130
2. 4. Azərbaycan mühacirəti və “Prometey” ittifaqı,
“Qafqaz Birliyi” ideyası
Mühacirlər ayrı-ayrılıqda öz təşkilatlarını qurmaqla yanaşı,
məqsəd və hədəfləri eyni olduqlarından bolşevizmə qarşı imkan-
larını, güclərini səfərbər edərək beynəlxalq birliklər də yara-
dıldılar. Hər bir mühacir təşkilatının, o cümlədən azərbaycan-
lıların fəaliyyətini bu kontekstdən kənar təsəvvür və tədqiq etmək
çətindir.
1920-1930-cu illərdə təşəkkülündə və fəaliyyətində
Azərbaycan mühacirətinin də yaxından iştirak etdiyi iki belə
birlik-“Qafaqz Konfederasiyası Şürası” və “Prometey” meydana
gəldi.
Prometey Birliyində (Liqus Promethee) erməni və rus-
lardan başqa SSRİ-dən olan bütün milli mühacir təşkilatlarının-
Ukrayna, Belorusiya, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan,
Türküstan, Moldova, İdil-Ural, Krım, Kareliya, İngeriya, İnqu-
şetiya, Komi və Kubanın nümayəndələri təmsil olunurdu. Bu
nümayəndələrin böyük əksəriyyəti hələ Ι Dünya müharibəsi
dövründə (1916) Lozanna konfransına toplaşan Rusiya Dövlət
131
Dumasının bir-birlərini yaxşı tanıyan və başa düşən əski üzvləri
idi.
“Prometey”in yaradılmasında ilk təşəbbüs Başqırdıstan
mühaciri, prof. Əhməd Zəki Vəlidi Toğana və M. Ə. Rəsulzadəyə
məxsusdur. Hələ 1923-cü il iyunun 26-da çıxan “Yeni Qafqasya”
məcmuəsinin birinci nömrəsində M. Ə. Rəsulzadə Zevsin
Prometeyi Qafqaz dağlarına zəncirləməsini və qartalın onun
ciyərlərini hər gün didməsini Azərbaycanın, eyni zamanda
Qafqazın mövcud siyasi durumu ilə əlaqələndirərək yazırdı:
“Qafqasyanın tarixini, son əsrdəki güzəran edən əhalini və bir
xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən daha gözəl
bir rəmz tanımaq mümkün deyil” [42, N-1, 1926]. Azərbaycanı və
Qafqazı Prometey adlandıran müəllif onu parçalayıb, qanına
qəltan edənin, gerbində ikibaşlı qartal həkk edilən Rusiya
imperiyası olduğunu göstərirdi. Bu yazının analoji variantı
Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa başlayan eyni adlı
jurnalının birinci sayında da dərc edilmişdi.
“Prometey”in yaranma tarixi və onun təşəbbüsü ilə bağlı
alman tədqiqatçısı P. Mühlen yazır: “Əslində birlik 1928-ci ildə
Varşavada iki il öncə eyni adı daşıyan bir Qafqaz mason lojası
Parisə yerləşdikdən sonra quruldu. Quruluş Rəsulzadənin ini-
siativi (təşəbbüsü-X. İ.) və birliyi mali yöndən dəstəkləyən Polon-
ya (Polşa-X. İ.) hökümətinin onayı ilə gerçəkləşdi” [284, s.20]. Bu
sitatdan da məlum olduğu kimi “Prometey” əsasən Qafqaz
mühacirlərinin birliyi şəklində hələ 1926-cı ildən fəaliyyətə
başlamışdı.
Polşa tarixçisi Mikuliç isə birliklə bağlı aşağıdakı məlumatı
verir: “Qeyri-rus ağ mühacirlər”...Parisdə mühacir təşkilatı
“Prometey”i yaratdılar. Qədim yunan mifoloji qəhrəmanı adı
altında antisovet fəaliyyət göstərən bu təşkilat sovet quruluşunu
sıradan çıxarmaq vəzifəsini qarşıya qoymuşdu” [410, s.157].
Təşkilatda Ukraynanı prof. Roman Smal Stotski, A. Şulqin,
Azərbaycanı M. Ə. Rəsulzadə, Mir Yaqub Mehdiyev, Türküstanı
Mustafa Çokayev, Gürcüstanı N. Jordaniya, G. Qvazava, Şimali
132
Qafqazı Səid Şamil, Xurşilov, Tausultan Şakmanov, Krımı Cəfər
Seyid Əhməd, İdil – Uralı Ayaz İshaki və b. nüfuzlu mühacirlər
təmsil edirdi. “Prometey”in ilkin mərhələdə rəhbəri Şimali Qafqaz
mühaciri Tausultan Şakmanov, sonralar isə ukraynalı prof. Roman
Smal Stotski oldu. Jurnala G. Qvazava redaktorluq edirdi.
“Birliyin İstanbulda M. Vəkilli, S. Əhməd, M. Çokayev, Osman
Xoca və V. Murskinin təmsil olunduqları böyük bir şöbəsi
fəaliyyət göstərdi [140, N-1(5), 1993] “Prometey”in istiqlalçı və
milliyyətçi (patriot) gəncləri birləşdirən “Prometey Gəncliyi”
şöbəsi də yaradılmışdı. 1936-cı ildə bu şöbənin “Gənc Prometey”
(Mlody Prometeusz) adlı məcmuəsi də nəşrə başladı. Onun elə ilk
sayında, şöbənin fəaliyyət istiqamətləri və yaranma məqsədləri
barədə M. B. Məmmədzadə yazırdı: “Kommunist firqələri və
Komintern yeni kadrosunu gənc kommunistlər birliyindən alır.
Buna qarşı məhkum millətlərin gəncləri dahi “Prometey Gənclər”
təşkilatı yaratmalı və yaşlı nəslin açdıqları istiqlal davsını davam
etdirəcək kadro və nəsil yetişdirməlidirlər.
Kominternə qarşı “Prometey”, gənclər Kominterninə qarşı
“Gənc Prometeyçilər” [39, N-20, 1936].
Prometey Birliyinin əsas fəaliyyət istiqamətlərini aşağıdakı
şəkildə ümumiləşdirmək olar:
- Birlik milli dövlətlərin yenidən təsisi yolunda beynəlxalq
hüququn və diplomatiyanın verdiyi imkanlardan maksimum və
səmərəli istifadə edir, bu sahədə mühacir təşkilatlarının istər
ayrılıqda, istərsə də birliklər şəklində müştərək antibolşevik
fəaliyyətinin gücləndirilməsinə çalışır;
- Sovet İttifaqının daxili siyasəti, iqtisadi, siyasi, mədəni və
b. sahələrdə yol verilən hüquq pozuntuları ilə bağlı məlumatlar
toplayır, təhlillər aparıb ictimai rəy yaratmaq üçün dünya
dövlətləri, beynəlxalq təşkilatlar və ictimaiyyət qarşısında rəsmi
etirazlar, bəyanatlarla çıxış edir, həmçinin vacib məsələlərlə
əlaqədar olaraq qurultay, konfrans, eləcə də digər toplantılar
çağırır;
133
- SSRİ-dəki məzlum millətlərin gizli fəaliyyət göstərən
təşkilatlarına xaricdən məsləhətlər və istiqamət verir, onlara qəzet,
jurnal, eləcə də başqa sənədlər, materiallar göndərir, bir sıra
hallarda isə maliyyə yardımı göstərir;
- Milli müstəqillik ideyalarının təkmilləşməsi, inkişafı,
dövrə uyğun interpretasiyası istiqamətində elmi-nəzəri axtarışlar
aparır;
- Mühacir mətbuatının fəaliyyətini əlaqələndirir, eyni
zamanda maliyyələşməsi məqsədə müvafiq olan dərgilərə bu
istiqamətdə yardımlar göstərir və s.
1936-cı ilin mayın 31-i iyunun 1-də Varşavada, “Prometey”
Birliyində təmsil olunan millətlərin qurultayı oldu. Qurultayda,
Stalinin KP-nin XVΙ Konfransında “bütün milli mədəniyyətlərin
və dillərin vahid dil, vahid mədəniyyət ətrafında birləşdirilməsi”
tezisi ilə bağlı rəsmi ruslaşdırmaya qərar verildiyindən, etiraz
əlaməti olaraq və ictimai fikri bu məsələyə yönəltmək üçün əsasən
siyasi baxımdan dil problemi müzakirə olunurdu. Türk
millətlərindən olan mühacirlər, Moskvanın son illərdə SSRİ-də
yaşayan türklərin arasında süni sədlər çəkməsindən, əlifba
islahatlarından, nəhayət, ümumi dil təbliğatı ilə yanaşı yerli
dillərin yaradılmasına-qondarma əlifbalar meydana gəlməsinə
rəvac verdiyindən danışdılar. Natiqlərdən Ayaz İshaqi bu məsələ
ilə bağlı fikrini belə ifadə etmişdi: “Moskva Rusiyada yaşayan
Türklər üçün tam 70 (ədəbi) türkcə meydana gətirmişdi” [39, N-
20, 1936].
Problemlə bağlı Millətlər Cəmiyyətinə rəsmi müraciət
qəbul edən qurultay, eyni zamanda qərara aldı ki:
- 1926-cı ildən bəri bolşevik firqəsi rus olmayan xalqların
dillərini sistemli şəkildə ruslaşdırmağa başlamışdır;
- Stalin proletariatın bütün dünyaya müzəffər olmasından
sonra mövcud mədəniyyətlərin hamısının ortaq mədəniyyət halına
gətirilməsi iddiasına düşmüşdür;
134
- Son illərdə rus dilinin “oktyabr dili”, “Lenin dili” adı al-
tında Sovetlər birliyində yaşayan xalqların ortaq dilinə çevrilməsi
prosesi gedir.
Buna görə də qurultay:
a)
Ruslaşdırmaya qarşı kəskin etiraz edərək bütün beynəl-
miləl elm və mədəniyyət təşkilatlarını, ictimaiyyəti millətləri-
mizin müdafiəsinə çağırır;
b)
Millətlər Cəmiyyətinin üzvü olan SSRİ-nin daxilindəki
bu vəziyyətin, MC-nin istinad etdiyi bəşəri ədalət kimi təməl
fikirlərinə müxalif olduğuna MC- nin diqqətini cəlb edir;
v) Millətlər Cəmiyyətinin bu ilki toplantısında SSRİ-də ya-
şayan millətlərin dillərinin müqəddəratının tədqiqini məqsədəuy-
ğun bilir, eyni zamanda qeyri-rusların öz dillərinin sərbəst inki-
şafına tam hüquqlu olduqlarından, ona şərait yaradılmasını MC-
nin Sovetlər birliyindən tələb etməsini xahiş edir [39, N20, 1936].
“Prometey” Birliyi təkcə dil problemini deyil, SSRİ-nin
daxilində cərəyan edən bu və ya digər hadisələri də araşdırıb Mil-
lətlər Cəmiyyətinə tez-tez rəsmi bəyanatlar, etiraz notaları gön-
dərirdi. Bunlardan, SSRİ-nin Millətlər Cəmiyyətinin üzvlüyünə
daxil olunması və 1936-cı qəbul edilən yeni konstitusiyaya ilə
bağlı göndərilən müraciətlər, eyni zamanda İspaniyadakı vətəndaş
müharibəsinə qarşı etiraz notaları əhəmiyyətli tarixi sənədlərdir.
SSRİ-nin Millətlər Cəmiyyətinin üzvlüyünə daxil olunması ilə
bağlı MC-nin XVΙΙΙ ümumi toplantısının rəisi Saavadra Lamasa
ünvanlanmış etiraz notasında deyilirdi: “Rusiyanın Millətlər
Cəmiyyəti azalığına (üzvlüyünə-X. İ.) alınması Cəmiyyətin
əsaslarına tamamilə müxalifdir. 1934-cü ildən bəri Rusiya
məhkumu millətlərin vəziyyətində bir irəliləyiş vücuda gəlməmiş,
əksinə vəziyyət daha da fənalaşmışdı” [39, N-24, 1936]. Notada
daha sonra 16-ların mühakiməsindən, kütləvi sürgün, həbs və
qətllərdən söhbət açılır, sovet rejiminin terror sayəsində dayandığı
göstərilirdi. Notanı MC-nin SSRİ-dəki məzlum xalqlara yardım
edəcəyi ümidi ilə Azərbaycan adından Dr. Mir Yaqub, Şimali
Qafqaz adından Tausultan Şakman, Gürcüstan adından sabiq
135
Fransa səfiri A. Çxenkeli, Türküstan adından M. Çokayev,
Ukrayna adından Demokratik Ukrayna Cumhuriyyətinin MC
nəzdində sabiq təmsilçisi A .Şulqin imzalamışlar. 1937-ci ildə isə
İspaniyanın daxilində gedən vətəndaş müharibəsi ilə bağlı
“Prometey” cəbhəsi Millətlər Cəmiyyətinə növbəti müraciət qəbul
etdi. Müraciətdə SSRİ-nin İspaniya daxili vətəndaş müharibəsində
iştirakının artıq bir həqiqət olduğu göstərilirdi: “Sovet hökuməti
bu iç hərbində zabitləri ilə iştirak etməkdədir” [39, N-27, 1937].
SSRİ-nin İspaniya vətəndaş müharibəsində iştirakını, tök-
düyü qanları xüsusi vurğulayan prometeyçilər bu ölkənin öz
daxilindəki millətlərlə daha amansız rəftarlarına beynəlxalq icti-
maiyyətin diqqətini cəlb etməyə çalışırdı. Sənəddə həmçinin, Saar
vilayətində keçiriləcək plebisit (ümumi səsvermə) kimi analoji
tədbirin ölkə daxilində tətbiqini və bu məqsədlə qızıl ordunun
işğal etdiyi məmləkətləri boşaltmasını Millətlər Cəmiyyətinin
SSRİ-dən tələb etməsi xahiş olunurdu.
“Prometey”in başlıca fəaliyyət sahələrindən biri də öz jur-
nalını yayınlamaqla yanaşı, ayrı-ayrı mühacir təşkilatları tərə-
findən dərc olunan qəzet və dərgilərə maliyyə yardımı göstərmək
idi. (Birliyin mənafeyinə uyğun gələnlərə). Bu məqsədlə Parisdəki
“Sakartvelo”(Gürcüstan), Rumıniyadakı “Əməl” (Krım tatarları)
Varşavadakı “Severnıy Kavkaz” (Şimali Qafqaz), “Yana Milli
Yol”-“Yeni Milli Yol” (İdil-Ural), Berlindəki “Qurtuluş”
(Azərbaycan) və “Yaş Türküstan”-“Gənc Türküstan” (Türküstan)
dərgiləri maliyyələşdirilir, onların fəaliyyəti əlaqələndirilərək,
demək olar ki, vahid mətbuat siyasəti yürüdülürdü. Hər birisinin
əsas hədəfi bağımsız milli dövlətinin təsisini yenidən elan etmək
olan “Prometey” Cəbhəsinin mühacir təşkilatları beynəlxalq
aləmdə “xarici siyasətlərini Polşanın və Batı dövlətlərinin
mənafeyinə uyğun qururdu” [284, 21]. Bu təşkilatlar konstitusiya
prinsiplərini, demokratiyanı əsas tutan, bir sıra hallarda isə sosial
bərabərliyə və liberal dəyərlərə önəm verən solçular idi.
136
Radikal millətçiliyi, pantürkist və panislamist ideyaları
müdafiə edən saglar isə “Prometey”ə kəskin müxalifət mövqe-
yində dayanmışdı. Lideri Şimali Qafqaz Cümhuriyyətinin sabiq
nazirlərindən olan Heydər Bammatın sağ müxalifətçilər qrupuna
Azərbaycan mühacirlərindən Xəlil Xasməmmədov, Şəfi Rustəm-
bəyli, Nağı Şeyxzamanlı, Fuad Əmircan (Daryal) və b., Gürcüstan
mühacirlərindən N. Jordaniya ilə ixtilafda olan general Q.
Kvinitadze, prof. Zurab Avalişvili və Gürcüstanın sabiq Berlin
səfiri Lado Əhməteli, Şimali Qafqaz mühacirlərindən isə Əli xan
Qandəmir və b. daxil idi. Qrup türkçə, rusca, ingiliscə, fransızca,
1937-ci ildən isə almanca nəşrə başlayan “Qafqaz” dərgisini, eyni
zamanda “Qafqaz” almanaxını yayınlayırdı. H. Bammat qrupunun
xarakterinə və məramına, onun fəal üzvlərindən olan “Qafqaz”
dərgisinin redaktoru Əli xan Qandəmirin “Qafqaz məsələsi”
məqaləsindəki mülahizələri aydınlıq gətirir: “Dərgi (“Qafqaz”-X.
İ.) hər şeydən öncə N. Jordaniya və gürcü sosialistlərinə qarşı
cəbhə açmış, eyni zamanda Rəsulzadəyə, “Müsavat” partiyasına
və “Prometey”çi Quzey Qfqazlıların lideri” Səid Şamilə də cəbhə
açmışdır” [284, s.23]. Sonra müəllif, daşnaklara qarşı da
dayandıqlarını bildirərək Almaniya, Yaponiya, İtaliya, İspaniya
kimi millətçi dövlətlərə rəğbət bəslədiklərini, beynəlmiləl
demokratiyanı isə qəbul etmədiklərini gizlətmirdi.
Bu dövrdə beynəlxalq aləmdə Pantürkizm və Panislamiz-
mə qarşı güclənən ictimai əhvali-ruhiyyəyə rəğmən Türkiyə
Cümhuriyyəti öz daxilində bir sıra tədbirlər görməyə məcbur oldu.
SSRİ-nin də istəyi üzrə hələ 1927-ci ildə “Türk ocaqları” və onun
dərgisi “Türk Yurdu” (1931) bağlandı. M. Kamal Paşadan sonra
Cumhurbaşqanı olan İsmət İnönü bu məsələ ilə bağlı demişdi:
“Panturkizm və Panislamizmi siyasətimizdən radikal bir şəkildə
çıxardıq” [284, s.23]. Bu bəyanatına uyğun olaraq İ. İnönü 1938-
ci ilin sentyabrında “Qafqaz”çı Əli xan Qəndəmir başda olmaqla
bir qrup millətçinin Türkiyədən çıxarılması barədə göstəriş verdi.
Ölkədən çıxarılanların böyük əksəriyyəti Berlində məskunlaşdılar.
Türküstanlılar və tatarlar isə Zəki Vəlidi Toganın ətrafında
137
cəmləşərək M. Çokayevə, A. İshakiyə müxalifətdə dayanardı. Z.
V. Togan böyük Dogu Türküstan dövlətinin ideoloqu kimi
(“Türkeli”) Pantürkizmin dildə və mədəniyyətdə yürüdülməsi
fikrini müdafiə edirdi. Bu məhdudiyyəti qəbul etməyən daha
radikal sağçılar Z. V. Togandan ayrılaraq pantürkizmi daha da
tündləşdirən təbliğat aparmaq qərarı ilə 1942-ci ilə qədər
“Bozqurd” və “Çinaraltı” dərgilərini nəşr etməyə başladılar.
Bu dərgilər də bağlandıqdan sonra onun işçilərindən bir
qrupu nasional-sosializmə bənzər spesifik nəzəriyyə yayan yeni
iki dərgi- “Tanrıdağ” və “Orhunu”-u dərc etmişlər.
Kerenski və Milyukovun şəriksiz lideri olduqları rus
mühacir təşkilatları da “Prometey” cəbhəsinə qarşı kəskin müxa-
lifət mövqeyində dayanmışdı. 1931-ci ildə rus siyasi mühacirləri-
nin toplandığı “Rusiyadakı vəziyyət və mühacirlərin vəzifələri”
adlı Praqa konfransında Milyukov Sovet İttifaqının dağılması ilə
qeyri-rusların daha erkən müstəqilliyə qovuşacağını istisna etməsə
də, milli müstəqilliyin tam şəkildə qəbul olunmasının qeyri-
mümkünlüyünü bildirirdi. M. Ə. Rəsulzadə “Tarixçiyə qarşı siyasi”
məqaləsində onu tənqid edərək, Milyukovun tarixçi kimi düz,
siyasətçi kimi səhv nəticə çıxardığını göstərmişdi [314, 10.01.
1931]. Yenə həmin Milyikov “Ukrayna İstiqlal Hərəkatı”nın
liderlərindən biri V. Murskiyə mətbuatda hücum edərək:
“Ukraynaçılıq Qara Dənizin Rusiyadan alınması deməkdir” fikrini
yayırdı. Kerenski isə: “Ukraynaya Avropada yardım aramaq
xəyanətə haqq qazandırmaq propaqandasıdır. Biz heç zaman
Rusiyanın parçalanmasına razı olmadıq” deyərək imperialist
niyyətini gizlətmirdi [314, 10.01. 1931].
Kerenski və Milyukov çoxsaylı türk mühacir təşkilatlarının
yaranmasından təşvişə düşərək, pantürkizm və panislamizmin
Rusiyanın taleyini şübhə altına aldığını bildirir, Avropanı bu
cərəyanlara qarşı dayanmağa çağırırdı (Bax: “Mühacirətin
ideoloji-siyasi və ədəbi-tarixi irsi”, “Visbaden və Münxen
konfransları”). Rus mühacir təşkilatlarından Prins Qalitsının
138
yaratdığı və rəisi olduğu “Beynəlmiləl Antibolşevik Komitəsi” az-
çox “Prometey”ə loyal mövqedə dayanırdı.
Komitə mühacirlər arasında elə bir populyarlığa malik
olmasa da, yaydığı “beynəlmiləl antibolşevik cəbhəsi” ideyası
maraqlı, həm də dəyərli idi ki, ΙΙ Dünya müharibəsindən sonra
müəyyən mənada bu ideyanın reallaşmasını görürük. 1930-cu ildə
Komitə mühacirlərin diqqətini cəlb edən maraqlı bir bəyanat verdi.
Bəyanatda-Ukrayna, Qafqaz və digər Sovet İttifaqı millətlərinin
müstəqilliyinin tanındığı, din, şəxsi mülkiyyət azadlığının
bərqərar olacağı və s. göstərilirdi [13a, 13.11. 1930]. Buna
baxmayaraq, “Prometey”lə istər Komitə, istərsə də başqa rus mü-
hacir təşkilatları arasında iş birliyi, yaxınlıq müşahidə edilmədi.
1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi ilə “Pro-
metey” əsasən dağıdıldı. Birliyin üzvlərindən almanların əlinə
düşənlər siyasətdən əl çəkmək şərti ilə faşist rejiminin ciddi
nəzarəti altında elmi araşdırmalara cəlb edildi. Qalanlardan:
Əhməd Xoca inqilis təyyarəsi ilə Londona, oradan da İrana getdi,
Ayaz İshaqi də əvvəlcə Londona gedib, sonra İstanbula qayıtdı və
açıq şəkildə faşist Almaniyasının əleyhinə təbliğat aparmağa
başladı. Krım tatarlarından sabiq xarici işlər naziri Cəfər Seyid
Əhməd Polşa və İngiltərənin mövqeyini müdafiə etdiyindən
Ankaradakı alman səfiri Frans fon Papen onu “Sikorskinin
(Londonda sürgündə qurulmuş Polşa hökumətinin başçısı idi-
1943-cü ildə öldü) casusu” [284, s.37] adlandırdı. Faşist Alma-
niyasının işğalçılıq siyasətini pisləyən N. Jordaniya aşağıdakı
bəyanatla çıxış etdi: “Millətlərin həyatını böyük bir rahatlıqla yox
edən Alman dövləti Gürcüstanın hürriyyətini yenidən təsis etməyə
qatqıda bulunmaz. Qədərimiz keçmişdə də, indi də sadəcə
başqalarının hürriyyətinə sayğı göstərməyə müqtədir olan
demokratik güclərə bağlı olmuşdur” [284, s.37]. N. Jordaniyanın
məskunlaşdığı Paris şəhəri 1940-cı ildə almanların əlinə keç-
dikdən sonra “Prometey”in qərargahı da dağıdıldı.
Polşanın işğalı ərəfəsində Varşavada yaşayan M. Ə. Rə-
sulzadə də faşist təcavüzkarlığına münasibətdə N. Jordaniya ilə
139
şərik olduğunu bəyan edərək Buxarestə çəkildi (Bax: “Azərbaycan
legionları”).
İkinci Dünya müharibəsindən sonra ayrı-ayrı qruplar
şəklində fəaliyyət göstərən “Prometey”-çilər Londonda Setselin
Başqanlığı (müavin polkovnik Haraşkeviç) altında yeni rəhbərlik
orqanını-Divanı yaratdılar. Digər, nisbətən zəif bir qrup isə
Varşavada formalaşdı. Lakin, öz aralarında belə mükəmməl rabitə
yarada bilməyən bu qruplar 1960-cı illərə qədər mövcud olsalar
da, beynəlxalq aləmdə fəaliyyətləri nəzərə çarpmadı.
“Prometey” kimi ciddi bir birlik şəklində formalaşan, lakin
bütün “SSRİ əsiri millətlərin” deyil, adından da göründüyü kimi
qafqazlıların təmsil olunduqları “Qafqaz Konfederasiyası Şurası”
da mühacirlərin apardıqları milli azadlıq mübarizəsində müstəsna
rol oynamışdı. 1935-ci ilin fevralında yaranan bu birlik öz ideya
qaynaqlarını hələ 1915-ci ildə Səlim bəy Behbudovun yaxından
iştirakı ilə yaradılan Qafqaz Komitəsindən götürmüşdü (Bax:
Azərbaycan mühacirətinin tarixi kökləri və yeni mərhələsi).
Qafqaz Birliyi məsələsi 1918-ci il Trabzon konfransında və 1919-
cu il Müsavat partiyasının qurultayında da müzakirə edildi. 1920-
ci il aprelin 7-də Qafqaz respublikalarının Tiflis konfransında
Azərbaycan heyətinin (H. Ağayev-heyət rəisi, F. X. Xoyski, M.
Vəkilli, O. N. Mirzə Kriçinski) təşəbbüsü ilə Qafqaz Cum-
huriyyətləri Şurası yaratmaq barədə razılaşma əldə olundu. Bu
şuranın yaradılması haqqında Azərbaycan Ədliyyə nazirinin
müavini O. Nayman Mirzə Kriçinski tərəfindən 24 maddədən
ibarət bir layihə hazırlandısa, aprelin 27-də Azərbaycanı XΙ
Ordunun işğalı ilə məsələ öz-özünə dayanmalı oldu [39, N5, 1935].
Lakin ideyanın reallaşması üçün mühacirlər yeni təşəb-
büslərlə çıxış edərək, 1921-ci ildə Parisdə M. Ə. Rəsulzadənin
yazdığı kimi “Dörd heyətin nümayəndələrindən ibarət daimi bir
Qafqasya Konseyi vücuda gətirdilər” [37, N-11-12, 1952]. Şimali
Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndə heyətləri
arasında müştərək müraciətin imzalanması ilə əsası qoyulan
mühacirətdəki bu ilk Qafqaz birliyi, sonrakı mərhələdə daha
140
mükəmməl təşkilatların meydana gəlməsinə rəvac verdi. 1927-ci
ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqazı birləşdirən yeni
təşkilat-Qafqaz İstiqlal Komitəsi meydana gəldi. Təşkilat 3+1
prinsipi əsasında qurulmuşdu: üç Qafqaz respublikası üstəgəl
Polşa dövləti. Polşa bu Qafqaz respublikalarını təmsil edən
təşkilatların fəaliyyətini əlaqələndirir, onlara maliyyə və başqa
yardımlar göstərirdi.
Azərbaycanı QİK-də M. Ə. Rəsulzadə, M. Y. Mehdiyev,
Gürcüstanı N. Jordaniya, A. Çxenkeli, A. Asatiani, S. Mdivani,
Dağlıları isə M. Sunşev və İ. Çumşov təmsil edirdi. Təşkilatda
hərbi bölmə, mətbuat şöbəsi, o cümlədən M. Mehdiyev, M. Suş-
nev və İ. Salamodadan ibarət əməliyyat (operativ) işlərini həyata
keçirən üçlük mövcud idi [140, N-1(5), 1993].
Qafqazlılar, 1920-ci illərdə get-gedə populyarlaşan
“Avropa birliyi” və “Balkan birliyi” ideyalarını örnək tutaraq
Ermənistanı da Komitəyə cəlb etməyə çalışırdılar. Ermənilər isə
rus mühacirləri ilə iş birliyinə üstünlük verərək, onların mət-
buatında Azərbaycan və Gürcüstana qarşı torpaq iddialarından əl
çəkmirdi. “Azəri Türk” dərgisi, erməni müəlliflərinin Praqada
çıxan “Soüialistiçeskiy vestnik” məcmuəsindən bəzi parçaları
(“Qafqaz problemi” məqaləsi) dərc edərək, qonşularımızın Bakı
neftindən pay istədiyini, Qafqaz ailəsinin birlik məfkurəsinə get-
gedə daha çox bağlandığı halda, onların hələ də xülyalarla
yaşadığını göstərirdi [293, N-28-29, 1929].
Ermənilərin pozuculuq fəaliyyətinə baxmayaraq müha-
cirlər Qafqaz birliyi məsələsində bir addım da qabağa gedərək,
1934-cü ilin 14 iyulunda Brüsseldə Qafqaz Konfederasiyası
Misaqını (andlaşma) imzaladılar.
Tarixdə həm də Qafqaz Konfederasiyası Paktı adlanan 14
iyul andlaşmasında:
- “Bir millətin tam inkişafının ancaq tam bir istiqlal şərtilə
mümkün ola biləcəyini;
141
- Təkmil Qafqaz qüvvələrinin tək və müştərək bir hüdud
daxilində birləşmədən, bu məqsədə nail olmanın son dərəcə
müşkül olacağını;
- Qafqaz millətlərinin xarici siyasət və milli müraciətlərinin
müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini;
- Qafqaz Cümhuriyyətləri Konfederasyonunun məmləkətin
siyasi və iqtisadi vəhdətindən irəli gələn siyasi bir şəkil olduğunu”
[37, N-11-12, 1952] nəzərə alan Azərbaycan, Gürcüstan və Şimali
Qafqaz Milli Mərkəzləri Qafqaz Konfederasiyasının aşağıdakı
əsaslarını elan etdilər:
1. Qafqaz Konfederasiyası xaricdə tərkibinə aldığı
cümhuriyyətlər adına hərəkət edəcək və müştərək siyasi gömrük
hüduduna malik olacaq.
2. Konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici
siyasəti qurumun səlahiyyətli nümayəndələri tərəfindən idarə
ediləcək.
3. Konfederasiyanın hüdudları Cümhuriyyətlərin ordula-
rından təşkil olunan və vahid komandanlıq altına alınan Kon-
federasiya Ordusu tərəfindən müdafiə olunacaq.
4. Konfederasiyadaxili mübahisəli məsələ Yüksək
Konfederasiya Məhkəməsinə veriləcək.
Paktı Azərbaycan adından M. Ə. Rəsulzadə, Ə. M. Topçu-
başov, Şimali Qafqaz adından M. Girey Sunc, İbrahim Çulik,
Tausultan Şakman, Gürcüstan adından N. Jordaniya, A. Çxenkeli
imzaladı. Bu tarixi andlaşmanı imzaladıqdan dörd ay sonra-
noyabrın 5-də rəhmətə gedən Ə. M. Topçubaşovun dəfn məra-
simində M. Ə. Rəsulzadə demişdir: “Xəstəliyin, qocalığın və
mühacirətdəki yoxsulluğun yıpratdıqları (zəif saldığı X. İ.)
həyatının son günlərində imzaladığı Qafqasya Konfederasyonu
Misakının elanından Əli Mərdan bəy son dərəcə məmnun idi” [39,
N-2, 1934].
14 iyul Paktının məqsədləri ilə bağlı Qafqaz İstiqlal
Komitəsi yaydığı bəyannamədə-“yaxında bir konfrans çağırıla-
cağını və QİK-in istefasını qəbul edəcək olan bu konfransın
142
müştərək bir Qafqaz orqanı yaradacağını bildirmişdir” [39, N5,
1935].
Nəhayət, 1935-ci il fevralın 14-də (fevralın 23-nə qədər davam
etdi) nəzərdə tutulan konfrans çağırıldı. Konfrans Qafqaz
Konfederasiyası ideyasının gerçəkləşməsi və öz mıllətlərinin
hürriyyəti uğrunda son nəfəsinə qədər mübarizə aparan Ə. M.
Topçubaşov, İ. Ramişvili (1934-cü ildə sui-qəsd nəticəsində Pa-
risdə qətlə yetirilmişdi) və Əhməd bəy Solikattinin xatirəsini yad
edərək, 8 illik mücadilənin yekunu kimi Qafqaz Konfederasiyası
Şurasının yaradılmasını bəyan etdi. “Qafqaz məsələsi və Rusiya”
adlanan on bəndlik sənəddə İvan Qroznıdan üzü bəri Rusiya-
Qafqaz münasibətlərinə tezislər şəklində qiymət verən konfrans
bolşevik işğalı altında olan Qafqazın gələcək taleyi ilə bağlı
Şuranın qarşısında aşağıdakı vəzifələrin dayandığını bildirdi:
“1. Kafkasyadakı rus istila hökumətinin likvidə edilməsi üçün
Kafkasya cümhuriyyətlərinin bərqərar olması və bu cüm-
huriyyətlərin Konfederasyon halında birləşməsi yolunda Kaf-
kasya millətlərinin hazırlanmasına çalışmaq.
2. Bu məqsədlə Sovetlər Birliyindəki başqa əsir millətlərin
təşkilatları ilə siyasi və təşkilati irtibata girmək.
3. Şura Kafkasyanın və Rusiya məhkumu bütün millətlərin
istiqlallarını qeyd-şərtsiz tanıyan rus qüvvələri ilə təmasa gəlməyə
hazırdır.
4. Kəndi müstəqillikləri yolunda Şura...kəndi qüvvətinə
dayanır” [39. N-5, 1935].
QKŞ Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Milli
təşkilatlarının nümayəndələrindən ibarət olub, paritet əsaslarla
qurulmuşdu. Şura nizamnaməyə uyğun olaraq mütəmadi toplanır,
Qafqaza aid bütün siyasi məsələlərlə məşğul olur və rəyasət
Divanının tətbiq edəcəyi siyasətin əsas xətlərini müəyyənləşdirirdi.
Azərbaycanı Şurada təmsil edən səlahiyyətli nümayəndə Milli
Mərkəzin sədri M. Ə. Rəsulzadə idi.
Qafqaz Konfederasiyası Şurası Ermənistan mühacir
təşkilatları üçün açıq elan olunsa da, uzun müddət onlar Şuraya
143
girməkdən çəkindilər. M. Ə. Rəsulzadənin göstərdiyi kimi ancaq:
“İkinci Dünya müharibəsi ərəfəsində-1940-da erməni müməssil-
ləri (nümayəndələri-X. İ.) də sözükeçən misaka qoşuldular” [37,
N-11-12, 1952].
Yuxarıda qeyd etmişdik ki, Qafqaz mühacirlərindən bir
qrup H. Bammatın liderliyi ilə radikal millətçilik xəttini tutaraq
“Prometey”ə qarşı müxalifətdə dayanmışdı. Qafqaz Konfede-
rasiyası Paktını imzalayanlar və QKŞ-ni yaradanlar əski “Pro-
metey”çilər olduğundan bammatçılar təbii ki, QKŞ-yə loyal
münasibətdə deyildilər. P. Mühlen bunun səbəbini Qafgaz Fede-
rasiyası məsələsinə prinsipial baxış fərqlərində görərək yazırdı:
“Bammat və onun ətrafındakılar Qafqaz Federasiyasının Türkiyə-
yə bağlı olmasını istəyirdilər” [284, s.21]. Alman tədqiqatçısının
bu nöqsanlı mülahizəsi Qərbi Avropada pantürkizm və
panislamizim barədə yayılan dumanlı və qeyri-real təsəvvürlərin
nəticəsidir. H. Bammatın mövqeyinə gəldikdə isə o, “Qafqazla
Rusiya arasına Səddi Çin çəkəsi deyilik” fikrini söyləməklə yanaşı,
Cənub qonşuları Türkiyə və İrana münasibətin də çox bəsit və
aydın olduğunu bildirirdi: “Qafqaz millətlərinin məqsədi bir ağanı
başqa ağayla dəyişmək deyildir” [38, s.9, 1936].
H. Bammat hər birisində “axilles dabanı” olan Qafqaz millət-
lərinin birinin digəri üzərində hegemonluğunun qeyri-mümkün-
lüyünü qeyd edir, eyni zamanda heç kimi kənardan yardım istə-
məməyə çağırırdı. O, yaxın tarixi keçmişi xatırladaraq göstərirdi
ki, bir Qafqaz Cümhuriyyətinin kənardan kömək istəməsi başqa
cümhuriyyəti də həmin fikrə və yola sürükləyir. Qafqaz və Tür-
kiyənin birliyi isə ortaq mənafe birliyidir, çünki Qafqazın müs-
təqilliyi Türkiyənin cənub sərhədlərindən tam rahatlığı deməkdir.
P. Mühlenin mülahizəsinin doğru olduğunu təsdiq edən fi-
kirlərə H. Bammatın digər cəbhədaşlarının yaradıcılığında da
təsadüf olunmur.
Təbii ki, maraq doğuran məsələlərdən biri də Qafqaz
Konfederasiyası ideyası ətrafında meydana gələn fikir ayrılıqları
və qruplaşmalar idi. Istər N. Jordaniyaya müxalif gürcülər (Q.
144
Kvinitadze, Z. Avalişvili, Ş. Karumidze və b.), istərsə də M. Ə.
Rəsulzadəyə müxalif olan Azərbaycan mühacirlərindən bir qrupu
(Ş. Rüstəmbəyli, X. Xasməmmədov və b.) Qafqaz millətlərinin
birliyinin zəruriliyini dönə-dönə qeyd edir, onun reallaşmasına
çalışırdılar. Bu məsələ ilə bağlı gürcü mühacirlərindən Ş. Ami-
racibi yazırdı: “Qafqazın bütün millətlərini içinə alan Qafqaz Kon-
federasiyası qurulmalıdır” [183, s.15-17]. Prof. M. Sereteli isə
qafqazlıları isveçrəlilər kimi bir-birlərinin dilinə və milli hüquq-
larına hörmətə vərdiş etməyə çağırır, “Qafqaz Konfederasiyonuna
da, bütün millətlərin istiqballarının təmini üçün ən əmin bir çarə
olan idealizmə də inandığını” bildirirdi [183, s.20].
Ümumiyyətlə nə Qafqaz Konfederasiyası Paktını imzala-
yıb, sonra isə Şuranı yaradanlar (M. Ə. Rəsulzadə, N. Jordaniya,
S. Əhməd və b.), nə də müxalifətdə dayananlar (H. Bammat, X.
Xasməmmədov, Q. Kvinitadze və b.) Qafqaz Konfederasiyasının
yaranmasına qarşı olmamışdır. Əksinə hər iki tərəf mühacirətdə
bu ideyanın reallaşması üçün xeyli əziyyət çəkmişlər. Bəs fikir
ayrılıqlarına, münaqişələrə, parçalanmaya rəvac verən nə idi?
Yuxarıda qeyd etdiyimiz kimi parçalanmaya səbəb Kon-
federasiyanın Türkiyə ilə və yaxud Türkiyəsiz yaranması fikri
deyildi. Paktı imzalayanlar və Şuranı yaradanlar ən çox Qafqaz
Cümhuriyyətlərinin süqutuna qədər bu ideyaya əhəmiyyət ver-
məməkdə ittiham olunurdu. Müxalif tərəf bildirirdi ki, vaxtında
Qafqaz birliyi yaradılsaydı indi nə M. Ə. Rəsulzadə, nə də N. Jor-
daniya mühacirətdə belə birlik yaratmaq haqqında fikirləşməz-
dirlər. Mühacirlərlə yanaşı Qafqaz əsilli bəzi Türkiyə təd-
qiqatçıları da Qafqazın istilasına zəmin yaradan amillər sırasında
bölgə cümhuriyyətlərinin bir-birlərinə, başlıcası isə işğala məruz
qalan Şimali Qafqaza yardım etməmələrini göstərmişlər.
Şərafəddin Erəl “Azərbaycan politikaçılarının yanlışları” əsərində
Azərbaycanın Şimali Qafqaza hərbi kömək etməməsini bağış-
lanmaz səhv adlandırıb yazırdı: “Azərbaycana yardımda şəhid
olan bir çox Şimali Qafqaz zabit və əsgərinə qarşı bir tək hərbçi
belə Azərbaycandan şimala göndərilməmişdi” [223, s.10]. H.
145
Bammat da Azərbaycanla Şimali Qafqazın Quba məsələsi üstündə
bir-birindən soyumasını işğala təsir edən faktlardan hesab edirdi.
C. Hacıbəyli isə bu məsələ ilə bağlı yazırdı: “Vaxtilə Azər-
baycan və Şimali Qafqazın birləşməsinə acınacaq bir cəhalət mane
oldu və bu vəziyyətdən istifadə etmiş olanlar şübhəsiz kəndi
istiqlaliyyətlərinin düşmənləridir. Ümumi Qafqazın Şimali
Qafqazlılara qarşı tarixi bir borcları vardır” [183, s.11].
Yuxarıda qeyd etdiyimiz kimi ittihamlar əsasən M. Ə.
Rəsulzadə və N. Jordaniyaya ünvanlanmışdı. Qəribə də olsa
Azərbaycanın istilası ilə bağlı bir sıra məsələlərdə məsuliyyəti M.
Ə. Rəsulzadənin üstünə yükləməyə cəhd edən Azərbaycan
mühacirləri, dövləti xaricdə təmsilçilikdə onun elə bir səlahiyyət
sahibi olmadığını vurğulayırdılar. Müxalifət, N. Jordaniya kimi
bir “marksist”in, sosial-demokratın Qafqaz Konfederasiyası Şura-
sının rəhbərliyində təmsil olunmasından da çox narahat idi. Onu
ΙΙ İnternasionalla əməkdaşlıqda və Türkiyəyə qarşı mənfi
münasibətdə suçlayan H. Bammat yazırdı: “Türkiyə və Qafqazı
bir-birlərinə bağlayan dostluq və qardaşlıq bağlarıdır. Buna rəğ-
mən gürcü “menşevik”lərinin öndərləri Türkiyə əlehində iftira-
larla dolu bəyannamə çıxarmaqdan çəkinməlidirlər. 13 illik məc-
buri mühacirlik həyatımızın başlanğıcından bəri bu adamlar ΙΙ
İnternasionalın direktivlərinə kor-koranə uyaraq Sovet əleyhdar-
ları olan “siyasi qüvvələrə qarşı gəldilər” [199, s.30].
Bir sıra gürcü müəllifləri də N. Jordaniyanın hələ çarizm
zamanında pullu, ruspərəst adamların Dövlət Dumasına seçilmə-
lərinə kömək etdiyini bildirir, bu “marksist”i Gürcüstan faciəsinin
baiskarı adlandırırdılar. Ş. Karumidze gürcü menşeviklərindən
qalanın da bolşeviklər tərəfindən dağıdıldığını, N. Jordaniyanın
“Gürcüstanı xarabalığa çevirməkdə, onu boyunduruq altına
çəkməkdə çox əmək çəkdiyini” göstərirdi [241, s.41].
Bammatçılar, N. Jordaniya və M. Ə. Rəsulzadəni təkcə
Qafgqz Konfederasiyası ideyasına vaxtilə məhəl qoymamaqda
ittiham etməklə kifayətlənmir, ilk dəfə özlərinə məxsus olan bu
146
ideyanın Qafqaz Paktını imzalayanlar tərəfindən marksizmə uy-
ğun interpretasiya olunduğunu da iddia edirdilər. H. Bammatdan
aşağıda verilən sitat məsələyə aydınlıq gətirir: “Marksizm pro-
poqandası bəzən praktik qeydlərlə, bizdən çalınmış (oğurlanmış-
X. İ.) ideolojilər və müvəqqət (keçici-X.İ.) formullarla təkviyə
(qüvvətləndirilməkdə-X. İ.) edilməkdədir. Bunun misalı Qafqaz
Konfederasyonu Paktıdır” [199, s.31]. Yuxarıdakı bütün mülahi-
zələrin müqabilində tək onu qeyd etməklə kifayətlənmək olar ki,
marksizmə qarşı M. Ə. Rəsulzadə bütün yaradıcılığı ilə dayanır
(Bax: Mühacirətin ideoloji-siyasi və ədəbi-tarixi irsi).
Qafqaz Konfederasiyası Paktı imzalandıqdan dərhal sonra
Xəlil bəy və Şəfi bəy qrupu yenidən fəallaşdı. Onlar Qafqaz
Konfederasiyası ideyasını deyil, onun yaradılması ilə bağlı Paktı
imzalayanları və Şuranın rəhbərlik heyətini tənqid edirdi. M. Ə.
Rəsulzadə ən çox əski çar generalı, osetin əsilli Lazar Biçeraxovla
əməkdaşlıqda, Azərbaycana vaxtilə divan tutan bu adamla bir
yerdə Qafqaz Konfederasiyasında təmsil olunmaqda tənələrə
məruz qalmışdı.
Şəfi bəy M. Ə. Rəsulzadəni həm də türkçülük və turan-
çılıqdan deyil, paktçılıq və prometeyçilikdən dəm vurmaqda gü-
nahlandıraraq yazırdı: “Onun həqiqi arkadaşları gürcü sosialistləri,
erməni daşnakları, təbii müttəfiqləri isə Kazakiya və Ukrayna
olmuşdur” [39, N-13,14, 1935].
Paktı imzalayanları boykot etmək üçün müxalifətdə
dayanan Azərbaycan mühacirləri qəzet və jurnal redaksiyalarına
kollektiv imzalarla təsdiq olunan məktublar da göndərmişlər.
Bunlardan ən fəalı Azərbaycan mühacirətinə daşnak taktikası
təklif edən Yusif Əli Əliyev (bax. Mühacirətdə ixtilaflar) və
“Azərbaycan Neftçilər Cəmiyyətinin” sabiq üzvü (Cəmiyyətin
məlumatında bildirilir ki, o 1932-ci ildən üzvlükdən xaric edil-
mişdir) Möhsün Səlimov idi. Onlar imzaları toplayan zaman bu
aktın “M. Ə. Rəsulzadəyə qarşı müxalifətdə dayanan bir dağıstan-
lının protestosu məqsədilə həyata keçirildiyini bildirmişlər” [32,
N-11, 1935].
147
Bir sıra mühacirlər, o cümlədən “Azərbaycan Neftçilər Cə-
miyyətindən” A. H. Tağıyev, A. Əsədullayev, A. M. Məlikov, M.
H.Məlikov, A. H. Quliyev, A. R. Tağıyev və b. Parisdən Tehrana
qaçıb, orada Avropadakı Azərbaycan mühacirlərinə qarşı bəd
əməllərlə məşğul olan bu adamları kəskin tənqid atəşinə tutdular
[39, N-2, 1934].
1936-cı il mayın 24-də “Erməni-Gürcü İttifaqı”nın yaran-
ması ilə bağlı erməni və gürcü millətlərinə ünvanlanmış bir bəyan-
namə yayıldı. Parisdəki erməni kilsəsində oxunan bu sənədin
müəllifləri gürcü prinsi Vaçnadze və sabiq Ermənistan xarici işlər
naziri Arşak Camalyan idi.
Bəyannamədə deyilirdi: “Əskidən bəri müştərək kültür və
siyasi müqəddəratla bir-birlərinə bağlı olan erməni və gürcülərin
milli varlıqlarını əlbirliyi ilə müdafiə etdiyi tarixdə qeyd edil-
mişdir...
Əski, nəcib və hürriyyətpərvər Qafqaz millətləri bundan
sonra əcnəbi imperialistlərin ehtiraslarına qurban olmayacaq...”
[38, s.55-58]. “Əcnəbi imperialistlər” deyildikdə Rusiya ilə yanaşı
“geniş erməni və gürcü torpaqlarını ələ keçirən” Türkiyənin də adı
çəkilirdi. Qafqaz millətlərinin birliyi yolunda “erməni-gürcü
ittifaqı”nı separatçılıq kimi qarşılayan Qafqaz mühacirləri-
ələlxüsus da Bammat qrupu bu ittifaqa qarşı bir sıra tənqidi
məqalələrlə çıxış etdi. Ş. Amiracibi Azərbaycan və Şimali Qaf-
qazın sonradan da olsa dəvətlərinə lüzum görməyən erməni-gürcü
ittifaqçılarına aşağıdakı sualla müraciət edirdi: “Azərbaycan və
Şimali Qafqazın iştirak etmədiyi bir ittihadın yeni Türkiyədə
şübhələr oyandırması, hətta Türkiyəni irqdaş və dindaşlarını hi-
mayə niyyətilə müdaxiləyə belə sövq edə bilər. Böylə ehtimallara
qarşı Erməni-Gürcü Bloku nə yapa bilir?” [183, s.62].
Fuad Əmircan (Daryal) da “Erməni-Gürcü İttifaqı”nın mə-
ramını açıqlayaraq, üç qayənin hədəf tutulduğunu göstərirdi:
Birincisi, Azərbaycan və Şimali Qafqazdan ayrı bir erməni-gürcü
birliyi yaratmaq; ikincisi, Türkiyəni, erməni və gürcü millətləri
üçün Rusiyadan daha böyük bir təhlükə olaraq təqdim etmək;
148
üçüncüsü isə, “geniş erməni-gürcü hüdudları” məsələsini təzə-
ləmək [220, s.64].
Birliyə Şalva Karumidzenin münasibəti də maraq doğurur.
O, “Erməni-Gürcü Birliyi”nin Qafqazı iki dini qütbə parçalama-
sından, nəticədə azlıqda qalan xristianlarla 7 milyonluq (Qafqazın
bu dövrdə cəmi əhalisi 12 milyon idi) müsəlman əhalisi arasındakı
mövcud mehribançılığa şimal soyuqluğunun girə biləcəyindən
ehtiyatlanırdı.
İttifaqı yaradanlarla yanaşı, mühacirlər onun ilhamçısı
hesab etdikləri Qafqaz Konfederasiyası Şurasını da ittiham
edirdilər. Bu ittihamlara qarşı QKŞ 16 iyun toplantısında bəyanat
verərək, yaradıcılarını belə hələ tanımadığı “Erməni-Gürcü
Birliyini” pislədi. Bəyanatda deyilirdi: “1. Nə QKŞ-nin, nə də ona
daxil olan milli mərkəzlərin bu bəyannamədən məlumatları yox-
dur. Onu yaradanlar hələ bizə məchuldur. 2. QKŞ Qafqaz mil-
lətlərinin tək bir təşkilatda birləşməsini lüzum bilir ki, QKŞ-nin
şəxsində belə bir təşkilat mövcuddur. 3. Qafqaz millətlərinin ayrı-
ayrı təşkilatlar yaratması Qafqaz birliyini dağıda..., düşmənçiliyə
səbəb ola bilər. 4. Hüdud davaları Qafqazın hürriyyətindən
sonra...arbitraj yolu ilə həll olunmalıdır” [39, N20, 1936].
Qeyd etmək lazımdır ki, analoji birlik Azərbaycan və
Şimali Qafqaz mühacirləri tərəfindən də yaradılmışdı. Rəsmən
“Azərbaycan-Dağlılar birliyi” adlanan belə bir qurumun əvvəlcə
sədri Xəlil Xasməmmədov, baş katibi Səid Şamil, xəzinədarı isə
Şəfi Rüstəmbəyli idi. Sonralar H. Bammatın lideri olduğu bu birlik,
N. Jordaniyaya müxalif gürcü mühacirlərinin gəlişi ilə nisbətən
böyüdü (Q. Kvinitadze, Z. Avalişvili və b.). Bütün Qafqaz
Cümhuriyyətlərinin birlikdə təmsil olunmasına can atan H. Bam-
mat, ermənilərdən Zərgəryan qardaşlarını da cəlb etdikdən sonra
həqiqi Qafqaz Federasiyasının yarandığını bildirdi.
ΙΙ Dünya müharibəsi ərəfəsində H. Bammat Berlində
məskunlaşaraq, “Qafqaz” dərgisinin nəşr işlərinə nəzarət edirdi.
Bu dövrdə onun “alman əks kəşfiyyat təşkilatıyla çox sıx rabitə
içində olduğu söylənir” [284, s.35]. “Qafqaz” dərgisi 1939-cu il
149
Hitler-Stalin Paktından sonra Almaniyada bəzi narahatlıqlar
yaratdığından dövlətin rəsmi göstərişi ilə bağlandı. Almaniya
millətçiliyinə böyük rəğbəti olan H. Bammat bu “Paktdan və
“Qafqaz”ın bağlanmasından sonra küskün bir şəkildə İsveçrəyə
çəkildi və 1941-ci ildə Alman-Sovet hərbi başladığı zaman belə
faşist rejimi ilə işbirliyinə qarşı duyduğu şübhəni dəyişdirmədi”
[284,s.35].
Bammatçılar ΙΙ Dünya müharibəsindən sonra bir yerə
toplaşa bilmədilər. Qrupun bəzi üzvləri isə M. Ə. Rəsulzadənin
xəttini müdafiə edən mövqe tutdu (Əli xan Qandəmir, Fuad
Əmircan, N. Şeyxzamanlı və b.).
ΙΙ dünya müharibəsi dövründə Qafqaz Konfederasiyası
Şürasına daxil olan mühacirlər həm ayrı-ayrılıqda, həm də ittifaq
şəklində alman rəsmi dairələri ilə təmsil etdikləri məmləkətlərin
azadlıqlarının tanınması haqqında uzun-uzadı danışıqlar apardılar
(Bax, Azərbaycan legionlarının yaradılması və alman rəsmi
dairələri ilə aparılan danışıqlar).
Dörd Qafqaz cümhuriyyəti 1944-cü ilin 22 avqustunda
Qafqazın konfederativ dövlət şəklində mövcud olacağına qərar
verilməsini ifadə edən “mühtıranı (Diplomatik Nota) Şərq Nazirli-
yinin məsul işçisi prof. Fon Şulenburq vasitəsilə Xarici işlər
nazirliyinə təqdim etdilər” [313, N-11-12, 1952]. Müharibənin
sonuna yaxın QKŞ-ni tanımasa da ona daxil olan cümhuriyyətləri
Alman dövləti rəsmən tanıdığını bildirdi.
1952-ci il dekabrın 11-16-da üç Qafqaz Cümhuriyyətinin
nümayəndələri Münxenə Ümumqafqaz konfransına toplaşdılar.
Konfrans, “Qafqaz İstiqlal Komitəsi” adı altında “Ümumqafqaz
Mərkəzi yaradaraq ona aşağıdakı vəzifələri həvalə etdi: “a)
Qafqaz millətlərinin milli qurtuluş mücadiləsini xaricdə təmsil və
idarə etmək; b) ABŞ və Batı dövlətləri başda olmaq üzrə... bol-
şevizmə qarşı savaşda məhkum millətlərin yardımlarına ümid
bağladıqları dövlətlərlə, millətlərarası təşkilatlarla QİK-nin fəaliy-
yətini uzlaşdırmaq; v) Dogu Avropa, Türküstan və b. millətlərin
apardıqları azadlıq mübarizəsi ilə iş birliyi yaratmaq”. Sonuncu
150
bənddə isə Qafqaz millətlərinin çökməsi ilə rusların da xilas
olacağı bildirilirdi.
Bəyannaməni, Azərbaycan Milli Mərkəzinin sədri M. Ə.
Rəsulzadə, Gürcüstan Milli Siyasi Mərkəzinin sədri N. Jordaniya
və Şimali Qafqaz Milli Komitəsinin sədri prof. Əhməd Maqoma
imzalamışlar. QİK- Qafqazlıların mühacirətdə yaratdıqları sonun-
cu müştərək təşkilat oldu.
SSRİ millətlərinin taleləri kimi məqsəd və vəzifələri də
oxşar idi: hamısı işğala məruz qalmış, hamısı azadlıq mübarizə-
sinə qalxmışdı. Bu baxımdan mühacirət tarixində müstəsna əhə-
miyyəti olan “Prometey” cəbhəsinin yaranması labüd, eyni za-
manda zəruri idi. Bir tərəfdən “Bütün ölkələrin proletarları, birlə-
şin!” şüarını irəli sürən sovetlərə və kommunizm ideologiyasının
beynəlxalq aləmdə əsas yayıcılarından olan İnternasionala, digər
tərəfdən isə “tək və bölünməz Rusiya” prinsipini hədəf tutaraq
millətlərin müstəqilliyinin qeyd-şərtsiz qəbulunu mümkün sayma-
yan rus mühacirətinə qarşı qeyri-rus mühacirlərin vahid platfor-
madan çıxış etməsi həm kommunizm ideologiyasına, həm də
imperiya pərəst dairələrə kəskin zərbə vururdu. “Prometey”in
mövcudluğu və fəaliyyəti SSRİ daxilində də millətlərin antiim-
perialist mübarizəsinə istiqamət verir, ona ideoloji-siyasi cəhətdən
təkan göstərirdi.
1920-30-cu illərdə SSRİ daxilində baş verən hadisələrin,
yürüdülən siyasətin mahiyyətinin açıqlanıb beynəlxalq ictimaiy-
yətə çatdırılmasında “Prometey” xeyli iş gördü. Təqdirəlayiq və
örnək bir haldır ki, belə beynəlmiləl bir təşkilatın meydana
gəlməsində ilk təşəbbüs M. Ə. Rəsulzadəyə məxsusdur. Bununla
yanaşı onun ağır bir missiyanı öz üzərinə götürməsi də qeyd
olunmalıdır. Belə ki, bu dövrdə M. Ə. Rəsulzadə sağdan Almaniya
və Yaponiyaya meyl edən radikal millətçi, soldan liberal və sosial
demokratiya yönlü cərəyanların, eyni zamanda erməni-rus
mühacirlərinin təzyiqlərinə məruz qalmışdı. Sağların “sosialist”,
“marksist” ittihamlarına, solların və rus-erməni mühacirlərinin isə
“pantürkist”, “panislamist” ittihamlarına tab gətirib “Prometey”i
151
“Bütün SSRİ əsiri millətlərin cəbhəsinə” çevirmək o qədər də asan
deyildi. Lakin, qarşıya qoyulan vəzifə əsasən həll edildi: cəbhə
yaradıldı və uğurlu fəaliyyət göstərdi.
Qafqaz
Cümhuriyyətlərinin mühacirətdəki birliyinə
gəldikdə isə, qeyd etmək lazımdır ki, belə bölgəsəl qruplaşmalar
da ümumi antibolşevik hərəkatının formalaşmasında az əhəmiyyət
kəsb etməmişdi. Qafqaz birliyi öz növbəsində türküstanlıları və
tatarları da (İdia-Ural, Krım, Başqırd və s.) analoji birliklər
yaratmağa sövq edirdi.
Digər tərəfdən kommunist cəbhəsi olan Zaqfederasiyaya
(ZSFSR) qarşı, Moskvasız Qafqaz Konfederasiyası Şurası yarat-
maq müstəqilliyin və asılılığın nümunələri idi ki, öz növbəsində
belə paralellik cəmiyyətdə müqayisə imkanı da yaradırdı.
Qafqaz Birliyi ideyasında maraqlı cəhət kommunist
variantının əksinə, Şimali Qafqazın Zaqfederasiyadan (Cənubi
Qafqazdan) ayrılmaması idi. Sovetlər isə bu dövrdə Şimali Qafqaz
Cümhuriyyətinə daxil olan xalqları-çeçen, inquş, balkar, kumık,
çərkəz, adıgey, ləzgi, avar, osetin və başqalarını parçalayıb onları
ayrı-ayrılıqda muxtar şəklə salırdı.
Könüllülük prinsipi əsasında 1918-ci ildə Şimali Qafqaz
Cümhuriyyətinin rəsmi dövlət dili elan olunmuş kumık dili bu sta-
tusdan məhrum edilərək, onun yerinə onlarla milli dil, əlifba-
larının belə olmadıqlarına məhəl qoyulmadan süni sürətdə tətbiq
edilirdi. İlk baxışdan humanist görünən bu siyasət 1917-20-ci
illərdə “ərəb məmləkətindən türk ruhunun və türkçülük şüurunun
hakim olduğu bir məmləkətə çevrilən” [223,s.30] Şimali Qafqazın
ruslaşdırılmasına zəmin hazırlamaq demək idi.
Sovetlərin Şimali Qafqazı Cənubi Qafqazdan ayrı salmaq
siyasətinə qarşı mühacirətin, dörd Qafqaz cümhuriyyətinin vahid
ailədə birləşməsi ideyası bu mülahizələr baxımından az əhəmiy-
yətli görünmür.
“Prometey” və “Qafqaz Konfederasiyası Şurası”nın yaran-
ması və fəaliyyəti mühacirətdə milli azadlıq ideologiyasının,
152
dövlətçilik şüurunun formalaşmasında da xüsusi rol oynadı. Azər-
baycana, eləcə də digər Qafqaz Cümhuriyyətlərinə göndərilən
qəzet və jurnallar (Prometey, Qurtuluş, İstiqlal, Bildiriş və b.) milli
azadlıq ideyalarının məhv edilməsi yolunda ciddi maneə idi.
Qafqaz Konfederasiyası Şurasının praktiki əhəmiyyətinə
gəldikdə isə etiraf etmək lazımdır ki, hazırda Qafqaz Cümhu-
riyyətlərinin siyasi, hərbi cəhətdən konfederativ birliyi qeyri-real
görünür. Lakin, 1918-1921-ci illərdə Qafqaz Cümhuriyyətlərinin
bolşevik istilasına qarşı müştərək müdafiə sistemi yarada bil-
mədikləri və sovetlərin Qafqazda yürütdükləri siyasət müqabilin-
də XX əsrin Ι yarasında bu ideya son dərəcə aktual və əhəmiyyətli
idi.
|