ƏDLĠYYƏ NAZĠRLĠYĠNĠN FÖVQƏLADƏ TƏHQĠQAT KOMĠSS ĠYAS I - bax Fövqəladə Təhqiqat Ko-
missiyası.
ƏFƏNDĠYEV Abdulla Molla İbrahim oğlu (30.9.1897, Dağıstan - ?) - A zərbaycan Xalq Cü mhuriyyəti
Parla mentinin xüsusi qərarına (ba x Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında
qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Ba kı rea lnı
mə ktəbini bitirmiş (1916), Moskva Ko mmersiya İnstitutunun iqtisadiyyat şöbəsində 2-ci kursa qədər
oxu muş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq qoymağa məcbur o lmuşdu. Parlamentin
1919 il 1 sentyabr tarixli qəra rına əsasən, təhsilin i dava m etdirmə k üçün Be rlin Ko mme rsiya
institutuna (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə
dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr
İttifaqınm 1923-25 illər üçün məlu matında onun təhsilinin b itməsinə 6 ay qaldığ ı göstərilird i. Sonrakı
taleyi barədə mə lu mat aşkar o lunma mışdır.
ƏFƏNDĠYEV Hacı Hüseyn (?-?)- Azərbaycan milli azad lıq hərəkatın ın iştirakçılarından
biri, A zərbaycan Xalq Cü mhuriyyəti Parla mentin in üzvü. A zərbaycan Milli Şu rasının "Azərbaycan
Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Göyçay qəzasından Cümhuriyyət
Parla mentinin tərkibinə da xil edilmişdi.
ƏFƏNDĠYEV Məmmədəmin (14.2.1897, İrəvan - ?) -Azərbaycan Xalq Cü mhuriyyəti
Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında
qərar) əsasən dövlət hesabına ali təhsil a lmaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Tiflisdəki
imperator I A leksandr kişi gimnaziyas ını bitirmiş (1916), Moskva Universitetinin fizika-riyaziyyat
şöbəsində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilin i yarımçıq qoymağa məcbur olmuşdu.
Parla mentin 1919 il 1 sentyabr tarixli qəra rına əsasən təhsilin i yol nəqliyyatı sahəsində davam
etdirmək üçün Darmstadt institutuna (Almaniya) gö ndərilmişdi. A zərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan a zərbaycanlı tələbə lərin vəziyyətin i öyrənən
Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün mə lu mat ında M. Əfəndiyevin təhsilin in
bitməsinə 1 il qald ığı göstərilirdi. Sonrakı ta leyi barədə məlu mat aşkar olun ma mışdır.
ƏFƏNDĠYEV,Əfəndizadə Rəşidbəy İsmayıloğlu(1863, Şəki-31.8.1942, Şəki) - maarif xad imi, yazıçı, alim.Ruhani
mə mu r ailəsində doğulmuşdur. Nu xada (Şəkidə)cü mə məscidindəki mo lla xanada ibtida i (1870-76), dörd sinifli ş əhər
mə ktəbində orta (1876-79), Qori Müəllimlər Se minariyasında orta pedaqoji (1879-82), Ale ksandr Müəllimlər
İnstitutunda (Tiflis) ali təhsil almışdır. Nu xa qəzasının Qutqaşen ikisinifli məktəbində (1882-92), Xaçmaz kənd məktəbində
(1890-92) müdir, Qafqa z Müs əlmanla rı Ruhani İdarəsində kat ib müavini (1892-1900), Qori Müəllimlər Se minariyasının
"tatar şöbəsi"ndə Azərbaycan dili və şəriət müəllimi (1902-16), İrəvan quberniyası xalq məktəblərinin mü fəttişi (1916-18)
işləmişdir. Əfəndiyev 1918 ildə Bakıya gələrək, Azərbaycan Xalq Cü mhuriyyətinin xalq maarifi sahəsində tədbirlərin in
həyata keçirilməsinə ya xından kö mə k göstərmiş, maarif nazirinin ə mri ilə Bakı kişi seminariyasının dire ktoru təyin
olunmuşdur. Maarif na zirliy i yanında əlifba ko missiyasının tərkibində latın qra fikasına keç mək
üçün təqdim olun muş layihələrin mü zakirəsində fəal iştirak etmişdir. Sovet hakimiyyəti illərində
Şəki pedaqoji texn iku munda müəllim işləmişdir.
Əfəndiyev geniş yaradıcılıq diapazonuna malik yazıçı, alim idi. Əsasən, uşaq ədəbiyyatı,
dramaturg iya və bədii tərcü mə sahəsində çalışmışdır. Əfəndiyev pedaqoji fəaliyyətinin ilk
günlərindən məktəblərin milli zəmində hazırlan mış dərsliyə, uşaqların sağlam mündəricəli
ədəbiyyata ehtiyacı ilə qarşılaşmış, orijinal əsərlərdən iqtibas və tərcümələrdən ibarət "Uşaq
bağçası" (1898), "Bəsirətül-ətfal" (1901) dərsliklərini nəşr etdirmişdir. Hər iki dərslik Qafqazda və
türk xalqları yaşayan digər bölgələrin məktəblərində tədris olunmuşdur. Əfəndiyevin adı Mirzə
Fətəli A xundzadənin dra maturgiya ənənələrini inkişaf etdirən ko mediyanəvislər arasında şərəfli yer
tutur. Məşhur pedaqoq A.O.Çernyayevskinin tövsiyəsi ilə "Qan ocağı" adlı ilk pyesini Qori
seminariyasında yazıb tamaşaya qoyan Əfəndiyev 20 əsrin əvvəllərində "Qonşu qonşu olsa, kor q ız ərə gedər", "Saqqalın
kəra mət i", "Pul də lisi", " Bir saç telinin q iy məti", "Tiflis səfərlə ri", "Qızılgül" əsərlərini nəşr etdirmişdir. İ.A.Krılovun
təmsillə rin in mühüm b ir qis mini, A.S.Puşkinin, M.Y.Le rmontovun şeir v ə poemalarını, F.Şillerin "Ca m" mən zu məsini,
Firdovsinin "Şahnamə" epopeyasından "Rüstəm və Söhrab" dastanının dilimizə çev irmişdir. Əfəndiyevin "Arvad məsələsi"
adlı kitabı qızların təhsilinə və qadının cəmiyyətdə yeri probleminə həsr o lunmuşdur. O, iki hissədən ibarət "Müxtəsər
şəriət" dərsliyin in də müəllifidir. Əfəndiyev etnoqrafiya ("Nu xada evlən mək adətləri", "Qəbələ mahalı", "Qutqaşen kəndi
haqqında bir neçə məlu mat"), ədəbiyyatşünaslıq ("Azərbaycan türklərinə məxsus ədəbiyyat", "Azərbaycan ədəbiyyatı
nümunələri", " Lev Niko layeviç To lstoy", "Seyid Əzim Şirvani"), publisistika ("İbtidai savad t əlimi haqqında müsəlman ın
rəyi", "Bizə kitab" nidası") sahəsində də fəaliyyət göstərmişdir.
349
Əfəndiyev Azərbaycan xalq əfsanə və rəvayətləri, adət və ənənələri barədə, həmçinin xalq sənətkarlığı və təba-
bətinə aid mə lu matlar toplayıb, "Sbornik materialov dlya opisaniya mestnostey i ple myon Kavkaza" məc muəsində çap
etdirmişdir. Əfəndiyev 1924 ildə A zərbaycanın 1-ci ölkəşünaslıq qurultayının nü mayəndəsi və etnoqrafiya cəmiyyəti Şəki
şöbəsinin elmi katibi seçilmişdi. Rəşid bəy Əfəndiyev Azərbaycan xalqının milli oyanışında mühüm rol oynamışdır.
Əsərləri:
Dram əsərləri, B., 1961; Seçilmiş əsərləri, B., 1979.
Əd
.: Abdullayev Ə., Görkəmli maarifçi-demokrat yazıçı R əşid bəy Əfəndiyev, B., 1960; Abdullayev A., Azərbaycan dilinin
tədrisi tarixindən, B., 1966; Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı (XIX-XX əsrlər) (tərtib edənləri X.M əmmədov, A.Həsənov), B.,
2002; Əhmədov C, Azərbaycan ədəbiyyatının tədrisi tarixindən, B., 1971; Qurbanov Ş., Ömrün fikir karvanı, B., 1991.
ƏFƏNDĠYEV Su ltanməcid Məcid oğlu (26.5.1887,Şamaxı - 21.4.1938) - Azərbaycanın
sovetləşməsində fəal iştira k et miş partiya və dövlət xadimi.1903 ildən fəhlə hərəkatına qoşulmuş,
marksist dərnəklərdə iştira k et mişdir. 1904 ildə Rusiya Sosial-De mo krat Fəhlə (bolşeviklə r)
Partiyasına (RSDF(b)P) daxil olmuşdur. "Hümmət" bolşevik Əfəndizadə", "Məhbus", "Səma" və b.
imza larla mətbuatda yazıları dərc olun muşdur. İnqilabi fəa liyyətinə görə 1907 ildə həbs olunaraq,
Kazan quberniyasına sürgün edilmişdir. Kazan universitetinin tibb fakü ltəsini b itird ikdən sonra
(1915) Nijni-Novqorod və Həştərxan quberniyalarında həkimlik et mişdir. Fevra l inqilabından
(1917) sonra Bakıya qayıdaraq, Bakı Fəhlə Deputatları Sovetinə ü zv seçilmiş, onun nəzarət hey-
ətinin tərkibinə daxil olmuşdur. 1917-18 illərdə RSDF(b)P BK bürosunun və "Hümmət"in Mərkəzi
Ko mitəsinin tərkib inə, "Hü mmət" qəzetinin redaksiya heyətinə daxil id i. Oktyabr çevrilişindən
(1917) sonra hakimiyyəti ə lə alan Ba kı Sovetinin iclasında (2 noyabr) iştirak etmiş, yeni seçilən
Sovetin İcraiyyə Ko mitəsinin tərkib inə daxil o lmuşdur. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə siyasi fəaliyyətini
Həştərxanda davam etdirmiş, 1919 ilin mayında Azərbaycanda və Qafqazda vəziyyət haqqında məlu mat vermək üçün
Rusiya Ko mmunist (bolşeviklər) Partiyası (RK(b)P) Mərkəzi Ko mitəsinə ezam olun muş, Rusiya Sovet Federativ Sosialist
Respublikası Xalq Milli İşlər Ko missarlığ ında çalışmışdır. Şərq xalqları ko mmun ist təşkilatların ın Moskvada keçirilən
birinci (1918, noyabr) və ikinci (1919, noyabr-dekabr) Ümu mrusiya qurultayların ın ha zırlan ması və keçirilməsində iştirak
etmişdir. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmış, bolşevik işğalına qarşı Gəncə üsyanının yatırılmasında
iştirak etmişdir. 1920 ilin iyunundan Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Ko mitəsinin Gəncə
quberniyasında fövqəladə müvəkkili və quberniya fövqəladə ko missarı o lmuşdur. Birinci Ümu mazərbaycan Sovetlər
qurultayında (1921, may) Azə rbaycan Xalq Ko missarları Sovetinin tərkibinə seçilmiş və xa lq torpaq ko missarı təyin
edilmişdi. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) v ə Sovet Sosialist Respublikaları İttifaqın ın (SSRİ)
təşkilinin fəal iştira kç ısı olmuş, 1922-37 illərdə mü xtəlif məsul part iya və dövlət vəzifə lərində çalış mış, 1938 ildə repressiya
olunmuşdur.
Əsərləri.:
Seçilmiş əsərləri, B., 1977; yenə onun, Seçilmiş əsərləri, c.1-2, B., 1988-1990.
ƏFƏNDĠYEV Sü ley man bəy Əlisüleyman oğlu (1864, Ağdam - 21.2.1919, Gəncə) - hərbi xadim, A zərbaycan
ordusunun general-mayoru. İlk təhsilin i Gəncədə almış, Yelizavetqrad süvari məktəbin i bitirmişdir (1885). 1912 ildə
polkovnik rütbəsinə layiq görüləndə, Əfəndiyev Qafqaz ordusunda polis -keşikçi dəstəsinin təftiş-yoxlama işləri ü zrə baş
nəzarətçisi id i. Nü munəvi xid mətinə görə "Müqəddəs Anna" ordeninin 2-c i və 3-cü, "Müqəddəs Stanislav" və "Müqəddəs
Vlad imir" ordenlərinin 3-cü dərəcələri ilə təlt if edilmişdi.
1917 ilin iyulunda Zaqafqaziya ko missarlığı tərəfindən Gəncəyə eza m olunan Əfəndiyev burada öz vəzifəsin i ye-
rinə yetirmə klə bərabər, Gəncə müsəlman milli ko mitəsinin kö məyi ilə şəhərdə hərbi kurslar açır və 150 nəfər a zərbaycanlı
gənci hə min ku rslara cəlb edir. Əfəndiyev də rs dediyi tələbələ rilə bərabər gecə lər Gəncədə asayişi qoruyurdu. Müsəlman
korpusu təşkil edilməyə başlayanda, Əfəndiyev korpusun 2-ci nişançı div iziyasının 5-c i nişançı alayın ın ko mandiri təyin
olundu, bir müddət isə korpus komandirinin əmri ilə d iviziya ko mandirinin vəzifələrin i icra etdi. Onun ko mandir o lduğu 5-
ci nişançı a lay Şamxor hadisəsi za manı rus hərbi eşalonlarının tərksilah olun masında fəal iştira k etdi.
Əlahiddə Azərbaycan korpusu formalaşdırılarkən Əfəndiyev Qazaxda yerləşən 1 -ci p iyada alayının ko mandiri
idi. Qa fqaz İslam Ordusu ko mandanının 1918 il 13 avqust tarixli ə mri ilə Əlah iddə Azərbaycan korpusu yenidən qurularkən,
alay ko mandirləri və zifələ rinə türk zab itlə ri gətirildi. Bununla əlaqədar o laraq Əfəndiyev Qa fqaz İsla m Ordusu
ko mandanlığın ın mən zil mü fəttişliy inə dəyişdirild i. 1918 ilin noyabrında Hərb i Nazirlik bərpa o lunduqda, Əfəndiyev 2-ci
Qarabağ süvari alayın ın ko mandiri idi. Hərbi nazir Səməd bəy Mehmandarov 1918 il dekabrın 2-də 2-ci Qarabağ süvari alayı
ilə tanışlıqdan son dərəcə razı qalmış, bunu 1918 il 5 dekabr tarixli ə mrində də xüsusi qeyd etmişdi.
1918
ilin dekabrında Əfəndiyev Hərb i Nazirlikdə tapşırıq generalı vəzifəsinə təyin olundu və həmin ayın 29-da
Nazirlə r Şu rasının ic lasında hərbi na zir S.Meh mandarovun təqdimatı əsasında ona general-mayor rütbəsi verildi.
1919
il yanvarın 1-dən Əfəndiyevə 1-ci p iyada diviziyasına rəhbərlik et mək tapşırıld ı. Div iziyanın fo rma laşdı-
rılmasının bütün çətinliyi Əfəndiyevin üzərinə düşdü. Onun rəhbərliyi ilə div iziya hissələrində dövlətə itaətsizlik halların ın
qarşısı alındı, şəxsi heyəti bürü müş yoluxucu yatalaq xəstəliy inin aradan qald ırılması üçün əməli tədbirlər görüldü. Lakin ən
çətin günlərdə şəxsi heyətdən aralan mayan Əfəndiyev özü də yatalaq xəstəliyin in qurbanı oldu.
350
Əd.:
Nəzirli Ş., Cümhuriyy ət generalları, B., 1995; Süleymanov M ., M ehmandarov, B., 2000.
ƏFƏNDĠZADƏ, Ə f ə n d i y e v Abdulla İsmayıl oğ lu (1873, Şəki - ?, Bakı) - maarif
xadimi, tərcü məç i, Azə rbaycan Xalq Cü mhuriyyəti Parla mentinin ü zvü. Ruhani mə mur ailəsində
doğulmuşdur. Rəşid bəy Əfəndiyevin qardaşıdır. Nu xada (Şəkidə) evdə və məhəllə məktəbində
(1880-88) ibtidai təhsil, Ye lizavetpolda (Gəncə) sənət məktəbin ində kənd təsərrüfatı üzrə orta
ixt isas təhsili (1 88 8-94 ).Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda ali pedaqoji (1895-98)
təhsil a lmışdır.
1898 ildə Bakıda pedaqoji fəa liyyətə başla mış, mü xtə lif məktəblə rdə müə llim və müd ir
(1898-1920) işlə mişdir. Qafqaz müsəlman müəllimlərinin birinc i (1906) və ikinc i (1907)
qurultaylarında fəal iştirak etmiş, Sü ley man Sani A xundov və Fərhad Ağazadə (Şərq li) ilə birgə
tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxa rmış, onlarla birlikdə hə min əlifba layihəsi və
qurultayda qəbul olunmuş proqra m əsasında "İkinci il" (1908) dərsliy ini ya zıb nəşr etdirmişdir.
Əfəndizadə Azərbaycan Milli Şurasın ın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19
noyabr) əsasən Nuxa (Ş ə k i) şəhərindən Azərbaycan Parla mentin in deputatı seçilmişdir. Pa rla mentdə əvvəlcə "Əhra r"
fraksiyasına daxil olmuş, 1919 il noyabrın əvvəllərində bu fraksiyadan ayrılaraq, ö zünü sol müstəqil elan etmişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Əfəndizadə Maarif Na zirliy inin ə lifba islahatına dair təşkil etdiyi
ko missiyanın tərkib ində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba lay ihəsi ko missiya tərəfindən bəyənilmişdi.
Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin "Son türk əlifbası" adlı əlifba dərsliyin in (1919) nəşrinə icazə
verilmişdi.
"Rüstəmin yu xusu, yaxud röyası" (1906), "Şagirdlərə hədiyyə" (1914) kitabları nəşr olun muşdur. Birinci kitab
haqqında M.Ə.Rəsulzadə rəy dərc etdirmişdir. Əfəndizadə tərcü mə ilə də məşğul o lmuş, İ.A.Krılovun, M.Y.Lermontovun
şeirlərini ana dilinə çev irmişdir.
ƏFƏNDĠZADƏ Həmdulla əfəndi İsmay ıl oğlu (1888, Quba qəz., Dəvəçi nahiyəsinin
Qələgah k. - 1928) – ictimai xad im, Azərbaycan Xalq Cü mhuriyyəti Pa rla mentinin üzvü. İlk təhsilini
kənd molla xanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus mə ktəbini b itirmiş
(1906), ərəb, fars və rus dillərini öyrən mişdir. 1918 ilin apre lində Dəvəçi nahiyəsinə soxulmuş
erməni daşnakları d inc a zərbaycanlılara qarşı soyqırımına başladıqda, Hə mdulla ə fəndi dostu
Qaçaq Mayılla birlikdə ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur. Əfəndizadə Azərbaycanın
siyasi həyatında yaxından iştirak etmiş,"İttihad" partiyasının fəal üzv lərindən olmuşdur. Azərbaycan
Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr)
əsasən, Quba qəzasından Cü mhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, "İttilıad"
fraksiyasının üzvü olmuşdur. 1920 il aprelin 27-də bolşeviklərin zireh li qatarı Azərbaycana soxul-
duqda, Əfəndizadə ö z tərəfdarları ilə b irlikdə onun qarşısını kəsməyə cəhd göstərmiş, lakin qüvvələr qeyri-bərabər
olduğundan geri çəkilməyə məcbur olmuşdu. 1928 ildə repressiyaya məru z qalaraq, Sibirə sürgün olunmuş, orada vəfat
etmişdir.
Əd
.: Qaffarov T., Azərbaycan tarixi (1920-1991), B., 1999; Rəhmanlı N., Çıraqqala yurdunun övladlan, B., 2002.
ƏFƏNDĠZADƏ Mu xtar İs mayıl oğlu, Mu xtar əfəndi (1.1.1880, indiki Ağdaş rayonunun Şəmsabad k. -
17.10.1975, Bakı; Şəmsabadda dəfn olun muşdur) - maarif xadimi, müəllim, şərqşünas-tərcüməçi. A zərbaycanda milli
azadlıq hərəkatının fəal iştirakçısı. Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin ü zvü. Atası İs mayıl əfəndi 19 əsrin 2-ci
yarısında Ərəş mahalın ın məşhur alim və müdərrislərindən olmuş, "Zeynəddin" ədəbi məclisinə
rəhbərlik et miş, A zərbay-can və fa rs dillə rində şeirlər yazmışdır. Mu xtar Əfəndizadə (daha ço x
Muxtar ə fəndi kimi tanın mışdır) ilk təhsilini atasından almış, 9 il atasının dostu Hacı Məhəmməd
əfəndinin mədrəsəsində, daha 9 il Ağdaş, Nu xa (Şəki), Quba, Bakı, Şamaxı alimlərin in yanında təhsil
almışdır.
20 əsrin əvvəllərində Ağdaşda maarifç iliyin inkişafında müstəsna rol oynamış Mu xtar
əfəndi uşaqlar üçün yeni təlim və tədris üsulu əsasında "Oxu" adlı dərslik yazmış, "Kimsəsiz uşaqlar
evi", " Yaşlılar üçün kurs" (1906), "Darülirfan" məktəbi (1906), qiraətxana (1906), teatr (1908),
"Səadət" adlı qız məktəbi (1909) aç mış, Qubada təşkil etdiyi üsuli-cədid məktəbində dərs de miş,
üsuli-cədid məktəbləri üçün "Şəraye-ül-islam" kitabın ı yazmışdır(1911).
351
1918 ildə Şa ma xı, Ağsu, Qutqaşen (indiki Qəbələ), İs mayıllı bö lgəsində bir ço x kəndlə ri viran qoy muş ermən i-
daşnak quldurlarının Göyçaya, sonra isə Ağdaşa hücumları zamanı Mu xtar əfəndi 200 nəfərlik dəstə təşkil edərək, on ların
qabağını kəsib, geri oturtmuşdu. Vətənsevər, mil-lətsevər şəxsiyyət kimi dəyərləndirilən Mu xtar əfəndi A zərbaycan Milli
Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Ərəş qəzasından
Cü mhuriyyət Parlamentin in tərkibinə daxil edilmiş, "Əhrar" fraksiyasının üzvü olmuşdur. Muxtar əfəndi dövrünün qabaqcıl
maa rifpərvər ziyalısı kimi gənc nəslin təlim və tərbiyəsinə, xa lq maarifin in və elmin in kişafına, ict ima i həyatın mü xtə lif
sahələri üçün ixt isaslı kadrla rın ha zırlan masına böyük əhəmiyyət vermişdir.
1920 ilin aprelində Azərbaycan Xalq Cü mhuriyyətinin süqutundan sonra Ağdaşa qayıdaraq, maarifçilik fəa liyyətini
davam etdirmişdir. O, dəfələrlə fiziki və mənəvi təqiblərə məru z qalmış, " müsavatçı" damğası ilə evində axtarış aparılmış,
şəxsi arxiv inə təcavüz olun muş, həbs edilərək, Qazaxıstana sürgün edilmişdir.
1939 ildə sürgündən qayıtdıqdan sonra pedaqoji və elmi fəaliyyətini dava m etdirmiş, ali və orta məktəblə r üçün
dərsliklər ya zmış, orta əsrlər A zərbaycan tarixinin öyrənilməsində mühüm əhə miyyəti olan bir sıra q iy mətli mənbələ ri
(Mirxond, İsgəndər Münşi, İbn əl-Əsir və b.) fars və ərəb dillərindən tərcümə etmişdir. 1944-50 illərdə Azərbaycan Dövlət
Universitetində ərəb dilindən dərs demişdir. Onun "Miftah ül-lisan ül-ərəb" ("Ərəb dilin in açarı") kitabı (1947) Sovet
Sosialist Respublikala rı İttifaqında ali məktəb tələbələ ri üçün ilk ə rəb dili dərsliklərindən olmuşdur.
Əd.:
Ağayev A., Muxtar Əfəndi, B., 1994.
ƏFƏNDĠZADƏ Rəcəb Əsədulla oğlu (1893, Şəki -20.12.1956, Bakı) - maarif xadimi, pedaqoq-alim, yazıçı,
tərcüməç i. Şə kidə molla xanada (1900-01), a ltısin ifli şəhər mə ktəbində (1902-10), Qori Müəllimlə r Se minariyasında (1910-
14) təhsil a lmışdır. Ekstern yolu ilə A zərbaycan Dövlət Un iversitetinin pedaqogika fakü ltəsini b itirmişdir (1930). Göyçay
ikinci dərəcəli şəhər mə ktəbində (1914-15), Şə ki kişi-qadın g imna ziyasında müəllim (1915-22), Şəki Pedaqoji
Te xniku munda (1922-27), Tiflis Pedaqoji Te xn iku munda (1928-29) direktor, Ali Pedaqoji İnstitutda müə llim ve dosent
(1929-34), Azə rbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə d irektor müavini, pedaqogika
kafedrasının müd iri (1945-49) işləmişdir.
Rəcəb bəy Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə Nu xa qə zasında Höku mət in xa lq maa rifi sahəsində təd-
birlərini həyata keçirmiş, "Türk qiraət i" (1918) dərsliy ini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixt isasını art ırma
işinin təşkili" (1934), "Xalq maarifi ü zrə məlu mat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi
konsultasiya" (1936), "İzah lı pedaqoji lüğət" (1939), "Şagird lərin fiziki tərbiyəsi və hərb i hazırlığ ı" (1942), "Uşaqlarda
səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərlə ri Azə rbaycanda xa lq maarifi və tərb iyə işlə rin in elmi-metodik əsaslar
üzərində qurulmasında mühüm rol oynamışdır.
Avropa və rus pedaqogikasının klassikləri Y.A.Ko menski ("Dida ktik p rinsiplə r"), İ.H.Pestalotsi ("Seçilmiş
pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi A zərbaycan pedaqoji fikrinə ilk dəfə
Əfəndizadənin tərcü mələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş
"Psixo logiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcü məç isidir.
Əfəndizadə bədii yarad ıcılıqla da məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-b irinə möhtacdır" (1911), " Gimnazist
Vahid" (1911), "Kimd ir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrin i, "A xır çərşənbə" (1913) pyesini və s. yazmışdır.
Əd:.
Hikmət çələngi (tərtib edən X.M əmmədov), B., 1997; XX əsr Azərbaycan nəsri (tərtib edən X.M əmmədov), B., 1992;
Qiyasbəyli M ., Rəcəb Əfəndiyev, B., 2001.
ƏFƏNDĠZADƏ Şəfiqə Hafız Məhəmmədəmin əfəndi qızı, Şey xzadə Əsma Sultan (19.3.1883, Tiflis quber-
niyasının Azqur k. - 29.7.1959, Bakı) - A zərbaycanın ilk maarifpərvər qadınlarından biri, maarif
xadimi, publisist yazıçı. Ailə təhsili almış, Qafqaz Müsəlmanları Ruhani idarəsində və Bakıda III
Aleksandr kişi g imnaziyasında imtahan verərək, ibtidai məktəbdə türk dili və şəriət müəllimi
vəsiqəsi almışdır. Ale ksandr qız ― Rus – müsəlman‖ mə ktəbində (1909-18) müəllim işlə mişdir.
Cənubi Qafqa z müs əlman qadın müəllimlərinin Ka zan şəhərində çağırılmış (1917) qurultayına
nümayəndə seçilmiş, qurultayda çıxış etmişdir. 1918 ilin martında bolşevik-daşnak quldurları
tərəfindən türk-musəlman əhalisinə qarşı törədilən soyqırımından sonra qaçqın düşmüş, Qubada,
Azqurda, İstanbulda yaşamışdır. A zərbaycan Xalq Cü mhuriyyəti qurulduqdan sonra, 1919 ilin
aprelində Ba kıya dönmüş, pedaqoji iş ə bərpa olun muş, 1920 ilin fevralında ərizə verə rək, istefaya
çıxmışdır.
Sovet hakimiyyəti illərində mədəni quruculuq işlərinə cə lb olun muş, darülmüə llimatda (qadın müə llim kadrları
hazırlayan pedaqoji məktəb) dərs demiş (1920-26), 1923 ildə nəşrə başlayan "Şərq qadını" jurnalı redaksiya heyətinin üzvü
seçilmişdir. Şəfiqə xan ım bədii-publisistik yaradıcılıqla məşğul olmuş, "Dəbistan", "Məktəb" jurnallarında təlim-tərb iyə
məsələ lərinə dair məqa lələ r, uşaqlar üçün hekayələr dərc etdirmişdir. 1914 ildə "İki yetim, ya xud Kərimin himməti" adlı
kitabı nəşr olunmuşdur.
|