Gələcəkdə əmlakı satmaq üçün alan investorlar
Keçən ilin yayından bəzi investorlar ucuzlaşma tendensiyasından ehtiyatlanıb əmlaklarını satırdılar. Qiymətlər xeyli düşdüyündən hazırda əmlak satmaq onlara sərf etmir. Qiymətlər aşağı olanda investorlar bazarda ən aktiv alıcıya çevrilirlər. İndi bazarda investorlar xeyli azdır. Belə hesab olunur ki, onlar gözləmə mövqeyindədirlər. Bəzi investorlar həqiqətən də gözləyir. Ancaq nəzərə almaq lazımdır ki, daşınmaz əmlakla bağlı əməliyyatlara vergi nəzarəti güclənib, ona görə investorların çoxunun bazara yenidən qayıdacağı sual altındadır.
Dostları ilə paylaş: |