Xəbər bülleteni №22


Apellyasiya Şurasının sədri və üzvləri bəlli oldu



Yüklə 458,92 Kb.
səhifə10/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

Apellyasiya Şurasının sədri və üzvləri bəlli oldu


03.02.2016

eldar nuriyevDövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibini təyin edib. Şuranın sədri Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevdir (Prezident yanında Apellyasiya Şurası yaradıldı).

Şuranın üzvləri bu şəxslər təyin olunub:

Feyruz Mustafayev — prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi

Vüsal İsayev — Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Bəhram Məmmədli — Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Nəsimi Məmmədov — Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi

Elturan Babayev — Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Niyaz Əliyev — Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Süleyman Qəmbərov — Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri

Anar Əliyev — İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinin müdiri.


21 nəfər hələ də itkindir


03.02.2016

Xəzər dənizinin Türkmənistan sektorunda yanvarın 29-da aşkar edilmiş meyitin DNT analizinin nəticələri bilinib. Ekspertlərin rəyinə əsasən, meyit SOCAR-ın “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur. Məlumatı SOCAR-ın mətbuat xidməti fevralın 3-də yayıb.

2015-ci il dekabrın 4-ü Xəzərin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 30-u itkin düşüb. İndiyədək 12 nəfərin meyiti tapılıb.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.

İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Şəffaflıq Azərbaycan”dan hökumətə yeni tövsiyələr


03.02.2016

Fevralın 3-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Bakı Mətbuat Mərkəzində “Rəsmiləşdirilə bilinməyən daşınmaz əmlakın dövlət qeydiyyatı” mövzulu dəyirmi masa keçirib. Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəklədiyi tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədi daşıyıb.

Transparency.az xəbər verir ki, dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Vergilər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin, digər dövlət orqanlarının əməkdaşları, bələdiyyə üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva özbaşına tikililərin artmasının ölkədə ciddi sosial problemə çevrildiyini vurğulayıb, bu istiqamətdə bir sıra tədbirləri zəruri hesab etdiyini deyib. Dəyirmi masada daşınmaz əmlakın qeydiyyatı zamanı tətbiq olunan mövcud qanunvericilik, daşınmaz əmlakın qeydiyyatdan keçirilməməsi nəticəsində yaranan hüquqi və sosial problemlər, vətəndaşların üzləşdiyi çətinliklər müzakirə edilib.

“Şəffaflıq Azərbaycan” qeydiyyatdan keçə bilməyən evlərin müvafiq siyahısının hazırlanması, həmin evlərin qeydiyyat məsələlərinə baxan xüsusi komissiyanın yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və problemin həlli istiqamətində təkliflərini səsləndirib. Təşkilatın hazırladığı tövsiyələr paketi müvafiq dövlət qurumlarına təqdim edilib.

Transparency.az/cnews layihəsinin məlumatına görə, tövsiyələr paketində deyilir:

- Prezident İlham Əliyevin 2011-ci ildə sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı verdiyi tapşırıqlar üzrə iş gücləndirilməli və bu proses tezliklə başa çatdırılmalıdır. Müvafiq dövlət qurumları ictimaiyyəti indiyədək görülən və bundan sonra görüləcək işlərlə bağlı məlumatlandırmalıdır;

- Özbaşına (qanunsuz) tikilən və ya digər səbəblərdən sənədləşdirilməmiş fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı qanunvericilik aktlarında zəruri dəyişikliklər edilməli, hüquqi baza formalaşdırılmalıdır;

- Əsasən sovet dövründə vətəndaşlara verilən yaşayış (fərdi) evləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı problemlər Mülki Məcəlləyə sonuncu dəyişikliklər və prezidentin 13 yanvar 2015-ci il fərmanı ilə təsdiqlənən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahisı” ilə öz həllini tapıb. Hesab edirik ki, bu uğurlu təcrübə hazırkı sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı problemin həlli üçün də tətbiq edilə bilər;

- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun qüvvəyə minənədək (16 avqust 2001-ci il) zəbt olunan bələdiyyə torpaqlarının “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq rəsmiləşdirilməsi başa çatdırılmalıdır;

- Məhkəmələr özbaşına (qanunsuz) tikililərlə bağlı mübahisələr üzrə araşdırma apararkən mübahisəni mümkün qədər Mülki Məcəllənin 178.6-cı maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına müvafiq aparmalıdır; qanunsuz (özbaşına) tikintilərlə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilməli və ictimaiyyətə bu barədə məlumat verilməlidir;

- Barəsində icazə və məlumatlandırma icraatı tətbiq edilən tikintilər üzrə qaydalar bir qədər də sadələşdirilməli, korrupsiyaya imkan yarada biləcək hallar tamamilə aradan qaldırılmalıdır;

- İnzibati Xətalar Məcəlləsində barələrində məlumatlandırma və icazə icraatları tətbiq edilən tikintilər üzrə müraciətlərdən qanunsuz imtina və yayınmaya görə yüksək məbləğdə inzibati cərimələr müəyyən edilməlidir; barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinin və bağ evlərinin tikintisi, onların tikintisinə dövlət nəzarəti və tikilinin istismarı ilə bağlı vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dair inzibati məsuliyyət müəyyən edilməlidir;

- Cinayət Məcəlləsinə edilən sonuncu dəyişikliklərə qədər burada dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə, qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə və qanunvericiliklə müəyyən olunan qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutulub. Lakin ötən dövrdə məcəllənin bu normaları həmişə tətbiq edilməyib. Bu da ötən dövrdə qanunsuz (özbaşına) tikililərin sürətlə artmasına imkan yaradıb. Hesab edirik ki, bu məsələnin də araşdırılmasına ehtiyac var və gələcəkdə qanunun hamıya eyni qaydada tətbiq edilməsi xüsusi diqqət mərkəzində olmalıdır;

- Əvvəllər bələdiyyələrin qanunsuz verdiyi və neft-qazçıxarma sahələrinə aid olan torpaq sahələrində aparılan özbaşına tikililər məhkəmə qərarları olmadan kütləvi şəkildə sökülür. Bu da həmin tikililərin sahibləri ilə müvafiq qurumlar arasında münaqişələrə gətirib çıxarır və nəticədə sökülən tikili sahibləri heç bir kompensasiya ilə təmin edilmir. Bu torpaq sahələrini həmin şəxslərə rəsmi və ya qeyri-rəsmi satan bələdiyyə sədrləri isə məsuliyyətdən kənarda qalırlar. Hesab edirik ki, bütün hallarda qanunsuz (özbaşına) tikintilər Mülki Məcəllənin 180.4-cü maddəsinə uyğun olaraq məhkəmə qərarı əsasında sökülməli və sökülən tikiliyə görə tikili sahibinə kompensasiya ödənilməsi üçün qanunvericiliyə müvafiq dəyişiklik və əlavələr edilməlidir.

tedbir 1

tedbir 2


Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin