ittifaqın yeni Türkiyədə şübhələr oyandırması, hətta Tür-
kiyəni İrqdaş və dindaşlarını himayə niyyəti ilə müdaxiləyə belə
sövq edə bilər. Belə ehtimallara qarşı erməni-gürcü bloku nə
yapa bilər? ” [19].
Fuad Əmircan (Daryal) da “Erməni-gürcü İttifaqı”ın mə-
ramını açıqlayaraq üç qayənin hədəf tutulduğunu göstərirdi:
birincisi, Azərbaycan və Şimali Qafqazdan ayrı bir erməni-
gürcü birliyi yaratmaq; ikincisi, Türkiyəni erməni və gürcü
millətləri üçün Rusiyadan da böyük bir təhlükə olaraq təqdim
etmək; üçüncüsü isə, “geniş erməni - gürcü hüdudları ”
məsələsini təzələmək [20].
298
Birliyə Ş. Karumidzenin münasibəti də maraq doğurur.
O, “Erməni-gürcü Birliyi” nin Qafqazı iki dinə, Qütbə par-
çalanmasından, nəticədə azlıqda qalan xristianlarla yeddi mil-
yonluq müsəlman əhalisi arasındakı (əhalinin siyahıya alın-
masına görə bu dövrədə Qafqazın 3/2-si müsəlman idi ) möv-
cud mehribançılığa şimal soyuqluğunun girə biləcəyindən
ehtiyatlanırdı [21].
İttifaqı yaradanlarla yanaşı, bammatçılar onun ilhamçısı
hesab etdikləri Qafqaz Konfederasiyası Şurasını da ittiham
edirdilər. Bu ittihamlara cavab olaraq QKŞ özünün 16 iyun
toplantısında (1936-cı il) bəyanat verərək, yaradıcılarını belə
tanımadığı “Erməni-gürcü Birliyi”ni pislədi. Bəyanatda deyilirdi:
“1. Nə QKŞ-nın, nə də ona daxil olan Milli mərkəzlərin bu
bəyannamədən məlumatları yoxdur. Onu yaradanlar hələ bizə
məchuldur. 2. QKŞ Qafqaz millətlərinin tək bir təşkilatda
birləşməsini lüzum bilir ki, QKŞ-nın şəxsində belə bir təşkilat
mövcuddur. 3. Qafqaz millətlərinin ayrı-ayrı təşkilatlar yaratması
Qafqaz Birliyini dağıda... düşmənçiliyə səbəb ola bilər. 4. Hüdud
davaları Qafqazın hürriyyətindən sonra... arbitraj yolu ilə həll
olunmalıdır” [22].
Qafqazlıların mühacirətdə yaratdıqları son təşkilat, 1952-ci
il dekabrın 11-16-da Azərbaycan, Gürcüstan, Şimali Qafqaz
nümayəndələrinin Münxendə-Ümumqafqaz Konfransında təsis
etdikləri Qafqaz İstiqlal Komitəsi oldu. Konfrans QİK adı altında
“Ümumqafqaz Mərkəzi” yaradaraq ona aşağıdakı vəzifələri
həvalə etdi: a) Qafqaz millətlərinin milli qurtuluş mücadiləsini
xaricdə təmsil və idarə etmək: b) ABŞ və batı dövlətləri başda
olmaq üzrə bolşevizmə qarşı savaşda məhkum millətlərin yar-
dımlarına ümid bağladıqları dövlətlərlə, millətlərarası təşkilatlara
QİK-in fəaliyyətini uzlaşdırmaq; v) Doğu Avropa, Türküstan və
başqa millətlərin apardıqları mübarizə ilə iş birliyi yaratmaq” [23].
Sonuncu bənddə isə Qafqaz millətlərinin ruslara qarşı nifrət
bəsləmədikləri və bolşevizmin çökməsi ilə rusların da xilas
olacağı bildirilirdi.
299
Konfransda qəbul edilən bəyannaməni Azərbaycan Milli
Mərkəzinin sədri M. Ə. Rəsulzadə, Gürcüstan Milli Siyasi Mər-
kəzinin sədri N. Jordaniya və Şimali Qafqaz Milli Komitəsinin
sədri prof. Ə. N. Maqoma imzaladı.
Kommunistlər Sovet İttifaqının içinə qatıb bütöv Qafqazı
Zaqafqaziya və Predqafqaziya kimi iki yerə parçalayanda, mü-
hacirətdə Qafqaz xalqları vahid ailədə (şimallı-cənublu) təmsil
olunmuşdur. QKŞ yarımçıq Zaqfederasiyaya nisbətən bütöv Qaf-
qazın, gerçək Qafqaz birliyinin nümunəsi idi.
Qafqaz Birliyi fikri çağdaş “Qafqaz evi” ideyasının əsasında
dayanır. 8 mart 1996-cı Tbilisi deklarasiyası Azərbaycan-
Gürcüstan strateji əməkdaşlığı ilə günümüzdə Qafqaz Birliyinin
praktiki gərçəkliyə çevrilməsi yolunda çox əhəmiyyətli addım
oldu. O qədərincə dəyərləndirilməlidir.
BDU-nun xəbərləri, 1998, səh., 56-62
|