Xəbər bülleteni №1


Gələcək tələbatı ödəmək üçün mənzil alanlar



Yüklə 1,58 Mb.
səhifə14/14
tarix02.01.2022
ölçüsü1,58 Mb.
#2347
1   ...   6   7   8   9   10   11   12   13   14
Gələcək tələbatı ödəmək üçün mənzil alanlar

Bu cür alıcılar uzaq gələcəkdə istifadə üçün (məsələn, övladları üçün) daşınmaz əmlak əldə edənlərdir. Son zamanlar belə alıcıların sayı azalmağa başlayıb. Bunun səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Biri də bazarın “doyması” (yəni alan alıb, satan satıb) mülahizəsidir. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində vətəndaşların əksərinin mənzil şəraiti standartlara cavab vermir (köhnə evlər, “xruşşovka”lar və s.), paytaxtda keyfiyyətli mənzil azdır. Deməli, imkanı olanlar daim keyfiyyətli və standartlara cavab verən mənzillər almağa maraq göstərəcək. Buna görə də ev almaq istəyəndə keyfiyyətli mənzil almağa üstünlük verin.

20 ildə Azərbaycanda ABŞ dollarının məzənnəsi necə dəyişib (Arayış)

08.07.2015



Transparency.az saytı son 20 ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin necə dəyişdiyinə dair arayış hazırlayıb.

Arayışdan bəlli olur ki, 2015-ci ilin iyul ayına olan kurs 20 ilin uyğun dövrləri arasında ən yüksək göstəricidir. Yəni son 20 ildə Azərbaycanda dollar heç vaxt indiki qədər baha olmayıb.

Məsələn, 1995-ci ilin iyul ayında 1 ABŞ dolları 4465 manata satılıb. 1 yanvar 2006-cı ildə Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparıldığını nəzərə alsaq, 4465 manat 89 qəpik edir. Deməli, indiki pulla götürsək, 1995-ci ilin iyul ayında 1 ABŞ dolları 89 qəpik olub.

1996-cı ilin iyul ayında 1 ABŞ dolları 4304 manat olub ki, bu da indiki pulla 86 qəpik edir.

1997-ci ildən Azərbaycanda dollar ucuzlaşmağa başlayıb. Həmin ilin iyulunda 1 ABŞ dolları 3970 manat (indiki pulla 79 qəpik), 1998-ci ilin iyulunda isə 3862 manat (77 qəpik) olub.

1999-cu ildən dollar yenidən bahalaşıb. Həmin ilin iyul ayında 1 ABŞ dolları 4250 manat (85 qəpik), 2000-ci ilin iyulunda 4475 manat (89 qəpik), 2001-ci ilin iyulunda 4651 manat (93 qəpik), 2002-ci ilin iyulunda 4877 manat (97 qəpik), 2003-cü ilin iyulunda 4922 manat (98 qəpik), 2004-cü ilin iyulunda 4907 manat (98 qəpik), 2005-ci ilin iyulunda 4704 manat (94 qəpik) olub.

2006-cı ilin yanvarından Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparılıb, yəni əvvəlki 5000 manat yeni pulla 1 manat olub. Həmin vaxtdan 1 ABŞ dollarının kursu aşağıdakı kimi dəyişib:

2006-cı il, iyul: 1 ABŞ dolları — 0.8941 manat

2007-ci il, iyul: 1 ABŞ dolları — 0.8553 manat

2008-ci il, iyul: 1 ABŞ dolları — 0.809 manat

2009-cu il, iyul: 1 ABŞ dolları — 0.8043 manat

2010-cu il, iyul: 1 ABŞ dolları — 0.8036 manat

2011-ci il, iyul: 1 ABŞ dolları — 0.7869 manat

2012-ci il, iyul: 1 ABŞ dolları — 0.7856 manat

2013-cü il, iyul: 1 ABŞ dolları — 0.7844 manat

2014-cü il, iyul: 1 ABŞ dolları — 0.7844 manat.

Göründüyü kimi, denominasiyadan sonra dolların kursu aşağı düşməyə başlayıb. 2006-cı ilin iyulunda 89 qəpik olan 1 ABŞ dolları 2007-ci ilin iyulunda 85 qəpiyə, 2008-ci ilin eyni ayında isə 80 qəpiyə enib. 2009-2010-cu illərdə dolların kursu təxminən bu səviyyədə qalıb. Sonradan daha da aşağı düşərək 2011-2014-cü illərdə təxminən 78 qəpik olub.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.

2015-ci ilin iyul ayında 1 ABŞ dolları 1 manat 4 qəpikdən bahadır. Son 20 ildə nə denominasiyaya qədər, nə də denominasiyadan sonra dollar belə baha olmayıb.

Azərbaycan manatı 1992-ci ilin avqustunda dövriyyəyə buraxılıb. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat:10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edilib.

Pulu hansı pulda saxlamaq sərfəlidir?

09.07.2015



Vəsaiti hansı valyutada saxlamaq sərfəlidir? Bu sualı iqtisadçı ekspert Qubad İbadoğlu cavablandırır: “Bir il əvvəl mənə belə sualla müraciət edənlərə çox asanlıqla qısamüddətli dövrdə (12 aya qədər) manatla, uzunmüddətli dövrdə isə dollarla cavabı verirdim. İndi yığımları valyutaya çevirərkən daha ehtiyatlı olmaq lazımdır. Bir tərəfdən banklar etibarı itirib, bəzi vətəndaşların sərəncamında xeyli sərbəst vəsait var. Yalnız may ayında banklardan 116,1 milyon manatlıq əmanət geri çəkilib və beləliklə də Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi 2015-ci il iyunun 1-nə 7 milyard 601 milyon 100 min manat təşkil edib.

Digər tərəfdən dünya valyuta bazarı siyasi qərarlara xeyli həssas olub. Avronun taleyi Yunanıstandakı borc böhranından, Azərbaycan manatının məzənnəsi də avro ilə dolların məzənnələrindəki dəyişikliklərdən və neftin qiymətindən asılı vəziyyətə düşüb. Bir il əvvəl 73 avro sentinə 1 dollar alırdıqsa, indi 1 dollar almaq üçün 91 avro senti ödəməliyik. 1 dollar almaq üçün 78 qəpik ödəyirdiksə, hazırda 1 manat 5 qəpik ödəmək məcburiyyətindəyik”.

Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, bir il əvvələ qədər Azərbaycan vətəndaşları öz vəsaitlərini dollar, avro və manatla saxlayırdısa, indi əksəriyyət ABŞ dollarına üstünlük verir: “Əmanətləri valyuta bazarında baş verən dəyişikliklərdən sığorta eləmək üçün şaxəli valyuta səbətinin formalaşması yaxşı yanaşmadır. Amma gərək bu səbətdə saxlanılan valyutalar və onların xüsusi çəkisi düzgün müəyyənləşdirilsin. Səbətə daxil olacaq valyutalardan birinin ABŞ dolları olması artıq heç kəsdə şübhə doğurmur. Ötən 1 ildə ABŞ dollarına nəzərən möhkəmlənən valyutalardan biri də Venesuela bolivarıdır. Neftin ucuzlaşmasına baxmayaraq Venesuela hökuməti hələ də milli valyutasının sabitliyini qoruyur. Lakin bu o demək deyil ki, yığımları bolivarda saxlamaq gərəkdir.

Ötən bir il ərzində Çin yuanının (Yunanıstanda referenduma qədər), Honkonq dollarının, Səudiyyə rialının ABŞ dollarına nəzərən məzənnəsi də dəyişməyib. Bu dövr ərzində nisbətən sabit valyuta İsveçrə frankı, İngilis funtu, Kanada dolları, Hindistan rupisi, Argentina pesosu sayıla bilər. Onlar ABŞ dollarına nəzərən ötən bir ildə dəyərini cüzi olaraq itiriblər.

Riskli valyutalar siyahısına isə rus rublu başçılıq edir. Son bir ildə dollar qarşısında 34,4 rubldan 57,3 rubla qədər zəifləyən rus valyutasının gələcək taleyi də tutqun görünür. Türkiyə lirəsinə gəlincə, dövr ərzində onun ABŞ dollarına nəzərən məzənnəsi 2,13-dən 2,69 qədər dəyişib. Beləliklə, yığımları az olanlar üçün etibarlı valyuta ABŞ dolları, çox olanlar üçün isə əsasən ABŞ dolları, qismən isə İsveçrə frankı, ingilis funtu, Kanada dolları, Hindistan rupisi, Argentina pesosu tövsiyə oluna bilər”.

Dünya Ticarət Təşkilatına üzvlük 18 ildir uzanır

09.07.2015

Keçmiş SSRİ məkanından Qazaxıstanın ötən ay Dünya Ticarət Təşkilatına (DTT) üzv olması Azərbaycanın bu təşkilata qoşulması məsələsini yenidən gündəmə gətirib. Azərbaycana qonşu ölkələrdən Türkiyə (1951-ci ildən), Gürcüstan (2000), Ermənistan (2003), Rusiya (2012) DTT üzvüdür. Bakı isə təşkilata üzvlük üçün 1997-ci ildə müraciət edib. 2002-cü ildən bu yöndə praktiki danışıqlar başlayıb. İndiyə kimi bir neçə ölkə ilə ikitərəfli müqavilə bağlansa da, yekun nəticə yoxdur.

Müstəqil ekspertlər hesab edir ki, yekun qərar Azərbaycan hökumətinin istəyinə bağlıdır. Hökumət isə tələsməməyə üstünlük verir. Prezident İlham Əliyev ötən il fevralın 5-də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsinə toxunaraq vurğulayıb ki, ilk növbədə yerli fermerlərə, şirkətlərə şərait yaradılmalıdır: “Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcək, kəndli zərər çəkəcək. Ona görə də biz buna getmirik. Mən bu gün də demək istəyirəm ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcək, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq”.

Azərbaycanın DTT üzvü olmaq prosesində ən vacib məsələlərdən biri çoxtərəfli danışıqlardır. 16 iyul 1997-ci ildə DTT katibliyində yaradılmış Azərbaycan üzrə işçi qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub. 2004-cü ildən başlayaraq işçi qrupun iclasları ardıcıl keçirilir. Son belə iclas (12-ci iclas) bu il martın 6-sı Cenevrədə baş tutub.

Azərbaycan bir çox dövlətlə (ABŞ, Kanada, Yaponiya, Norveç, Braziliya, Cənubi Koreya, Ekvador, Şri-Lanka, Hindistan, İsveçrə, Honduras, Malayziya, Dominikan Respublikası, Səudiyyə Ərəbistanı, Çin, Paraqvay, Vyetnam) və Avropa İttifaqı ilə ikitərəfli danışıqlar da aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür.

Bəzi dövlətlərlə ikitərəfli danışıqlar nəticəsində isə protokollar imzalanıb: 2007-ci ildə Türkiyə ilə, 2008-ci ildə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə, 2010-cu ildə Gürcüstanla, 2012-ci ildə Qırğızıstanla.

Sonuncu dəfə ikitərəfli danışıqlar 3-6 mart 2015-ci ildə Cenevrədə ABŞ, Norveç, İsveçrə və Yaponiya ilə mallar və xidmətlər üzrə keçirilib.

Transparency.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan hökuməti Dünya Ticarət Təşkilatına üzvlüyü qəsdən uzadır: “DTT-yə girməməyin səbəbi sadədir: o təşkilatın gömrük və vergilərlə bağlı ümumi oyun qaydaları var, bizim hökumət isə o qaydaları qəbul etmək istəmir, bunun acısını da sadə vətəndaşlar çəkir, yəni mal və xidmətlər bizim ölkədə qonşularla müqayisədə bahadır”.

Ekspert DTT-yə üzvlüyün gecikməsinin nəticələrini belə izah edir: “Azərbaycanda mal və xidmətlər baha olaraq qalacaq və investorlar DTT-yə üzv ölkələri seçəcəklər”.



Dünya Ticarət Təşkilatının əsası 1947-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişlə qoyulub. 1995-ci il yanvarın 1-dən beynəlxalq təşkilat sayılan DTT-nin hazırda 161 üzvü var. Təşkilatın baş ofisi Cenevrədə yerləşir.
Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin