Xəbər bülleteni №14


-ci ilin idxal-ixrac göstəriciləri



Yüklə 474,92 Kb.
səhifə5/7
tarix04.12.2016
ölçüsü474,92 Kb.
#748
1   2   3   4   5   6   7

2015-ci ilin idxal-ixrac göstəriciləri


18.11.2015

idxal-ixracTransparency.az bildirir ki, 2015-ci ilin 10 ayında Azərbaycandan ixrac olunmuş malların 77,72%-ni xam neft təşkil edib. Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, digər ixrac məhsulları üzrə göstəricilər belədir:

Neft məhsulları – 6,61%

Təbii qaz – 1,91%

Meyvə-tərəvəz – 2,28%

Çay – 0,15%

Bitki və heyvan mənşəli piylər və yağlar – 1,29%

Şəkər – 1,87%

Spirtli və spirtsiz içkilər – 0,22%

Kimya sənayesi məhsulları – 0,77%

Plastmas və onlardan hazırlanan məmulatlar – 0,95%

Emal olunmamış gön və aşılanmış dəri – 0,10%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 0,29%

Alüminium və ondan hazırlanan məmulatlar – 0,75%.

İdxalda əsas məhsullar üzrə göstəricilərə gəlincə, maşın, mexanizm və elektrik aparatları avadanlıqları ümumi həcmin 24,86%-ni, qara metallar və onlardan hazırlanan məmulatlar 17,69%-ni, nəqliyyat vasitələri və onların hissələri 14,63%-ni, yeyinti məhsulları 10,67%-ni, tütün və tütün məmulatları 3,45%-ni, əczaçılıq məhsulları 2,94%-ni, oduncaq və ondan hazırlanan məmulatlar 2,67%-ni, mebel və onun hissələri 1,15%-ni təşkil edib.

On ayda Azərbaycandan 9 milyard 764 milyon 978,13 min ABŞ dolları həcmində mal ixrac olunub. İdxal olunan malın ümumi dəyəri isə 7 milyard 440 milyon 929,84 min dollara bərabərdir.

Rəsmi hesabat

İqtisad Universitetində virtual müəssisə açıldı

18.11.2015



achilish
Azərbaycan Dövlət İqtisad Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə layihəsi olan virtual müəssisənin rəsmi açılış mərasimi keçirilib. Noyabrın 18-də yayılan rəsmi məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, dünyanın bir çox ölkəsində interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşdirilməsinə, tələbə və məzunların öz ixtisasları ilə bağlı əmək bazarında işgüzar bacarıqlar qazanmasına xidmət edən virtual müəssisələr, yəni təcrübə şirkətləri fəaliyyət göstərir: “Müasir dünya təcrübəsində belə müəssisələrin səmərəli olduğu öz təsdiqini tapıb. Azərbaycan da sayı 7500 olan virtual müəssisələrin üzvlər şəbəkəsinə qəbul edilib və ötən ildən ölkəmizdə ilkin olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin və Xəzər Universitetinin bazalarında bu təcrübənin tətbiqinə, virtual müəssisələrin yaradılması işlərinə başlanıb”.

Nazir bildirib ki, bunun üçün müvafiq otaqlar ayrılaraq kompüter və digər lazımi avadanlıqlarla təchiz edilib və beynəlxalq ekspertlər bu təcrübə müəssisələrində çalışacaq müəllim heyəti üçün müvafiq təlimlər keçib: “Bu təcrübə müəssisəsində tələbə və məzunlar real iş yerində olduğu kimi fəaliyyət göstərəcək, öz ixtisasları ilə bağlı əmək bazarında əmək şəraiti tələbləri çərçivəsində praktik bacarıq və vərdişlərə yiyələnəcəklər. Nəticədə isə onlar gələcəkdə çox asan şəkildə əmək bazarında özlərinə yer tuta biləcəklər”.

Müslümov qarşıdakı dövrdə bu sahədə, eləcə də gənclərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, interaktiv tədrisin yaxşılaşdırlması və s. sahələrdə Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığın genişləndirilməsinin, bu məqsədlə anlaşma memorandumu imzalanmasının da gündəlikdə duran məsələlərdən olduğunu qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3500 nəfərə yaxın vətəndaşı müxtəlif kurslara cəlb edib

18.11.2015

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, bu ilin 10 ayı ərzində nazirlik 508 nəfər əlilliyi olan şəxsi peşə hazırlığı kurslarına və əlavə təhsil kurslarına cəlb edib. Əlilliyi olan şəxslərin 330 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilib.

Digər 178 nəfər əlilliyi olan şəxs isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Peşə kurslarını bitirənlərin münasib iş yerləri ilə təmin olunması istiqamətində də müvafiq işlər aparılıb.

Ümumilikdə bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3500 nəfərə yaxın vətəndaşı peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

10 ayın hesabatı: neft ixracı azalıb, meyvə-tərəvəz idxalı artıb

18.11.2015

2015-ci ilin 10 ayında Azərbaycandan ixrac olunan əsas mallar üzrə göstəricilər açıqlanıb. Transparency.az xəbər verir ki, yanvar-oktyabr aylarında xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,43% azalıb. Neft məhsulları üzrə azalma 45,51% olub. On ayda təbii qaz ixracı 27,37% azalıb.

Meyvə-tərəvəz üzrə ixracda isə 2,32% artım qeydə alınıb. Kimya sənayesi məhsullarının ixracında da artım var: 29,22%. Dövlət Gömrük Komitəsinin hesabatında alüminium və ondan hazırlanan məmulatların ixracında 4,10% artım olduğu göstərilir.

İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, yeyinti məhsullarının idxalı 2014-cü ilin 10 ayı ilə müqayisədə 5,84% azalıb. Amma bəzi məhsullar üzrə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 136,04%, buğda idxalı 13,13% çoxalıb.

Yanvar-oktyabr aylarında tütün və tütün məmulatlarının idxalı ötən ilin müvafiq dövrünə nisbətdə 21,32% az olub.

Əczaçılıq məhsullarının idxalında 14,80% artım olduğu bildirilir. Nəqliyyat vasitələri və onların hissələrinin idxalı isə 70,84% çoxalıb.

17 MMMC dövlət qeydiyyatına alınıb

18.11.2015

İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Mərkəzində “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin fəaliyyətinin təşkili: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Transparency.az rəsmi məlumata istinadla xəbər verir ki, tədbirdə mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə olunmasının təşkili, sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması, yeni yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) fəaliyyətinin dəstəklənməsi, eləcə də bu sahədə mövcud problemlər müzakirə edilib. Qeyd olunub ki, paytaxtdakı çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar yaradılan 17 MMMC dövlət qeydiyyatına alınıb. Yeni üsulların tətbiqi, o cümlədən yeni MMMC-lərin yaradılması istiqamətində əlavə olaraq 20-dən artıq layihə üzrə işlər aparılır.

Dəyirmi masada beynəlxalq təşkilatların, aidiyyəti dövlət orqanlarının, bələdiyyələrin və çoxmənzilli binalarda yaradılan MMMC-lərin, həmçinin təşəbbüs qruplarının nümayəndələri iştirak edib.

mensil sekil

Rusiyada müqəddəs kitabların ekstremist sayılmasını yasaqlayan qanun təsdiqlənir

18.11.2015

federasiya shurasiRusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası noyabrın 18-də prezidentin təklif etdiyi, müqəddəs kitabların ekstremist sayılmasını yasaqlayan qanun layihəsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, qanun layihəsi “Quran”, “İncil”, “Tövrat” və “Qancur” (buddist mətnləri toplusu) kimi dini kitabların mətnini və onlardan sitatları ekstremist yazı kimi tanımağı yasaqlayır.

Layihə imzalanmaq üçün dövlət başçısına təqdim olunacaq.

Əli Həsənov cəza anonsu verdi

18.11.2015



ali hasanov 1Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov noyabrın 18-də AZƏRTAC-a özəl açıqlama verib. O deyib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə halları artıb: “Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və sair bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur.

Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.

Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.

Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidir. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidir. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.

Nazirlik 95 nəfəri maşınla təmin edib

18.11.2015

Noyabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verib. Rəsmi məlumata görə, onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması tədbirində danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamları ilə 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatının ötən il başa çatdırıldığını vurğulayıb: “Keçən il 2014-də növbəyə dayananların avtomobillə təmin olunmasına başlandı və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub”.

Nazir müavini bildirib ki, indiyə qədər avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib.

avtomobil - yeni

Seçkinin nəticələri Konstitusiya Məhkəməsinə getdi

19.11.2015

mezahir penahov 1Noyabrın 1-də keçirilmiş parlament seçkisinin nəticələri bir mərhələni adlayıb. Mərkəzi Seçki Komissiyası noyabrın 18-də seçki dairələri üzrə səsvermənin protokollarını digər zəruri sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim etmək qərarı çıxarıb. Transparency.az bildirir ki, yekun qərarı MSK-nın 18 üzvündən 17-si imzalayıb (Protokol). MSK-da Ümid Partiyasını təmsil edən Akif Qurbanov qərarın əleyhinə səs verib.

Milli Məclisə seçki 125 seçki dairəsi və 5547 seçki məntəqəsi üzrə keçirilib. Deputatlığa 767 nəfərin namizədliyi qeydə alınıb. Seçki günündən sonra MSK 34 seçki dairəsindən daxil olan ümumilikdə 44 məsələ ilə bağlı müraciətə baxıb. 58 məntəqə, 1 dairə (Ağdaş dairəsi) üzrə seçkinin nəticələri ləğv olunub. Beləliklə, 1 noyabr parlament seçkisinin nəticələrinə görə, Milli Məclisdə çoxluğu YAP qazanıb (71 nəfər), 11 partiya azlıqda qalıb (12 nəfər). Parlamentə seçilənlərin 41-i partiyasızdır.

Seçki Məcəlləsinə görə, Konstitusiya Məhkəməsi MSK-dan sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin qanuna uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər. Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Dövlət komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi

19.11.2015

qachqinkom 1Noyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, bəzi məcburi köçkünlər dövlətin diqqət və qayğısından sui-istifadə edirlər: “Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir. Bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciətlə onlara yeni mənzillərin verilməsini istəyiblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən olunub. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”.

Mətbuat Şurası bəyanat yayıb

19.11.2015



metbuat shurasi 1Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. Bəyanatda deyilir ki, zaman-zaman jurnalist adından sui-istifadə hallarına rast gəlinir: “Bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır. Bunun ayrı-ayrı təzahür formaları yekunda vətəndaşın dövlətə inamını sarsıdır. Mətbuat Şurası təəssüf hissi ilə bildirir ki, son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir. Şuraya ünvanlanan müraciətlərdə medianın bir növ ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsindən ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha bir məqam isə müxtəlif KİV-lərin guya müəyyən kompromat materiallara malik olmalarını bildirərək şantaja əl atmalarıdır.

Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur. Bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar. Şura belə xoşagəlməz meyillərin mövcudluğundan ciddi şəkildə narahatdır.

Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov noyabrın 18-də AZƏRTAC-a açıqlamasında deyib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə halları artıb: “Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və sair bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur.

Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.

Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.

Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidir. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidir. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.

İşıq harada ucuzdur?

19.11.2015

enerjiRusiyanın RİA agentliyinin reytinq qrupu əhaliyə satılan elektrik enerjisinin qiyməti üzrə reytinq tərtib edib. Novator.az xəbər verir ki, reytinq cədvəlinə görə, 42 Avropa ölkəsi içində elektrik enerjisi ən aşağı qiymətə Ukrayna, Qazaxıstan və Rusiyada təklif olunur. Əhali üçün elektrik enerjisinin ən baha olduğu ölkələr Danimarka, Almaniya və İtaliyadır.

Rusiyada ev təsərrüfatı üçün elektrik enerjisinin 1 kilovat-saatı 2,9 rubl (1 rus rublu 0,0163 manatdır), Ukraynada 1,3 rubl, Qazaxıstanda 2,2 rubl, Belarusda isə 3,2 rubldur.

Son bir ildə elektrik enerjisi tarifləri Ukraynada 48%, Moldovada 34%, Lixtenşteyndə 20% aşağı düşüb.

