3. 2. Visbaden və Münxen konfransları
İkinci Dünya müharibəsi bitdikdən sonra vətənə dönmək-
dən imtina edən əsirlər dünyanın müxtəlif ölkələrində, əsasən də
Avropa dövlətlərində və ABŞ-da məskunlaşdılar. Az bir müd-
dətdən sonra “yurdlarından olmuş” (Dusplaced persons-D.R.) bu
əsirlərin bir qismi siyasi fəaliyyətə başlayaraq həm əski mühacirət
təşkilatlarında, həm də yeni yaradılan siyasi qruplarda birləşdilər.
Yeni
yaranan
bəzi
təşkilatlarda
əski mühacirətin öz
cəbhədaşlarından incik düşən bir sıra nümayəndələri də görün-
məyə başladı. Bir tərəfdən yeni təşkilatların meydana gəlməsi,
digər tərəfdən əski mühacirət düşərgəsində baş verən yerdəyiş-
mələr mühacirət həyatında yeni mərhələnin başlanmasını xəbər
verirdi.
Bir-birlərini daha çətin başa düşən qruplar arasında çəkiş-
mələr get-gedə kəskinləşirdi. Bu xoşagəlməz prosesdə şəxsi
motivlərdən tutmuş, arxa planda maliyyə və siyasi dəstəkçilərin
(ABŞ, Böyük Britaniyanın) niyyətlərinə qədər hər şey öz işini
görürdü. Elə bu səbəbdəndir ki, 1948-50-ci illərdə bir neçə rus
mühacir təşkilatları ilə yanaşı, iki gürcü, iki erməni, iki azər-
baycanlı, iki türküstanlı, iki tatar, üç Quzey Qafqaz və bir neçə
belorus, Ukrayna mühacir təşkilatları ayrı-ayrı cəbhələrdə
qruplaşmışdı.
İngilislərin maliyyə yardımı ilə Qəyyum xanın rəhbərlik
etdiyi “Milli Türküstan Birlik Komitəsi” yenidən təşəkkül etdi.
Puldan korluq çəkməyən bu təşkilat 80-ci illərə qədər özünün
orqanı “Milli Türküstan” dərgisini nəşr edə bilmişdi. Paralel
vaxtda Qəyyum xan təşkilatına müxalif Hafiz Kanatbayın rəh-
bərlik etdiyi “Türküstan Milli Qurtuluş Komitəsi” də yaranmışdı
(“Türküli”).
174
Quzey Qafqaz mühacirləri də parçalanmışdı. Əli xan Qan-
dəmir, prof. Əhməd Nəbi Maqoma ilə birlikdə “Quzey Qafqaz
Milli Komitəsi”ni yaradaraq, Münhendə “Birləşmiş Qafqasya”
(rus, türk, ingilis dillərində) jurnalını yayınlayırdı. Əli xan
Qəndəmir həm də “Prometey” tərəfdarı B. Baytuqan və B. Bilatti
ilə təkrar canlanmış olan “Qafqaz” dərgisinin yazı işlərini idarə
edirdi. Quzey Qafqaziyalıların yeni mühacirlər qrupuna isə sabiq
“Qazavat”ın yazı işləri müdiri Əbdurrəhman Avtorxanov başçılıq
edirdi. Onun nəzarəti ilə “Svobodniy Kavkaz” jurnalı da nəşr olu-
nurdu. (Ə. Avtorxanov “Almaniya İslam Cəmiyyəti” adlı bir
təşkilat da yaradıb, buraya xeyli mühacir müsəlman cəlb edə
bilmişdi).
Erməni, gürcü, tatar mühacirləri də bir neçə yerə bölünərək
öz aralarında çarpışırdılar. M. Ə. Rəsulzadənin ətrafında birləşən
əski
Azərbaycan
mühacirlərinə
müharibənin
gedişində
“Azərbaycan Milli Birlik Məclisi” adı altında yaradılan yeni
təşkilat müxalif mövqedə dayanırdı. Əbdurrəhman Fətəlibəyli-
Düdənginski bu təşkilatın rəhbəri, Azərbaycan parlamentinin
1919-cu ildə Parisə göndərdiyi diplomatik heyətin nümayəndələri,
kifayət qədər mühacirət təcrübəsinə və nüfuza malik olan Ceyhun
Hacıbəyli, Əkbərağa Şeyxülislam isə onun başqanlıq heyətinin
üzvləri idi.
Mühacirət düşərgəsində belə qruplaşmalar və münaqişə-
lərin olduğu bir şəraitdə “vahid antibolşevik cəbhəsi” yaratmaq
məqsədilə xüsusi bir “Amerikan Komitəsi” meydana gəlir. Baş-
çıları əvvəlcə “Xəyal məmləkətinə səyahət” kitabının müəllifi C.
Layons, sonra isə A. Kerk olan bu komitə qarşısında dayanan
vəzifənin həlli üçün əsasən, əski Rusiya Müvəqqəti Hökumətinin
başçısı A. Kerenskiyə istinad edirdi. A. Kerenski isə öz növbə-
sində Qərbdə “milli məsələ üzrə ən etibarlı mütəxəssis” kimi
tanınmasından faydalanaraq, “Antibolşevik cəbhənin” yaranma-
sında “Vahid, bölünməz Rusiya” prinsipindən çıxış edir və qeyri-
rus mühacir təşkilatlarla iş birliyinin bu şərt daxilində reallaş-
masına çalışırdı. “Amerikan Komitəsi” bir tərəfdən Rusiyanın
175
parçalanmasının ciddi fəsadlar törədib, içərisində olan xalqlara da
bəlalar gətirəcəyi mülahizələrinə söykənərək A. Kerenski
prinsipini müdafiə edir, digər tərəfdən isə “antibolşevik cəbhəyə”
qeyri-rusların da cəlb olunmasının zəruriliyini başa düşüb, ona can
atırdı.
Nəhayət, uzun müzakirələrdən sonra “Amerikan Komi-
təsi”nin yardımı ilə 1951-ci il yanvarın 16-da başda A. Kerenski
və prof. S. Melqunovun rəhbərlik etdiyi partiyalar, digər rus par-
tiyalarının da qatıldığı Füssen Konqresinə toplaşa bildilər. Bu
konqresdə rus partiyaları bolşevik rejiminin çökməsindən sonra,
Rusiya bütövlüyünün qorunması şərtilə qeyri-rus mühacir təşki-
latları ilə işbirliyinin mümkünlüyü qənaətinə gəldilər. Millətlərin
öz müqəddəratını təyin etməsi məsələsi isə sonra qurulacaq
Rusiya Qurucular Məclisinin öhdəsinə buraxılırdı.
Çox keçmədən rus mühacirləri Ştutqart şəhərində 1951-ci
il 10 avqustda ikinci konqresə toplaşdılar. Müzakirələr nəticəsində
aydın oldu ki, imperiyapərəst rus mühacir dairələri millətlərin
hüququ məsələsində yenə əvvəlki mövqelərindən əl çəkməyib:
“Konqresdə iştirak edən rus siyasi partiyaları Rusiya millət-
lərindən hər birisinin təyini müqəddərat haqqını tanıyır... Rusiya
torpaqlarının Balkanlaşması istisnasız olaraq bütün Rusiya
millətlərinin mənafeyinə uyğun deyildir. Yeganə doğru yol
Rusiyanın parçalanması olmayıb, Federasiya və Milli Mədəni
Muxtariyyat əsasında Rusiya millətləri ailəsinin mühafizəsidir”
[365, N-4, 1952].
Qeyri-rus mühacir təşkilatların etirazlarına səbəb olacaq
belə mülahizələr sonrakı mərhələlərdə ciddi-cəhdə müdafiə olun-
maqda idi. Ştutqart konqresinin yekunu kimi “Rusiya Millətlərinin
Qurtuluş Şurası” (RMQŞ) yaradıldı. Bu təşkilatı maliy-
yələşdirdiyinə və onun yaranmasına səy göstərdiyinə görə “Ame-
rikan Komitəsi”, əsasən əski müxalifətin ciddi hücumlarına məruz
qaldı. Ayrı-ayrı milli mühacir təşkilatları Komitəni “rusofillikdə”
ittiham edirdi. Belə olan tərzdə “Amerikan Komitəsi” rus
partiyalarına növbəti mərhələdə qeyri-rus mühacir təşkilatların da
176
“antibolşevik cəbhəsi”nə qoşulması prosesini sürətləndirməyi,
onlarla dil tapmağı tövsiyə etdi.
Beləliklə, “Vahid antibolşevik cəbhəsi”ni genişləndirmək
və möhkəmləndirmək yolunda yeni bir addım atılır. RMQŞ-nin
yaratdığı Büronun təşəbbüsü ilə beş rus, beş qeyri-rus mühacir
təşkilatının iştirak etdiyi Visbaden konfransı öz işinə başlayır.
“Amerikan Komitəsi”nin nümayəndələri tərəfindən açılan
ilk iclas noyabrın 2-nə (1951) təsadüf edir. Elə bu iclasda Komitə
nümayəndəsi təbrik çıxışını başa vurduqdan sonra, A. Kerenski
söz alaraq qeyri-rus mühacirlərin, beş rus partiyası tərəfindən
Ştutqart konqresində təsdiqlənən məlum proqramı qəbul etmək
üçün dəvət olunduqlarını bildirdi. A. Kerenski, F. Melqunov və b.
milli özünütəyinin deklarativ mahiyyət kəsb etdiyini, mövcud
problemin həllinin ancaq əski Rusiya İmperiyası çərçivəsində
mümkünlüyünü gizlətmirdilər. Açıq-aydın hiss olunurdu ki, bu
şovinist dairə SSRİ ərazisində köhnə Rus imperiyasının bərpasını
əsas tutaraq elə bu məqsədlə də özlərinə sərf edən qeyri-rus
mühacir təşkilatlar axtarırlar. “Amerikan Komitəsi”nə də “Bizə
pul verin, özümüzə lazım olan təşkilatları taparıq” [365, N-4,
1952] demələri aydın mənzərə yaradır.
Konfransın gedişində tərəflərin (ruslar və qeyri-ruslar) bir-
birlərinə qeyri-səmimi münasibətdə olduqları, onların “konspi-
rativ” iş metoduna üstünlük vermələri aşkar oldu. Daban-dabana
zidd mövqelər öz növbəsində gizli qruplaşmalara rəvac verirdi.
Belə ki, rus mühacirləri Ştutqartda qəbul edilən proqram sənədinin
əsasında, qeyri-ruslar isə milli bərabərlik, paritet əsaslar və BMT,
Atlantik Xartiyası prinsiplərinə dayanaraq birliyin mümkün-
lüyünü iddia etməkdə idilər. Mövcud ziddiyyətlərə baxmayaraq
Visbadendə müştərək deklarasiya imzalandı.
Visbaden konfransı öz işinə noyabrın 8-də yekun vurdu.
Imzalanan deklarasiya isə 11 noyabr 1951-ci ildə rus mühacir-
lərinin orqanı “Qolos naroda” və "Posev” qəzetlərində dərc edildi.
177
Deklarasiya qəzet səhifələrinə çıxdıqdan dərhal sonra
mühacir təşkilatları arasında “mətbuat müharibəsi” başlandı. Vis-
baden deklarasiyasına imza atdıqlarına görə C. Hacıbəyli, Ə. A.
Şeyxülislam və İ. Əkbər Azərbaycan mühacirlərinin kəskin
hiddətinə məruz qalmışdı. Ankarada, İstanbulda, Münxendə və b.
şəhərlərdə fəaliyyətdə olan Azərbaycan mühacirət təşkilatları
yığıncaqlar çağıraraq, kollektiv imzalarla deklarasiyadakı şərtlərin
qəbulunun qeyri-mümkünlüyünü və “Azərbaycan Milli Birlik
Məclisinin” Azərbaycan davasına xəyanət etdiyini bildirirdi.
“Dövlət adamları” adından M. Ə. Rəsulzadə, M. Ə. Rə-
suloğlu, M. Sadiq Aran (parlament üzvləri) tərəfindən aşağıdakı
məzmunda məktub imzalandı: “7 noyabr 1951-ci il tarixində Batı
Almaniyanın Visbaden şəhərində yapılan bir toplantı tərəfindən
yayımlanan bəyannamədə beş Velikorus partisinin nümayəndələri
ilə birlikdə rus olmayan millətlər adına hərəkət edən bir takım
hüviyətləri məchul (kimlikləri bəlli olmayan-X. İ.) adamlar
sırasında Azərbaycan namına C. Hacıbəyli və Ə. Şeyxülislamovun
adları daha böyük bir heyrətlə görülmüşdür. Bunların
“Azərbaycan Milli Birlik Məclisi” deyilən bir təşkilat namına
imza atmaları isə bu heyrəti bir az da artırmaqdadır. Çünki C.
Hacıbəyli və Ə. Şeyxülislamov bir fərd olaraq bizcə bəlli isə də,
“Azərbaycan Milli Birlik Məclisi” deyilən bir təşkilatdan qətiyyən
xəbərimiz yoxdur. Mövcud olmayan bir təşkilat namına söz
söyləmək ümumi əfraki göz görə-görə aldatmaqdır”.
Müsavat Partiyası öz təbliğatında “Azərbaycan Milli Birlik
Məclisini” tanımadığını və beynəlmiləl bir mahiyyətdə bulunan
Azərbaycan davasını azərbaycanlı heç bir zümrənin Sovetlər
Birliyinin və yaxud da Rusiyanın daxili məsələsi şəklində
müzakirə etməyə haqlı olmadığını bildirirdi.
Tanınmış siyasi mühacirlərdən M. B. Məmmədzadə, Nağı
Keykurun (Şeyxzamanlı), Əhməd Cəfəroğlu, Süleyman Təkinər,
Əflan Muğan, Səlim Ağasıbəyli, Fuad Əmircan (Daryal) və baş-
qalarının da mətbuatda Visbaden anlaşması əleyhinə kəskin
çıxışlarının şahidi oluruq.
178
Visbaden anlaşmasına müxalifətdə dayanan siyasi mü-
hacirət ilk növbədə milli mübarizələrin “Rusiyanın iç işi” elan
olunmasına etiraz edirdi. Təşkilatın adından da (Rusiya Millətlə-
rini Qurtarma Şurası) məlum olur ki, qeyri-ruslara Rusiya milləti
kimi baxılır, “antibolşevik cəbhə”nin formalaşdırılmasında 1917-
ci il fevral inqilabına qədərki Rusiyanın sərhədləri və siyasi-
inzibati qurumu əsas götürülürdü. Münxendə az sonra qurulacaq
Koordinasiya Mərkəzinin nizamnaməsinin 3-cü bəndində də bu
məsələ özünü aydın şəkildə büruzə verirdi: “Mərkəzə daxil rus
təşkilatları özlərini Rus Hökumətinin nüvəsi hesab etmirlər.
Bununla birlikdə KM-ə daxil qeyri-rus təşkilatlar da özlərini
təşəkkül etmiş müstəqil Milli Dövlətlərin nümayəndələri adlan-
dıra bilməz” [103].
Zahirən ruslar və qeyri-ruslar arasında bərabərliyi nümayiş
etdirən bu bənd, əslində 1918-21-ci illərdə mövcud olan və dünya
dövlətləri tərəfindən tanınan Milli Cümhuriyyətlərin inkarından
başqa bir şey deyildi. Rus mühacirləri öz mətbuatlarında da fevral
inqilabından sonra Rusiya ərazisində yaradılan heç bir müstəqil
dövləti tanımadıqlarını gizlətmirdilər.
Yalnız Amerikan Komitəsinin təkidi ilə 1922-23-cü illərdə
beynəlxalq aləmdə tanınmış dövlətlər istisna edilirdi. Bu isı Polşa
və Baltik dövlətləri-Latviya, Litva, Estoniya idi. Çünki ΙΙ Dünya
müharibəsi bitdikdən sonra ABŞ təkrar-təkrar Sovetlər İttifaqının
Baltik dövlətlərini işğal etməsilə heç vaxt barışmayacağını
bildirirdi.
Visbaden konfransında qərara alındığı kimi “Rusiya Mil-
lətlərini Qurtarma Şurasını” daha geniş cəbhəyə çevirmək və
“Bolşevik əleyhdarlarının Koordinasiya Mərkəzi”ni yaratmaq
üçün mühacirlər yeni toplantıya hazırlaşırdı. Eyni zamanda
müxalifətdə dayanan siyasi mühacirət də Visbaden anlaşmasını
beynəlxalq səviyyədə boykot etməyi planlaşdırmışdı. Bu məq-
sədlə 30 noyabr 1951-ci ildə Doğu Avropa, Qafqaziya və
Türküstan siyasi mühacirləri Münxendə toplantı çağırdılar. Top-
179
lantıya rəsmi iştirakçılardan başqa Polşa, Çexiya, Slovakiya, Slo-
veniya, Horvatıstan, Macarıstan, Latviya, Litva, Estoniya müha-
cirətinin nümayəndələri, bundan əlavə işğal altında olan bir sıra
dövlətlərin mühacirləri və mətbuat, informasiya orqanlarının xeyli
əməkdaşı gəlmişdi. Bu qərarda:
- Beş rus təşkilatı tərəfindən qurulan “Rusiya Xalqlarının
Qurtuluş Şurası”nın Sovetlər Birliyinin bütün millətləri adına
hərəkət etmək iddiasında olduğu, bu haqların ancaq məhkum
millətlərin milli təşkilatlarına məxsusluğunun nəzərə alınmaması
və belə vəziyyətin dözülməzliyi;
- Rusiya məhkumu millətlərin 1917-21-ci illərdə müstəqil,
hürr dövlətlər qurduqları və dövlətlərin dünya birliyi tərəfindən
tanınması bəzilərinin isə Birləşmiş Millətlər Təşkilatına qəbul
olunması;
- RXQŞ-nın kommunist diktatorluğu çökdükdən sonra
ortaya atdığı plebisit fikrinin qeyri-mümkünlüyü: bir tərəfdən artıq
yaxın tarixdə öz müstəqil dövlətini quran millətin belə plebisidə
ehtiyacı olmadığını, digər tərəfdən isə uzun illərdən bəri aparılan
ruslaşdırma və 40-cı illərin deportasiyaları nəticəsində
etnodemoqrafik tarazlığın pozulması ilə plebisidin aldadıcı
nəticələr verə biləcəyi;
- RXQŞ-nın öz iradəsini qəbul etdirmək üçün zəif, yeni
yaranmış qeyri-rus siyasi mühacir təşkilatları öz sıralarına qatmaq
təşəbbüsünün antidemokratikliyi;
- Bu addımın qeyri-rus xalqların mühacirət cəbhəsini
parçalamaq üçün atıldığı;
- Eyni zamanda rus xalqına dostanə münasibətin mövcüd-
luğu, milli qarşıdurmaya rəvac verəcək hər hansı addımın
qarşısının kəskinliklə alınması zəruriliyi göstərilirdi.
Qərarın son bəndi dünya ictimaiyyətinə müraciət idi: “Yu-
xarıdakı əsaslara dayanan bizlər-Azərbaycan, Ermənistan, Gür-
cüstan, Şimali Qafqaziya, Belorusiya, İdil-Ural, Kazakiya, Krım,
Türküstan və Ukrayna milli təşkilatlarının təmsilçiləri hürr
millətlərin əfkarı ümumiyyələrinə və siyasi mühitlərinə müraciət
180
edərək, rus-bolşevik imperializminə qarşı yapdıqları mücadilədə
millətlərimizə yardım və Atlantika bəyannaməsi prinsipləri daxi-
lində hürr millətlər cərgəsinə qatılmalarını təmin etmələrini rica
edirik” [102].
Qərara Azərbaycan Milli Mərkəzi adından Dr. Məhəmməd
Kəngərli imza atmışdır.
Münxen konfransı bir daha əski mühacirətin milli müs-
təqillik ideyasına sadiqliyini, onun hər bir şəraitdə, hansı şərtlər
daxilində olursa-olsun dəyişməyəcəyini nümayiş etdirdi. Sovetlər
Birliyinə daxil olan milli mühacir təşkilatların belə həmrəyliyi
Amerikan Komitəsini də silkələdi.
Visbaden anlaşması barədə bir sıra mətləblərə aydınlıq
gətirməkdə İsmayıl Əkbərin (“Azərbaycan Milli Birlik Məclisini”
təmsil edən üç nəfərdən biri) “Novoe Russkoe Slovo” qəzetinə
yazdığı məktubun xüsusi əhəmiyyəti var. Bu məktubunda o
Visbaden deklarasiyasına imza atmadığını bildirir və mövcud faktı
sonra AMBM-in dərgisi “Azərbaycanda” (“Deklarasiyaya mənim
tərəfimdən imza atılmamışdır-deməyim həqiqətdir” - 103) təsdiq
edirdi.
İ. Əkbərin məlumatına görə deklarasiyaya C. Hacıbəyli, Ə.
Şeyxülislam o şərtlə imza atdılar ki, ümumi razılıq əldə olunmasa
sənəd çapa getməsin. Noyabrın 7-si Visbaden, noyabrın 8-i
Münxen yığancaqları göstərdi ki, ümumi razılıq əldə olunmadı və
deklarasiya da şərtə görə çap edilməməliydi.
Lakin ayın 11-də “Qolos naroda” qəzeti şərti pozaraq
sənədi çap etdi.
İ. Əkbərin məktubunu “Novoe Russkoe” qəzeti dərc etmədi,
lakin o, müəllifin xəbəri və razılığı olmadan Əhməd xan
Qandəmirin məsul müdir olduğu “Qafqaz” [36, N-4(9), 1952] dər-
gisində dərc olundu. Sonralar İ. Əkbər məktubun “Qafqaz” dər-
gisinə necə düşməsinə təəccüblənir və onun nəşrində qərəzin
olduğunu inkar etmirdi.
Qeyd etmək lazımdır ki, “Qafqaz” da İ. Əkbərin məktu-
bunun dərc olunması ilə mühacirlər arasında münaqişə daha da
181
artmışdı. Görünür elə bu məqsədlə “Novoe Russkoe Slovo” mək-
tubu müxalifət mətbuatına göndərmişdir.
Yuxarıda göstərmişdik ki, Visbadendə Mühacirlər Koordi-
nasiya Mərkəzi yaratmaq qərarına gəldi. A. Kerenski “antibol-
şevik cəbhə”nin genişlənməsi tərəfdarı olsa da RMQŞ-nın nə
adının, nə də prinsiplərinin dəyişməsini istəmirdi. Nəhayət, bir ilə
yaxın sürən vaxt ərzində uzanıb gedən diskussiyaların yekunu
kimi 9 mühacir təşkilatı 1952-ci il oktyabrın 16-da Münxenə
toplaşdı. Bu toplantıda 4 rus partiyası, 5 mühacir qeyri-rus təşki-
latlarının nümayəndələri “Bolşevik Əleyhdarları Koordinasiya
Mərkəzini” (BƏKM) yaratdılar. Yeni yaradılan Mərkəzin plat-
formasında RMQŞ-in və Visbaden anlaşmasının şərtlərini eynən
təkrar edən prinsiplərə xeyli yer verilirdi. Mühacirlər arasında
mövcud olan münaqişələrdə həqiqəti ortaya qoymaq üçün plat-
formanın bəzi müddəalarını göstərmək məqsədəuyğundur:
1. BƏKM-in fəaliyyət sahəsi əski rus imperatorluğu və
SSRİ torpaqlarıdır.
2. BƏKM Sovetlər Birliyini yıxıb yerinə “demokratik bir
rejim qurmaqla” yanaşı çalpaşıq vəziyyətdə olan millətlər məsə-
ləsini sonraya buraxmaqdadır. Bu məsələ ya ümumi referendum
nəticəsində, ya Məhəlli Qurucular Məclisinin, ya da Rusiya
Qurucular Məclisinin səlahiyyətli qərarları ilə ancaq təyin
olunacaqdır.
3. BƏKM-ə daxil olan partiya və təşkilatlar millətlər
məsələsi üzərində öncədən heç bir qərar verməməyə razıdırlar.
(Deməli, 1917-ci ildən sonra istiqlallarını elan edib, millətlərarası
təsdiqə nail olan Cümhuriyyətlər, bolşevik rejimi çökdükdən
sonra istiqlallarını avtomatik şəkildə geri almaq haqqına malik
olmayacaqlar).
4. BƏKM-ə daxil olan təşkilatların istiqlallarını özbaşına
elan etmələri yasaqdır.
5. BƏKM Mühacir Parlamenti sayılan Koordinasiya
Şurasını yaradır. Bu Şura 20 rus, 20 qeyri-rus təşkilat nümayəndə-
lərindən və 20 mütəxəssisdən ibarət bir orqandır (cəmi 60 n.).
182
Sənədin son bəndində Mərkəzi Büronun yaradıldığı elan
olunurdu: “Dörd rus partisi: “Liqa borba za narodnuyu svobodu”,
“Russkoe narodnoe dvijenie”, “Soöz borğba za svobodu Rossiy”,
“Soöz borğba za osvobojdenie Rossii” ilə yeni qurulan beş
emiqrasyon təşəkkülü (təşkilatı-X. İ.) “Gürcüstan Milli Şurası”,
“Azərbaycan Milli Birlik Məclisi”, “Hürriyyət uğrunda savaşan
erməni birliyi”, “Şimali Qafqaziya Milli Birliyi”, “Türküstan Milli
Birlik Komitəsi” (Türkeli) mənsublarının iştirak etdiyi genel
toplantıda S. P. Melqunov, V. F. Butenko, İ. A. Kurqanov, Q.
Antonov, N. K. Tsintsadze, C. Hacıbəyli, Q. Saharuni, E. Hodarov
və K. Kanatbaydan ibarət bir Koordinasyon Mərkəzinin Mərkəz
Bürosu təşkil olunmuşdur. Büro başqanlığına S. Melqunov
seçilmişdir” [32, N-282, 1991].
Koordinasiya mərkəzinin yaranması barədə razılaşmaya
“Azərbaycan Milli Birlik Məclisi” adından C. Hacıbəyli, Ə.
Şeyxülislam və polkovnik C. Kazımbəy (1920-ci il Gəncə üsya-
nının rəhbəri) imza etmişdir.
“Bolşevik Əleyhdarları Koordinasiya Mərkəzi” yaradıl-
dıqdan sonra mühacirlərarası ziddiyyətlər daha da dərinləşdi.
Prosesi tam təfsilatı ilə açıqlamaq üçün visbadençilərin mövqeyini
şərh etmək də zəruridir.
Ə. A. Şeyxülislam Visbaden və Münxen konfranslarının
əhəmiyyətini yüksək qiymətləndirərək, fərqli fikirdə olan tərəfi
“çığırqan şovinistlər” adlandırır, “bir və bölünməyən Rusiya
məsələsinin”, “bölünməyən Rusiya deyən və böyük dövlətlər
tərəfindən tanınan bir rus hökumətini iddia edən kimsənin
olmadığını” bildirirdi [365, N-4, 1952].
İstər imzalanan deklarasiyanın prinsipləri ilə uzlaşmayan,
bir sıra hallarda isə ziddiyyət təşkil edən bu fikirlərində, istərsə də
“Bunu da yaxşı bilin ki, Azərbaycanı demoqoji ilə yıxdınız, fəqət
demoqoji ilə onu qura bilməzsiniz” deyərək rəqiblərini ittiham
etməsində Ə. A. Şeyxülislamın birtərəfli mövqedən çıxış etməsini
görmək çətin deyil [365, N4, 1952].
183
Konfranslara aid Ə. Fətəlibəyli-Düdənginskinin mülahizə-
ləri də maraq doğurur. “Vahid Antibolşevik Cəbhəsi barədə”
yazdığı məqalədə o, tədqiqatımız üçün maraq doğuran bir sıra
məlumatlar verir: “...Eyni zamanda mən Kerenski və Melqunovu
da ittiham edirəm. Hansı ki, öz həmfikirlərinin təzyiqinə dözə
bilməyib (rus imperialist ağaların) imzalarını geri götürərək,
biabırçılığa məhəl qoymadan qaçdılar. Cənab Melqunov anlamır
ki, biz mübarizə üçün birləşirik, nə isə qurmaq üçün yox. (BƏKM-
in qəbul etdiyi platformanın ikinci bəndində bu fikrin tam əksini
görürük-İ. X.). Axırıncı səlahiyyət ancaq xalqlarımıza məxsusdur”
[404, N-2, 1952].
Kerenski və Melqunovu sənəddən imzalarını geri
götürməyə vadar edən amillər barədə mənbələrdə bilgi az olsa da
hadisələrin gedişi belə nəticəyə gəlməyə əsas verir ki, onlar öz
istədiklərinə nail olmadıqda, sadəcə olaraq destruktiv mövqe
tutmuşlar. Bu fikri Koordinasiya Mərkəzinin çox keçmədən
parçalanması (bu barədə bəhs olunacaq) faktı da möhkəmləndirir.
Xatırladaq ki, hələ Bisbaden konfransından bir ay keçməmiş
Kerenski və Melqunov işlərin yaxşı getmədiyindən, konfransa
“separatçıların”, “öncədən qərar çıxarmağın qatı tərəfdarlarının”,
həm də “Prometey”lə əlaqədə olanların gəldiklərindən giley-
lənirdilər. Ə. Fətəlibəyli də müxalifətdə dayanan mühacirətdən
çox Kerenski və Melqunovu dağıdıcılıqda təqsirləndirir, vahid
antibolşevik cəbhənin yaranmasını isə alqışlayırdı. Kerenski və
Melqunovun Koordinasiya Mərkəzində ixtilaflar törətməsini C.
Hacıbəyli də tənqid edərək, onların fəaliyyətinin “bolşevizmdən
daha çox antibolşeviklərə” qarşı çevrildiyini göstərirdi. C. Hacı-
bəylinin məqalələrində belə bir fikrə də təsadüf olunur: “Visba-
denə getmədiyimiz təqdirdə nə olacağını təsəvvür etmək asandır.
Kerenski və Melqunovlar oradan, buradan dollarla bir neçə
mühacir tapıb onları amerikalılara “millətlər nümayəndələri”
sifətilə təqdim etməkdə bir an belə tərəddüd etməycəkdilər” [226,
N-14, 1953]. Qeyd edək ki, bu fikir Ə. Fətəlibəylinin yazılarında
da mövcuddur. Belə mülahizələrin fonunda mühacirət cəbhəsinin
184
monolit olmasının zəruriliyi daha qabarıq görünür. Biz, başlan-
ğıcda da göstərmişdik ki, mühacirət düşərgəsindəki parçalanma-
lardan Amerikan Komitəsi, eyni zamanda göründüyü kimi
Kerenski kimilər də faydalanmağa cəhd edirdilər.
Koordiynasiya Mərkəzində ixtilafların artdığı, parçalan-
manın qaçılmaz olduğunun qabarıq təzahür etdiyi bir vaxtda
Azərbaycan, Gürcüstan və Şimali Qafqaziyanın mühacir təşkilat-
ları Müxnenə Ümumqafqaz Konfransına toplaşdı (1952-ci il 11-
16 dekabr).
Konfransda Azərbaycanı “Milli Mərkəz” (sədri M. Ə.
Rəsulzadə), Gürcüstanı “Milli Siyasi Mərkəz” (sədri R.Qabaşvili),
Şimali Qafqazı “Milli Komitə” (sədri prof. Ə. N. Maqoma) təmsil
edirdi. 1935-ci ildə yaradılan “Qafqaz Konfederasiyası Şurası”nın
prinsiplərindən çıxış edən bu təşkilatlar, Qafqaz millətlərinin milli
qurtuluş mübarizəsini xaricdə təmsil və ona rəhbərlik etmək,
bolşevizmlə mübarizədə beynəlxalq dövlətlər və təşkilatlarla birgə
mübarizə aparmaq, antibolşevik cəbhəni gücləndirmək üçün Doğu
Avropa, Türküstan və b. milli mühacir təşkilatları ilə iş birliyi
qurmaq məqsədilə yeni təşkilat-Qafqaz İstiqlal Komitəsini
yaratdılar (bax: Azərbaycan siyasi mühacirlərinin “Prometey” və
“Qafqaz Konfederasiyası Şurası”nda yeri).
Visbaden razılaşması və Bolşevik Əleyhdarları Koordi-
nasiya Mərkəzinə münasibətə gəldikdə isə, bu barədə Konfransın
rəyasəti (M. Ə. Rəsulzadə, R. Qabaşvili, Ə. N. Maqoma) xüsusi
sənəd və mətbuat üçün kommunike qəbul etdi. Sənəddə deyilirdi:
“Konfrans, təəssüflər olsun ki, Bolşevik Əleyhdarları Koodinasiya
Mərkəzi” ilə əməkdaşlığın qeyri-mümkünlüyünü bildirir. 16
oktyabr 1952-ci ildə Münxendə təşkil olunan bu qurum, Visbaden
anlaşması kimi Qafqaz respublikaları müstəqilliyinin danışıqsız
tanınmasını rədd edir. Bu hüququn ancaq Baltik dövlətlərinə aid
olduğunu bildirən BƏKM Qafqaz xalqlarının iradəsi əleyhinə və
tarixi faktlara qarşı dayanır (1918-ci il müstəqillik aktlarına).
Konfrans Qafqaz respublikaları müstəqilliyinin danışıqsız qəbul
olunması
hüququnu
bilmədən
Visbaden
və
Münxen
185
razılaşmalarına imza atmaqla, onu Rusiyanın daxili məsələsinə
çevirən naməlum və yeni yaradılmış Qafqaz təşkilatlarının
hərəkətini pisləyir.
Konfrans ümid edir ki, ayrı-ayrı təşkilat nümayəndələri, o
cümlədən SSRİ-də milli məsələlərdə məşğul olan “Amerikan
Komitəsi” amerikan demokratiyasının xeyirxah prinsiplərini və
Atlantik Xartiyasında ifadə olunan millətlərin öz müqəddəratını
təyin etmə hüququnu gələcək fəaliyyətlərində əsas tutacaqlar
[102]. Sənəddə öz müstəqilliyini danışıqsız bərpa etmək
hüququnda olduğunu inkar edən BƏKM-lə əməkdaşlığın qeyri-
mümkünlüyü bir daha vurğulanır, eyni zamanda Şərqi Avropa,
Türküstan və digər bölgələrin mühacir təşkilatları ilə əməkdaşlığın
zəruriliyi qeyd olunurdu.
Konfransda M. Ə. Rəsulzadə “Ümumi Qafqasya siyasəti-
nin ana xətləri” mövzusunda çıxış edərək, Kerenskinin “öncədən
qərar verməmək” tezisinin milli macadiləyə sədd çəkə bilməyə-
cəyini göstərdi: “Millətlərimizin istiqlallarına aid olan məsə-
lələrdə biz qərar verənlərdəniz. Daxili rejim məsələləri sonradan,
millətin rəyinə buraxılmaq şərtilə sınaqdan keçirilə bilər. Qaf-
qasiya Cümhuriyyətlərinin birər dövlət olaraq istiqlalı məsələsinə
gəlincə, buna çoxdan qərar verilmiş və bu 1918-ci ildə həm milli,
həm də millətlərarası qərarlarla təsdiq olunmuşdur. Bu əsasdan
vaz keçmək və ya onu yeni bir qərara tabe tutmaqla şübhə altına
almaq haqqında deyiliz. Tarixin çarxı geri döndürüləməz!” [32, N-
282, 1991].
Ümumi Qafqaz konfransından sonra Bolşevik Əleyhdarları
Koordinasiya Mərkəzində artan daxili ixtilaflar, bu qurumun
1953-cü ilin iyulunda iki yerə parçalanmasına gətirib çıxardı.
Parçalanma nəticəsində formalaşan qurumların hər biri
ayrılıqda öz Koordinasiya Mərkəzlərini yaratdılar.
Kerenski və Melqunovun rəhbərlik etdiyi partiyalara üçün-
cü rus partiyası və “Hürriyyət uğrunda savaşan Erməni Birliyi” də
qoşuldu. Sonralar bu KM-ə daxil olan təşkilatların sayı 16-ya
çatdısa da, “Amerikan Komitəsi” onlara yardımı dayandırdı.
186
Kerenski artıq “Amerikan Komitəsi”ni də mətbuat səhifələrində
ittiham etməkdən çəkinmirdi. Vəziyyət belə şəkil aldıqda
“Amerikan Komitəsi” Kerenski-Mequnov qrupunun Komitəyə
məxsus olan binadan çıxmalarını tələb etdi.
Tərkibində Liqa, Gürcüstan Milli Şurası, Azərbaycan Milli
Birlik Məclisi, Şimali Qafqaziya Milli Birliyi və “Türk eli”ni
birləşdirən ikinci qrupun yaratdığı KM isə “Amerikan Ko-
mitəsi”nin yardımına arxalanır, öz işlərinin ciddi nəticələr verə-
cəyinə inanıb mübarizəni davam etdirirdilər. Bu məqsədlə ikinci
KM, hələ əsası 1950-ci ildən qoyulan, lakin formal olaraq mövcud
olan Paris blokunda birləşən təşkilatları da öz sıralarına daxil
etməyi qərara aldı. Göstərilən cəhətlərə baxmayaraq “Amerikan
Komitəsi” ikinci qrupun yaratdığı KM-ni də tanımırdı. Paris bloku
isə yenidən təşkil olunmuş, əski “Prometey” tərəfdarları M. Ə.
Rəsulzadə, Noy Jordaniya, Səid Şamil, Əli xan Qandəmir, Əhməd
Nəbi Maqoma, Vəli Qəyyum Xan, Dro Kanayan kimi mühacirətdə
30 ildən artıq mübarizə aparan milli dövlət qurucularının rəhbərlik
etdiyi təşkilatların birliyinə çevrilmişdi. “Rusiya Məhkumu
Millətlərin Qurtuluş Birliyi” adlanan bu blok “The Problems”
adında dərgi də nəşr etdirirdi ki, o 1980-ci illərə qədər işıq üzü
görmüşdü.
Amerikan və ingilislərin maliyyə yardımı kəsildikdən
sonra Koordinasiya Mərkəzlərinin hər ikisi dağıldı “Azərbaycan
Milli Birlik Məclisinin” orqanı “Azərbaycan” jurnalının nəşri isə
dayandı. Ə. Fətəlibəyli 1954-cü ildə qətlə yetirildikdən sonra
“Azərbaycan Milli Birlik Məclisi” də fəaliyyətinə nöqtə qoydu.
50-ci illərin əvvəllərində siyasi mühacirət həyatında
müşahidə olunan canlanmanın katalizatoru uzun-uzadı mübahisə-
lərə və münaqişələrə rəvac verən Visbaden konfransı idi. Bu
konfrans (eləcə də sonrakı proseslər) istər Azərbaycan, istərsə də
digər millətlərin siyasi mühacirət təşkilatlarının bir sıra mənfi və
müsbət tərəflərini aşkarladı. Öncə onu qeyd etmək lazımdır ki,
mühacirət öz daxilində mükəmməl təsanüdə malik olmadıqda,
apardığı mübarizənin kəskinliyi zəifləyir, deyilən söz kəsərdən
187
düşür. Qarşı tərəf ilk növbədə daxildəki müxalifətdən istifadə edir.
Bir millətin xaricdə çoxsaylı təmsilçisi olanda, “ən sərfəlisini
seçmə” prinsipi işə düşür. Hansı ki, “Amerikan Komitəsi” və
Kerenski-Melqunov qrupu öz fəaliyyətlərində bu prinsipə az önəm
verməmişlər.
Koordinasiya Mərkəzinin yaranması və dağılması göstərdi
ki, maliyyə dəstəklərinin arxasında heç də həmişə xoş məramlar
dayanmır, eyni zamanda maliyyə siyasi problemlərini həlli üçün
başlıca istinad nöqtəsi də deyil.
Visbaden konfransı ətrafında gedən mətbuat müharibəsini
araşdırarkən belə qənaət gəlmək olur ki, bir sıra hallarda tərəflər
köhnə incikliklərin, ədavətin təsiri altında öz rəqiblərini məğlub
etmək üçün yaranmış vəziyyətdən sui-istifadə etmişlər. Hətta
gərginliyi süni surətdə artıran yazılara da az təsadüf olunur. Bəzi
nümunələrə müraciət edək:
1. F. Daryal (Əmircan): “Fətəlibəylinin legionerləri “Türk
ənənələri ruhunda tərbiyələndirdiyi” iddiası gülünc və boşdur...
Ruslara, on minlərlə legionçuların içərisindən yalnız Fətəlibəyli-
nin qoşulması onun özünün milli tərbiyəyə ehtiyacı olduğunu isbat
edir” [218, N6, 1952].
2. Polkovnik C. Kazımbəy, Şəfi Aran (Rüstəmbəyli) və b.
imzaları ilə kollektiv məktub: “1934-cü ildən heç bir müsavat təş-
kilatı yoxdur. Müsavat Partiyasının keçmiş lideri M. Ə. Rəsulzadə
şəxsən öz adından çıxış edə bilər, amma partiya adından
deklarasiya buraxmaq, ictimai fikri aldatmaq deməkdir” [33, N5,
1952].
3. Şamil Atabəy: “M. Ə. Rəsulzadə komitəsi fəaliyyət
göstərəndə onun günahından legionerlər cəbhədə əziyyət çəkdilər
və Azəri türklərinin şərəfi qorunmadı” [33, N-2, 1952].
4. Doktor Əziz Alpaut: “1918-ci il mart hadisələrində biz
Bakı küçələrində döyüşürdük, “Böyük” isə İsmailiyyədə otur-
muşdu. Sonra aydın oldu ki, M. Ə. Rəsulzadə kitab yazdığını
bəhanə edərək kənddə gizlənibmiş” [33, N-2, 1952].
188
5. İ. Əkbər “Onun (F. Əmircanın-X. İ.) Berlində qatı kom-
munist Cümşud Məmmədovla, Səbzəli Məmmədovla sıx əlaqəsi
nə ilə izah oluna bilər” [33, N-2, 1952].
Təəssüflər olsun ki, Visbaden problemi ətrafında gedən
mübahisələrdə bu cür “kənara çıxmaların” sayını xeyli artırmaq
mümkündür.
Visbaden konfransı və Koordinasiya Mərkəzinin yaranma-
sının bir sıra müsbət cəhətləri də var. “Vahid antibolşevik cəbhəsi”
ideyası ΙΙ Dünya müharibəsindən sonra siyasi mühacirətin uğuru
sayıla bilər. Bu ideyanın mükəmməl şəkildə praktikaya tətbiq
olunmamasına baxmayaraq, onun nəzəriyyə şəklində mövcudluğu
da özlüyündə beynəlxalq ictimaiyyətdə antibolşevik əhvali-
ruhiyyənin oyanmasında az rol oynamırdı.
Proses 50-ci illərdə get-gedə güclənən “dünya kommuniz-
mi” ideyasına qarşı dünya demokratlarının sıx birliyinin tələb
olunduğu bir vaxtda gedirdi.
Lakin “Azərbaycan Milli Birlik Məclisi” bu düzgün məq-
sədə çatmaq üçün məqsədəmüvafiq yol seçə bilmədi. Ə. Fətəli-
bəyli və onun silahdaşlarının “biz getməsək, onsuz da kimsə
gedəcəkdi” demələri də bəraət üçün əsas vermir. Kerenski və
Melqunova imkan vermək lazım deyildi ki, yaranmış vəziyyətdən
istifadə edərək Azərbaycanın müstəqilliyinin, istiqlaliyyətinin
tanınması faktını beynəlxalq aləmdə sual altına alsın. Ən azı yaxın
tarixi keçmişə nəzər salmaq lazım idi. Hələ müharibədən əvvəl
Kerenski çoxsaylı türk siyasi mühacir təşkilatlarının yaran-
masından (İdil-Ural, Türküstan, Krım, Azərbaycan, Şimali
Qafqaziya, Tatar, Başqırd və s.) narahat olaraq “panturanizm”in
dirçəldiyini, Rusiyanı yeni monqol-tatar istilasının gözlədiyini
yazırdı. M. Ə. Rəsulzadə “Panturanizm haqqında” əsəri və mət-
buatdakı sərt sərt çıxışları ilə Kerenski və onun erməni havadarı
Xondkaryanı susdurdu. Lakin onu da qeyd edək ki, yayılan
“panturanizm” xofu izsiz otüşmədi. Qərb artıq çoxsaylı türk
mühacir təşkilatlarının müqabilində Rusiyanın parçalanması
fikrinə ehtiyatla yanaşırdı.
189
Bu tarixi rakursdan baxdıqda “Azərbaycan Milli Birlik
Məclisinin” Kerenski və Melqunovu aldada bilməyəcəyi, əksinə
onun toruna düşmə ehtimalının mövcudluğu aydın görünür. Hər
halda “taktiki oyunlarla” Kerenski kimi təcrübəli, hiyləgər şovi-
nistlərin uduzacağına inanıb “ilkin mərhələdə milli mənafeyə uy-
ğun gəlməyən sənədlərə imza atmaq olar” fikrinə düşmək səhv idi.
Visbaden konfransı əski mühacirət üçün yeni imtahan oldu.
M. Ə. Rəsulzadə ömrünün son illərində Azərbaycan uğrunda
növbəti döyüşə qalxmışdı. “Amerikan Komitəsi” (Don Levin)
1951-1952-ci illərdə onu görüşmək üçün İtaliya və Almaniyaya
dəvət etsə də, məqsədi “Sovetlər Birliyinin mövcud sərhədlərinin
mühafizəsi” olan bu təşkilatın dəvəti qəbul edilməmişdi. “Mü-
savat” Partiyasının lideri kimi M. Ə. Rəsulzadə, 1953-cü ildə hö-
kumətin rəsmi dəvəti üzrə ABŞ-a gedərək, Azərbaycan istiqlalının
35-ci ildönümü münasibəti ilə “Amerikanın səsi” radiosunda
Azərbaycan xalqına müraciət etdi.
“1954-cü ildə “Amerikan Komitəsi”nin yeni başqanı prof.
Dr. Kuneholm Ankaraya gələrək M. Ə. Rəsulzadə ilə bir neçə dəfə
görüşmüş, komitənin Azərbaycanın istiqlalı məsələsinə hörmətlə
yanaşacağını ifadə etməklə Müsavat Partiyasının bu mücadilədə
öz siyasəti yönündə layiq olduğu yeri almasını istəmişdir. Bu cür
yaxınlaşmanı qəbul edən partiya komitəsi ilə sıx əlaqələr
qurmuşdu” [147, s.30].
Beynəlxalq konfranslar, mətbuat mübarizəsi, yeni birliklər
yaratmaq, dünya dövlətlərinə və təşkilatlara müraciətlər hədər
getmədi. Ancaq Pribaltikanın müstəqilliyini qəbul edən Qərb artıq
50-ci illərdən Azərbaycanın müstəqilliyi barədə də fikirləşməyə
başlayır. Qəti şəkildə söyləmək olar ki, 1991-ci ildə qəbul olunan
müstəqillik aktı və Azərbaycanın yenidən dünya birliyi tərəfindən
tanınmasında 50-ci illər mübarizəsinin əhəmiyyəti çox böyükdür.
|