Mərkəzi Seçki Komissiyası namizədlərin rəsmi siyahısını açıqlayıb
13.10.2015
Transparency.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisində qeydə alınan namizədlərin rəsmi siyahısını açıqlayıb. Deputat mandatı uğrunda 1246 namizəd mübarizə aparır (Siyahı).
Parlament seçkisinin təqvim planına əsasən, təşviqat kampaniyası oktyabrın 31-də bitəcək. Seçki noyabrın 1-də 125 dairənin 5386 məntəqəsində keçiriləcək. Mərkəzi Seçki Komissiyası ölkə üzrə 5 milyon 93 min 289 seçici qeydə alıb.
Seçki yarışına ümumilikdə 24 siyasi partiyanın təmsilçisi qatılıb, amma namizədlərin çoxu bitərəf şəxslərdir.
Dostları ilə paylaş: |