c
CABAQĠYEV Vəssan Gəray (1882, İnquşetiya, Nazran - 1961, Türkiyə) - Şimali Qafqaz siyasi və dövlət xadimi.
Vladiqafqaz g imnaziyasında, Peterburq Universitetində, Riqa Polite xn ik İnstitutunda və Almaniyanın Yena Kənd Təsərrüfatı
Universitetində təhsil almışdır. 1903 ildə Rusiyaya qayıtmış, ə kinçilik və dövlət mü lkiyyətləri na zirliyində mühüm
vəzifələ rdə çalışmışdır.
Fevral inqilabından (1917) sonra dağlı azad lıq hərəkatın ın rəhbərlərindən biri olmuş, inquş milli şurasına s ədrlik
etmişdir. 1917 ilin mayında dağlı xalqlarının 1-ci qurultayında Birləşmiş Şimali Qafqaz Dağ lılar İttifaqı Mərkəzi
Ko mitəsinin ü zvü seçilmiş, ko mitənin işlər idarəsinə rəhbərlik etmişdir. 1918 il mayın 11 -də Şima li Qa fqaz dağlılarının
müstəqilliyi elan edildikdən sonra hökumət üzvü olmuş, maliyyə naziri vəzifəsini icra etmişdir. İstiqlal bəyannaməsinin və ilk
dağlı konstitusiyasının müəlliflərindən biri olmuşdur. Qafqaz dağlıların ın konfederasiyası ideyası ilə çıxış etmişdir.
Dəfə lərlə Ba kıda olmuş, Azə rbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən Dağlılar Respublikasına kö mək məqsədilə
verilən yard ım və kreditlə ri almışdır.
1918 ilin payızında Dağlılar Respublikası parlamentinin sədri seçilmişdir. Sovetlərin Şimali Qafqazda möhkəmlən-
məsindən sonra, əvvəlcə Gü rcüstana, 1922 ildə isə Türkiyəyə mühacirət etmişdir. Burada təşkil olunan Qafqaz Xalqla rın ın
İstiqlaliyyəti Ko mitəsinin əsas təşəbbüsçülərindən idi.
20-ci illə rin sonlarından Po lşaya mühacirət et miş, 1938 ildə Po lşa hökuməti teleqraf aqentliyinin nü mayəndəsi kimi
Türkiyəyə göndərilmişdir. İkinci dünya müharibəsindən (1939-45) sonra Türkiyə vətəndaşlığını qəbul etmiş, publisistika ilə
məşğul olmuşdur.
Əsəri
: Qafqaz-Rus mücadiləsi, İstanbul, 1967.
Əd.:
Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.
CABBAR QARYAĞDI OĞLU (C a b b a r M ə ş ə d i İ s m a y ı l o ğ l u; 31.3.1861, Şuşa-20.4.1944,Bakı)-
məşhur xanəndə, musiqi xad imi. Azə rbaycan xanəndəlik sənətinin ən görkə mli nü mayəndələrindən biri (ba x Qaryağdı oğlu
Cabbar).
CABB ARLI Cə fər Qafar oğlu (22.3.1899, Xızı k. -31.12.1934, Ba kı) - şair, ya zıçı, d ra maturq. Yo xsul kəndli
ailəsində doğulmuşdur. Bakıda 7-c i rus-tatar (A zərbaycan) məktəbində, Bakı polite xnik (sənaye) məktəbində (1917-20), Ba kı
Dövlət Universitetin in Şərq fakü ltəsində təhsil almışdır. 1915 ildən lirik və satirik şeirlər, sosial ədalətsizliyi tənqid edən
hekayə ("Aslan və Fərhad", "Mənsur və Sitarə" və s.) və pyeslər (" Vəfa lı Sə riyyə, ya xud göz yaşları
içində gülüş", "Solğun çiçəklər") yazmışdır.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə xüsusilə coşqun ictima i və ədəbi fəaliyyət göstərmiş,
bu dövr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olmuşdur.
Azərbaycan Xalq Cü mhuriyyəti elan ed ilə rkən cə mi 19 yaşı olmasına ba xmayaraq, Cə fər
Cabbarlı Azərbaycan Parlamentinin stenoqrafı və "Müsavat"ın Gənclər təşkilatının rəhbəri o lmuşdur. Bu
dövrdə əsərlərin i "Cəfər Cabbarzadə" imzası ilə yazan ədib 1919 ildə təşkil ed ilmiş " Yaşıl qələm" ədəbi
birliyinin ü zvü olmuş, şair və dramaturq kimi məhsuldar yaradıcılıq fəaliyyəti göstərmişdir.
