Ədəbiyyat
1.
Xəlilov S. Elm haqqında elm, Bakı, Azərbaycan Uni-
versiteti, 2011, s. 37
2.
Yenə orada, s. 37
3.
Yenə orada, s. 38
4.
Məmmədov X. Qoşa qanad. Bakı, Gənclik, 1974
356
5.
Бердяев Н. Судьба Росии, Москва, 1918
6.
Шюре Э. Великие Посвященные. Калуга: Типография
Губернской Земской Управы, 1914
7.
Гегель Г.В.Ф. Эстетика: в 4-т. Т.2. М., 1970
8.
Rasonyi L. Tarihte türklük. Ankara 1993, s. 19-20
9.
http://www.zerkalo.az/2011-05-11/partnerstvo/19335p1-read
10. Xəlilov S. Elm haqqında elm, Bakı, Azərbaycan
Universiteti, 2011, s. 221
11.
Xəlilov S. Elm haqqında elm, Bakı, Azərbaycan Univer-
siteti, 2011, s. 224
Cənub Qafqazda inteqrasiyaya müqavimətin qaynaqları
357
Giriş əvəzi
Nə üçün yüz ildir ki, Cənub Qafqazda milli dövlətlərin
formalaşması prosesi stabil bir məcraya düşə bilmir? Nəyə
görə Ermənistan öz qonşularına ərazi iddialarından əl çəkmir
və bölgənin təhlükəsizliyini, stabilliyini daim təhdid edir, kənar
güclərin asan müdaxiləsinə imkanlar yaradır? Erməni milli
maraqlarında separatizmə rəvac verən, bölgənin Qərbə
inteqrasiyasına əngəl olan ideyalar, prinsiplər hansılardır?
Ermənistan dövlətinin yaranması prosesi
Ermənistan dövlətinin yaranması ideyası ilk dəfə 1878-ci ildə
kiçik Asiyada yaşayan ermənilər tərəfindən ortaya atıldı [1]. Bu
ideyanın müəllifi Vandakı məktəblərdən birinin direktoru
Partuqalyan sayılır. Mövcud ideyanı gerçəkləşdirmək üçün o,
“Armenistov” adlı partiya yaratmaq istəyirdi. Lakin Partuqalyan
Vanda öz məqsədinə nail ola bilmədiyindən Marselə köçdü və üç-
dörd il sonra “Armenistov” təşkilatı, bu təşkilatın eyni adlı qəzeti
yaradıldı.
1896-cı ildə təşkilatın başçısı Avetisyan Terlimizyan öz
planını bütün ermənilərin Katalikosuna təqdim etdi.
Hələ 1893-cü ildə Tiflisdə başqa bir gizli erməni təşkilatı
fəaliyyət göstərirdi. “Qnçak” adlanan bu təşkilat öz proqramında
bildirirdi ki, Osmanlı ermənilərinin durumu çox ağırdır, ona görə
nicat azadlıq hərəkatına başlamaq, sosial cəmiyyət qurmaqdadır.
“Qnçak” fəaliyyət istiqamətlərində üç hədəfi əsas götürmüşdü:
1.
Osmanlı ermənilərinin müstəqilliyinə nail olmaq
2.
Daha sonra rus, fars ermənilərinin müstəqilliyinə çalışmaq
3.
Yekun olaraq müstəqil erməni ittifaqını qurmaq, sosial
ədalətə dayanan respublika yaratmaq [2].
358
Lakin cəmiyyət Tiflisdə uzun müddət fəaliyyət göstərə
bilmədi və 1893-cü ilin sonlarında Londona köçdü. 1895-ci ildə isə
artıq “Qnçak”ın Yelizavetpolda, Şuşada, Aleksandropolda,
Qarsda, Batumda, Axalsıxda, Bakıda, Borjomda, Vladiqafqazda
gizli komitələri fəaliyyət göstərirdi. 1890-cı illərin əvvəllərində
daha iki erməni təşkilatı yaradılmışdı. Bunlar, mərkəzləri
Avropada yerləşən, lakin Osmanlıda və Qafqazda yerli komitələri
qurulan “Krıv” və “Droşak” idi.
1896-cı ilin oktyabrında London, 1897-ci il 13 yanvar, 1898-
ci il 7 yanvar Tiflis qurultaylarında “Armenistov”, “Qnçak”,
“Krıv”, “Droşak” təşkilatları birləşərək Erməni İnqilab Komitəsini
(Daşnaksütun) yaratdılar.
Gizli erməni təşkilatlarının hamısı:
-
Dünya erməniləri arasında dostluq, həmrəylik
təbliğatı aparır;
-
Ermənilər yaşayan bütün ərazilərdə dərnəklər
yaradır;
-
Silahlı üsyanlar hazırlayırdı.
Ermənilər bütün dünyada yaşayan imkanlı ermənilərdən pul
toplayıb qəzetlər çıxarır, silahlar alır, hərbi dəstələr düzəldirdilər.
Təkcə “Armenistov” təşkilatının nəzdində fəaliyyət göstərən hərbi
dəstənin mindən artıq üzvü var idi.
1896-cı ildə Vanda ermənilər qanlı qırğın törətdilər – yerli
əhaliyə, yəni türklərə, kürdlərə divan tutmağa başladılar. Türklər
və kürdlər də öz növbəsində erməniləri əzişdirməyə girişdilər,
nəticədə Vandakı aktiv ermənilərin böyük əksəriyyəti qaçıb
Qafqaza dağılışdı. Bu olayları törətməkdə ermənilərin əsas
məqsədi Avropanın diqqətini erməni probleminə yönəltmək,
Osmanlının çökməsinə çalışan Qərb dövlətlərindən dəstək almaq
idi. 1896-cı il hadisələri “Armenistov” üçün də ciddi əhəmiyyət
kəsb edirdi. Çünki Osmanlıdan Rusiyaya qaçan ermənilər
“Armenistov”un ətrafında cəmləşərək daha da radikallaşdılar və
359
partiyanın yeni proqramını hazırladılar. Bu proqramda “linç
qanunu”na da icazə verilir və yeni daha amansız silahlı üsyanlar
qaldırmaq nəzərdə tutulurdu.
Osmanlıdan sıxışdırılan ermənilər əvvəlcə, get-gedə
zəifləməkdə olan Rusiyanın hakim dairələrində narahatlıq
doğururdu. Polkovnik Debil (Tiflis Quberniyası Jandarm idarəsi)
Qafqazdakı Mülki hissənin baş rəisliyinə göndərdiyi arayışda
yazırdı ki, ermənilər silahlı üsyanlara və inqilablara hazırlaşır.
Onların proqramlarına görə istəkləri yerinə yetirilməyəcəyi
təqdirdə nə Osmanlıda, nə İranda, nə də Rusiyada (yəni
Qafqazlarda – X.İ) sakitləşməyəcəklər. Bu millətin istəkləri,
hərisliyi cilovlanmalıdır [3]. 11 may, 1905-ci ildə isə ermənilər
böyük hay-küyə səbəb olan terror aksiyası törtdilər. Bakı general-
qubernatoru Nakaşidze Parapet bağının yanında ekipaja atılan
bomba partlayışından həlak oldu. Bakı jandarm idarəsinin rəisi
Quroviç Peterburqa verdiyi yazılı məlumatda göstərirdi ki, bu
terror aksiyası Daşnaksütunun Bakı MK-sı tərəfindən törədilib,
məqsəd isə şəhərdə qarışıqlıq salmaqdır [4]. Az sonra ermənilər
terror aksiyasına görə məsuliyyəti boyunlarına götürdülər və
bəyannamə yaydılar. Sənəddə deyilirdi: Biz bu “məhkəməni”,
“ədaləti” çoxdan gözləyirdik. Artıq 10 gündür ki, Bakı qubernatoru
yoxdur, amma əbədi ədalət var. O, bu dəfə də erməni
inqilabçılarının əliylə təzahür etdi (Erməni İnqilab Federasiyası).
XX yüzilin əvvəlində ermənilərin tez-tez silahlı üsyanlar,
basqınlar, qırğınlar və talanlar, qanlı terrorlar törətdiyini və bu
sahədə get-gedə fəallaşdığını, mütəşəkkil hala gəldiyini görən
Rusiya, Osmanlıdan fərqli olaraq onlardan alət kimi istifadə
etməyə üstünlük verirdi (əslində ermənilər məqsədli şəkildə bu
yöndə fəaliyyət göstərməklə Rusiyaya özlərinin timsalında etibarlı
alət təklif edirdilər). Demək olmaz ki, ruslar ermənilərdən əvvəllər
alət kimi istifadə etmirdilər. Sadəcə, XIX əsrin sonlarına qədər
Qafqazlarda nisbi sabitlik yaranmışdı və ermənilər o qədər də
qabarıq nəzərə çarpmayan şəkildə himayə olunurdu. XIX əsrin
sonlarında isə siyasi təlatümlər canlandı, Qafqazlardan verilən
360
rəsmi danosların təsdiqlədiyi kimi ermənilərin fəallaşması Rusiya
hakim dairələrində birmənalı qarşılanmadı. Ölkənin içərisində
inqilabi ab-hava güclənəndə isə ermənilər yenidən sistemli şəkildə
yönəldilməyə, təhrik edilməyə başlandı. Nəticədə, 1905-ci ildə
Bakıda erməni-türk qırınları törədildi. Demək olar ki, bu zamandan
etibarən
ermənilərdə,
Qafqazda
Ermənistan
dövlətinin
yaradılmasına əminlik artdı. (1914-15-ci illərdə “genosid”
adlandırılan növbəti erməni olaylarından sonra Ermənistan
dövlətinin birmənalı olaraq, məhz Qafqazlarda yaradılmasına qərar
verildi).
Təbii ki, belə təcavüzkar maraq Azərbaycan türklərini və
gürcüləri narahat etməyə bilməzdi. Ruslara da gərək olan elə
Qafqazlarda xalqlararası düşmənçiliyin kəskinləşməsi idi. Erməni
liderləri ilə Rusiya rəsmiləri arasındakı gizli sövdələşmələrdən
sonra tam aydın oldu ki, ermənilərin Qafqazlarda dövlət qurmaq
istəkləri Rusiyanın imperiya maraqlarına qətiyyən zidd deyil,
əksinə Qafqaz xalqlarına və Anadoluya qarşı effektli alətdir.
Sonrakı proseslər rusların yanılmadığını göstərdi. Belə ki,
ermənilər nəinki çökən Osmanlıya qarşı dağıdıcı alət rolunu
oynadı, paralel şəkildə Qafqaz xalqlarının azadlıq mübarizəsinə,
Rusiyadan uzaqlaşma istəklərinə ciddi əngələ, buxova çevrildi.
Aydın məsələ idi ki, ermənilər Osmanlıdakına nisbətən Rusiyada
öz istəklərinə daha asan nail ola bilərdi. Osmanlının çökməsi
ərəfəsində və çökməsindən sonra Qafqaz türkləri (həm də gürcülər)
arxasında böyük imperiyanın dayandığı ermənilərlə üz-üzə qaldı.
İndi ruslar erməniləri başqa dövlət ərazisində deyil, öz hüdudları
çərçivəsində asanca yönəlməyə başladılar.
Qafqazlarda türkləri yaşadığı tarixi torpaqlardan qovmaqla,
etnik zəmində qırğınlar törətməklə dövlət qurmaq üçün ermənilərə
əlverişli tarixi şanslar yarandı. (Cədvələd xronoloji ardıcıllıqla bu
proses əks olunub)
Ermənistanda tarixən məskun olan türklərin
azaldılması prosesi
361
İllər
Türklər
Ermənilər
Cəm
1897
313. 178
500. 000
829. 550
1926
575. 000
795. 000
1.510.000
1960
107. 700
1.301.000
1.501.600
1990
155. 000
2.101.752
2.300.000
2001
5. 568
2.963.000
2.969.555
1918-ci ilə qədər ermənilər Qafqazın cənubunda o qədər
qırğınlar törətdilər ki, gürcü və azərbaycanlı siyasi liderlər milli
müstəqillik, sabitlik naminə, mərkəzi İrəvan olan Ermənistan
dövlətinin yaradılması məsələsini müzakirə etmək və bu istəyin
gerçəkləşməsi faktı ilə razılaşmaq zorunda qaldılar.
Erməni milli maraqları
Ermənistan Qafqaz dövlətlərinin və xalqlarının maraqları
ilə uzlaşmayan, əksər hallarda isə ona ontoqonist olan mövqedən
çıxış edir. 1917-21-ci illərdə bölgədə formalaşan 4 dövlətin
qısamüddətli müstəqillik həyatında həmin ontoqonizm çox açıq
şəkildə ortaya çıxdı: Ermənistan, Gürcüstan və Azərbaycana qarşı
savaş açdı, bölgə dövlətləri beynəlxalq münasibətlərdə mövcud
olan normalarla, “Qafqaz qanunları” ilə deyil, tamamilə fərqli
“fəlsəfə” ilə üz-üzə gəldilər. Nədir bu “fəlsəfə”nin mahiyyəti?
Ermənistan nə istəyir? Erməni milli maraqlarının təməlində nə
dayanır?
Erməni millətçiliyi din millətçiliyidir. Dünyada bu cür
millətçiliyə analogiya tapmaq çox çətindir. Bəzi mütəxəssislər
farsların yürütdüyü islam millətçiliyi ilə erməni din millətçiliyi
arasında yaxınlığın, oxşarlığın olduğunu iddia edirlər. lakin ciddi
fərqlər də var. Belə ki, islam fars şovinizmi üçün daha çox siyasi
pərdədir. İslam millətçilik pərdəsi altında farslar İrandakı özü
boyda türk etnosunu assimilyasiya etməyi hədəf götürüb. Rəsmi
Tehranın təbirincə ifadə olunsa, vahid “İran milləti”
formalaşdırmaq siyasəti yürüdülür, “etnik, dini, kulturoloji
inteqrasiya prosesi gedir”. Erməni din millətçiliyində isə mənzərə
362
fərqlidir: özünü Qafqaz xalqlarından, bütövlükdə qonşulardan
ayırma, əksər hallarda onlara qarşı dayanma, bir sözlə, təcridçilik.
Ona görə də ermənilər özləri dünyanın hər yerində yaşasalar da, öz
dövlətlərində heç kimin yaşamasını istəmirlər, hətta qonşu xristian
gürcülər də Ermənistanda yaşaya bilmir. Bu zehniyyət qonşulara
kəsilməyən iddialardan qaynaqlanır. Erməniləri hər zaman narahat
edən qonşu xalqların da onlara eyni iddialarla çıxış etməsi ola
bilərdi. Məhz bu səbədən heç kimə belə şans vermək istəmirlər,
yəni Ermənistanda başqa millətin nümayəndəsi yoxdursa iddia da
yoxdur. Ermənilərdə kimisə assimilyasiya istəyi də yoxdur, eyni
zamanda özlərini asan assimilyasiya olunan göstərsələr də, başqa
xalqlar içərisində əriyib itmirlər. Dəyişmə, başqa qəlibə düşmə
ancaq formada, zahirdə qalır, mahiyyət dəyişmir.
Erməni milli marağının, Ermənistanın dövlət siyasətinin
formalaşmasına təsir göstərən 3 amil mövcuddur: 1. Dünya
erməniləri-diaspora, 2. Ermənistan erməniləri, 3. Dağlıq Qarabağ
erməniləri. Hər üç amil XIX əsrin sonlarında artıq bir seçim kimi
ortaya çıxan erməni milli ideologiyasının formalaşmasında iştirak
etmiş və onun ətrafında bağlar yaratmışlar. Erməni milli
ideologiyası Daşnaksütun (erməni inqilabi federasiyası)
partiyasının dayandığı “erməni məsələsi”, yəni “Haydat”dır.
“Haydat”a görə erməni milli maraqlarının konsepsiyası 3
təməl üzərində qurulub:
1.
İtirilmiş torpaqların qaytarılması, birləşmiş Ermənistan
milli dövlətinin qurulması. (”Böyük Ermənistan”)
2.
Yer üzərində səpələnmiş ermənilərin milli dövlətə
qaytarılması.
3.
Sosial dövlət quruculuğu.
Bu məqsədləri həyata keçirmək üçün ermənilər nə düşünür,
mövcud ideyaların gerçəkləşməsi hansı metod və vasitələrin tətbiqi
ilə mümkün sayılır?
363
Daşnaksütun ideoloqlarının fikrinə görə, erməni milli
maraqlarının təmin olunması, həyata keçməsi inqilablara, silahlı
mübarizəyə bağlıdır. Qrant Markaryan yazır: “Neçə ki, dünyada
qanun yox, güc həlledicidir, Daşnaksütun siyasi və ideoloji hərəkat
kimi qanuni və həm də inqilabi güc kimi qalmağa borcludur”
[5].
Bu mülahizədə inqilabi mübarizənin qanunsuzluğu göstərilməklə
yanaşı, haqq və ədalətin bərpası naminə qanunsuz fəaliyyət
məqbul, həm də mümkün variant sayılır. Digər Düşnaksütun
ideoloqu Eduard Ohanesyanın mülahizələrində də mövcud məntiq
özünü açıqca biruzə verir: “Ədalət” ruhani dəyər kimi qanundan
yuxarıda dayanır. Bu yüksək dəyərlərin bərqərar olması üçün
qanunlardan yan keçmək, hətta onu zorla dəf etmək olar [6].
Məsələ aydındır. Maraq doğuran odur ki, Daşnaksütun
ideoloqları “ədalətsizlik” deyəndə nəyi nəzərdə tuturlar?
Heç şübhəsiz, ilk növbədə “Haydat” konsepsiyasında aparıcı
xətt
olan “itirilmiş torpaqlar”dan söhbət gedir. Əgər
Daşnaksütunun əsas məraml itirilmiş torpaqların qaytarılmasıdırsa,
deməli, ədalətsizlik edənlər “tarixi erməni torpaqlarını ələ
keçirənlərdir”. Bu torpaqların geri qaytarılmasının ən optimal yolu
isə inqilablar və silahlı mübarizədir. Lakin beynəlxalq normalarda,
qanunlarda, sərhədlərin zorla dəyişdirilməsi, ərazi işğalları
yolverilməz hesab edilir, silahlı inqilablar rəğbətlə qarşılanmır.
Belə olan təqdirdə erməni marağı beynəlxalq münasibətlər
sistemindəki normalarla, qayda-qanunlarla baş-başa gəlir və
mövcud beynəlxalq qaydaların pozulması zərurəti yaranır.
“Ədalətsizliyə qarşı qanunlardan yan keçməyin və onu pozmağın
mümkünlüyü, zəruriliyi” prinsipi elə bu məntiqdən qaynaqlanır.
Deməli, ermənilərin ədalətsiz hesab etdikləri, həm də “itirilmiş
torpaqlar”ın qaytarılmasına əl yeri qoymayan beynəlxalq normalar,
qayda və qanunlardır [7].
Tarixdən çoxsaylı nümunələr gətirmək olar ki, ermənilər
ancaq beynəlxalq miqyasda ciddi dəyişmələr, müharibələr baş
verəndə “itirilmiş torpaqlar” ını qaytarmağa başlayıb, qonşu
dövlətlərin
ərazilərində
inqilablar,
çaxnaşmalar,
silahlı
364
toqquşmalar, üsyanlar qaldırıb, qırğın və fəlakətlər törədib,
torpaqlar işğal ediblər. 1905-1907-ci illər Bakı qırğınları, 1914-
1915-ci illər Anadoluda Van həndəvərindəki silahlı üsyanlar,
1917-1920-ci illər Qarabağ qırğınları, 1918-ci il mart-aprel
Şamaxı, Bakı, Gəncə, Quba qırğınları, 1919-cu il Gürcüstanın
Broçalı-Axırkələk bölgəsindəki müharibə və qırğınlar, 1920-ci il
may ayında Gəncə üsyanı zamanı XI qırmızı ordu əsgərləri ilə
birlikdə şəhər əhalisinə divan tutulması, nəhayət, 1989-cu ildən
başlayaraq Dağlıq Qarabağda, Naxçıvanda, Abxaziyada, Cavaxda
törədilən soyqırımları, ərazi işğalları və ya gələcək ərazi iddialarına
hazırlıq deyilən fikrə bariz nümunələrdir.
Birinci dünya müharibəsi, 1917-1921-ci illər Qafqaz
dövlətlərinin müstəqillik dönəmləri, 1919-1921-ci illər Qafqaz
xalqlarının yenidən Rusiyanın /sovet/ əsgəri işğal altına alındığı və
yerli əhaliyə divan tutulduğu dövr, nəhayət, SSRİ-nin çökməyə
başladığı, bununla da böyük Avrasiya məkanında nəhəng
dəyişmələrin, lokal toqquşmaların, münaqişələrin ortaya çıxdığı
tarixi mərhələ beynəlxalq münasibətlərin ortaya çıxdığı tarixi
mərhələ beynəlxalq münasibətlər sistemində ciddi dəyişmələr,
dərin böhranlarla müşayiət olunurdu. Erməni milli marağının
gerçəkləşməsi üçün məhz beynəlxalq münasibətlərin bu cür kəskin
böhranlarla üzləşməsi ən optiaml şərait hesab olunur.
“İtirilmiş torpaqlar” məsələsi ermənini ətraf dünyaya, öz
qonşularına qarşı qəzəb notlarında kökləyir. Ermənistan Milli və
Strateji Araşdırmalar Mərkəzinin direktoru M. Sarkisyan yazır:
“Erməni etnik şüurunda son yüz ildə “haqqın qoruyucusu”
obrazında qəribə bir stereotip yaranıb ki, bu xalqın həmişə xarici
güclərin qurbanı olması ilə bağlıdır” [8]. Fikrin məntiqindən belə
məlum olur ki, erməni ancaq o vaxt haqq, ədalətin bərqərar
olmasından danışa bilər ki, baqa qonşu xalqların haqqı tapdansın.
Yəni ermənilər öz “itirilmiş torpaqlar”ını geri qaytarmaq istədikdə
buna mane olmaq haqsızlıq, ədalətsizlikdir. Belə maneçiliklə
üzləşmə isə “kənar güclərin qurbanına çevrilməyə”gətirib çıxarır.
365
Ən qorxulu hal odur ki, son yüz ildə ermənilər bu ruhda
tərbiyə olunublar, yəni “itirilmiş torpaqlar”, “kənar təcavüzün
qurbanı olmaq” məsələsinə özlərini inandırıb, deyilənlərin
gerçəklik olduğunu yeni nəsillərə təlqin ediblər. “İtirilmiş
torpaqlar” isə Türkiyənin Van əyaləti, Azərbaycanın Naxçıvan,
Dağlıq Qarabağ və Kürə qədər olan ərazisi, Gürcüstanın Borçalı və
Cavax bölgələridir.
Erməni faciələrinin əsasında bu iddialar dayanır. Ermənilər
bütün qonşularına, o cümlədən beynəlxalq münasibətlər sisteminə,
dünya təşkilatlarının dayandığı normalara iddialıdır. (Ermənistan
Türkiyəyə torpaq və genosid; Azərbaycana ərazi, mədəniyyət;
Gürcüstana ərazi və mədəniyyət iddiasındadır. Bu iddialarla bağlı
minlərlə kitablar yazılıb. Bunlardan başqa ermənilər Türkiyə və
Qafqaz xalqlarının mətbəxlərindən tutmuş, musiqilərinə qədər
yaxşı nə varsa, hamısını özününkü sayır. Hətta qonşu xristian
Gürcüstanın cənub və qərb nahiyyələrindəki dini abidələrin,
qəbirüstü daşların böyük əksəriyyəti erməni abidələri kimi
kataloqlaşdırılıb, dünyaya yayılır).
Bütövlükdə, Qafqazda narahatlıq doğuran, qonşulara baş
ağrıları gətirən və və erməni şüurunda gerçəklik, həm də haqq-
ədalət obrazında inikasını tapan bu iddialar “Böyük Ermənistan”
ideyasından və təbii ki, həmin ideyanın kartoqrafik əksindən
qaynaqlanır. Kommunist Rusiyası üçün Lenin mavzoleyi nədirsə,
ermənilər üçün “Böyük Ermənistan” xəritəsi odur. Bu xəritə
erməni yuxusunu ərşə çəkir, onu qonşularına ilıq baxmağa, etibar
etməyə qoymur.
Qafqaz xalqları öz milli azadlıqları uğrunda mübarizə
aparanda, erməniləri “milli ərazilərin qaytarılması” düşündürüb,
“ərazilərin azad olunması” (qonşu dövlətlərin torpaqları nəzərdə
tutulur) problemi narahat edib. Ona görə də erməni şüurunda
“itirilmiş torpaqlar”ın qaytarılmasını istisna edən milli azadlığa yer
yoxdur. Ermənistan üçün silaha heç vaxt onun azadlığını əlindən
alan Rusiya /sovet/ imperiyasına qarşı vasitə kimi baxılmayıb.
