Xəbər bülleteni №10


Nazirlik vergi hesabatı yayıb



Yüklə 3,88 Mb.
səhifə19/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   15   16   17   18   19   20   21   22   ...   87

Daşınmaz əmlak sahəsində “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb


02.10.2015

Əmlak Məsələləri Dövlət Komitəsi rəsmi açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı, daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibində “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb: “Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bununla da torpaqların ilkin qeydiyyatı zamanı bir neçə ünvana müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb. Bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur.

Vətəndaş komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etmir. Yalnız müəyyən olunmuş vaxtda ərazi idarəsinə gələrək dövlət reyestrindən çıxarışını götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirir. Torpaq sahələrinin plan və ölçüsünün tərtibi, texniki inventarlaşdırma və digər texniki sənədlərin hazırlanması təmin olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti kadastr işlərinin əlaqələndirilməsini və bu sahədə işlərin qaydalara uyğun aparılmasına nəzarəti, zəruri xəritə materiallarının hazırlanmasını təmin edir.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın texniki inventarlaşdırılması, torpaq sahələrinin plan və ölçülərinin hazırlanması ilə bağlı sənədlərin və məlumatların dəqiq və aydın şəkildə daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Eyni zamanda əsassız olaraq bələdiyyələrə, fiziki və hüquqi şəxslərə verilmiş, habelə mühafizə zolaqlarında inşa edilmiş daşınmaz əmlakın qeydiyyatına yol verilməməsini nəzarətdə saxlayır. Torpaqlardan istifadə və onların mühafizəsi sahəsində inzibati xətalara yol verilməsi halları aşkar edildikdə zəruri məlumatları Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edir. Agentlik dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsini, torpaqların kateqoriyalara aid edilməsi barədə tədbirləri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirir”.



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin