Xəbər bülleteni №10


Prezident: “2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq”



Yüklə 3,88 Mb.
səhifə55/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   51   52   53   54   55   56   57   58   ...   87

Prezident: “2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq”


07.10.2015


AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da Göyçaya baş çəkən prezident İlham Əliyev Gənclər Mərkəzinin açılışında iştirak edib, Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Həmin gün dövlət başçısı rayon mərkəzinə təmiz içməli suyun verilməsi mərasiminə qatılıb, Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının, Şahmat Məktəbinin, “Göyçay” Su Elektrik Stansiyasının açılışlarında iştirak edib.

Dövlət başçısı əsaslı təmir və yenidənqurmadan çıxmış Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasına da baş çəkib. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompüter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir.

Tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident dərman preparatları bazarındakı duruma da toxunub, bu sahədə müsbətə doğru çox ciddi dönüş yarandığını vurğulayıb: “İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlayıblar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşüb. Eyni zamanda keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb.

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var.

Beləliklə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olub, — il artıq başa çatır, — heç bir sosial proqramda yubanma olmayıb.

2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq.

Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir”.



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin