Xəbər bülleteni №10


Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin müsahibəsi



Yüklə 3,88 Mb.
səhifə61/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   57   58   59   60   61   62   63   64   ...   87

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin müsahibəsi


07.10.2015

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə “Vergilər” qəzetinə müsahibəsində nazirlikdə həyata keçirilən islahatlar, vergi borclarının alınması sahəsində son dövrlərdə görülən işlər barədə danışıb. Transparency.az müsahibəni ixtisarla təqdim edir.

- Vergi borclarının alınması prosesində hansı yeniliklər gözlənir?

- Struktur dəyişiklikləri nəticəsində Vergilər Nazirliyinin Vergi Borclarının Alınması İşinin Təşkili İdarəsinin bazasında Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb. Baş idarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib.

Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilib, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi Borclarının Məcburi Alınması İdarəsi yaradılıb. Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahididir və onun hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən məşğul olmağa başlayacaq. Bu, qabaqlayıcı addımdır. Yəni biz vergi ödəyicisi ilə onun bu və ya digər səbəbdən yaranmış faktiki borcla üz-üzə qaldıqdan sonra deyil, daha əvvəl işləməyə başlayacağıq ki, əsas vergi borclarının artmasının, faiz və cərimələrin hesablanmasının qarşısı mümkün qədər alınsın. Məqsəd cinayət tərkibi yaradan vergi borcları ilə bağlı materialların sayının əsaslı şəkildə azaldılmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına nail olmaqdır.

- Borcların yaranma səbəbləri əsasən nə ilə bağlıdır?

- Vergi ödəyicilərinin büdcə qarşısındakı öhdəliklərini tam və vaxtında icra etməmələrinin səbəbləri müxtəlifdir. Dövlət büdcəsinə yaranmış öhdəliyin vaxtında icra edilməyərək vəsaitlərin başqa istiqamətlərə yönəldilməsi və vergi ödəyicisinin maliyyə çətinliyinin olması əsas səbəblər kimi özünü daha çox göstərir. Bu baxımdan vergi borclarının alınması prosesi hər bir borclu vergi ödəyicisinə ayrıca yanaşma tələb edir. Borcların və onların alınmasına cəlb olunan resursların daha səmərəli idarə edilməsi baxımından borclu ödəyicilərlə iş onların risk kateqoriyaları üzrə qruplaşdırılması yolu ilə aparılır. Vergilər Nazirliyi bu sahədə Avropanın mütərəqqi təcrübəsindən yararlanır və informasiya texnologiyalarının geniş tətbiqi ilə yanaşı bir sıra inkişaf etmiş ölkələrin vergi administrasiyaları və borcların yığılması ilə məşğul olan kollektor şirkətlərinin borclu ödəyicilərlə iş prosesində istifadə etdiyi səmərəli mexanizmləri də tətbiq edir. Dövlət büdcəsinə borcu olan ödəyicilərin öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin təmin edilməsi vasitəsi kimi borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması, bank hesablarına sərəncam göndərilməsi kimi ənənəvi üsullarla yanaşı onların nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, ölkədən getmələrinin məhdudlaşdırılması, xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və belə vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanması kimi vasitələrdən son vaxtlar daha geniş istifadə olunmağa başlanılıb. 2015-ci ilin 8 ayı ərzində vergi orqanlarının təşəbbüsü ilə borclarını ödəməkdən imtina edən 148 vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 114 vergi ödəyicisinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi hesabına tutulması təmin edilib.

 

- Vergi borclarının alınması prosesində borclu ödəyicilərlə iş necə qurulur və aparılan tədbirlərin borclu ödəyicilərin məsuliyyət hissinin artırılmasına təsiri nə dərəcədədir?



- Çalışırıq ki, borc yarandığı andan vergi ödəyicisi ilə dərhal və birbaşa əlaqə yaradaq. Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları borclu vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər imkanlar yaradıb. Borclu vergi ödəyiciləri elektron bildirişlərlə yanaşı mütəmadi olaraq SMS və səsli mesajlar vasitəsilə öz borcları barədə məlumatlandırılır. Bununla yanaşı onlar vergi orqanına dəvət edilir, borcları, borcların yaranma səbəbləri və ödənilmədiyi halda görüləcək tədbirlər barədə onlara izahat verilir. Bu yanaşma bir çox hallarda yaranmış vergi borclarının ilkin mərhələdə heç bir məcburi tədbir görülmədən ödənilməsi ilə nəticələnir.

Vergi ödəyicilərinə yanaşmaya gəldikdə, demək olar ki, onları şərti olaraq bir neçə qrupa bölmək olar: vergi öhdəliklərini vaxtında icra edənlər, vergi öhdəliklərini icra etmək istəyən, lakin müəyyən maliyyə çətinlikləri olan və bilərəkdən vergi ödəməkdən yayınan vergi ödəyiciləri. Vergi orqanlarının əsas məqsədi birinci qrupa daxil olan ödəyicilərin sayının, yəni vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəldilməsidir. Vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etmələri üçün inzibatçılıq prosesləri sadələşdirilir, onların inzibati xərclərinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına çalışılır.

İkinci qrupa daxil olan vergi ödəyicilərinə vergi öhdəliklərini icra etməyə köməklik göstərilir. Vergilər Nazirliyinin vergi borcları sahəsində fəaliyyət göstərən struktur vahidləri əsas gücünü məhz bu qrupa yönəldir ki, borcla bağlı onlarda məsuliyyət hissinin artırılmasına nail olunsun.

Vergidən yayınmaq istəyən sonuncu qrup vergi ödəyicilərinə qarşı isə qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlər görülür. İlk növbədə inzibati tədbirlər həyata keçirilir, bank hesablarına sərəncam qoyulur, sonra vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi borclu vergi ödəyicisinin əmlakı siyahıya alınır. 2015-ci ilin 8 ayı ərzində 1961 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borcu üzrə əmlakın siyahıya alınması barədə qərarlar açılıb və 42,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Vergi ödəyiciləri borcun yaranmasına çox ehtiyatlı yanaşmalıdırlar. Cinayət Məcəlləsinin 213-cü maddəsinə görə, xeyli miqdarda (2000 manatdan 50000 manatadək olan məbləğ) vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Bu əməl mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya onlar külli miqdarda (50000 manatdan yuxarı məbləğ) vergini büdcədən yayındırdıqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da vergi öhdəliklərinin icrasından yayınmaq, vergi borcuna etinasız yanaşmaq sərt cəza tədbirlərini nəzərdə tutur. Təkcə cari ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanıb. Başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə olan 363 iş üzrə icraata xitam verilib. Bundan başqa araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib. Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2015-ci ilin 8 ayı ərzində 162,6 milyon manat məbləğində vergini ödəməkdən yayındırdığına görə 1394 vergi ödəyicisi barəsində cinayət işi açılıb. Açılmış cinayət işlərindən 444-ü məhkəməyə göndərilib.


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin