1. 4. Siyasi partiyaların gizli fəaliyyətə keçməsi
1920-ci il 27 aprel işğalından sonra Azərbaycanda Kom-
munist Partiyasından başqa heç bir partiyanın leqal fəaliyyətinə
imkan qalmadı. Gəncə, Qarabağ, Şəki və Zaqatalada lokal
62
xarakterli hərbi çıxışların, silahlı üsyanların əsas təşkilatçıları kimi
Müsavat və İttihadı ittiham etmək, siyasi partiyalara qarşı amansız
mübarizənin başlayacağını xəbər verirdi. Əslində ayrı-ayrı partiya
üzvlərinin üsyanların təşkilində və gedişində iştirakı istisna
edilməsə də, bütövlükdə partiyaların təşkilatçılığını və iştirakını
iddia etmək əsassız idi. Ə. V. Yurdsevər yazır: “Böyük Gəncə
üsyanı, Şəki, Lənkəran və digər bölgələrdəki ayaqlanmalar
(ixtişaşlar) müştərək bir plana və təşkilata bağlı deyildi. Biz bu
kimi hazırlıqsız, plansız hərəkətlərə müxalifik” [32, N-282, 1991].
Gözlənildiyi və vəd edildiyi kimi böyük silahlı çıxışlar ya-
tırıldıqdan sonra gizli fəaliyyətə keçmək məcburiyyətində qalmış
partiyalara “müharibə elan olundu”.
“Əhrar” (nisbətən Şimal bölgəsində nüfuzu olan bu partiya
yarandığı gündən Müsavatı Türkiyəyə arxa çevirməkdə, əsasən
şiələri vəzifəyə yerləşdirməkdə ittiham etməklə və sünnilik
məzhəbini qabartmaqla populyarlaşmaq taktikası seçmişdi) sovet
hakimiyyətinin ilk günlərində özünü buraxmaq haqqında qərar
çıxardı və “bir-iki il sonra onun üzvləri rəsmən Müsavat firqəsinə
girdi” [145, s.148].
Sosialist fraksiyasına daxil olan “xalqçı sosialist firqəsi” də
bolşevik platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə
yerləşdirə bildi. Lakin, fəal “xalqçılardan” Aslan Səfikürdski, Rza
Qaraşarlı, Cəmo Hacınski, Rza Şabanov, Kərim Feyzullayev,
Xankişi Şahverdiyev və digər 26 nəfər 1922-ci ilin sonlarında
Azərbaycan SSR Ali İnqilabi Tribunalının “eser partiyasının
Zaqafqaziya təşkilatının işi” adlı qondarma ittihamla mühakimə
olunub müxtəlif müddətli həbs cəzaları aldılar [77, v.235].
Ittihadçılar da digər partiyalar kimi ilk günlər özlərini
buraxaraq bolşevik platformasına keçdiklərini bəyan etmişdilər.
Ə. Qarayev yazırdı: “Bir-birlərinin ardınca, başlarını aşağı salaraq
menşeviklər, əhrarçılar, bundçular və ittihadçıların MK-larından
gəlib petisiya təqdim edirlər: biz öz partiyalarımızı ləğv etdik,
xahiş edirik bizi kommunist partiyasının sıralarına daxil edin”
[390, s.127].
63
İttihad partiyasının buraxılması haqqında aktda isə
deyilirdi: “Burjua “azadlığı” çərçivəsində Müsavatla açıq müba-
rizə aparan “İttihad” hesab edir ki, Qırmızı Sovet hissələrinin
Azərbaycana gəlməsi müsavatçılarla mübarizədə müsbət həllini
tapır. Və öz məqsədinə çatmış “İttihad” səhnədən gedir” [111,
s.8].
Lakin 1920-ci ilin yazından İttihad gizli fəaliyyətə keçərək
özünü güclü antisovet bir partiya kimi göstərə bildi. “Vətən ya
ölüm”, “Mərkəzi İttihad”, “Quranın əmin-amanlığı” adlı üç
müstəqil qrupa bölünən partiya Azərbaycanın qəzalarındakı təşki-
latlarını gizli mübarizə şəraitinə keçirmiş, eyni zamanda Dağıstan
və İranla əlaqələr yarada bilmişdi. XΙ ordunun Xüsusi Şöbəsinin
qaldırdığı cinayət işinin materiallarına görə İttihad 1920-ci ilin
axırlarında Azərbaycanda silahlı üsyan yolu ilə hakimiyyəti ələ
almağa çalışırdı. Onlar Dağıstanda İmam Qotsinski və
Əlixanovun başçılıq etdiyi qiyamçıların. Eləcə də Lənkəran və
Zəngəzur üsyançılarının köməyi ilə qarşıya qoyulan məqsədə
çatmağın mümkün olacağı qənaətində idilər.
Üsyan üçün qış mövsümünün seçilməsi, daha çox suların
donması və Həştərxanla rabitənin kəsilməsi üzündən bolşeviklərin
Bakıya əlavə hərbi qüvvələr yeritmək imkanından məhrum
olmaları ilə bağlı idi. Dağıstanda isə yerli əhali təyin olunan vaxt
üsyana qalxıb Vladiqafqaz-Bakı dəmiryol xəttini kəsməyi planlaş-
dırmışdı. Abşeron kəndlərində üsyan Bakıdan verilən siqnalla
qalxmalı idi: “Abşeron üsyançılarının bir hissəsi Zığı... o biri
hissəsi isə Bakı ətrafındakı dəmiryol məntəqələrini tutmalı idi ki,
bu da Həsənovda tapılmış planda təsdiq olunur” [111, s.14].
Üsyanı “qabaqlayan” Xüsusi Şöbə, İttihadın sədri Qarabəy
İsmayıl oğlu Qarabəyov da daxil olmaqla partiya rəhbərliyinin və
fəallarının 155 nəfərini həbs etdi.
1921-ci il yanvarın 25-də XΙ Ordunun Xüsusi Şöbəsinin
üçlüyü: XΙ Ordunun Xüsusi Şöbə rəisi Pankratov, Operativ hissə
rəisi Aşukin, baş hərbi müstəntiq Qubin “Silahlı üsyan yolu ilə
Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və başda “İttihad”
64
olmaqla burjua hakimiyyəti yaratmaq məqsədini qarşıya qoyan
əksinqilabi təşkilatın 155 üzvü və əməkdaşının işi üzrə aşağıdakı
qərarı qəbul etdi: “1. Qarabəy İsmayıl oğlu Qarabəyov. 2.
Məmməd Həsən Həsənov. 3. Cəmil bəy Ləmbəranski. 4. Əlibəy
Teymur oğlu Aşurbəyov-HFK-nın Xüsusi Şöbəsinə qöndərilsin”
[111, s.18].
Partiyanın Moskvanın Butırka həbsxanasına göndərilən 4
nəfər MK üzvündən başqa, yerdə qalan fəalları amnistiya hüqu-
qundan məhrum edilməklə müxtəlif həbs düşərgələrinə sürüldü,
bəziləri isə dilindən iltizam alındıqdan sonra müvəqqəti azadlığa
buraxıldı.
1921-ci ilin əvvəllərindən başlayaraq məram və xarakterinə
görə İttihada yaxın olan dini təmayüllü bir neçə partiyanın da
fəaliyyəti gücləndi.
Bunlardan “İslam” partiyasının fəaliyyəti daha çox nəzərə
çarpırdı ki, adından da göründüyü kimi o islamçılıq təbligatı
aparır, “Azərbaycan müsəlmanları üzərində Türkiyənin təsirini
yaymağa çalışırdı. “İslam”in əsas rəhbərləri də türkiyəli zabitlər
idi” [72, v.63].
Məramları, sosial bazaları oxşar olduğundan İttihadla İslam
birləşərək yeni İttihadi İslam (İslam Birliyi) partiyası yaratdılar.
Əsasən kasıb və ortabab kəndliləri öz sıralarına cəlb edən İttihadi
İslam çox sürətlə böyüyürdü. 135 nəfərdən ibarət rəhbərlik
heyətinə malik olan yeni birliyin “təkcə Şəmkir rayonunda 3000
nəfər üzvü var idi” [72, v.134].
Şəkidə İttihadi islam “İstiqlal İttihad” adı altında fəaliyyət
göstərirdi. Lənkəranda isə demək olar ki, bütün ruhanilər bu
partiyanın tutduğu mövqeyi müdafiə edirdi. Partiyanın Bakidakı
rahbərləri İsfəndiyar Məmmədov, Nadir Şirinbəyov, Xan Əli
Tapdıq oğlu, Miri Mir Cabbarov idi.
1921-ci il 5 may tarixli Bakı konfransında İttihadi İslam o
qədər də geniş nüfuza malik olmayan “İslam Əl-Quran”la birləşib
yeni ad-“Milləti İslam” adını qəbul etdi [72, v.135].
65
AKP Mk-nın informasiya bülleteninin [72, v.63] məlu-
matına görə əsas şüarları-“Din üçün ölümə hazır ol!”, “Ya ölüm,
ya vətən!” olan Milləti İslamın nəzdində terrorçu qrup da fəaliyyət
göstərirdi. Bu qrup Miri Mir Cabbarovun rəhbərliyi ilə Yevlaxda
Ə. Qarayevə, Gəncədə Həmid Sultanova və Gəncə Siyasi
Bürosunun rəisi İbrahim Əliyevə sui-qəsd planlaşdırmışdı.
1921-ci ilin əvvəllərində Gəncədə təşkilatçılarının əksə-
riyyəti türkiyəli zabitlər olan “Günəş-Qafqaz” partiyası da yaranıb
fəaliyyətə başlamışdı. Rəhbərliyinə Cabbar Qoşqarov, Abbas bəy
Usubbəyov (Nəsibbəy Yusifbəylinin qardaşı oğlu) və Seyidəli
İsrafilverdiyevin daxil olduğu bu partiyanın nəzdində güclü hərbi
mərkəz formalaşdırılmışdı.
Azərbaycanın Qərbində öz fəaliyyətini daha da güclən-
dirmək məqsədilə Milləti İslam “Günəş-Qafqaz” la birləşmək
qərarına gəldi. 1921-ci il iyunun 3-də bu iki partiya Gəncə toplan-
tısında birləşmə qərarı qəbul etdikdən sonra “Azərbaycan Milli
Müdafiə İslam Firqəsi” (AMMİF) adlanmağa başladı. AMMİF-ə
yeni sədr Cabbar Qoşqarov, sədr müavini Əli Səmədov, katib
Abbas bəy Usubbəyov seçildi və partiyanın 21 nəfərdən ibarət MK
tərkibi formalaşdırıldı. Bundan əlavə Xosrov Əfəndiyevin
rəhbərlik etdiyi hərbi şöbə (köməkçi İsfəndiyar Məmmədov idi),
Seyidəli İsrafilverdiyevin rəhbərlik etdiyi təbligat-təşkilat şöbəsi
yaradıldı, Xəlil Şakirov, Tahir Quliyev isə Türkiyə ilə əlaqəçilər
təyin edildi.
Türkiyədən xeyli zabitin cəmləşdiyi AMMİF-i əslində
hərbi təşkilat hesab etmək olar.
Az. ÇK (FK) belə hesab edirdi ki, qarşısına silahlı üsyanla
sovet hakimiyyətini yıxmaq məqsədi qoyan bu partiyanın hər bir
üzvü həlledici məqamda özləri ilə ən azı on nəfəri hərəkata qoş-
mağa qabil idi. Buna görə də Az. ÇK (FK) önləyici tədbirlər gör-
mək üçün yerlərə xüsusi dəstlər göndərdi. Aparılan əməliyyatlar
nəticəsində 1921-ci ilin iyununda AMMİF-in rəhbərlik də daxil
olmaqla 230 nəfər fəal üzvü həbs edildi [73, v.311]. Həbs
edilənlərdən 22 nəfəri güllələndi (əsasən rəhbərlik), 61 nəfər 5 il
66
müddətinə, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi; 14
nəfərə isə 5 il icbari həbs cəzası hökmü oxundu. Partiyanın ələ
keçmiş qalan üzvlərinin bir hissəsi sürgünə göndərildi, bəziləri də
şərti olaraq azadlığa buraxıldı. Iyul əməliyyatlarından yayına bilən
Molla Miri, Əhməd Şükür, Nadir Şirinbəyov, Hüseyn Xəlil,
Kərbəlayi Ağa, Kərbəlayi Rəsul, Məmməd Tağı Tağızadə, Adil
Əlizadə və Zeynal Zeynalov kimi tanınmış fəallar qanundan kənar
elan olundular.
Qeyd edək ki, siyasi partiyalara qarşı repressiya Qafqaz
Bürosunun qərarı ilə bütün Zaqafqaziyada həyata keçirilirdi.
1921-ci il 16 iyulda Az. K(b)P Siyasi Bürosunun məxfi iclasında
menşevik və b. partiyaların ləgv edilməsi ilə bağlı Qafqaz Buro-
sunun teleqramı oxunarkən N. Nərimanov ona münasibətini belə
ifadə etmişdi: “Azərbaycanda bu teleqramı “İttihad”çılara qarşı
mübarizə aparılmalıdır” kimi başa düşmək olar, çünki bizdə men-
şeviklər və başqa təşkilatlar çox zəifdir” [68, v.46].
Az. DSİ-nin məlumatına görə [140, N-1(6), 1993] dini
təmayüllü təşkilatlar Azərbaycanda 1930-cu illərə qədər fəaliy-
yətdə idi. Bunlardan “Milləti İslam” adı altında fəaliyyət göstərən
müstəqil qrupu nisbətən sonralar yaranan “Allahlılar ittifaqı”,
“Əzrail firqəsi”, “Həqiqət ordusu” və b. təşkilatları göstərmək
olar. Başqa partiyalarla bir neçə dəfə birləşərək müxtəlif adlar
altında fəaliyyət göstərməsinə baxmayaraq sovet mənbəşünas-
lığında İttihad 1922-ci ildən sonra əsasən öz əski adı ilə adlanır.
Bu ilk növbədə partiyanın nüfuzu, sosial bazasının gücü və
xaricdəki mühacirlərin (İttihadçılar) Azərbaycandakı proseslərə
təsiri ilə bağlı idi.
1921-ci ilin yay həbslərindən sonra zəifləyən partiya, 1923-
cü ildə İranla güclənən əlaqələr sayəsində yenidən özünə gələ
bildi. Ittihadçıların Təbriz komitəsinin Gəncəyə göndərdiyi
emissarın (Müzəffər Əliyev) köməyi ilə Kazımbəyin rəhbərliyi
altında qeyri-leqal hərbi mərkəz yaradıldı. Həmin il partiyanın
təşkilatçılığı ilə Kürdəmirdə sovet hakimiyyətinə qarşı güclü
silahlı üsyan baş verdi. Bu üsyan da qan içində boğulduqdan sonra
67
ittihadçılar daha dərin gizli fəaliyyətə keçərək, son dərəcə ehtiyatlı
davranış taktikası seçdilər.
1926-cı ildə İranla yeni əlaqələr yaradılması ilə “Sərhəd
bölgələrində silahlı bandalarla iş birliyinin qurulması nəticəsində
ittihadçılar sovet hökumətini növbəti silahlı çıxışla hədələməyə
başladı. Onların əsas gücləri Əlyanlı banditlərində idi” [82,
v.194].
1926-cı il martın 4-də tanınmış ittihadçı Xosrov bəy Sulta-
nov Parisdən Tehran və Təbrizə gələrək, Azərbaycanla əlaqələrin
möhkəmləndirilməsi ilə bağlı bir sıra tədbirlər gördü. Lakin o,
1925-ci ildə olduğu kimi bu dəfə də partiyaya daxildə rəhbərlik
edəcək güclü bir lider tapa bilmədi. General Ə. Şıxlinskiyə partiya
rəhbərliyini həvalə etmək cəhdi baş tutmadı.
Əsas məramı təbliğatın, silahlı çıxışların köməyi ilə sovet
hakimiyyətini devirmək olan İttihadın gizli fəaliyyət dövrünü bir
neçə mərhələlərə bölmək olar: birinci, 1920-1923-cü illər fəal
antisovet çıxışları, silahlı üsyanlar, eyni zamanda maramı və sosial
bazası oxşar olan partiyalarla birləşmə; ikinci, 1923-1926-cı illər
nisbətən ehtiyatlı fəaliyyət və Müsavatla əsaslı şəkildə ya-
xınlaşma; üçüncü Müsavatla 1927-ci ildən başlanan birləşmə mər-
hələsi. Bu mərhələdə İttihad bir partiya kimi demək olar ki,
Müsavatın içərisində tədricən əriyib tarix səhnəsindən çıxır. Düz-
dür, Sovet tarixşünaslığının bildirdiyi kimi hələ 1923-cü ildən
başlayaraq Azərbaycanın bəzi yerlərində (məsələn Qarabağda)
“İttihadçılar Müsavatın bayrağı altında fəaliyyət göstərirdi” (72,
v.100). Digər tərəfdən 1929-cu ildə belə İttihad bəzi rayonlarda
müstəqil olaraq fəaliyyətdə idi: “Təşkilat 5 nəfərdən ibarət gizli
komitəyə malik idi. Onlar Gəncədəki Azdiviziya alayında iş apar-
mağı və terror-diversiya xarakterli tədbirləri həyata keçirməyi
planlaşdırmışdı” [140, N1(6), 1993].
Ancaq hər iki məqamda sovet mənbəşünaslığında təhriflər
var: birinci məqamda (İttihadçıların Müsavat bayrağı altında
fəaliyyəti) Müsavatı da silahlı dövlət çevrilişlərində ittiham etmək
motivləri görünür, ikinci məqamda isə (İttihad bir sıra rayonlarda
68
müstəqil fəaliyyət göstərməkdədir) repressiyanın geniş-
ləndirilməsi, kütləviləşdirilməsi üçün təhlükə ocaqlarının çoxluğu
süni şəkildə qabardılır.
Fikrimizcə, İttihadın Müsavatın içərisində əriməsini sürət-
ləndirən amillərdən biri də tanınmış ittihadçıların mühacirətdə
Müsavat Partiyasının sıralarına daxil olması, (məsələn, M. Y.
Mehdiyev), yaxud da onların müsavatçılarla bir təşkilatda (AMM-
də) birləşməsi idi. Əslində İttihadın xaricdə müstəqil bürosu yox
idi. Onlar əsasən Müsavatın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik
etdiyi Azərbaycan Milli Mərkəzində cəmləşmişdilər.
Azərbaycanda İttihadçıların Müsavat bayrağı altında cəm-
ləşməsi güclü və amansız zor aparatına qarşı milli müqavimət
imkanlarını artırdı. Mühacirlər də strateji məqsədləri eyni olan
qüvvələrin birləşməsinə təbii ki, mane olmaq fikrində deyildi.
Azərbaycanda milli müqavimət hərəkatının aparıcı qüv-
vəsi, ideoloji istiqamətvericisi Müsavat partiyası olmuşdu. Parti-
yanın gizli fəaliyyətə keçməsi barədə qərar 27 aprel gecəsi qəbul
edildi. Ə. V. Yurdsevər bu barədə yazırdı: “Partiya çalışmaların-
dakı davamlılığın başqa bir dəlili də gizli Müsavat təşkilatının
doğrudan doğruya öndərimiz M. Ə. Rəsulzadənin təsvibi (razılığı-
X. İ.) və direktiviylə qurulmuş olmasıdır. Həmən 27 nisan axşamı
Mirzə Bala ilə birlikdə kəndisini evində ziyarət edərək təsvibini
almış və arkadaşlardan Məmməd Sadıq Quluzadə (Xülusi) və
Məmməd Həsən Baharlını mərhum şair Cəfər Cabbarlının şəhər
kənarındakı iqamətgahında toplayaraq yemin mərasimiylə ilk gizli
partiya Mərkəzi Ümumisini qurmuşduq” [352, N-282, 1991].
M. Ə. Rəsulzadənin tövsiyəsi ilə gizli Müsavatın rəhbər-
liyinə M. B. Məmmədzadə gətirilmiş, Ə. V. Nəmmədzadə (Yurd-
sevər) onun müavini (Bakı komitəsinin təşkili ona həvalə olun-
muşdur). M. Sadıq Quluzadə siyasi işlər komissiyasının sədri
(Azərbaycan qəzalarında partiyanın gizli təşkilatlarını qurmaq ona
həvalə olunmuşdur), Məmməd Həsən Baharlı maliyyə komis-
siyasının sədri, Cəfər Cabbarlı isə gizli MK-nın Baş katibi təyin
olunmuşlar.
69
Lakin aprel-may-iyun aylarında Müsavatın leqal fəaliyyəti
qadağan edilmədiyindən partiya hələ bütövlükdə gizli şəraitə
keçməmişdi.
“Azərbaycan SSR Xalq Komissarları Şurası ilə bağlanan
müqaviləyə görə Müsavat açıq sürətdə fəaliyyət göstərirdi” [111,
s.39-40].
Açıq fəaliyyət göstərən müsavatçılar özlərini “solçu”
adlandırıb, partiyadan ayrıldıqlarını elan etmişdilər. Bu məsələ ilə
bağlı ziddiyyətli məqamlara aydınlıq gətirmək üçün bir neçə
nümunəyə müraciət edək. M. Ə. Rəsulzadə “Azərbaycan Cümhu-
riyyəti”ndə yazır: “Müsavatçılardan bir qismi dəxi “sol” müsa-
vatçı adıyla vəziyyətə, bir dərəcə olsun, icrai təsir etmək istə-
dilərsə də kəndilərinə “ilanın ağına da, qarasına da lənət” dedilər”
[161, s.69].
Müsavatda “solçuluq”, 1923-cü il həbsləri zamanı ələ
keçən müsavatçıların işi ilə məşğul olan Xatipovun (BDSİ-də
hərbi şöbə müvəkkili) rəhbərlik üçün tərtib etdiyi məlumatda belə
ifadə olunur: “İndi özlərini sol qrup adlandıran məhkumlar (Ə. V.
Məmmədzadə, Q. V. Mikayılzadə, Ə. Babayev və b.-X. İ.) əslində
“solçu” olmamışlar. Ümumiyyətlə, “müsavat” partiyasında nə sol,
nə də sağ qrup yoxdur” [111, s.48].
Belə görünür ki, özünü “solçu” adlandırmaq müsavatçıların
leqal fəaliyyət göstərmək və hakimiyyət dairələrini çaşdırmaq
cəhdi idi.
Az. DSİ-nin istintaq materiallarında göstərilir ki, “sol
müsavatçılar çevrilişin ikinci günü Suleyman Abdullayevin
Voroşilov küçəsindəki mənzilində toplaşaraq partiyanın ümumi
yığıncağını çağırmaq məsələsini müzakirə elədilər. Ümumi yığın-
cagı çağırmaqda əsas məqsəd partiyanın leqal fəaliyyəti üçün
sovet hökuməti ilə danışıqlar aparmaq və bu danışıqları aparacaq
nümayəndə heyəti seçmək idi” [140, N-2(6), 1994]. Sənəddə,
həmçinin S. Abdullayevin mənzilindəki yığıncağın M. B. Məm-
mədzadə, M. S. Quluzadə, Qasım Qasımov, Seyid Zərgər və sayı
25-ə çatan digər fəal müsavatçıların təşəbbüsü ilə toplantısından
70
sonra axşam M. B. Məmmədzadə, Ə. V. Məmmədzadə, Suleyman
Abdullayev, Seyid Zərgər, Qasım Qasımov, M. S. Quluzadədən
ibarət gizli Müsavat MK-sının formalaşdırıldığı göstərilir.
M. B. Məmmədzadə isə yazır: “Bolşeviklər “Müsavat”dan
xaric edilmiş iki şəxs vasitəsiylə (Suleyman Abdullayev, Xəlil
İbrahim) 1920-ci il aprelin 29-da Bakıda Fövqəladə “Müsavat”
konqresi çağırdılar. Burada “Müsavat” firqəsinin də bolşevik plat-
formasını qəbul edərək fəaliyyətini dayandırmaq təklifi müza-
kirəyə verildi.
Gətirilən dəlillərin məntiqi belə bir fikrə əsas verir ki,
bolşeviklər başqa partiyalar kimi Müsavatın könüllü surətdə
özünü buraxıb Kommunist Partiyasının platformasına keçəcəyinə
inanmadıqlarından, məqsədlərinə çatmaq üçün öz təbiətinə uyğun
metoda-saxtakarlığa əl atmışlar.
M. B. Məmmədzadənin bildirdiyi kimi Az. DSİ-nin sənəd-
lərində S. Abdullayevin Müsavat MK-sının üzvü kimi göstəril-
məsi həqiqətəuyğun deyil. Sonralar həbs olunanlar, güllələnənlər,
sürgünə göndərilənlər, mühacirətə gedənlər arasında da S.
Abdullayev ad və soyadına təsadüf olunmur. Beləliklə, gizli
Müsavatın Ι MK tərkibi barədə Ə. V. Yurdsevərin verdiyi bilginin
daha dəqiq olması qənaətinə gəlmək mümkündür.
1920-ci ilin iyun ayında Müsavatın gizli şəraitdə ümumi
toplantısı oldu. Toplantıda partiyanın yaxın gələcəkdə qarşısında
dayanan vəzifələr və onun leqal fəaliyyətinin təminatı üçün sovet
höküməti ilə danışıqlar aparılmasının zəruriliyi müzakirə edildi.
Lakin danışıqlar nəticəsində məlum oldu ki, partiyanın açıq
fəaliyyətinə icazə verilmir. Bununla da Azərbaycanda fəaliyyəti
yasaqlanan Müsavat tam şəkildə bütün strukturlarını gizli şəraitə
keçirmək məcburiyyətində qaldı.
Müsavatın Azərbaycanda gizli fəaliyyət dövrünü xarak-
terinə görə dörd mərhələyə bölmək olar:
Birinci – 1920-1923-cü illər. Ikinci – 1923-1927-ci illər.
Üçüncü – 1927-1931-ci illər. Dördüncü – 1931-ci ildən ΙΙ Dünya
müharibəsinə qədərki mərhələ.
71
Birinci mərhələdə müsavatçılar özlərini gəncləşmiş,
nisbətən yeniləşmiş və sovet hökuməti ilə dil tapmağa meyli olan
bir partiyanın nümayəndələri kimi təqdim etməyə çalışırdı. Əs-
lində parlamentdə və hökumətdə təmsil olunan nüfuzlu, həm də
təcrübəli müsavatçıların, eyni zamanda bolşeviklərlə sərt rəftarın,
tərəfdarları hesab edilən Ş. Rüstəmbəyli, N. Şeyxzamanlı kimi
radikalların böyük əksəriyyətinin Azərbaycandan mühacirət etmə-
ləri fonunda çoxu gənclər olan yeni rəhbərlik bu cür təəssürat
yaradırdı. Bu bucaqdan baxanda yeni MK-nın özünü solçu elan
etməsi aydın olur. Çox güman ki, aprelin 27-i gecəsi Ə. V. Yurd-
sevərin xatırlatdığı məlum görüşdə bu taktika M. Ə. Rəsulzadənin
iştirakı ilə müəyyənləşdirilmişdi.
Söylənilən mülahizələrdən və gətirilən dəlillərdən belə
qənaətə gəlmək olar ki, Müsavat leqal fəaliyyətə təminat almağa
cəhd etməklə Azərbaycanda normal müxalifətçilik ənənəsinin
mühafizəsi üçün xeyli çalışmışdı.
Digər tərəfdən hələ Azərbaycanda öz mahiyyətini tam
açmamış bolşevik rejimi ilə normal münasibət yaratmağa çalış-
maqda partiyanın məqsədi öz qüvvəsini qorumaq və yeni şəraitə
adaptasiya olunmaq üçün vaxt udmaq idi. Yuxarıda qeyd etdi-
yimiz kimi görkəmli müsavatçıların qətli, ən yaxşı halda müha-
cirətə getmələri, partiya Başqanının isə həbs edilib Moskvaya
aparılaraq Stalinin ciddi nəzarəti altında saxlanıldığı bir şəraitdə
Azərbaycanda Müsavatın fərqli yol seçməsi çətin idi. Bolşe-
viklərin, M. Ə. Rəsulzadənin Stalinlə əməkdaşlığı, ondan vəzifə
alması barədə yaydığı söz-söhbətlər də partiyanın yeni dövrə
adaptasiyasını çətinləşdirən amillərdən sayıla bilər. Stalinin lideri
ram etməklə partiyanı dağıtmaq taktikasını və onun Azərbaycanda
yaratdığı psixoloji ovqatı çox gözəl dərk edən M. Ə. Rəsulzadə
imkan yaranan kimi xəlvəti Peterburqa gedib, oradan da
Finlandiyaya keçə bildi (1922-ci il). Onun Finlandiyadan İstan-
bula gəlişi ilə Müsavatın mühacirətdə Xarici Bürosu yaradıldı və
Azərbaycandakı gizli Müsavatla əlaqə quruldu. Bu partiyanın,
xarakter və keyfiyyətcə əvvəlki mərhələdən (1921-1923) fərqli
72
yeni bir mərhələyə (1923-1927) qədəm qoymasını şərtləndirən
əsas amillərdən idi.
Sovet hakimiyyətinin ilk illərində gizli Müsavat haqqında
dövlət orqanlarının məlumatlılıq dərəcəsi barədə tarixşünaslıqda
və arxiv materiallarında müxtəlif fikirlər mövcuddur.
Z. Bunyadov yazır: “1920-ci ilin may ayından Az. ÇK (FK)
təxmini həbslərə başladı. Həbs olunanları üç-dörd ay ara ver-
mədən sorğu-suala tutdular. Nəticədə Fövqəladə Komissiya hə-
min dövrdə, demək olar ki, fəaliyyət göstərən bütün partiyaların
üzvləri barədə özünə lazım olan məlumatları yığa bildi. Toplanmış
materiallar, FK-ya “Müsavat”in fəaliyyətindəki zəif və güclü
cəhətləri müəyyənləşdirmək, öncülləri, potensial fəalları aşkara
çıxarmaq... yaxın gələcəkdə qəti addımlar atmaq imkanı verdi”
[111, s.40].
AKP MK-nın tam məxfi sənədlərində bu məsələ ilə bağlı
ziddiyyətli mülahizələr var: “Müsavatın gizli təşkilatı özünü heç
bir sahədə göstərmir” [72, v. 64]. Həmin ilin iyun ayının tam məx-
fi sənədlərində isə (AKP MK) deyilir: “Qarabağda müsavatçılar o
qədər güclüdür ki, kommunistlərin fəaliyyəti görsənmir” [72,
v.114].
Xatırladırıq ki, N. Nərimanov da Siyasi Büronun iclasında
Azərbaycanda İttihaddan başqa qalan partiyaların çox zəif
olduğundan bəhs etmişdi.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, ilk illərdə sovet
hakimiyyətinin gizli müsavatın fəaliyyəti ilə bağlı məlumatı
dolaşıq və ziddiyyətli, təsəvvürü isə dumanlı idi. Bir sıra hallarda
isə ayrı-ayrı sahələrlə bağlı tam məlumatsızlıq hökm sürürdü.
Məsələn, gizli Müsavatda hərbi təşkilatlar 1921-ci ildən baş-
layaraq formalaşsa da, sovet hakimiyyəti 1923-cü il kütləvi həbs-
lərində də onların üstünü aça bilmədi. Hərbi təşkilatlar və özəklər
ancaq 1926-cı ildəki kütləvi həbslər zamanı aşkarlanıb ləğv edildi.
1920-1923-cü illərdə gizli Müsavatın demək olar ki, Azər-
baycanın bütün qəzalarında təşkilatları və özəkləri yaradılmış,
onlarla partiya MK-nın əlaqəsi qurulmuş, hərbçilər, zabitlər
73
arasında iş aparılaraq çoxsaylı hərbi özəklər formalaşdırılmışdı. Ə.
V. Yurdsevər yazır: “Gizli “Müsavat” təşkilatı, Quzey Qafqasya
və Gürcüstan milli təşəkkülləriylə sıxı irtibat (rabitə-X.İ .) təmin
etmişdi. Bilxassə gürcü gizli Milli Mərkəzi ilə sıxı işbirliyi
qurmuşdu. Kuryerlərimiz Mərkəzi Ümumi (MK-X. İ.) ilə Tiflis və
Təbriz arasında müntəzəm irtibatı saxlamaqdaydı. Ənvər Paşanın
Türküstanda girişdiyi milli ayaqlanma hərəkatına yardım üçün
Azərbaycan subayları (zabitləri-X. İ.) oraya qoşmuşdu” [352, N
282. 1991].
1920-ci ilin iyulundan Müsavatda MK yanında siyasi işlər
komissiyasının rəhbəri olan, əski parlament üzvü Rəhim Vəkilov
istintaqa verdiyi ifadədə deyirdi: “Mən “Müsavat”la gürcü men-
şevikləri arasında rabitə yaradırdım. “Müsavat”la əlaqə saxlamaq
üçün 1922-ci ilin noyabrında Momardaşvili, sonralar isə Put-
karidze yanıma gəldi. [111, s.49].
Hələ 1920-ci ilin dekabrında isə Müseyib Bədəlbəyov
Tiflisdə məskunlaşan və fəal iş aparan əski parlament üzvü və
Daxili İşlər Naziri Mustafa Vəkilli ilə əlaqə yaradaraq, ondan
müəyyən məbləğ pul (təşkilat üçün) və bəzi materiallar almışdı.
Əsasən beynəlxalq vəziyyətin təhlilinə həsr olunmuş bu
materiallarda gizli Müsavatın seçdiyi taktikaya müəyyən aydınlıq
gətirən məqamlar da yox deyil: “Gürcülər ermənilərə, ermənilər
də gürcülərə inanmır (onlar hələ sovetləşməmişdi və Azərbaycan
mühacirləri çalışırdılar ki, bu respublikalar bolşeviklərə qarşı iş
birliyi yaratsınlar-X. İ.)-onlar bir-birini aldadır. Türkiyənin vəziy-
yəti ağırdır, onun ərazisinin bir hissəsi Antanta tərəfindən tutulub.
Türkiyə ancaq öz azadlığı uğrunda mübarizə aparır. Ingiltərə və
Fransa kimi güclü dövlətlərə isə inanmaq olmaz. Onlar bir
əsgərlərini də qurban verməyəcəklər. Lakin hər bir qruplaşmaya
yardım edəcəklər ki, toqquşmalar, çəkişmələr baş alıb getsin. Bu
da ki, Müsavatın prinsiplərinə ziddir. Təşkil olunmaq lazımdır.
Sovet hökuməti devrilən zaman hakimiyyəti heç kimə vermək
olmaz. Hər cür avantüradan qaçmaq lazımdır. Gəncədəki üsyan
74
zamanı aranın qarışmasından istifadə edən ermənilərin xeyli türk
qırmasını unutmaq olmaz” [140, N-2 (6), 1994].
Təkcə R. Vəkilovun rəhbərlik etdiyi komissiyanın fəaliy-
yəti 1920-23-cü illərdə Müsavatın hərtərəfli geniş iş apardığını
təsdiq edir. Kərbəlayı Vəli Mikayılov, Seyid Hüseyn Sadıqov,
Əlövsət Nəcəfovun daxil olduğu bu komissiyanın proqramı üç
bölmədən ibarət idi:
Ι. Nəzəriyyə və son məqsəd:
a) Azadlıg və müstəqillik; b) Millət və millətçilik; v) İslam
beynəlmiləlçiliyi; c)
Mərkəzsizləşdirmə;d) Türkçülük və
Turançılıq; e) Xalqçılıq və respublikaçılıq.
ΙΙ. Yaxın məqsəd və vəzifələr:
a) İdarəetmə forması; b)İqtisadi məsələ; v)Aqrar məsələ;
c)Fəhlə məsələsi; d)Ədliyyə; e)Maarif.
ΙΙΙ. Partiya quruculuğu:
Partiya nizamnaməsi, intizamı, təşkilatı, təşkilat prinsipləri,
təbliğat, partiya üçün natiqlik sənətinin əhəmiyyəti, işə sədaqət,
yazmaq bacarığı və s. məsələlər bu bölməyə daxil edilmişdi.
Gizli Müsavatın quruluş prinsipi belə idi: “Təşkilat üçər
kişilik hücrələr (özəklər) şəklində qurulmuşdu. Hər hücrə bir təm-
silçilik vasitəsilə daha yuxarı hücrə ilə bağlanmış bulunuyordu.
Yalnız şəhər komitələri və onlar ətrafında qurulan komisyonlar və
Mərkəzi Ümumi komisyonları beşər və yeddisər kişidən qurula
bilirdi” [352, N-282. 1992].
Qeyd edək ki, bu təşkilatdaxili sirlərin, müsavatçılar barədə
məlumatın yayılmaması üçün sınaqdan çıxmış bir quruluş prinsipi
idi.
1923-cü ilin kütləvi yay həbslərində Sovet hakimiyyətinə
gizli Müsavatla bağlı başqa yeniliklər də bəlli oldu:
- Partiya Türk Konsulluğu vasitəsilə xaricdəki mühacirlərlə
əlaqə yaratmışdı;
- Müsavatçılar təsadüfən aşkarlanan gizli mətbəədə 19-cu
sayına qədər “İstiqlal” qəzetini yayımlaya bilmişdi.
75
1923-cü ilin yayında müsavatçıların ilk kütləvi həbsləri
nəticəsində MK-nın iki nəfər üzvü-Əbdül Vahab Məmmədzadə və
Məmməd Sadıx Quliyev Siyasi komissiyanın rəhbəri Rəhim
Vəkilov və digər müsavatçılar həbs edildi.
Həbsxanada olarkən müsavatçılar partiyanın buraxılması
haqqında bəyannamə imzaladılar. Bu bəyannamədə deyilirdi:
“...Biz Sovet platformasında işləməyə, bütün qüvvəmizi Sovet
hakimiyyətinə sərf etməyə hazırıq. Şübhələri dağıtmaq və heç bir
söz-söhbətə yol verməmək üçün elan edirik ki, qeyri-leqal fəaliy-
yət göstərən “Müsavat” təşkilatı buraxılmış hesab olunur.
Müsavat Partiyası MK üzvləri: Əbdul Vahab Məmməd-
zadə, Məmməd Sadıx Quluzadə; partiya üzvləri: Ələkbər Salman-
zadə, Həmid Qarayev, Novruz Ağayev, Seyid Huseyn Sadıqov,
Nəriman bəy Nərimanbəyov, Kərbəlayi Vəli Mikayılzadə, Cəfər
Cabbarzadə, Rəhim Vəkilov, Əliağa Əlizadə, Əliövsər Nəcəfov,
Məmməd Seyid Axundzadə” [111, s.41-42].
Bəyannamə imzalandıqdan az sonra MK üzvləri də daxil
olmaqla sənədi imzalayanlar azadlığa buraxıldı. Az. DSİ-nin
istintaq materiallarından aydın olur ki, bu aksiyanın səbəbi məhz
sənədin imzalanması idi.
Ancaq çox keçmədən azad olunanlar Müsavatın buraxıl-
ması haqqında bəyannamənin FK-nın təsiri altında imzalandığını
və onun əhəmiyyətsiz sənəd olduğunu açıqlayır, partiya üzvlərini
fəallığa, təşkilata maddi yardım göstərməyə çağırırdılar. Bu
məqsədlə vərəqələr çap edilib yayılmışdı.
1923-cü ilin payızında faciəli təsadüf baş verdi: “Şəhərin 3-
cü və yaxud 4-cü rayonlarında qəlp çervon hazırlayan gizli mətbəə
və ya litoqrafiya” [167, s.26] axtaran polis təsadüfən Çadrovı
küçəsindəki (indiki Mirzağa Əliyev) 6 saylı mənzildən qeyri-leqal
mətbəə aşkar etdi. Məlum oldu ki, bu “İstiqlal” qəzetinin, eləcə də
ayrı-ayrı bəyannamələrin, çağırış vərəqələrinin nəşr edildiyi gizli
Müsavat mətbəəsidir.
76
Ə. V. Məmmədzadə, K. V. Mikayılzadə, R. Vəkilov və b.
müsavatçılar təkrar həbs edilib Yaroslav vilayətinə sürgünə
göndərildilər.
Beləliklə, MK-nın Ι tərkibi dağıdıldı. (Bir az əvvəl Müsa-
vatın buraxılmasından danışan kommunistlər, indi onun Ι gizli
MK-sının güclə ləğv edilməsini göstərirdilər).
1920-23-cü illərdə Müsavatın güclü təşkilatları Bakı və
Qarabağ qəza təşkilatları, ən güclü silahı isə gənclər arasında iş,
təbliğat idi.
Gizli Müsavatın fəaliyyətində ikinci mərhələ (1923-1927)
1923-cü ilin sonlarında ΙΙ MK-nın formalaşdırılması ilə başladı.
Birinci kütləvi həbslərdən yayına bilmiş M. B. Məmmədzadə
İrana keçməmişdən öncə “Əhməd Hacınski və Dadaş Həsənova
MK-nın I tərkibi tərəfindən onların ΙΙ tərkibə üzv təsdiq olunduq-
larını bildirdi” [140, N-3,1995].
Ilk dövrlərdə təşkilat fəallığını azaldaraq, əsasən həbs
olunanlara və onların ailələrinə yardımla kifayətlənməyə çalışırdı.
Bu cür taktikanın seçilməsinə aparılan kütləvi həbslər, Qarabağ
üsyanının yatırılması, nəhayət Müsavatın buraxılması ilə bağlı
imzalanmış bəyannamə, sözsüz ki, təsir etməyə bilməzdi.
1921-1922-ci illərə baxanda SSRİ-nin beynəlxalq vəziy-
yətinin yaxşılaşması, iqtisadiyyatda nisbi dirçəliş, Gürcüstan və
Azərbaycandakı üsyanların qanla boğulması da müsavatçıların
fəaliyyətinə neqativ təsir edən amillərdən idi.
Lakin bunlarla yanaşı Müsavatın Xarici Bürosunun forma-
laşması, Türkiyənin parçalanma təhlükəsindən xilas olaraq yeni
tipli dövlət halında təşəkkül etməsi (müsavatçılara belə bir inam
hakim idi ki, Türkiyənin vəziyyəti düzəldikdən sonra Azərbay-
cana yenidən yardım əlini uzadacaq) müsavatçıları mübarizəyə
ruhlandırırdı.
MK-nın ΙΙ tərkibi 1923-cü ilin sonlarında formalaşsa da
onun ilk yığıncağı 1925-ci ildə keçirildi. Bu yığıncaqda hərbi
özəklərlə və tələbə gənclərlə işin sürətləndirilməsi məsələləri mü-
zakirə edildi.
77
Gizli Müsavatın 1923-1927-ci illərdə əsas fəaliyyət istiqa-
mətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
- Müsavat Partiyasının təşkilat və taktiki yöndə qeyri-leqal
vəziyyətdə bərpasının davamı.
- Türkiyə konsulluğu ilə yaranmış əlaqələri möhkəm-
ləndirmək.
- Kəşfiyyat xarakterli materiallar toplamaq.
- Mükəmməl strukturlara malik milli hərbi təşkilatlar
yaratmaq.
- Millətçilik tərbiyəsinin təşkili, maarifçilik.
- Əlifba islahatına mane olmaq yönündə iş (təbliğat xarak-
terli).
- Dövlət aparatının daxildən sarsıdılması.
- Hakimiyyəti ələ keçirməyə hazırlıq.
Bu mərhələdə müsavatçılar öz üzvlərini və tərəfdarlarını
gizli yollarla Kommunist Partiyasının, eləcə də dövlət aparatının
içərilərinə yeridərək dinç yolla hakimiyyəti ələ almağın əsaslarını
hazırlayırdı. Eyni zamanda Müsavatın kəşfiyyat şəbəkəsi də
fəaliyyətdə idi. Bu barədə Ə. V. Yurdsevər yazırdı: “İstihbarat
servislərimiz G.P.U. (DSİ) və Sovet əsgəri qərargahına qədər
yayılmış bulunurdu” [352, N-282, 1991].
Əlifba islahatının qarşısını almaq üçün təşkilat güclü təb-
liğat kampaniyası aparırdı. Latın qrafikasının tətbiqinə mane ol-
maqda müsavatçıların məqsədi:
a)
Azərbaycan xalqının tarixi, mədəni kökündən, qaynaqlar-
dan ayrı düşməsinin, türk dünyasının fərqli əlifbalarla parçalan-
masının qarşısını almaq;
b)
Sovetlərin zəiflətməyə çalışdığı türkçülük şüurunu güclən-
dirmək idi.
Ümumiyyətlə, əlifba məsələsinə Müsavatın baxışı həmişə
siyasi xarakter kəsb edib.
Müsavat bu dövrdə ruslaşdırma siyasətinə qarşı da kəskin
müqavimət göstərirdi. Təşkilatın yaydığı vərəqələrdən birində
deyilirdi: “Azərbaycanlı nə üçün rus dilində təhsil almalıdır.
78
Zavallı tələbələr illərlə birinci kursda qalırlar, çünki onlar ana
dilində təhsil aldıqlarından heç nə başa düşmürlər. Mühazirələr isə
rusca oxunur... Oyan ey əhli islam!” [140, N-(6), 1993].
1926-cı ilin payızında gizli Müsavat MK-nın ΙΙ tərkibi də
dağıdıldı, onun üzvləri və digər fəallarından 34 nəfəri həbs edildi
(Əhməd Haçınski, Dadaş Həsənov və b.). Lakin çox keçmədən
partiyanın həbsdən yayına bilmiş fəalları bir yerə toplaşaraq
Məmmədəli Ataməliyevin rəhbərliyi altında üçüncü və sonuncu
MK-nı formalaşdırdılar. Təəsüflər olsun ki, bu MK əvvəlkilər
kimi çox yaşamadı. 1927-ci ilin sonlarına yaxın Az. DSİ apardığı
geniş miqyaslı əməliyyatla partiyanın MK-sını və əksər qəza-
lardakı təşkilatlarını ləğv etdi. Başda MK üzvləri M. Ataməliyev,
Ə. Rəhimov olmaqla 200-dən artıq fəal müsavatçı həbs edildi ki,
bunlardan “80 nəfər Qarabağ, 42 nəfər Lənkəran, 17 nəfər Göyçay
təşkilatından idi” [140, N-4(8), 1995].
Müsavatın Azərbaycanda gizli fəaliyyətinin ΙΙ mərhələsi
bir sıra məqamlarda özündən əvvəlki mərhələyə bənzəsə də,
(gözləmə taktikası, gizli strukturların bərpası, təbliğata önəm ver-
mə və s.) başlıca xüsusiyyətlərinə görə (Kommunist Partiyasının
tərkibinə və sovet dövlət aparatına öz adamlarını yerləşdirmək,
əlifba islahatına, ruslaşdırmaya qarşı çıxmaq və s.) ondan kəs-
kinliklə fərqlənirdi.
Bu mərhələ sovet mənbəşünaslığında “avantüra” və “şpio-
naj dövrü” adlanır.
Orconikidzenin fikrincə Müsavatda bu mərhələdə iki meyl
hakim idi: biri gözləmə, ikincisi isə silahlı üsyana qalxmaq.
Orconikidzenin bu fikrini tənqid edən mühacirlər qəti şəkildə
bildirırdilər ki, “heç bir mühacir qrupu yoxdur ki, o silahlı üsyan
tərəfdarı olsun. Gözləmə mövqeyinə gəldikdə isə bu məqamda
Orconikidze düzdür, çünki Müsavat avantürist təşkilat deyil” [42,
N-13, 1925].
Mühacirət ədəbiyyatında Azərbaycanda gizli Müsavatın
fəaliyyəti ilə bağlı ΙΙ Dünya müharibəsinin sonuna qədər çox
79
mətləblərə toxunulmayıb, yaxud da bir sıra həqiqətlər gizli saxla-
nılıb. Müsavatın silahlı üsyan hazırlaşması, hərbi təşkilatlara
malik olması da təbii ki, açılası məsələlərdən deyildi.
Lakin 50-ci illərdən sonra mühacirlər artıq vaxtilə yazıl-
ması qeyri-mümkün olan məsələləri açıqlamağa başladı.
Gizli Müsavatın 1926-cı ilə qədər fəaliyyətdə olan mükəm-
məl hərbi təşkilatları var idi. Ə. V. Yurdsevərin yazdığı kimi
partiya doğrudan da öz üzvlərini silahlandırırdı.
Müsavatın nəzdində hərbi təşkilatlar 1921-ci ildən forma-
laşmağa başladı. Əhməd Hacınski istintaqa verdiyi ifadədə bil-
dirirdi: “Avqust ayından mən gizli “Müsavat”da fəaliyyətə başla-
dım. Sonra Məmməd Sadıq Quliyevin vasitəsi ilə Əbdül Vahab
Məmmədzadə ilə tanış oldum. O da öz növbəsində məni Dadaş
Həsənovla tanış etdi. Beləliklə, hərbi təşkilatın əsas üzvlərini
tanıdım” [140, N2(6), 1994]. Ə. Hacınski hərbi təşkilatın üzvü
olana qədər burada adı çəkilən müsavatçılardan başqa N.
Qulubəyov, İ. Axunzadə və M. İbrahimov da var idi.
Hərbi təşkilatın 1923-cü ilə qədərki quruluşu aşağıdakı
kimi olub: MK yanında N. Qulubəyovun rəhbərlik etdiyi üçlük, bu
üçlüyə tabe olan aşağı üçlüklər (qəza təşkilatlarındakı hərbi
üçlüklər nəzərdə tutulur), ayrı-ayrı təşkilatlarda (əsasən hərbi
hissələrdə) yaradılan özəklər. 1923-cü il kütləvi həbslərindən
sonra MK yanında hərbi üçlük genişləndirilərək hərbi mərkəz
şəklini aldı, Bakı Komitəsi yanında beş nəfərdən ibarət hərbi şöbə
yaradıldı, rayonlarda isə bir nəfər vasitəsilə mərkəzlə əlaqə
saxlayan özəklər yaradıldı.
MK yanında hərbi mərkəz hərbi kadrların hazırlanmasında
və başqa məsələlərin icrasında əsas rəhbərlik orqanı hesab
olunurdu. O bütün respublika ərazisindəki hərbi təşkilatlara
nəzarət edirdi (müsavatçıların formalaşdırdığı) “Hərbi mərkəzin
cəmi üç iclası olmuşdu. İclaslar Əli Hüseyn Dadaşovun mən-
zilində keçirilmişdi” [140, N-2 (6), 1994]. Az. DSİ-nin məluma-
tına görə iclaslarda:
80
a)
M. S. Quliyevin məlumat xarakterli məruzələri, hərbi mər-
kəzin və özəklərin formalaşdırılması problemləri;
b)
Müsavat partiyasının MK-sı yanında yaranan hərbi beş-
likdə (1923-cü ildən sonra hərbi üçlük, beşliyə çevrildi) vəziyyət;
v) Beşliyin təşkilat quruluşu və vəzifələri barədə təlimat (bu
sənəd Ə. Hacınski və Ə. H. Dadaşov tərəfindən hazırlanmışdı)
müzakirə edilmişdi.
1923-ci ildən sonra Hərbi Mərkəzin əsas rəhbəri Ə.
Hacınski idi (MK-nın ΙΙ tərkibinin sədri).
BK yanında hərbi şöbə Bakı qəzasında ümumi rəhbərliyi
həyata keçirirdi. Qəza rayonlara bölünmüş, hər bir rayona rəis
təyin edilmişdi. Bu rəislər yerli hərbi özəklərə rəhbərlik edirdi.
“Hər bir təşkilat aşağıdakı şöbələrə malik olmalı idi: təş-
kilat şöbəsi; əməliyyat (operativ) şöbəsi; təchizat şöbəsi; təbliğat
və təşviqat şöbəsi” [140, N-2 (6), 1994].
Bütün rayon sədrləri öz rayonunu tam öyrənməli idi:
qırmızı ordu hissələrinin yerləşdiyi yerlər, onların döyüş qabiliy-
yəti, silah-sursat təchizatının vəziyyəti, dövlət əmlakının, strateji
obyektlərin yeri və s. Rayon təşkilatları Müsavat partiyasının
icazəsi ilə (hərbi mərkəz vasitəsilə) hərəkət edə, hərbi əməliyyata
başlaya bilərdi. Hərbi əməliyyatların rayon ərazisində müəyyən-
ləşdirilmiş qüvvələrinin iştirakı ilə başlanması nəzərdə tutulmuşdu.
Belə ki, əgər hərbi təşkilatın üzvü qırmızı orduda bölmə, yaxud
alay komandiri idisə, onda imkan yaranan kimi o, bütün rəhbərlik
etdiyi heyətlə çıxışa başlamalıydı.
Rayon rəisləri müntəzəm şəkildə hərbi Mərkəzlə əlaqə
saxlayırdı. Etnik zəmində düşmənçilik hərbi təşkilatlarda yolveril-
məz hesab edilirdi. Az. DSİ-nin məlumatına görə “belə hallar
qəbul edilmiş qərarla ən ağır vəziyyətlərdə yerindəcə güllələnmə
ilə nəticələnə bilərdi” [140, N-2 (6), 1994].
BK yanındakı hərbi beşliyə həm MK-nın, həm də BK-nın
nümayəndələri daxil idi. 1923-cü ildə artıq bütün milli hərbi
hissələrdə təşkilatın hərbi özəkləri yaradılmışdı. Məsələn:
81
a)
Hərbi dəniz xalq komissarlığında Hacıyev Süleyman
(komissar köməkçisi), İbrahimov Mövsüm (təsərrüfat komanda-
sının rəisi), Rzayev Seyid (kargüzar), Quliyev İdris (rabitə xidməti
komandasının rəisi) və b.;
b)
Azdiviziyanın (N-24) Ι alayında Nağıyev Firidun (bölmə
komandiri), Zülfüqarov Əziz (zabit);
v) “Azsvod” hərbi məktəbində Paşayev Hüseyn (artilleriya
şöbəsinin rəisi), Vəkilov Zəkəriyyə (mühəndislik şöbəsinin rəisi),
Paşayev İshaq (pulemyot şöbəsinin rəisi), İmanov Sadıx (koman-
dir), Axundzadə İbrahim (tədris şöbəsinin rəisi), Babayev Əkbər
(alay komandiri), Bəydəmirov Mövsüm (hissə komandiri),
Atakişiyev İbrahim (hissə komandiri);
q) Aviasiya məktəbində Qulubəyov Nurulla (məktəbin rəisi,
müsavat hakimiyyəti zamanında hərbi nazirin adyutantı), Dadaşov
Əli Hüseyn (kursant), Dadaşov Kazım (kursant, təqibdən yayınıb
İrana keçə bildi), Mahmudzadə Mahmud və b.;
d) Az. ÇK (FK) yanında xüsusi təyinatlı dəstədə İsrafil
Şıxlinski (eskadron komandiri), Şəfiyev Abdulla (alay koman-
diri), Axundov Cavad (alay komandiri);
e) Azdiviziyanın 3-cü polkunda Sultanov Mehdi (zabit) və b.
[140 N-2 (6), 1994].
1925-ci ildə Müsavat MK-nın hərbi təşkilatlarla işi nisbə-
tən zəiflədi. Bu müəyyən fikir ayrılığından (Az. DSİ-də belə
məlumat olub) və yaxud da dövlət təzyiqinin güclənməsindən ya-
rana bilərdi.
1926-cı ildəki kütləvi həbslər zamanı MK-nın, BK-nın ΙΙ
tərkibi ləğv edildi, hərbi təşkilatların üstü açılıb dağıdıldı.
Beləliklə, Müsavatın yaratdığı gizli hərbi təşkilatlar Azər-
baycanda partiyanın rəhbərliyi altında heç bir silahlı üsyan,
çevriliş cəhdi göstərmədən dağıdıldı, fəallar isə həbs edildi.
Əslində birmənalı şəkildə demək olmaz ki, Müsavat qar-
şısına silahla sovet hakimiyyətini devirmək məqsədi qoymuşdu.
Gizli fəaliyyətin istiqamətləri və xarakteri, Xarici Büro ilə əlaqələr
daha çox belə bir qənaətə gəlməyə əsas verir ki, partiya sovet
82
hakimiyyətinin uzun sürəcəyinə inanmır, elə buna görə də özünü
tezliklə bu hakimiyyətin çökməsi üçün yaranacaq əlverişli daxili
və xarici şəraitə hazırlayırdı. Təbii ki, burada hərbi sahədə
hazırlıq, ordu ilə iş istisna edilə bilməzdi.
Hakimiyyətin apardığı təbliğatdan, gördüyü tədbirlərdən
aydın olur ki, bolşeviklər Müsavat kimi ciddi rəqibi məhv etmək
üçün ictimaiyyətin nəzərində daha sərt və təhlükəli düşmən obrazı
yaratmağa çalışmışdı.
1927-ci ildə MK-nın ΙΙΙ tərkibi ləğv edilib onun üzvləri və
digər fəal partiyaçılar həbs olunduqdan sonra gizli Müsavatın
həyatında yeni-üçüncü mərhələ başladı. Bu mərhələdə taktika
dəyişir. Belə ki, partiyanın ümumi rəhbərlik orqanı dəyişir. Yəni,
partiyanın ümumi rəhbərlik orqanı yaradılmır, onun üzvləri ancaq
iki nəfərdən artıq bir yerə yığışmadan əlaqə saxlamaq yolunu
seçirlər. Heç bir gizli iclas və toplantı keçirilmir. Əsas fəaliyyət
növü çox məhdud idi: öz aralarında və Xarici Büro ilə əlaqə,
informasiya mübadiləsi, tövsiyə və tapşırıqların alınması.
Lakin bunlara baxmayaraq yenə təşkilata üzvlər cəlb
olunur, gənclər və ordu hissələri arasında, məktəblərdə təbliğat
aparılır, xaricdən qəzet və jurnallar (Azərbaycan mühacirlərinin
dərc etdikləri) gətirilib daxildə yayılırdı.
MK-nın ΙΙΙ və sonuncu tərkibi dağıdıldıqdan sonra, 1927-
ci ildə Müsavat başda olmaqla digər qüvvələrin də iştirak etdiyi
milli müqavimət hərəkatına Azərbaycan Milli Mərkəzi (AMM)
rəhbərlik edir.
“1924-25-ci illərdə mərkəzi Sovet aparatında yaranan və
türk burjua millətçilərinin əsas üstünlük təşkil etdiyi AMM dəqiq
təşkilat strukturuna malik idi. Azərbaycanın əyalətlərində komitə-
ləri olan bu təşkilat siyasi mühacir M .Ə. Rəsulzadənin rəhbərlik
etdiyi Xarici Büro və “Zaqafqaziya Əksinqilabi Milli Birlik
Komitəsi”nin vasitəsilə “Qafqaz İstiqlal Komitəsi” tərəfindən
idarə edilirdi” [140, 3 (7), 1995].
AMM-də yaranan Siyasi Mərkəz Azərbaycandakı bütün
antisovet təşkilatların fəaliyyətini əlaqələndirirdi. 1927-ci ildən
83
sonra bütün belə təşkilatlar Müsavat bayrağı ətrafında birləşərək,
onun ideoloji-siyasi yol göstərənliyi ilə hərəkət edirdilər.
1929-cü ildə partiyada rəsmi uçota dayananların sayı min-
dən artıq idi. 1. Bakı və Bakı ətrafında – 566 nəfər. 2. Lənkəran
qəzasında – 237 n. 3. Gəncədə - 122 n. 4. Digər bölgələrdə - 217
n: cəmi – 1142 nəfər.
1930-cu ildə Az. DSİ yeni kütləvi həbslər keçirdi. Bu həbs-
lər nəticəsində ən çox ziyan çəkən Bakı və Bakı ətrafı kəndlərdəki
təşkilatlar oldu.
“1930-cu ildən sonra Bakı təşkilatı Şəkərovun rəhbərliyi
altında yenidən fəaliyyətini canlandıraraq Salyan, Biləsuvar, Əli-
Bayramlı, Sabirabad, Quba, Masallı təşkilatları ilə (bu təşkilatlar
hələ MK-nın ΙΙΙ tərkibi tərəfindən 1926-cı ildə yaradılanlardan
idi), eyni zamanda Təbriz təşkilatı ilə əlaqə yarada bildi. Xarici
Büronun təlimatları və milli əhvali-rühiyyəni gücləndirən mühacir
dərgiləri, ədəbiyyatlar gətirildi” [140, N-2 (6), 1994].
Lakin bu hal uzun sürmədi. 1931-ci ildə Bakı təşkilatı
yenidən dağıdılaraq, onun 200 nəfər fəal üzvü həbs edildi.
Gizli Müsavatın əsas fəaliyyət sahələrindən biri də qeyd et-
diyimiz kimi, gənclərin ideya-siyasi tərbiyə işi və onların parti-
yaya cəlb edilməsi idi.
Hələ 1925-ci ildən Müsavat “Gənclərin partiyadan kənar
tərbiyə proqramı” deyilən bir sənəd hazırlayaraq, onun həyata
keçirilməsi istiqamətində iş aparırdı. MK-nın ΙΙΙ tərkibinin sədri
M. Ataməliyevin ifadəsinə görə “Məktəbli gənclər millətçi
hazırlıq keçdikdən sonra “Gənc Türklər Komitəsi”ndə birləşməli
idilər.” [166, s.14].
1927-ci ilin yayında müsavatçı gənclər təşkilatlarından
fəallığı, apardığı təbliğatın əhəmiyyətliliyi ilə fərqlənən “Gənc
Azər” təşkilatı meydana gəldi. Onun yaradıcıları Həsənağa
Axundzadə, Haşım Aslanov, Əliağa Aslanov idi. “Qənc Azər”
Bakı Pedtexnikumu və BANO-nun 12 saylı məktəbinin bazası
əsasında formalaşmışdı. Onun əsas məqsədi: “Gənc kadrlar-müsa-
vatçılar hazırlamaq, sovet hakimiyyətinin devrilməsinə yardım
84
etmək; vəzifələri isə: a) Müsavatla əlaqə yaratmaq; b) gəncləri təş-
kilata cəlb etmək; v) Azərbaycanda millətçilik təbliğatı aparmaq
idi” [166, s.18].
Təşkilatın hər bir üzvünə yeni üçlük yaratmaq səlahiyyəti
verilmişdi. “Gənc Azər”i sədr deyil, yaradıcı üçlük – H. Axund-
zadə-(təşkilat məsəlləri üzrə katib), H. Aslanov-(şöbə müdiri), Ə.
Aslanov-(xəzinadar) idarə edirdi. “Təşkilat 1927-ci ildə dağıdıldı.
Həbs edilən 37 nəfərdən 19-u Pedtexnikumun tələbəsi, 7-si müəl-
lim, 11 nəfər isə başqa gənclər idi” [140, 3 (7), 1995]. Həbs edilən
37 nəfərdən 19 nəfəri komsomol uçotunda dayanırdı.
“Gənc Azər”dən başqa Azərbaycanın təhsil müəssisə-
lərində aşağıdakı gizli təşkilatlar fəaliyyət göstərmişlər:
1. Müsavatın Bakı təşkilatının fəal üzvlərindən Məmməd
Əli Babayevin yaxın dostu Səid Qafarovun rəhbərlik etdiyi gizli
qrup. Nərimanov adına texnikumda fəaliyyətdə olan və əsasən
yuxarı kurs tələbəlri ilə iş aparan bu qrup 1930-cu ildə dağıdılaraq,
onun üç nəfər fəal üzvü həbs edildi.
2. 1926-cı ildə yaradılmış gizli müsavatçılar təşkilatı-
“Gənc Türklər Birliyi”. Təşkilatın yaradıcısı BK-nın üzvü Əbdül
Həsən Rəhimov olub. O, Müsavatın II MK-sı tərəfindən gənclər
və ziyalılar arasında iş aparmaq üçün təhkim edilmişdi. 1927-ci
ildə Ə. H. Rəhimov həbs edildisə də, təşkilat dağılmadı. Ona
sürgündən yenicə qayıtmış Salman Rəhimov rəhbərlik etməyə
başladı. “Gənc Türklər Birliyi” Müsavat Partiyası üçün ehtiyat
kadrlar hazırlayan məktəb hesab olunurdu. Təşkilatın 50 nəfər
üzvü həbs edildikdən, Salman Rəhimov isə güllələndikdən sonra
iş zəiflədi.
3. Bakı şəhər Ağamalıoğlu adına texnikumda da Mir Qiyas
Agalarov və Heydər İsmayılovun rəhbərliyi ilə gizli tələbə qrupu
yaradılmışdı. 1930-cu ildə yaradılan bu qrupun 16 nəfər fəalı
komsomolçu idi. Qrup 1931-ci il həbsləri zamanı aşkarlanıb
dağıdıldı.
4. Əhməd İsmayılovun rəhbərlik etdiyi gizli tələbə qru-
punun da qarşıya qoyduğu məqsədləri Müsavatın prinsiplərinə
85
uyğun gəlirdi. Qrup özünü “Zaqafqaziya Milli Mərkəzi” adlan-
dırırdı. Onun üzvləri türk dünyasının federativ birliyinin mümkün-
lüyünü inkar etmirdilər. 1932-ci ildə dağıdılan bu təşkilat fəal
müsavatçılardan Mirzə Cabbar Məmmədzadə ilə sıx əlaqədə olub.
5. Bakı şəhər 5 saylı məktəbin müəllimi Əli Abbas Talı-
bovun rəhbərlik etdiyi “Türkçülər” adlı tələbə təşkilatı. Onun üzv-
ləri əsasən pedaqoji institutun yuxarı kurs tələbələri olub, orta
məktəblərdə dərs aparırdılar. Ə. A. Talıbov hələ 1929-cu ildə həbs
edilmiş fəal müsavatçı Yusif Hüseynzadə ilə sıx əlaqədə idi. Bun-
dan əlavə “Türkçülər” təşkilatında müsavatçı Təhsin Nuriyev və
Mikayıl Müşfiq də təmsil olunmuşdular. Onlar Əhməd Cavadın
inqilabi əhval-ruhiyyəli şerlərinin oxusunu təşkil edir, müstəqillik
və türkçülük ideyalarının zəiflədilməməsinə çalışırdılar. Bu
sahədə Tibb İnstitutunun dosenti Balakişiyev Kamil (o, Az.DSİ-
yə verdiyi ifadədə “İzçi” adlı başqa bir gizli təşkilatın da üzvü
olduğunu bildirib), 30-cu illərdə yaradıcılığının çiçəklənmə
dövrünü yaşayan M. Müşfiq xüsusilə fərqlənirdi. M. Müşfiq
Azərbaycanın azadlığı uğrunda canlarından keçən, lakin yenilmə-
yən müsavatçıların zaman-zaman yaşadıqları faciələrin, dəhşət-
lərin içərisində idi. Şair bu dövrdə Azərbaycan milli hərəkət
tarixinə həsr olunan “Tozanaq” və Nuxa üsyanında həlak olmuş
qəhrəmanların xatirəsi münasibətilə “Üsyan” adlı iki poema yazdı.
M. Müşfiq BPİ-nin müəllimi, müsavatçı İdris Axundovla sıx əlaqə
saxlayırdı (onun qardaşı qızına evlənmişdi).
Bütün bu təşkilatlar müsavatçı gənclər arasında təbliğat
işinə xeyli yardım edir, eyni zamanda partiya sıralarının yeni-yeni
ideyalı gənclərlə böyüməsi üçün təminat yaradırdı [140, N-2 (6),
1994].
Əsasən 1927-ci ildən sonra Müsavatın, sovet hökumətinin
“siyasi banda” və yaxud “bandit dəstələri” adlandırdığı partizan
birlikləri ilə də sıx əlaqəsi yarandı. Belə əlaqələr Zaqatala, Gəncə,
başlıcası isə Qarabağ və Lənkəran bölgələrində-İranla həmsərhəd
ərazilərdə özünü daha qabarıq büruzə verirdi.
86
“Cəbrayıl ərazisində Arazın o tayında və Şimal sahilində
fəaliyyətdə olan, İran mücahidləri ilə əlaqəyə girmiş Yadulla
xanın dəstəsi məşhur idi” [81, s.24].
Lənkəranda isə hələ 1927-ci ildən yerli Müsavat təşkilatı
ilə əlaqə yaradan Can kişi, Xan kişi və Həsən İsa oğlunun partizan
dəstələri sovet hakimiyyətinə qarşı silahlı üsyan zamanı mü-
savatçılarla birgə çıxış edəcəklərini bəyan etmişdilər. 1928-ci ildə
Xan kişi həbs olundu. “Can kişi isə Həsən İsa oğlu ilə birləşərək
Müsavatın Xarici Bürosunun göstərişləri ilə hərəkət etməyə
başladı” [140, N-4 (8), 1995].
Bu barədə Lənkəran təşkilatının 1928-ci il əməliyyatları
zamanı Az.DSİ tərəfindən həbs edilən fəallarından Kəlbə Heydar
istintaqa verdiyi ifadədə bildirirdi: “Təxminən martda Həsən İsa
oğlu Can kişi ilə birləşdi. Bu zaman onlara qarşı qırmızı ordu
hissələri göndərildi. Təşkilatımız çox gərgin günlər yaşayırdı...
Can kişi və Həsən İsa oğlunun çıxışları uzun sürmədi. Ona
görə də təşkilat onlara kömək edə bilmədi” [140, N4 (8), 1995].
Müsavatın hərbi təşkilatları dağıdıldıqdan sonra yerli
partiya komitələri İranla həmsərhəd bölgələrdə fəaliyyət göstərən
silahlı partizan və qaçaq dəstələri ilə doğrudan da əlaqə yaratmış-
dı. Bu barədə Az.DSİ-nin materiallarında kifayət qədər faktlar var.
Lakin bu əlaqələr Sovet hakimiyyətinin daxildə qapalı mühit
yaratmaq üçün sərhədlərin möhkəmləndirilməsinə qarşı müəyyən
lokal müqaviməti gücləndirmək xarakteri daşıyırdı. Silahlı dəs-
tələr Müsavatın Cənub təşkilatlarının İranla əlaqəsinin qurul-
masına az kömək etmirdi.
1927-ci ildən sonra Azərbaycanda gizli Müsavatın Xarici
Bürodan aldığı təlimatlar, siyasi-ideoloji ədəbiyyat əsasən Cənub
qapısından gəlib keçirdi (İrandan Lənkərana, oradan da Bakıya və
bütün respublikaya yayılırdı).
Sərhəd bölgələrində silahlı dəstələrlə əlaqə yaradılmasaydı,
çox güman ki, bu sahədə ciddi problemlər meydana çıxa bilərdi.
87
Digər tərəfdən partiya təşkilatlarının silahlı partizan və
qaçaq birlikləri ilə əlaqəsində strateji siyasi məqsədləri də istisna
etmək olmaz.
Azərbaycanda sovet hakimiyyətinə qarşı bütün zümrələr və
təbəqələrin nümayəndələri, mübarizə aparırdı, bütövlükdə isə bu
milli müqavimət hərəkatı idi ki, onun önündəki Müsavat gedirdi.
Müsavatın Azərbaycanda gizli fəaliyyətinin Ι və ΙΙ mərhə-
ləsində ən güclü və mütəşəkkil təşkilatlar Bakı, Qarabağ, Gəncə
təşkilatları idisə, ΙΙΙ mərhələdə yenə ən mütəşəkkil Bakı təşkilatı
ilə yanaşı Lənkəran təşkilatı olub.
Sovet hakimiyyətinin iddia etdiyinə görə Müsavat sosial
tərkibinə görə yekcins, yəni burjua ziyalıları və qolçomaqlardan
ibarət idi. Lakin faktlar fərqli nəticə çıxarmağa əsas verir: Qarabağ
təşkilatı sosial tərkibinə görə 60% ziyalı, 20% tacir, 15% kəndli,
5% fəhlə; Bakı təşkilatı – 73,6% ziyalı, 15,8% tacir, satıcı, 7,5%
fəhlə-matros, 0,8% quyuqazan usta, 0,8% hərbçi; Lənkəran
təşkilatı – 64% xırda burjuaziya, 18% ziyalı, 10,5% kəndli, 4,4%
kustar, 1,1 molla, 1,03 batrak, 1,03% fəhlə və b. zümrələrdən,
təbəqələrdən ibarət idi [140, N4 (8), 1995].
Gizli Müsavatın fəaliyyətində 1932-ci ildən ΙΙ Dünya
müharibəsinin başlanmasına qədər davam edən dördüncü-sonun-
cu mərhələ Azərbaycanda artıq mütəşəkkil partiya təşkilatlarının
mövcud olmaması ilə səciyyələnir. Bu mərhələdə müsavatçılar
1930-31-ci illərdə tam dağıdılmayan bəzi təşkilatların (məsələn,
“Qənc Türkçülər Birliyi”), dərnəklərin ətrafında qruplaşaraq
Xarici Büro ilə əlaqə saxlayır, tapşırıqlar və tövsiyələr alıb, ona
uyğun hərəkət edirdilər.
Müsavatçılar çalışırdılar ki, Azərbaycanda müstəqillik,
türkçülük ideyaları, istiqlaliyyət fikri ölməsin.
Bunun üçün həmin ideyaların əsas daşıyıcıları olan
ədəbiyyat və incəsənət adamları, müəllimlər, bütövlükdə ziyalılar
uğrunda mübarizə aparmaq lazım gəlirdi. Elə bu səbəbdəndir ki,
müsavatın dördüncü mərhələsində Azərbaycan mədəniyyətinin
zorla tətbiq edilən “sovet mədəniyyətinə” qarşı mübarizəsi daha
88
qabarıq görünür. 30-cu illərdə sanki müsavatçılıq ideologiyası
mədəni sferada mübarizəyə transformasiya olunmuşdu. Bu mü-
barizənin önündə konkret partiya fəalları ilə yanaşı bitərəf şairlər,
yazıçılar və b. ziyalarımız gedirdi. Ona görə də Sovet hakimiyyəti
açıq bəyan edirdi ki, Azərbaycanda ədəbiyyat, incəsənət,
bütövlükdə mədəniyyət sovetləşmədən müsavatçılığın məğlu-
biyyətindən danışmağa dəyməz. 30-cu illərdəki total repressiyanın
mayasında da məhz bu amil dayanırdı. Dördüncü mərhələdə sovet
hakimiyyətinin Müsavatla apardığı mübarizəni tərkibinə görə üç
yerə bölmək olar:
Birincisi, gizli Müsavatın həqiqi üzvlərinə qarşı repressiya.
Yəni 1930-31-ci il təqiblərindən yayına bilmiş, eləcə də əvvəllər
həbs, yaxud da sürgün edilmiş, cəza müddəti qurtardıqdan sonra
azadlığa buraxılmış partiya üzvlərinin təkrar həbs, sürgün
edilməsi, güllələnməsi;
İkincisi, əvvəllər Müsavat Partiyasının üzvü olub, sonralar
çıxan, yaxud ona rəğbət bəsləyən bitərəf adamların müsavatçı
kimi ittiham edilərək repressiyaya məruz qalması;
Üçüncüsü isə, Müsavat partiyası ilə ümumiyyətlə, əlaqəsi
olmayan adamların saxta ittihamlarla repressiyası.
Bu baxımdan, müsavatçı adı altında 10 minlərlə soydaşı-
mızın saxta ittihamlarla məhv edilməsini, həqiqi müsavatçıların və
yaxud da onlarla əlaqədə olanların repressiyasından ayırmaq lazım
gəlir.
Beləliklə, ΙΙ Dünya müharibəsinin və onun tərkib hissəsi
olan Böyük Vətən müharibəsinin başlanması ilə Azərbaycanda
Müsavatın gizli şəraitdə apardığı milli azadlıq mübarizəsi təx-
minən yarım əsrlik fasilə verdi.
Gizli siyasi təşkilatların apardığı mübarizənin əhəmiyyəti
çox böyükdür. Bu mübarizə ilk növbədə milli azadlıq idealını sön-
məyə qoymadı, saysız qurbanlar verilsə də sovetlərin repressiya
maşını istiqlaliyyət məfkurəsini məhv edə bilmədi.
89
Başda Müsavat olmaqla siyasi partiyalar yeni rejimin
mahiyyətini açıqlayaraq, ona qarşı bütöv milli müqavimət hərəkatı
yaratdı.
Dostları ilə paylaş: |