Elektrik enerjisinin ən çox ucuzlaşdığı ölkələr isə Albaniya (30%), Malta (30%) və Kiprdir (30%).

Novator.az xatırladır ki, Azərbaycanda elektrik enerjisinin 1 kilovat-saatı 6 qəpikdir.

26-dan 2-si kəm…

19.11.2015

andichmeTransparency.az/cnews bildirir ki, 2003-cü il oktyabrın 31-dən Azərbaycan prezidenti olan İlham Əliyev 12 ildə Nazirlər Kabinetinə 26 yeni üzv təyin edib. Onlardan 2-si bu il postlarını itirib. 2004-cü ildən milli təhlükəsizlik naziri olan Eldar Mahmudov oktyabrın 17-də işdən götürülüb. Rabitə və yüksək texnologiyalar (2004-2014-cü illərdə informasiya texnologiyaları) naziri Əli Abbasov isə noyabrın 12-də vəzifədən çıxarılıb.

2004-cü ilə düşən daha 2 təyinat var. Həmin il prezident Elmar Məmmədyarovu xarici işlər naziri, hazırda baş nazirin müavini olan İsmət Abasovu kənd təsərrüfatı naziri təyin edib.

İlham Əliyev 2005-ci ildə Nazirlər Kabinetində 4 yeniliyə imza atıb: Oqtay Şirəliyev səhiyyə naziri, Natiq Əliyev energetika naziri, Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin, Ramiz Həsənov isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

6 nəfər – Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman naziri Azad Rəhimov, maliyyə naziri Samir Şərifov, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov prezidentin 2006-cı il sərəncamları ilə Nazirlər Kabinetinə gəliblər.

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri olan Arzu Rəhimovu prezident 2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edib. Həmin il Abbas Ələsgərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postuna gətirilib.

Dövlət başçısı prezidentliyinin ikinci beş ilində 3 nəfəri Nazirlər Kabinetinə gətirib: iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev (2008), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı (2008), Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev (2012).

Üçüncü dəfə prezident seçiləndən bəri İlham Əliyevin Nazirlər Kabinetinə 7 üzv təyin edib: baş nazirin müavini Əli Əhmədov, müdafiə naziri Zakir Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, təhsil naziri Mikayıl Cabbarov (hamısı 2013), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (2014), Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov (2015).

Nazirlər Kabinetinin qalan 16 üzvü hökumətə İlham Əliyevin prezidentliyindən əvvəl gəliblər.

Ağdaş dairəsinin taleyi necə olacaq?

19.11.2015



sechki 1Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisinin nəticələrini təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib. Milli Məclisə seçki 125 seçki dairəsi üzrə keçirilib. Seçkinin nəticələrinə görə, Milli Məclisə 124 nəfər seçilib: YAP-dan 71 nəfər, 11 partiyadan 12 nəfər, partiyasız şəxslərdən 41 nəfər.

1 dairə üzrə seçkinin nəticələri ləğv olunub. 90 saylı Ağdaş seçki dairəsi üzrə şikayətlərə baxan MSK belə qərar verib. Həmin dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev idi.

Qanun belə halda nəyi nəzərdə tutur? Transparency.az/cnews bildirir ki, Seçki Məcəlləsinə görə, MSK 90 saylı dairədə təkrar seçki keçirməlidir. Milli Məclisə seçkilərin təyin edilməsi isə konstitusiyanın 84-cü maddəsi ilə ölkə prezidentinin səlahiyyətindədir.

2010-cu ildə seçilmiş parlamentin 5 mandatı sonradan vakant qalıb. 34 saylı dairədən Gülər Əhmədova mandatından imtina edib, 110 saylı dairədən Hikmət Atayev avtomobil qəzasında həlak olub, 19 saylı dairədən Əli Əhmədov, 100 saylı dairədən Mübariz Qurbanlı icra hakimiyyəti sistemində qulluğa keçib, 38 saylı dairədən Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilib.

Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Amma Milli Məclis deputatlığından çıxanların yerinə seçkilər keçirilməyib.

Daşınmaz əmlaka tətbiq olunan vergilər müzakirə olunacaq

19.11.2015

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Daşınmaz əmlakın vergiyə cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirəcək. Noyabrın 20-si saat 11-də Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında (Mətbuat prospekti, 529/23) başlayacaq tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Vergilər Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İqtisadiyyat və Sənaye Nazirliyi, digər dövlət orqanları əməkdaşlarının, bələdiyyələrin, kommunal sahə ilə əlaqədar qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakının nəzərdə tutulduğu dəyirmi masada daşınmaz əmlakın satışı üzrə vergi dərəcələri, Vergilər Məcəlləsinə dəyişikliklər layihəsi, əmlak vergilərinin yığımında yeni prosessual qaydalar və mənzil-istismar haqlarının toplanması zamanı yaranan problemlər müzakirə olunacaq. Transparency.az xəbər verir ki, dəyirmi masada vergilərin yığılması zamanı əhaliyə dəyən ziyanın azaldılması, eləcə də dövlətin və əhalinin maraqlarının üst-üstə düşməsi, bu sahədə şəffaflığın və hesabatlılığın artırılması üçün hər iki tərəfin maraqlarını müdafiə edəcək səmərəli üsullar, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin hazırladığı tövsiyələr paketi təqdim ediləcək.

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər test imtahanı verəcək

19.11.2015

edliyye_nazirliyi_loqoTransparency.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb.

“Notariat haqqında” qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə noyabr ayının 28-si saat 11-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında və Bakı Avrasiya Universitetinin inzibati binasında (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 135 və 135A ünvanlarında) keçiriləcək.

Test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər müsahibəyə buraxılacaq.

57 sahibkar güzəştli kredit aldı

19.11.2015

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu noyabrın 19-u Goranboy rayonunda forum keçirib. Rəsmi məluma görə, forumda Goranboy və ətraf rayonlardan olan 57 sahibkara 663 min manat güzəştli kredit verilib. Kreditlərin əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, əkinçilik, üzümçülük, tamet istehsalı sahələrinin inkişafına yönəldiləcəyi bildirilib. Kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılacağı gözlənir.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri və dəmir qapı istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Məlum olub ki, indiyədək Goranboy rayonunda fəaliyyət göstərən 812 sahibkara 10,1 milyon manat (19 noyabrda keçirilən tədbirdə verilən kreditlər də daxil olmaqla),  Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5690 investisiya layihəsinin maliyyələşdirilməsinə 210,8 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Goranboyda güzəştli kredit ayrılmış 200 başlıq cins heyvandarlıq təsərrüfatına baxış keçirilib. Son illərdə güzəştli kreditlər hesabına ildə 189,6 min ton süd və 2,1 min ton ət istehsal etmək gücündə olan 24 cins heyvandarlıq kompleksinin yaradılmasına 96,6 milyon manat və illik emal gücü 200 min ton olan 8 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 19,1 milyon manat güzəştli kredit verildiyi bildirilib.

goranboy 1

goranboy 2

Torpaqların elektron uçotu sistemi: Bakı və Sumqayıtda iş yekunlaşıb

19.11.2015

torpaq 1Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların elektron kadastr uçotu sisteminin yaradılmasına başlayıb. AZƏRTAC-a bildirilib ki, təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotuna alınması, ərazilərin rəqəmsal xəritələrinin hazırlanması, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemi, mükəmməl torpaq bankının yaradılması təmin edilir.

Bakı və Sumqayıt şəhərlərində müfəssəl elektron kadastr məlumat bazası yaradılıb, onların rəqəmsal kadastr xəritələri tərtib edilib. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb. Burada hər iki şəhər üzrə bütün daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əks olunur. Bu göstəricilərə tikilinin balans saxlayıcısı, kommunal-təchizat vəziyyəti, mərtəbəliliyi, hər bir mənzilin texniki pasportuna dair məlumatları, istismar ili, ünvanı və s. aiddir.

Hazırda Gəncə şəhərində və Şəki rayonunda da bu işlər görülür və 2016-cı ilin birinci yarısında bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130 min hektar ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanıb.



Yüklə 474,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin