Dövlət Neft Şirkətinin büdcəyə ödənişi 276 milyon 37 min manat azalıb
08.10.2015
Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin sentyabr ayında dövlət büdcəsinə 136 milyon 487 min manat vəsait ödəyib. 2015-ci ilin yanvar-sentyabr aylarında büdcəyə ümumi ödəniş 1 milyard 135 milyon 245 min manat olub. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 276 milyon 37 min manat azdır.
Sentyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 788 min manat vəsait köçürüb. Bu, 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 144 min manat və ya 101,2 faiz çoxdur.
2015-ci ilin yanvar-sentyabr aylarında şirkət Dövlət Sosial Müdafiə Fonduna 104 milyon 223 min manat ödəniş edib.
Dostları ilə paylaş: |