BİRİNCİ BÖLÜM
AZƏRBAYCAN MÜHACİRƏTİNİN YARANMASI,
ONUN YENİ MƏRHƏLƏSİNİ DOĞURAN
ŞƏRAİT VƏ SƏBƏBLƏR
1.1. Azərbaycan mühacirətinin tarixi kökləri
1920-ci il 27 aprel işğalı ilə Azərbaycandan kənara mü-
hacir axınının yeni mərhələsi başlandı. Bu mərhələ səbəblərinə,
istiqamətlərinin çox şaxəliliyinə, coğrafiyasının genişliyinə, mü-
təşəkkilliyinə və bir sıra özəl xüsusiyyətlərinə görə əvvəlkilərdən
kəskinliklə fərqlənirdi. Bütün zamanlarda mövcud olan müha-
cirətin bu mərhələsinin fərqli cəhətlərini tarixi paralellər və
müqayisələr aparmadan müəyyənləşdirmək çətindir.
1804-13-cü illər birinci Rusiya-İran müharibəsinin yarat-
dığı mühacir axınları müxtəlif motivlərlə (səbəb isə eyni idi) bağlı
olduğundan, demək olar ki, toplumun əksər zümrələri əhatə edirdi.
Gülüstan sülhü ilə öz müstəqilliklərini itirmiş Şimali Azər-
baycan xanlıqlarındakı hakim şəcərənin nümayəndələri 1826-cı
ildə başlanan ikinci Rus-İran müharibəsi və yerli üsyanlar
sayəsində rus istilasına son qoymağa çalışırdı. M. B. Məm-
mədzadə yazır: “O zaman Azərbaycan xanlarının bəziləri Rusi-
yaya satılsa da, içərilərində Bakı xanı Hüseynqulu xan, Gəncə xanı
Ziyad xanın oğlu Uğurlu xan kimi xanlar yenidən məmləkətlərinə
qayıtmış, milləti ruslara qarşı üsyana qaldırmışlar” [145, s.171].
1809, 1826-cı illərdə, eyni zamanda Türkmənçay sülh
müqaviləsindən sonra 1837-ci ildə baş verən bu üsyanların təbii
ki, qurbanları, həbsləri, sürgünləri ilə yanaşı mühacirləri də
olmuşdu.
23
Rusların yaratdığı müstəmləkəçilik rejimi ciddi iqtisadi,
sosial məhrumiyyətlər doğurduğundan mühacirlərin çoxu həm də
iş axtarmaq üçün Şimaldan Cənuba, bir sıra hallarda isə Türkiyəyə
axışırdı. Belə siyasi və iqtisadi motivlərlə ölkəni tərk etməyə
məcbur olanlardan başqa, xristian metropoliyasının köləsi
olmaqla barışa bilməyən ziyalılar və din adamları da dini və şəxsi-
psixoloji motivlərlə mühacirətə gedirdi.
Azərbaycanı parçaladıqdan sonra ruslar, “üsyankar” və
sərhədyanı bölgələrdən yerli əhalini köçürərək, yadellilərin hesa-
bına etnodemoqrafik vəziyyəti dəyişməyə başladı. 1980-ci illərin
sonlarından başlayaraq fəaliyyət göstərən “Vətən” cəmiyyətinin
sədri Elçinin yazdığına görə: “XΙX əsrin birinci rübündə Rusiya-
İran müharibəsi zamanı Qarabağ xanlığından 2628 azərbaycanlı
ailə qaçqın düşmüş, 2217 ailə isə əsir alınmış və xaricə sürgün
edilmişdi.
Türkmənçay müqaviləsindən sonra 200 mindən çox erməni
İran və Türkiyədən gətirilib yerli əhalinin hesabına İrəvan,
Naxçıvan və Qarabağ xanlıqlarında yerləşdirilmişdi” [119,10.
11.1991].
Birinci və İkinci Rusiya-İran müharibələrinin doğurduğu
mühacir köçləri əsasən Cənubi Azərbaycana üz tutmuşdu. M. B.
Məmmədzadə İranda olarkən (1924-1927) şimallı mühacirlərin
üçüncü, dördüncü nəslinin nümayəndələri ilə görüşdüyünü
xatırlayır: “Onlar, 1813-cü il Gülüstan sülhündən sonra, Ərdəbil
ətrafında Talış müharibəsindən indiyə qədər mühacir hüququ ilə
yaşamaqdadırlar” [42, N-4,1926].
1853-56-çı illər Krım, 1877-1878-ci illər Rus-Türk müha-
ribələri də Azərbaycandan kənara mühacir axınının sürətlən-
məsinə az təsir etməmişdi. Ələlxüsus da Krım müharibəsindəki
məğlubiyyətdən sonra rusların Azərbaycandakı davranışının daha
da sərtləşməsi prosesə təkan verirdi.
Cənub Qafqaz Rusiyanın tərkibinə qatıldıqdan sonra Bor-
çalıdan da xarici ölkələrə mühacir axınları başladı və bu proses
Gürcüstan sovetləşənə, sərhədlər bağlanana qədər davam etdi.
24
1828-ci ilin yazında Borçalıdan Mehdi xanın başçılığı ilə 800
Qarapapaq ailəsi Təbriz vilayətinə pənah apardı və Azərbaycan
(Təbriz) valisi Abbas Mirzəyə ildə 12 min tümən vergi, 400 atlı
əsgər vermək şərtiylə Sulduz bölgəsində məskunlaşdılar.
Mühacir axınlarının bir istiqaməti də Türkiyə idi. Türkiyə
tədqiqatçısı Ə. B. Ərculasunun bildirdiyinə görə Güney Qaf-
qazdan Türkiyəyə gələnlər, əsasən Qars əyalətində məskunlaşırdı.
Onların indi Qarsda 92 kəndləri var. Bu kənd adlarının əksəriyyəti
Borçalıdakı kənd adlarının eynidir. M. F. Kırzıoglu mühacir
axınları barədə yazır: “Gürcüstandan 45 min türk Qars elinə gəlib
yerləşdi. Bunlar Ağbaba, Borçalı-Loru və Qarayazıdan gələn
Qarapapaqlar idi” [246 b].
Əsrin sonlarına yaxın yaranan nisbi stabilliyi 1905-07-ci
illərdə Bakıda da güclü əks-səda doğuran Birinci Rus inqilabı
pozdu. Bu inqilabın yatırılması ilə başlanan təqiblər, siyasi
fəaliyyətin maksimum məhdudlaşdırılması, bir sıra qəzetlərin
bağlanması Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd
Əmin Rəsulzadə kimi fikir adamlarını və başqalarını ölkəni tərk
etmək məcburiyyəti qarşısında qoydu.
Bir qayda olaraq inqilabçıların və millətçilərin təqib
edildiyi Stolıpin irticasından yayınıb mühacirətə üz tutduğunu Ə.
Ağaoğlu belə xatırlayırdı: “Şiddətli təqib edilənlər arasında idim.
Iş elə bir dərəcəyə çatmışdı ki, artıq daha özümün deyil, ailəmin
də sakitlik və salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə
Türkiyədə inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər iş başına
gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olu-
nan Vorontsov-Daşkov məni necə olursa-olsun, həbsə aldırıb sür-
gün etməyə qərar vermişdi. Bunu eşidən kimi mən də dərhal 1908-
ci ilin sonlarına doğru İstanbula qaçdım” [109, 13.04. 1991].
Ümumiyyətlə, 1908-ci ildə Türkiyədə baş verən “Gənc
türklər” inqilabı nəticəsində Sultan Əbdülhəmidin hakimiyyətinə
son qoyulması ilə Rusiyadakı irticadan yayınan türklər İstanbula
axışmağa başladılar. İ. Gaspıralı, Y. Akçura və b. tanınmış türk-
25
çülər məhz bu dövrdə mühacirət edənlərdir. Azərbaycan müha-
cirətinin başında isə M. Ə. Rəsulzadənin də göstərdiyi kimi
“Əhməd bəy Ağaoğlu və Əli bəy Huseynzadə kimi böyük
şəxsiyyətlər dururdu” [160,s.14].
Rusiyadan mühacirət edən türklərin İstanbulda qurduqları
ilk təşkilat, məramı dünyanın müxtəlif guşələrində yaşayan türklər
haqqında məlumat vermək, bütün türklərin istifadə edə biləcəyi
ortaq dil məsələsinin həlli istiqamətində axtarışlar aparmaq olan
“Türk Dərnəyi” idi. “Əli bəy Huseynzadə. Nəsib bəy Yusifbəyli,
Əhməd bəy Ağaoğlu, Yusif Akçura, İsmayıl bəy Qaspıralı, Fuad
bəy Köprülüzadə və b. onlarla ziyalının qurduğu bu cəmiyyət
türkçülük və türk millətinin yüksəlişi yolunda çox böyük
xidmətlər vermişdi” [195a, s.163].
Cəmiyyət aylıq “Türk Dərnəyi” məcmuəsini də dərc edirdi.
Türkçülüklə yanaşı Turançılıq məfkurəsinin də təşəkkü-
lündə əhəmiyyətli işlər görən “Türk dərnəyi”, qurucularının ölkə-
nin müxtəlif yerlərinə səpələnməsi ilə fəaliyyətini dayandırmalı
oldu.
1911-ci ildə Azərbaycan mühacirlərindən Ə. Ağaoğlu və
Ə. Huseynzadənin rəhbərliyi ilə yeni cəmiyyətin əsası qoyuldu.
Bu əsasən xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan və eyni adlı
məcmuə dərc edən “Türk Yurdu” idi.
“Türk Yurdu”nun Nizamnaməsinin 4-cü maddəsində
deyilirdi: “Türk çocuklarına məxsus bir pansion açacaq və
türklərin zəka, irfan (kültür) səviyyələrinin yüksəlməsinə, varidat
və təşəbbüs sahibi olmalarına hizmət etmək üzərə bir qəzetə
çıxaracaqdır” [229a, s.5].
1912-ci ildə isə Türkçülük və Turançılıq ideyalarının ən
böyük təbligatçısı sayılan, müxtəlif fasilələrlə bu günə qədər
fəaliyyətdə olan məşhur “Türk Ocağı” dərnəyi quruldu. Dərnəyin
Qurucular Heyətinə daxil olan dörd nəfərdən biri Əhməd bəy
Ağaoğlu idi (qalan üç nəfər: dərnəyin rəhbəri Məmməd Əmin
Yurdaqul, Əhməd Fərid və Fuad Sabit olmuşdu).
26
Türkiyə tədqiqatçısı İbrahim Qarayer “Türk Ocağı”nın gör-
düyü işlərin əhəmiyyəti barədə yazır: “Türk ocaqları (Türkiyənin
ayrı-ayrı bölgələrində dərnəyin şöbələri yarandıqdan sonra o Türk
ocaqları adlanmağa başladı. X.İ.) özəlliklə Türkçülük və
çağdaşlaşma fikirlərinin yayıçısı olaraq, milliyyətçilik fikirlərinin
mənimsənilməsinə önçüllük etmiş, həm də milli dövlətə keçiş
mücadiləsinin bayraqdarlığını yapmış, həm də bu gedişdən sonra
çağdaşlaşma və Batıya yönəliş çabarlarının ürünü (məhsul – X.İ.)
olan inqilabları dəstəkləmişdir” [229a. s.7].
“Türk Yurdu”nun dərc etdiyi eyni adlı orqan 1912-ci ildən
sonra “Türk Ocağı”nın orqanı oldu. Bu günə qədər fəaliyyətdə
olan (M. Ə. Rəsulzadənin “İran Türkləri” əsəri ilk dəfə 1912-ci
ildə bu məcmuədə nəşr olunub) və Türkiyədən kənarda yaşayan
xalqların həyatına aid yazılar dərc etməyi, dövlətin daxili siya-
sətinə qarışmadan türkçülük şüurunu gücləndirməyi öz qarşısına
əsas məqsəd qoyan bu məcmuə, “türk gəncliyi tərəfindən həmişə
sevilmiş, çox uzun, həm də şərəfli bir nəşr həyatı yaşamışdı”
[195b. s.194].
“Türk Ocaqları”nın rəsmi fəaliyyətinin 1931-ci ildə
dayandırılmasına baxmayaraq Atatürk onun fəaliyyətini həmişə
yüksək qiymətləndirmişdi. Konya, Adana, Uşak, Afyonqarahisar
və b. bölgələrdəki “Türk Ocaqları” şöbələrini ziyarət edən Mus-
tafa Kamal Paşanın gəldiyi qənaət bu idi: “Son səyahətim əsna-
sında ziyarət etdiyim ocaqlarda məni çox məmnun edən bir fəaliy-
yətə, bir canlılığa təsadüf etdim. Indi burada gördüyüm kimi
millətin bir çox münəvvərləri “Türk Ocaqları”nda toplaşmışlar”
[345, s.11].
Türk dünyasının möhtac olduğu Türkçülük, Turancılıq,
millətçilik məfkurəsini yayan belə cəmiyyətlərin qurulması müha-
cirlərimizi ölkə miqyasında və onun hüdudlarından kənarda
məşhurlaşdırır, eyni zamanda Türkiyə ictimaiyyətində Azərbay-
canla bağlı təəssüratları dolğunlaşdırırdı. Təsadüfi deyil ki, 1912-
ci ildə Ə. Ağayev eyni vaxtda həm Türkiyədə o dövrün hakim
27
partiyası “İttihad və tərəqqi”nin MK-na, həm də Afyonqara-
hisardan Osmanlı Məclisinə üzv seçilmişdi.
M. Ə. Rəsulzadə də 1908-ci ildə təqiblərdən yayınaraq
İranın Rəşt şəhərinə getmiş və orada mücahidlərə qoşularaq
Tehrana keçmişdi. İranda başlayan Məşrutə hərəkatının fəal işti-
rakçısı olan M. Ə. Rəsulzadə az vaxt ərzində istedadı ilə diqqəti
cəlb etdiyindən, ona yeni yaradılan Demokrat Partiyasının məram-
naməsini hazırlamaq və partiyanın orqanı “İran-e-Nou” qəzetinə
baş redaktorluq etmək təklif olundu. İranın əsrin əvvəllərindəki
görkəmli siyasi xadimlərindən olan Seyid Həsən Tağızadə M. Ə.
Rəsulzadənin ilk mühacirlik fəaliyyəti barədə yazırdı: “İran
inqilabının başlanğıcında Bakıdakı iranlı azadixahlarla əlaqə
saxladı və İranın kiçik istibdadı dövründə (1908) Rəştə səfər etdi,
Tehran Fəth olunandan sonra həmin ilin ortalarında Tehrana gəldi
və tezliklə onun fövqəladə yazıçılıq istedadı özünü göstərdi və
məşhur “İran-e-Nou” qəzetinin baş redaktoru oldu ki, bu qəzet
məşrutənin ikinci dövrünün və ikinci məçlisinin ən məşhur
qəzetlərindən birinə çevrildi. Avropa qəzetçiliyini İranda yaratdı”
[176, 14-20.05. 1991]. S. H. Tağızadə daha sonra yazır ki, M. Ə.
Rəsulzadə Demokrat Partiyasının liderlərindən biri idi. Və partiya
Rusiya təcavüzünə qarşı kəskin mövqe tutduğuna görə rus səfirliyi
M. Ə. Rəsulzadəni geri almaq tələbi ilə İrana müraciət etmişdi.
Buna görə də İranın o vaxtkı Baş naziri Məhəmməd Vəlixan
Sepəhsalar ona İranı tərk etmək əmri verdi.
İranı tərk etdikdən sonra M. Ə. Rəsulzadə İstanbula gələ-
rək, burada köhnə mübarizə və partiya dostu S. H. Tağızadə ilə
görüşdü. Türkiyə mühacirəti dövründə farsca dərs verməklə
yanaşı M. Ə. Rəsulzadə mətbuatda maraqlı məqalələrlə çıxış
etmişdi.
Lakin o Türkiyədə çox qalmadı. Çar hökumətinin Roma-
novlar sülaləsinin 300 illiyi münasibətilə 1913-cü ildə siyasi
mühacirlər üçün elan etdiyi əhv-ümumidən sonra Bakıya qayıtdı
28
[157, N-3 (7), 1995]. Müsavat partiyasının Türkiyədə ikən qurul-
duğu xəbərini eşidən M. Ə. Rəsulzadə Bakıya qayıtdıqdan sonra
onun rəhbərliyinə gətirildi.
Mühacirətdə azərbaycanlılar təkcə Rusiya türkləri ilə deyil,
Qafqaz millətləri ilə də iş birliyi qurmuşdu. 1915-ci ildə Şimali
Qafqaz, Azərbaycan, Gürcüstan mühacirləri Türkiyədə, “Qafqaz
Komitəsi” adlı bir təşkilat yaratdılar. 1915-ci ilin dekabrında
“Qafqaz Komitəsi”nin İsa Paşa, Əziz Məkər və Fuad Paşa (Şimali
Qafqaz), Səlim bəy Behbudov (Azərbaycan), knyaz Maçabeli və
Kamil bəy Toqiridzedən (Gürcüstan) ibarət bir heyəti Avropa
dövlətlərinə memorandum təqdim etmək üçün Berlin və Vyanaya
getmişdi. Bu sənəddə mərkəzi dövlətlərdən “Qafqazın xilas
edilməsi və dörd dövlətdən (ermənilər də unudulmamışdı – X. İ.)
ibarət bir konfederasiya halında qurulması üçün “Qafqaz
Komitəsi”nə kömək göstərilməsi xahiş olunurdu” [145, s.172-
173].
Sədri Şimali Qafqaz mühaciri Marşal Fuad Paşa olan
“Qafqaz Komitəsi” Qafqazın istiqlaliyyətinə çalışır və Rusiyadan
ayrıldıqdan sonra onun konfederativ bir siyasi qurum kimi
formalaşacağının nəzəri əsaslarını hazırlayırdı. Avropada ictimai
rəy formalaşdırmaq üçün komitə üzvləri bu istiqamətdə güclü
təbliğat aparırdı: əsərlər, müxtəlif mətbuat orqanlarında məqalələr
dərc edilir, dövlətlərə rəsmi müraciətnamələr imzalanır,
mühazirələr oxunurdu.
Rəsmən komitənin üzvü olmayan Ə. Ağaoğlu və Ə.
Huseynzadə də Ι Dünya müharibəsi ərəfəsində neytral İsveçrədə
məskunlaşaraq Qafqazın rus pəncəsindən xilas olması məsələsi ilə
bağlı “Avropa dövlətlərinə muhtıralar (dipnot – X. İ.) verib
Qafqaz türklərinin həqiqi vəziyyətini təsvirə çalışırdılar” [39, N-
28, 1937].
Komitənin Qafqazla gizli əlaqəsi var idi. Alman tədqi-
qatçısı prof. Dr. C. Yeşke yazır ki, azərbaycanlı Səlim Behbud bəy
(Behbudov) Bakı və Qarabağ milli təşkilatları ilə gizli münasibət
təsisinə müvəffəq olur və müəyyən siyasi vəzifələr üçün sualtı
29
gəmisiylə gizlicə Qafqaz sahillərinə gedərək oradan da
Azərbaycana keçirdi. “Qafqaz Komitəsi”nin fəaliyyəti dövründə
idi ki, Türkiyə ordusuna bilxassə Azərbaycandan gizli olaraq
könüllülər axmağa başladı” [39, N-28,1937].
“Qafqaz Komitəsi”nin Türkiyə, Almaniya, Avstriya-Maca-
rıstan və İsveçrədə fəaliyyət göstərdiyi dövrdə İstanbulda Y.
Akçura tərəfindən “Rusiya məhkumu müsəlman Türk-Tatarların
haqqını Müdafiə Komitəsi” adlı böyük bir siyasi təşkilat yaradıldı.
Ə. Huseynzadənin də fəal üzvü olduğu bu təşkilata çox vaxt
“Akçura-Huseynzadə” komitəsi deyirdilər.
1915-ci ildə komitənin “Pester Lloyd” qəzetində dərc
etdirdiyi muhtıra Rusiya türkləri üçün istiqlaliyyət məsələsini
gündəliyə gətirən ilk sənədlərdən sayıla bilər. Avropa ictimai
fikrini cəlb edən bu sənəddə deyilirdi: “Rusiya öz təbəsi olan türk
və digər müsəlman xalqlarının ən təbii, məşru və müqəddəs haq-
larını cəbrən əllərindən almışdır, onlara öz irqdaşları ilə hər türlü
təmas yasaq edilmişdir.
...Rusiyadakı müsəlmanlar ən müqəddəs dini vəzifələrini
belə icradan məhrum buraxılarlar, hər türlü hırsı və milli tərbiyə
imkanı onların əllərindən alınmışdır...
Əllərimizi göylərə qaldıraraq istirham edirik (yalvarırıq –
X. İ.): bizi rus zəncirindən xilas ediniz” [170, s.66].
Bu iki komitənin üzvləri bir-birləriylə sıx əlaqə saxlayır,
müəyyən hallarda isə birgə çıxış edirdilər.
1916-cı il 27-də Lozannada Millətlər Cəmiyyətinin ΙΙΙ
Millətlər Konqresi öz işinə başladı. MC rəisi Paul Otlet Rusiya
xalqlarının vəziyyəti ilə bağlı sərt çıxış edərək göstərdi ki, “Rusi-
yada beş müxtəlif millət muxtariyyət tələb edir: Lehistan (Polşa),
Litva, Latviya, Finlandiya və Ukrayna. Rusiya ilə bağladığı ittifaq
Fransanı sükuta məcbur etdiyinə rəğmən, Fransa ən yüksək
ideallarımızın simvolu olaraq qalmaqdadır... Lakin bir həqiqəti
açıqca söyləməliyiz: Rusiya millətlər məhbəsidir! La Russie est lu
prison des Nationalites” [39, N-28, 1937].
30
P. Otlet fikrini əsaslandırmaq üçün Rusiya Dövlət Du-
masının 2-15 avqust 1915-ci il tarixli yığıncağında Azərbay-
candan olan Duma üzvü Məmməd Yusif Cəfərovun (ADR-də N.
Yusifbəylinin təşkil etdiyi hökumətdə Xarici İşlər naziri olmuşdu)
çıxışına istinad edirdi.
Məlum çıxışında M. Y. Cəfərov Qafqazda rus məmurları
tərəfindən türklərin təqib və terrora məruz qaldığına, onların
kütləvi şəkildə Sibirə sürüldüklərinə, Qars və Ərdəhan sərhəddi
boyu məskunlaşan türklərin isə qılıncdan keçirildiyinə kəskin
etiraz edərək, rusların milli siyasətini pisləmişdi.
Ι Dünya müharibəsində Rusiya türkləri Türkiyənin qalib
gələcəyini səbirsizliklə gözləyir, imkan daxilində ona yardım
etməkdən çəkinmirdi. Elə buna görə də ruslar daxildə sərt rejim
yaratmışdı: Türkiyə sərhəddi boyu yaşayan türklər kütləvi şəkildə
qırılır, sürgün edilir, Orta Asiyada baş qaldıran üsyançılara
amansızcasına divan tutulur, ölkə daxilində şübhəli gözə dəyənlər
dərhal həbsxanalara atılırdı.
Belə bir vaxtda “Qafqaz Komitəsi” və “Akçura-Huseyn-
zadə” komitəsi nümayəndələri mühüm fürsətdən faydalanaraq
Lozanna konfransında Rusiya məhkumu millətlərin istiqlaliyyəti
məsələsi ilə bağlı uğurlu çıxışlar etdilər: “Bu çıxışlar Rusiya
məhkumu türklərin beynəlmiləl ölçüdə və həm də geniş bir
Avropa mühafili önündə ilk qüvvətli istiqlal həmlələri idi” [39, N-
28, 1937].
Qısa tarixi xülasədən sonra, XΙX əsrin əvvəllərində Azər-
baycanın parçalanması və Şimalın Rusiya tərəfindən istilası ilə
başlanan mühacirətin yaranma səbəblərinə mahiyyət və xarak-
terinə görə bir-birindən kəskinliklə fərqlənən üç mərhələsi aydın
görünür:
Birinci mərhələdə Gülüstan sülhünün şərtləri ilə barış-
mayan xanlar Şimalı yadellilərdən təmizləməyə və Azərbaycanın
bütövlüyünün bərpasına çalışırdı (vahid Azərbaycan ideyasının
meydana gəlmə tarixi və təkamülü baxımından da bu problem
maraq doğurur).
31
İkinci mərhələdə Azərbaycan mühacirləri türkçülük, mil-
lətçilik ideyalarının yaranması və təşəkkülündə mühüm rol oyna-
mış, Rusiya məhkumu xalqların milli müstəqilliyi, Qafqaz
Konfederasiyası məsələlərinin ideoloji-siyasi nəzəri əsaslarını
hazırlayaraq onu ilk dəfə beynəlxalq ictimaiyyətin nəzərinə çat-
dıra bilmişdi.
Bu mərhələnin yekunu kimi Azərbaycanın müstəqilliyi
ideyası 1918-ci ildə gerçəkləşdi.
Üçüncü mərhələdə isə mühacirlərimiz 1920-ci il 27 aprel
bolşevik istilası ilə devrilmiş milli müstəqilliyin bərpası uğrunda
fasiləsiz olaraq Sovetlər Birliyi çökənə qədər mübarizə apardı.
32
1.2. Mühacirətin yeni mərhələsi
1920-ci il 27 aprel işğalı ilə on minlərlə adam müxtəlif
illərdə, müxtəlif motivlərlə Azərbaycanı tərk edərək qürbətə üz
tutdu. Əslində bu, 1917-ci il oktyabr inqilabından sonra başlanan
böyük “ağ mühacirət”in, 1919-1921-ci illərdə milli respub-
likaların qırmızı ordu tərəfindən işğal olunması ilə yaranan
nisbətən kiçik ikinci dalğası idi. Polşa tarixçisi S. Mikuliçin
yazdığı kimi, “Vətəndaş müharibəsi xaricə təkcə ağ rusları deyil,
ağ gürcü, ukraynalı, azərbaycanlı, türkmən və b. xalqların
nümayəndələrini də çıxarmışdı” [410, s.157].
1917-21-ci illərdə əski Rusiya imperiyası ərazisindən
xaricə qaçanların sayı barədə bir-birindən kəskin fərqlənən
rəqəmlər göstərilir. “Dünyada mühacirətlərin rolu” (Cenevrə,
1958) kitabında polyak A. Adam vətəndən ayrı düşənlərin sayının
2 milyon, alman fon Rimşe 2 milyon 953 min olduğunu yazır, V.
Aqdank Kosovski isə bu rəqəmin 8-10 milyon olduğunu iddia edir
[17, 10.01.1191].
Ağ ordunun hər bir yeni məğlubiyyəti ilə Kolçakın, De-
nikinin, Vranqelin, Petlyuranın əsgərləri mülki qaçqınlara qoşu-
lur, milli dövlətlər bir-bir devrildikcə mühacirlərin sayı daha da
artaraq qonşu dövlətləri, ələlxüsus da Qərbi ciddi narahat edirdi.
L. K. Şkarinkovun yazdığına görə təkcə 1920-ci il noyabrın
5 günü ərzində Krımdan İstanbula 150 min mühacir gəlmişdi ki,
bunlardan 70 mini Vranqelin məğlub edilmiş əsgərləri idi.
1922-ci ildə Almaniyada 600 min, Fransada 400 mindən
artıq, Polşada 200 min, Çində 100 min, Skandinaviya, Pribaltika
ölkələrində 100 min mühacir məskunlaşmışdı [410,s.190]. Ən az
mühacir qəbul edən İngiltərə idi.
33
Sovet hökuməti 1921-ci ilin oktyabr ayında bütün
mühacirləri vətəndaşlıqdan məhrum etdi və beləliklə, milyonlarla
adam qanuni mövcudluq hüququnu itirmiş oldu. Ciddi fakt
qarşısında qalan dünya birliyi yaranmış növbəti çətinlikdən çıxış
yolları arayarkən “Beynəlxalq Qırmızı Xaç Komitəsi Millətlər
Liqası Şurasına rus qaçqınları üzrə komissar təyin etməyi
məsləhət gördü. Bu ağıllı təklifi nəzərə alan Şura məşhur qütb
tədqiqatçısı Fritof Nanseni qaçqınlar üzrə komissar təyin etdi”
(410, s.99).
F. Nansen də öz növbəsində apatridlərə (vətəndaşlığını
itirib yenisini əldə etməyənlər) sadəcə olaraq şəxsiyyəti təsdiq
edən vəsiqə verməklə, son dərəcə çətin bir məsələnin hüquqi həlli
yolunu tapdı. 1922-ci il iyulun 3-də Cenevrədə keçirilən
konfransda onun təklifi ilə sonralar bütün dünyada “Nansen
Pasportu” adı altında tanınan şəxsi vəsiqənin layihəsi qəbul edildi.
Qanuni status əldə etmiş qaçqınlar bundan sonra Millətlər
Cəmiyyətinin köməyini tələb edə bilərdilər. Lakin M. B. Məm-
mədzadə göstərirdi ki, bu hüquq milli mühacirlərə, ələlxüsus
müsəlman ölkələrindən xaricə üz tutanlara tətbiq edilmirdi. İran-
dakı Azərbaycan mühacirləri isə aclıqdan, yolxucu xəstəliklərdən
dəstə-dəstə qırılırdı.
XX əsrdə ən böyük mühacir axını yaradan hadisələrdən biri
də ΙΙ Dünya müharibəsi oldu. Hitlerin göstərişi ilə 1941-ci ildə
yaradılan Şərq Nazirliyinin rəhbəri Rozenberqin məlumatına görə
hələ 1941-ci ildə əsir düşənlərin sayı 3 milyonu keçmişdi.
Mühacir Məsələlərini Araşdırma Birliyinin (AWR) 1967-
ci ildə İstanbul konfransında yaydığı məlumatda ΙΙ Dünya
müharibəsindən sonra dünya üzrə 50 milyon adamın öz vətən-
lərindən didərgin düşdüyü göstərilirdi ki, bunun 15 milyonu avro-
palı idi. Avropada ən çox didərgin qəbul edən Qərbi Almaniya (13
milyon), Asiyada isə Pakistan (12 milyon) idi. Bunlardan əlavə
Avstriya 650 min, İtaliya 750 min, Finlandiya 450 min, Türkiyə
348 min, Hollandiya 300 min, Fransa 170 min qaçqın qəbul
etmişdi [32, N-184-186, 1967].
34
ΙΙ Dünya müharibəsində könüllü almanların tərəfinə keçən
mayor Ə. F. Düdənginski müharibədə əsir düşən azərbaycanlıların
sayının 150 minə çatdığını göstərir [169,15-30.05.1992; 12-
30.06.1992]. Bu hərbçilərdən müharibə qurtardıqdan sonra vətənə
dönməyənlərin sayı barədə də müxtəlif mülahizələr mövcüddur.
“Xəlil” imzasıyla “Azərbaycan” (Ankara) dərgisində məqalə dərc
etdirən mühacirlərimizdən bir nəfəri 1920-ci ildən keçən 50 il
ərzində Türkiyədə 50 mindən artıq Azərbaycan mühacirinin
məskunlaşdığını göstərir [32, N-208, 1973]. Sabiq DTK əməkdaşı
Ə. Hüseynbəyli isə “Mühacirlər” əsərində müharibədən sonra 30
min azərbaycanlının vətənə qayıtmaqdan imtina edərək müxtəlif
xarici ölkələrdə qaldığını bildirir [380, s.45].
Lakin, təəssüflər olsun ki, mənbəşünaslıqda Azərbaycan
mühacirlərinin ümumi sayı barədə dəqiq məlumata təsadüf et-
mirik. Buna baxmayaraq bir sıra faktların və söylənilən müla-
hizələrin yekunu kimi belə qənaətə gəlmək olar ki, 1920-ci ildən
sonra ΙΙ Dünya müharibəsi başlayana qədər ölkəni zaman-zaman
tərk edənlərin sayı orta hesabla 50 mindən az deyildi.
Beləliklə, 1920-ci il 27 aprel istilası ilə başlanan müha-
cirətin yeni mərhələsi öz coğrafiyasının genişliyinə, istiqamət-
lərinin çoxşaxəliliyinə, kəmiyyətinə görə özündən əvvəlkilərdən
çox böyük və daha kütləvi idi.
Dostları ilə paylaş: |