Dövlət Sosial Müdafiə Fondu gəlirlərinin strukturu barədə məlumat yayıb
13.10.2015
-ci ilin 9 ayında sosial sığorta haqlarının 847,9 milyon manatı (65%) qeyri-büdcə sektorundan daxil olub, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,4 milyon manat (5,4%) artıqdır. Dövlət Sosial Müdafiə Fondundan Transparency.az-a verilən məlumata görə, qeyri-büdcə daxilolmalarının artımı ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin nəticəsidir. Bu, fonda ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub.
Rəsmi məlumata görə, büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 456,7 milyon manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, 876,1 milyon manat həcmində olub. Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 milyon manatdır.
Dostları ilə paylaş: |