Əslində Yerevan üçün Kremldə ağların, qırmızıların, yaxud da
366
demokratların oturmasının heç bir fərqi yoxdur. Hakimiyyətə
gəlib-gedənlərin
məzmun
və
xarakterindən,
siyasi
tipologiyasından, dəyişən rənglərdən asılı olmayaraq Moskva ilə
Yerevanın bir-birlərinə baxışı heç vaxt dəyişməyib. Bu məntiq onu
da deyir ki, Ermənistan üçün Rusiya imperiyasından qopmaq çox
zəif şəkildə milli azadlıq məsələsi kimi qavranılır. Yerevanda, 9
aprel Tbilisi, 20 yanvar Bakı, 21 yanvar Riqa hadisələrinin
analojisini düşünmək özü də sadəlövhlük olardı.
İdeoloji-siyasi və geosiyasi mülahizələr
Son zamanlar ermənilərin daha çox populyarlaşdırmaq
istədikləri “erməni genosidi” ideologiyası nə üçün düşünülüb,
nəyə xidmət edir?
1.
Dünyaya səpələnmiş ermənilərin vahid şəbəkəsini
yaratmaq, onları bir ideya ətrafında birləşdirmək.
2.
Türklərin timsalında düşmən obrazı yaratmaqla erməniləri
daim ayaqda saxlamaq.
3.
Antitürk ovqatından və maraqlardan istifadə etməklə böyük
dövlətləri Türkiyəyə qarşı fəaliyyətlərə təhrik etmək.
4.
Uydurma genosidin arxasında gizlənib gerçək genosid
həyata keçirmək (məsələn, Xocalı qətliamı)
5.
Türkiyəni təzyiq altında saxlamaqla, onu Qafqazlardan
uzaq salmaq və Azərbaycanı təkləmək.
6.
“Genosid” çətiri altında toplanan maliyyə vəsaitindən
ümumerməni diasporunun və ayrı - ayrı fərdlərin biznesini
qurmaq.
Ermənistan çox əhəmiyyətsiz geostrateji və siyasi mövqeyə
malik qapalı dövlətdir. Bunu nəzərə alan erməni strateqləri Dağlıq
Qarabağ məsələsinə ancaq Rusiya-Ermənistan münasibətləri
çərçivəsində baxmağı qeyri-məqbul variant hesab edərək, əsasında
iddialar, təcridolunma və xarici güclərin tormozlanması,
balanslaşdırılması prinsipləri dayanan doktrinaya üstünlük verirlər.
Bu
doktrinanın
əsas
istiqamətlərini
aşağıdakı
kimi
ümumiləşdirmək olar:
367
- Ermənistan öz zəif geosiyasi mövqeyini, mövqeyi güclü
olan qonşulara (açıq sulara birbaşa çıxışı olan Gürcüstana, zəngin
karbohidrogen ehtiyatını əsasən Gürcüstan ərazisindən dünya
bazarına çıxaran Azərbaycana) iddialar irəli sürməklə
kompensasiya edir, bu sahədə mövcud olan təbii boşluğu
doldurmağa çalışır;
- Ermənistan paralel şəkildə özünütəcrid və inteqrasiya
siyasəti yürüdür. Bu məntiqə görə inteqrasiya şərtləri erməni milli
maraqları baxımından müəyyənləşdirilir, qloballaşma prosesinin
hansısa parametri Yerevanın özünütəcrid kursuna uyğun
gəlmədikdə o qəbul olunmur. Məsələn, Dağlıq Qarabağ
məsələsənin həlli ilə Avroatlantik məkana inteqrasiya arasında
paralel aparılır. Yəni bu məsələ Ermənistanın xeyrinə həll
olunmursa Qərbə inteqrasiyaya da məqbul variant kimi baxılmır
(erməni şüurundakı “xarici təcavüz” stereotipi də inteqrasiya
məsələsinə ifrat qısqanclıq yaradıb).
- Ermənistan Rusiya və Türkiyənin, bütövlükdə Qərbin
Qafqazdakı maraqlarını balanslaşdırdığını düşünür və “iqtisadi,
siyasi ekspansiyaları” tormozlayır. Erməni analitiklərinin fikrincə,
Qafqazda yeganə dövlət Ermənistandır ki, bölgənin birmənalı
orientasiyasının ziyanlı olduğunu dəyərləndirir və ona qarşı çıxır.
Bu mülahizəyə görə Gürcüstan və Azərbaycanın Qərbə birmənalı
inteqrasiya kursunun bəlalar gətirəcəyindən ehtiyat edən
Ermənistan başqa dövlətlərin də Qafqaza cəlb olunmasına çalışır.
Məqsəd super güclərin bölgədə bir-birini tormozlamasına nail
olmaqdır. Erməni strateqləri Ermənistanın missiyasını məhz bu
tormozlama strategiyasında görürlər.
Erməni analitiklərinin mülahizlərinə görə Dağlıq Qarabağ
məsələsi Gürcüstanın da mənafeyi baxımından diqqəti cəlb edir.
Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi Gürcüstanın bölgədə
mövqeyini gücləndirir, onun neytral, həm də bəzi hallarda arbitr
siyasəti yürütməsinə imkanlar açır. Bu məntiqlə Gürcüstan bölgədə
368
güclənmək üçün Dağlıq Qarabağ məsələsində erməni milli
maraqlarına qarşı dayanmamalıdır.
Analoji baxış Ermənistan-İran münasibətlərində də aparıcı
xətt təşkil edir. İran bütövlükdə Qərbin inteqrasiya prosesinə qarşı
dayanacaq güc kimi deyil, Rusiya və Çinə təkan verəcək geosiyasi
oyunçu kimi, eyni zamanda Türkiyənin Qafqazda iqtisadi və
kulturoloji ekspansiyalarına sipər ola biləcək rəqib kimi nəzərdən
keçirilir.
Yekun mülahizələr
Ermənilərin
dəyişən
dünyanın şərtlərinə uyğunlaşa
biləcəkləri, qonşulara arası kəsilməyən iddialardan əl götürəcəkləri
şübhə doğurur. Bu dövlətin dünyadakı mövcud normalara əməl
etməsi üçün dünya birliyindən ciddi və real təzyiqlər gözləmək də
əbəsdir. Çünki Ermənistan Türkiyənin qonşuluğunda yerləşir və
ona hər zaman Türkiyəyə təzyiq vasitəsi kimi baxılır. Əslində
Ermənistanın “dəyəri” Türkiyənin qonşuluğunda yerləşməsinə
bağlıdır. Bunu ermənilər yaxşı başa düşür və “iddialarından” əl
götürmür. Türkiyə ilə mehriban qonşuluq Ermənistanın Qərb
dövlətlərinin nəzərində etibardan və qiymətdən düşməsi, eyni
zamanda diasporu saxlayan əsas bağın qırılması deməkdir.
Ermənistanın aqressiv planlarının və xəyallarının reallaşmasının
qarşısının alınması beynəlxalq hüququn, beynəlxalq təşkilatların
fəaliyyətlərindən deyil, Azərbaycan və Türkiyənin hər zaman
güclü olmasından asılıdir.
http://atxem.az/news/a-15168.html
Ədəbiyyat
1.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında
Siyasi Partiyalar və İçtimayi Hərəkətlər Dövlət Arxivi (ARPİİ
SPİHDA), fond 276, op. 8, iş 33, vərəq 5
2.
ARPİİ SPİHDA, fond 276, op. 8, iş 33, vərəq 2
369
3.
ARPİİ SPİHDA, fond 276, op. 8, iş 110, vərəq 11
4.
ARPİİ SPİHDA, fond 276, op. 8, iş 110, vərəq 6
5.
Sarkisyan M. Politiçeskie Problemı Kavkaza i Armeniya.
Politika Armenii v reqione. Yerevan, 1995
6.
Yenə orada
7.
İbrahimli H. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM,
2001, 96 s
8.
Sarkisyan M. Politiçeskie Problemı Kavkaza i Armeniya.
Politika Armenii v reqione. Yerevan, 1995
9.
Aslanlı Araz. Karabakh problem. Baku, 2009, p.,128
10.
Cafersoy Nazim. Elçibey dönemi Azerbaycan dış politikası
(Haziran-1992, Haziran-1993). Ankara: ASAM, 2001, 41 s.
Dostları ilə paylaş: |