Müstəqil dövlətin yaranmasını ruh yüksəkliyi ilə qarşılayan şair "Sevdiyim" və "Azərbaycan
bayrağına" adlı iki şerini müstəqil Azərbaycanın milli bayrağına həsr etmişdir. Milli a zadlıq sevincinin
tərənnümünə həsr olunmuş hər iki şeir Cü mhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzetində dərc edilmişdi.
Cəfə r Cabbarlının şeirləri 1918-20 illərdə Azə rbaycan ədəbiyyatında istiqlal rə mzi olan milli bayrağın vəsfinə həsr
olunmuş onlarla silsilə şeirlərin ən uğurlu, ən səciyyəvi nümunələrindən idi. Gənc şair "yaşıl donlu, al yanaqlı, mavi gözlü
sevdiyim" deyərək, eşq elan etdiyi milli bayrağın rəng simvolikasını belə aç ıqlay ırdı:
Bu göy boya gök moğoldan qalmış bir türk
nişanı, bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan inamı,
ürəklərə dolmalı!
295
Al boya da azadlığın, təməddünün gümanı,
mədəniyyət bulmalı!
Səkkiz guşə bu ulduz da səkkiz hərfli "Odyurdu".
Əsarətin gecəsindən fürsət bulmuş quş
kimi səhərlərə uçmuşdur.
Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
yurdumuzu qucmuşdur.
Gənc şairin bu illərdə ya zdığ ı şeirlərdə milli a zad lıq, Azərbaycanın müstəqilliy i ("Sevimli ölkə m"), türkləşmə k,
islamlaşmaq və müasirləşmək, hətta turançılıq ideyaları ("Salam" ) tərənnüm edilirdi.
Cəfə r Cabbarlı istiqla l dövründə dramaturq kimi də məhsuldar fəaliyyət göstərmişdir. Bakın m erməni-daşnak və
bolşevik işğalından azad olunması münasibətilə "Bakı müharibəsi" (1919) ad lı ayrıca əsər yazmışdır. Əsər tamaşaya
qoyulmuş, lakin təəssüf ki, sonradan itib-batmış, bugünədək gəlib çatmamışdır. "Bakı müharibəsi" əsəri müəllifin
Türkiyənin yaxın tarixinə, qardaş türk və Yaxın Şərq xalqlarının milli azad lıq mübarizəsinə həsr etdiyi trilogiyanın -
"Ədirnə fəthi" (1917), "Trab lis müharibəsi, yaxud Ulduz" (1918) əsərlərindən sonra gələn üçüncü hissəsi olmuşdur. Həmin
əsərlər Cəfər Cabbarlının istiqlal dövrü dramaturgiyasının başlıca meyllərin i müəyyənləşdirmək baxımından səciyyəvidir.
La kin Sovet hakimiyyəti illərində bu əsərlər " mücərrəd ro mantizm" in təzahürlə ri hesab edilərək yasaq olunmuş, təbii ki,
yazıçının əsərlərin in heç bir nəşrinə salın mamışdır.
Cəfə r Cabbarlı A zərbaycan dra maturgiyasının ən dəyərli örnə klə rindən olan "Aydın" (1919), "Oqtay Eloğlu"
(1922), " Od gəlini" (1928) və s. d ra mların da müə llifid ir. Bu əsərlə rdə də yazıç ının yarad ıcılığının başlıca möv zula rından
olan şəxsiyyət azadlığ ı və milli azadlıq idealları tərənnü m olunur.
Əsərləri bədii sənətkarlıq məziyyətləri, güclü xarakterlər, müsbət və mənfi obrazlar silsiləsi, ro mantik, emosional,
eyni zamanda, can lı, koloritli obrazlı dili ilə seçilir.
Əsərləri:
Əsərləri, 3 cilddə, B., 1968-69; Əsərləri, 4 cilddə, c. 1-3, 1983-84; Ədirnə fəthi, B., 1996.
Əd.:
Azərbaycan Xalq Cümhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Elçin, C əfər Cabbarlı: şəxsiyyəti və
yaradıcılığı haqqında düşüncələr, B., 2000.
CABB AROV Ələ kbər Mə mmədə li oğlu (3.1.1898,Ba kı - ?) - A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı
tələbələr haqqınnda qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş
tələbələrdən biri. 1 -ci Bakı kişi g imna- ziyasını bitirmişdir (1919). Parla mentin 1919 il 1 sentyabr
tarixli
qərarına
əsasən,
təhsilin i
təbiət
elmlə ri
sahəsi
ndə davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı ta leyi barədə
mə lu mat
lat aşkar olunmamışdır.
CAHANGĠR ZEYNALOĞLU (? - ?) - tarixçi. 1924 ildə İstanbulda "Müxtəsər Azərbaycan
tarixi (elmi-publisistik və tarixi kitab)" əsərini çap etdirmişdir. Kitabda, Azərbaycanın qədim
dövrlərdən 1920 ilə qədərki tarixi əhatə olunmuşdur. Müəllif yazırdı: "...tariximizi bilmək, şanlı keçmişimizi öyrənmək və
istiqbal üçün də hazırlanmaq özümüzə bir borcdur. Biz azəri türkləri, kimsəyə təcavüz niyyəti bəsləmirik, gözəl
cümhuriyyətimizin istiqlalını və milli varlığımızı mühafizədən başqa bir amalımız yoxdur, yeganə məqsədimiz budur.
Bunun üçün çalışmaq, qüvvətli olmaq və sürətlə Avropa siyasi təşkilatlarına daxil olaraq Avropa ideyalarını qazanmaq
biz azərilərə bir vəzifə olmalıdır. Əks təqdirdə, istiqlaliyyətimiz qeyb və qoca bir millət məhvə məhkum olar, bax bunu hər
bir türk bilməli və anlamalıdır".
Bakıda türk-müsəlman əhalisinə qarşı ermənilərin görün məmiş cinayət və vəhşiliklərinin, qarət və soyğunçu-
qlarının şahidi olmuş C.Zeynaloğlu daha sonra yazır: "Çar ordusuna mənsub olan alman və Avstriya cəbhələrindən otuz-
qırx minə qəddər müsəlləh erməni əsgərləri öz evlərinə qayıtmaq üçün Bakıya gəlmişlərdi... "Daşnak" firqəsi bu
əsgərləri əlinə alaraq xüsusi bir proqram daxilində miintəzəm şəkildə Bakıda müsəlmanları qırdı. Bu qırğına "bolşevik-
müsavat firqə mübarizəsi" adı verildi. Azərbaycan istiqlalı yolunda ilk qurbanlar burada verildi. Daşnaklar
bolşeviklərdən də istifadə etdikləri kimi, ingilis ordusunuBakıya dəvət edərək, Biçeraxov, Sentrokaspi və sair türk və
müsəlman əleyhdarlarından növbə ilə bu qırğında istifadə etdilər.
İrəvan hadisəsi seymin 5, 7, 19, 20 fevral iclaslarında böyük gurultulara səbəb olmaqla İrəvana heyətlər
göndərildi. Bu heyətlər təhqiqat apararaq qayıtdı və İrəvan vilayətində 211 türk köyünün təxrib və 100 minə qədər
əhalinin məhv edildiyini isbat etdilər. Seym tərəfindən müharibələr üçün 15 milyon manat yardım təyin edildi isə də, 3
milyonu verildi və biçarələrin ehtiyacatı tamamilə dəf edilmədi. Beləcə, İrəvan vilayətində olan müsəlman və türklər
məhv edildilər və çarizm zamanında İrəvan vilayətində üç yüz min türkdən indi üç min belə qalmamışdır".
C.Zeynaloğlu Azərbaycan tarixinin dövrləşdirilmədə onun istiqlaliyyətini başlıca prinsip kimi götürür (istiqlal elan
olunmasından əvvəlki dövr, Atabəylər dövrü, müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövrü, müstəqil xanlıqlar dövrü).
Kitabın yeddinci bö lməsi "Müstəqil Cü mhuriyyət dövrü"
adlandırılmışdır. Həmin bölmənin "Rusiyada böyük çaxnaşma" adlı
birinci fəsli Zaqafqaziya seymin in fəaliyyəti, 8 il mart soyqırımı, Mavərayi-Qafqaz Cü mhuriyyəti, onun hökumətin in ləğvi
kimi məsələ lərə həsr edilmişdir. Əsərdə Azərbaycan Cümhuriyyəti xüsusi fəsil kimi ayrıca verilmişdir.
Əsəri:
Müxtəsər Azərbaycan tarixi, B., 1992
.
Əd
.:Сумбатзаде А.С., Азербайджанская историография XX веков, Б.,1987.
296
CAMAL PAġA (1872, İstanbul - iyul, 1922, Tiflis) Türkiyə dövlət və hərbi xadimi. " Gənc türklər" inqilabının
(1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən
298
biri. 1913 ildə İstanbulun hərbi qubernatoru, 1914-18 illərdə dəniz naziri olmuşdur. Ənvər paşa və Tələt paşa ilə birlikdə
hakim triu mviratrın (üçlüyün) üzvü olmuşdur. 1914-17 illərdə Suriya və Fələstindəki türk o rdularına ko mandanlıq etmişdir.
1918-22 illərdə Alman iya, İsveçrə və Əfqanıstanda mühacirətdə olmuşdur. "Daşnaksutyun" partiyası uydurma "erməni
soyqırımı"na görə, Tələt paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir
olan Camal paşa geri qayıdarkən Tiflisdə "Daşnaksutyun" partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi.
CAMALBƏYOV Qasım bəy (?-?)- A zərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Milli
Şurasının üzvü. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu "na (1918, 19 noyabr) əsasən,
Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi. "Hümmət" partiyasının üzvü idi. Parlamentdə sosialistlər fraksiyasını
təmsil edirdi.
CAPARĠDZE Prokofi Aprasionoviç (partiya təxəllüsü Alyoşa; 15.1.1880, Kutaisi qub. Raça qəzasının Şardo meti
k. - 20.9.1918) - Bak ı Xalq Komissarları Sovetinin (BXKS) rəhbərlə rindən biri, da xili işlə r ko missarı.
1898 ildə Rusiya Sosial-De mokrat Fəhlə Part iyasının (RSDFP) Tiflis təşkilat ına da xil o lmuşdur. 1900
ildə Tiflis fəhlə lərinin inq ilab i hərəkat ında fəal iştirakına görə müəllimlər institutundan xaric edilmiş,
həbsə alın mış və bir il sonra Kutaisi quberniyasına sürgün olun muşdu. 1901-04 illərdə RSDFP Qafqa z
İttifaq Ko mitəsinin və İmereti-Minqreli Ko mitəsinin üzvü idi. Partiya işi aparmaq üçün 1904 ilin
ortalarında Bakıya gəlmiş, Bakı bolşevik təşkilatının rəhbərlərindən biri, bu təşkilatdan RSDFP 3-cü
qurultayının (1905) nü mayəndəsi olmuşdur. 1906 ildə Neft Sənayesi Fəhlələri İttifaqının idarə heyətinin
katibi seçilmişdir. 1906-08 illərdə onun yaxından kö məyi ilə leqal və qeyri-leqal bolşevik qəzetləri o lan "Bakinski raboçi",
"Prizıv", "Dəvət-Qoç", "Qudok" və s. nəşr edilmişdir. 1909 ilin oktyabrında həbsə alınmış, 1910 ildə Bakıdan sürgün
olunmuşdur. Caparid ze 1914 ilin may ında Qafqaza qayıdaraq, Tiflis bolşevik təşkilatında işləmiş, 1915 ildə yenidən həbs
olunaraq Yenisey quberniyasına sürgün edilmişdir. Oradan Petroqrada qaçmış (1916, iyul), partiya tapşırığı ilə Tiflisə
gəlmiş, Trabzonda rus ordusu əsgərləri a rasında inqilab i iş aparmış dır.
Caparid ze Fevral inqilabından (1917) sonra Bakıya gəlmiş, Bakı bolşevik təşkilatın ın rəhbərlərindən biri olmuşdur.
RSDF(b)P Bakı Ko mitəsinə və Bakı Sovetinə daxil idi. Bakı bolşevik təşkilatından RSDF(b )P 6-cı qurultayın ın nü mayəndəsi
olmuşdur. 1917 ilin sentyabrında Bakı fəhlələrinin ü mu mi tətilinə rəhbərlik edən tətil ko mitəsinin sədri id i. Caparidze
RSDF(b)P Qafqaz Ölkə Ko mitəsinin üzvü seçilmiş (1917, oktyabr), 1917 ilin dekabrından Bakı Soveti İcraiyyə Ko mitəsi
sədrinin müavini, 1918 ilin yanvarından isə sədri o lmuşdur. 1918 ilin ma rtında Bakıda bolşevik-daşnak quldurları tərə findən
türk-müsəlman əhalisin in soyqırımı zaman ı bolşeviklərin ali hərbi-siyasi orqan kimi yaratdığ ı İnqilabi Müdafiə Komitəsinin
üzvü olmuş, müsəlman milli hərəkatın ın qarşısının alın ması işində fəal ro l oynamışdır. 1918 il martın 31 -də müsəlman
nümayəndələri İnqilabi Müdafiə Ko mitəsinin ultimatu munu qəbul etmələrinə baxmayaraq, P.Caparid ze ilə aparılan
damşıqlar müsbət nəticə verməmiş, hətta müsəlman heyətindən üç nəfər danışıqlardan qayıdarkən yolda güllələn mişdi. Mart
soyqırımı günlərində azərbaycanlı siyasi və ictimai xad imləri ilə "sülh konfransı"nda sədrlik edən Caparid zenin irəli
sürdüyü ultimatu m tamamilə A zərbaycan milli hərəkatına qarşı yönəlmişdi. Caparidze aprelin 2-də Şau myana yazırd ı ki,
Daşkənddən və Şimaldan bizə kö mək gəlir, artıq indi müsəlman ları sakitləşdirmək üçün onlara mu xtariyyət vəd etmək o lar.
BXKS təşkil olunduqda (1918, apre l) Caparid ze xa lq da xili işlər, ə rzaq ko missarı kimi onun fəaliyyətində mühüm
rol oynamış, həyata keçird iyi tədbirlərin, o cü mlədən, türk-müsəlman əhaliyə qarşı soyqırımlarının əsas təşkilatçılarından və
rəhbərlərindən biri olmuşdur. Caparidze Ba kı ko missarları sırasında güllələn mişdir.
Əd:.
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
CAVAD QƏZAS I - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi
Salyan şəhəri id i. Rus çarı II A leksandrın (1855-81) Zaqafqaziya və Qafqaz d iyarının idarəçiliyin in dəyişdirilməsi haqqında
1867 il 9 dekabr tarixli fə rmanına əsasən, təşkil edilmişdi. Bakı quberniyasının ən böyük qəzası olmuşdur. 1870 il
mə lu matına görə, əra zisi 9837,5 k v. verst idi. Bu, quberniya əra zisinin 28,69%-n i təşkil edirdi. 1859-63 illər ka me ral
təsvirin in yekunları əsasında aparılmış hesablamaya görə, Cavad qəzasında 13142 həyət, 60966 nəfər əha li var idi ki,
onların da 33140 nəfəri kişi (54,36%), 27826 nəfəri (45,64%) qadın id i. Cavad qəzası əhalisinin sayına (13,02%) görə, Quba
(27,81%), Şamaxı (20,57%) və Lənkəran (16,92%) qəzalarından sonra dördüncü yerdə dururdu. Qafqaz təqviminin (1917)
mə lu matına görə, Cavad qəzasının əra zisi 8396,97 k v. verst (1870 ilə n isbətən 1441,5 k v. verst a z) təşkil edirdi. Hə min
dövrdə qəzanın əhalisi 162305 nəfər olmuşdur, onlardan 83955 nəfəri (51,72%) kişi, 78350 nəfəri (48,27%) qadın idi.
Qəzan ın əhalisi əvvəlki dövrə nisbətən 101339 nəfə r və ya 2,66 dəfə art mışdı. Qə za idarə sistemi mövcud idi. Əha lin in
qədimdən bəri əsas məşğuliyyəti əkinçilik, maldarlıq və balıqçılıq idi. Cavad qəzasında çar üsul-idarəsinə qarşı çıxışla r baş
vermişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ aldıqdan sonra qəzalarda da möhkəmlən məyə çalışırd ılar. Bakı quberniya
ko missarı Məşədi Əzizbəyov başda olmaqla, Qırmızı ordunun 240 nəfərlik dəstəsi Bakıdan Salyana gəlmiş və 1918 il aprelin
21-də Sa lyanda sovet hakimiyyəti qurmuşdu. Aprelin sonlarında sovet hakimiyy əti hərbi qüv-
301
vənin tətbiqi ilə bütün qəzaya yayılmışdı. Bakıda sovet hakimiyyətinin süqutu ilə qə zala rda da onun taleyi həll olundu. Ba kı
türk-Azərbaycan qüvvələri tərəfindən azad ed ild ikdən sonra (1918, 15 sentyabr) Bakı quberniyasının qəzalarında, o
cümlədən Cavad qəzasında Cü mhuriyyət hakimiyyəti bərqərar ed ild i. Höku mətin 1919 il 28 aprel tarixli qərarı ilə Cavad
qəzası bölgəsində İranla sərhədi qorumaq üçün 200 nəfə rlik mühafizə dəstəsi yaratmaqdan ötrü 20 milyonluq fonddan daxili
işlər nazirliy inin sərəncamına 602.400 manat vəsait ayrılmışdı.
Aprel işğalından (1920) sonra Azərbaycan SSR yaradıldıqda Cavad qəzası da yenidən sovetləşdirild i. A zərbaycan
SSR-in rayonlaşdırılması za manı (1929) Cavad (Salyan) qəzası ləğv edildi.
Əd.: Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов),
Б., 1998; Novruzlu Ə., Cavad bölgəsinin (Sabirabadın) tarixi, B., 1994.
CAVADZADƏ Seyid Cəfər Seyid Cavad oğlu - İranda, xüsusilə Cənubi A zərbaycanda inqilab i hərəkatın görkəmli
xadimlərindən biri, publisist (ba x Pişəvəri).
CAVANġĠR BEHBUD XAN Azad oğlu (1886, keçmiş Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu
k. - 1921, İstanbul) - Azərbaycan Xalq Cü mhuriyyətin dövlət və ictima i xadimi. A lmaniyada və
İngiltərədə təhsil almışdır. 1912 ildə Frayberqdə (Almaniya) Dağ-Mədən Akademiyasını bitirmiş,
neft emalı müəssisələrində baş mühəndis işləmişdir. "Rusiya texnika cəmiyyətinin" üzvü idi. Elmi
fəaliyyətlə də məşğul olmuşdur. "Müs əlman Xeyriyyə Cə miyyəti"-nin rəhbərlərindən biri id i.
Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvlərindən o lmuşdur (1917). 1918 il
Bakıda mart soyqırımı zaman ı barışıq ko mitəsində iştirak etmişdir. 1918 ilin iyun-dekabr ay larında
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət ində daxili işlər na ziri olmuş, 1918 ilin oktyabrından is ə,
eyni za manda, t icarət və sənaye naziri və zifəsini icra et mişdir. Azə rbaycan Milli Şurasının
"Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na (1918,19 noyabr) əsasən,
Cü mhuriyyət Parlamentinə seçilmiş, bitərəflər fraksiyasının üzvü olmuşdur. 1919 ildə "Dəyanət"
ticarət birliyin in təsis olunmasında ya xından iştira k et mişdir. Alman, ingilis, fransız, rus və gürcü
dillərini mü kə mməl bilirdi. Aprel işğalından (1920) sonra neft sənayesində çalışmışdır. Avadanlıq almaq üçün İstanbula
göndərilən Behbud xan orada "Pera Palas" otelin in qarşısında erməni terrorçusu Toplaqyan tərəfindən odlu silahla
yaralan mış. xəstə xanada vəfat et mişdir. Ölü m ayağında " mənim şə xsi düşmənim yo xdur. Məni ermənilər vura b ilə r"
demişdir.
Əd:. A zərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Nəsibzadə N., A zərbaycan Demokratik Respublikası, B., 1990;
Балаев А., Азербайджанское национально – демократическое движение 1917-1920 гг., Б.,1990; Агамалиева Н.,
Худиев Р., Азербайджанская Республика – страницы политической истории 1918-1920 rr., Б., 1994; Qasımov M.,
Behbud xan Cavanşir necə öldürüldü? - " Yeni Müsavat", 1997, 20 may.
CAVANġ ĠR Əbdülhəmid Həmid oğlu (7.9.1897, Şuşa - ?) - Azərbaycan Xalq Cü mhuriyyəti
Parlamentinin xüsusi qərarı (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında
qərar) ilə dövlət hesabına ali təhsil almaq üçün xa ricə göndərilmiş tələbə lərdən biri. Ye lizavetpol kişi
gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilin i
aqronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir.
Azərbaycanda Sovet hakimiyyəti quru lduqdan sonra xa ricdə dövlət hesabına təhsil alan a zərbaycanlı
tələbələrın vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illə r üçün mə lu matında
təhsilini başa vurmasına 1 il qald ığı göstərilirdi. Sonrakı ta leyi barədə məlu mat aşkar olun ma mışdır.
Dostları ilə paylaş: |